• Həzrət Ayətullah əl-Uzma Vəhid Xorasaninin dəftərinin rəsmi saytı

    Həzrət Fatimeyi-Zəhra (ƏLEYHA SALAM)-ın haqqının dirçəldilməsi

    28 November 1990 ۹ جمادى الأولى ۱۴۱۱ 28 November 1990

    00:00:00

    بسم الله الرحمن الرحیم
    الحمد لله رب العالمین و صلی الله علی سیدنا محمد و آله الطاهرین سیما بقیة الله فی الارضین و اللعن علی اعدائهم الی یوم


    Həzrət Fatimeyi-Zəhra (ƏLEYHA SALAM)-ın haqqının dirçəldilməsi
    بسم الله الرحمن الرحیم
    الحمد لله رب العالمین و صلی الله علی سیدنا محمد و آله الطاهرین سیما بقیة الله فی الارضین و اللعن علی اعدائهم الی یوم

    بسم الله الرحمن الرحیم
    الحمد لله رب العالمین و صلی الله علی سیدنا محمد و آله الطاهرین سیما بقیة الله فی الارضین و اللعن علی اعدائهم الی یوم الدین

    Fiqh məfhumunun hüdudları
    Tərifi bir çox kitablarda verildiyi kimi, fiqh – şəri-fəri hökmlərə, onların təfsili dəlillərindən elm əldə etməkdir. Lakin bu tərif kamil de¬yil¬dir. Çünki Quranda və qəti sünnətdə fiqh bu təriflə məhdudlaşmır.
    Bu, mühüm bir bəhsdir: əgər yaxşı şəkildə tədqiq olunsa, həm vilayət bəhslərində, həm də ictihad və təqlid məsələlərində çox təsirli olacaqdır. “Nəfr” ayəsinə əsasən, həm xəbərin höccət olması, həm fətvanın höccət olması, habelə cahilə elm öyrətməyin və onu hidayət etməyin vacibliyi, həm də münkərdən (pis və yaramaz işlərdən, günah əməllərdən) çəkindirmə kimi məsələlərdə istidlal olunub dəlil-sübut gətirilir. Bu ayə beş mühüm bölmədə müxtəlif məsələlərə dəlildir. Amma görmək lazımdır ki, bu ayədə nələr vardır? “Təhziziyyə” (bir şeyə təşviq etmək) məfhumunu bəyan edən “ləvla” kəlməsindən sonra gələn məsələ “təharətdən-diyata” qədər olan (şəri-əməli) məsələlərdə təfəqqüh deyil, dində təfəqqüh və din elmlərinə yiyələnməkdir. Bu, (şəri-əməli məsələlər) dinin hamısı deyil, bir hissəsidir. “Bir şeyin hissəsi onun hamısı deyildir.” Namazın fiqhi rükunun fiqhindən başqadır, dörd qisimdən ibarət olan iyqaat, əqdlər, hökmlər və ibadətlərin hamısı, fiqhin yalnız kiçik bir hissəsidir. Fiqhin həddi-hüdudu olduqca genişdir.
    İmam Cəfər Sadiq (əleyhis-salam)-ın nəzərində fəqih hesab edilən şəxs təkcə o şəxs deyildir ki, üsulu (qanunları) bütün əsaslarla birlikdə – vəz bəhsinin əvvəlindən təadül və təracihin axırına qədər – bilsin və təharətin ilk bəhsindən (mütləq sudan) diyatın axır bəhslərinə qədər (aqilə hökmləri) bilmiş olsun. Fiqh təkcə bunlar deyildir:
    لِيَتَفَقَّهُواْ فِي الدِّينِ وَلِيُنذِرُوا قَوْمَهُمْ إِذَا رَجَعُواْ إِلَيْهِمْ
    “Gərək onlar dində təfəqqüh etsinlər və qayıtdıqları zaman öz qövmlərini qorxutsunlar.”
    (Bu ayədə buyurulan) inzar (ilahi əzabdan qorxutmaq) bütün din ilə olmalıdır, fiqh də bütün din barəsində olmalıdır. Bu məsələ fəqahət yolunda olduğunuz halda sizin üçün aydın olmalıdır. Yarımçıq fəqih dinin çətinliklərini həll edə bilməz. Yalnız o fəqih çətinliyi həll edə bilər ki, dinin bütün sahələrində fəqih olsun. Bu şərif ayəyə əsasən, bu fəqahət hamı üçün müyəssər deyildir. Belə ki, Allah-taala buyurur: “Nə üçün hər bir firqədən bir dəstə (adam) dini öyrənmək üçün köç etmir?” Bu ayədə deyilən həmin dəstə təfəqqüh üçün səlahiyyətli olan seçilmiş şəxslərdir ki, “dində təfəqqüh etsinlər”.
    Din nədən ibarətdir?
    Din nədir? Din o şeydir ki, “İbrahim və Yəqub öz oğlanlarına onu vəsiyyət etdilər.” Sonra da buyurulur ki, Allah bu dini sizin üçün seçmişdir, “Yalnız müsəlman olan halda dünyadan gedin!”
    Din nədir? “Həqiqətən, Allah yanında din yalnız islam dinidir.” Əgər islamda təfəqqüh edilsə, bu şərif ayədə nəzərdə tutulan bir fəqih olacaqdır. Bu fəqih də ən böyük iksir olacaqdır.
    Rəyasətə məhəbbətin fiqhi məsələsi
    Biz fiqhi hökmlərimizdə çoxlu rəvayətlər görmüşük, sizin çoxunuz da səmərə vermək (fəqih olmaq) ərəfəsindəsiniz, yaxud da nəticəyə çatmışsınız.
    مَلْعُونٌ مَلْعُونٌ مَنْ أَخَّرَ الْعِشَاءَ
    “Məlundur, məlundur o kəs ki, işa namazını ulduzların qaraldığı vaxta qədər təxirə salmış olsun.”
    Bu cümlənin “məlundur o kəs ki, rəyasət iddiası etsin” cümləsi ilə nə fərqi vardır? Demək olarmı ki, əvvəldəki fiqhi hökmdür, amma bu, fiqhi hökm deyildir?! Deməli, “məlundur, məlundur o kəs ki, işa namazını ulduzların qaraldığı vaxta qədər təxirə salmış olsun” hədisində bu işin haram və ya məkruh olmasında, mövzusunun və məhmulunun (hökmün) nə olmasında bəhs edildiyi kimi, “məlundur o kəs ki, rəyasət iddiası etsin” hədisində də gərək bu məsələ araşdırılsın ki, rəyasətə məhəbbət nədir? Buradakı (məlun sözündən aydın olan) “lənət” tənzihiyyə lənətidir (əxlaqi cəhətdən məzəmmətdir), yoxsa təhrimiyyədir və haram olduğunu göstərir? Deməli, bu məsələ də fiqhi məsələdir.
    Fiqhdə təvəlli və təbərri
    Biz təvəlli və təbərri sahibi olmalıyıq. Bizə vacibdir ki, hər kəs Allahın dostunu və vəlisini qəzəbləndirsə, ona nifrət hissi ilə yanaşıb bezarlıq edək. Bu fiqhdir, yoxsa yox?! Təvəlli və təbərri bizə vacibdirmi, yoxsa müstəhəb? Əgər vacibdirsə, vacibliyi hansı dərəcədədir?
    Bundan sonra, görəsən, mövzusu nədir? Təvəlli nədir? Təbərri nədir? Bu ikisinin arasında nə kimi münasibət vardır? Birinin digərindən az olması mümkündürmü, yoxsa yox? Hər bir nöqtədə təvəlli vardırsa, o nöqtəyə müvafiq olaraq bürhan, əql, kitab və sünnət nəzərindən təbərri də mütləq olmalıdır.
    Bu kimi məsələlərdə fəqih olmalıyıq. Çünki əgər bunlar dindəndirsə, gərək onlarda təfəqqüh olunsun: “Gərək onlar dində təfəqqüh etsinlər.” Bundan sonra vəzifəniz budur ki, onların hamısını bir-bir ilahi əzabdan qorxudasınız.
    Fatimeyi-Zəhra (ƏLEYHA SALAM)-ın haqqının dirçəldilməsi
    Ən ümdə və qorxulu məsələ budur ki, sabah məhkəmə təşkil olunsun. Belə olduqda iki haldan xaric deyildir: ya məhkəmə mənim və sizin üçün bu dünyada təşkil olunacaqdır, ya da axirətdə.
    Dünya məhkəməsinin qazisi həzrət Höccət ibnil-Həsən Əskəri (əleyhis-salam)-dır. Bu məhkəmədə bizi istintaqa çəkəcəklər. Bu o haldadır ki, (o vaxta qədər) sağ qalıb o həzrəti görək. Əgər onu görə bilməsək, ikinci məhkəmə axirətdədir, oranın qazisi isə Allahdır. O məhkəmədə bu qorxu vardır ki, görəsən Fatimeyi-Zəhra (ƏLEYHA SALAM)-ın haqqını çox yox, “Səhih-Buxari”nin fiqhi həddində dirçəltdik, yoxsa yox?
    Mən nə qədər fikirləşirəmsə, bu sualın cavabında aciz qalıram. Bu məsələ mənim və sizin təfəkkürünüzə sığa biləcəyindən çox-çox çətindir. Bir şiə alimi nəzərindən biz həzrət Fatimeyi-Zəhra (ƏLEYHA SALAM)-ın haqqını dirçəltməyə xidmət etmədik. Bu, qəti məsələdir və onda heç bir şəkk-şübhə yoxdur. Yəni biz Siddiqeyi-Kübra (ƏLEYHA SALAM)-ın haqqını qəti şəkildə və şiəliyin tələbi qədərində – özü də bir şiə alimi üçün –dirçəltmədik.
    Vaxtımız olmasa da, zəruri miqdarda deyirəm, bir kəsdən də kömək istəmirəm – yalnız əhli-sünnətin qəti sünnətindən, özü də təəssübkeşlərin ən qatı təəssübkeşinin, tənqid edənlərin ən qatı tənqidçisinin nəzərində qəti şəkildə qəbul edilən bir sünnətdən istifadə edirəm. Bu fərqlə ki, sünnülüyə əlavə edilən səfehliklə yox, sünnülüyün fəqahəti əsasında.
    Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in canının parçası
    Buxari, Əbu Vəliddən, o da İbni Üyeynədən, o da Əmr ibni Dinardan, o da İbni Əbi Məlikədən, o da Müsəvvər ibni Muxrəmədən bu kəlmələri nəql etmişlər:
    أَنَّ رَسُولَ اللّٰهِ صلی الله علیه و سلم قَالَ: فَاطِمَةُ بَضْعَةٌ مِنِّي فَمَنْ أَغْضَبَهَا أَغْضَبَنِي
    Həqiqətən Allahın Rəsulu (səlləllahu əleyhi və səlləm) buyurdu: “Fatimə mənim canımın parçasıdır, hər kəs onu qəzəbləndirsə, məni qəzəbləndirmişdir.”
    Bu rəvayəti iki mərhələdə araşdırırıq. Çünki qərara almışıq ki, səfeh sünnü ilə yox, fəqih sünnü ilə söhbət edək. İndi görmək lazımdır ki, sünnü fəqahəti nəyi tələb edir?!
    Bu rəvayətin iki yönü vardır: birincisi dəlil yönündən, ikincisi mədlul (rəvayətin nəyə dəlalət etməsi) yönündən. Dəlil cəhətindən bu rəvayət elə yüksək səhihlik dərəcəsinə malikdir ki, onda heç bir vəch ilə münaqişə edib irad tutmaq olmaz. Sünnü alimləri arasında misli və tayı bərabəri olmayan ən güclü tənqidçi Zəhəbidir. Zəhəbi deyir: “Allahın Rəsulunun (səlləllahu əleyhi və [alihi və] səlləm) buyurduğu “Fatimə mənim canımın parçasıdır, onu narahat edən şeylər məni narahat edir, ona əziyyət verən şeylər mənə əziyyət verir.” rəvayəti səhihdir.”
    Zəhəbinin “səhihdir” dediyi bir rəvayət, o səhih rəvayət ki, imam Cəfər Sadiq (əleyhis-salam)-dan heç bir hədis nəql etməyən Buxari onun səhihliyinə etiraf edirsə, onda görəsən, bu hədis sənədinin və mətləbinin səhihliyi baxımdan aləm əhlinə necə bir höccətdir?
    Bundan əlavə, bu rəvayət “icmali təvatür” həddindədir və onun Allahın Rəsulu (səlləllahu əleyhi və alih) tərəfindən deyilməsi də qətidir. Deməli, bu yöndə hər növ şəkk-şübhə və tərəddüdə yer yoxdur. Dəlilin qüdrəti bu həddədir!
    Amma onun mədlul və məzmununun qüdrətinə gəldikdə isə... Bu rəvayətin məfhumu nədir? Əvvəldə dediyimiz “Fatimə mənim canımın parçasıdır; hər kəs onu qəzəbləndirsə, məni qəzəbləndirmişdir” hədisi ikinci rəvayət üçün müqəddimədir.
    Allah-taalanın razılıq və qəzəbi Fatimə (ƏLEYHA SALAM)-ın razılıq və qəzəbi ilədir
    İkinci rəvayət budur: Allahın Rəsulu (səlləllahu əleyhi və alih) Fatimə (ƏLEYHA SALAM)-a buyurmuşdur:
    قَالَ رَسُولُ اللّٰهِ لِفَاطِمَةَ إنَّ اللّٰهَ [الرَّبَّ] يَغْضَبُ لِغَضَبِکِ وَ يَرْضَى لِرِضَاکِ
    “Həqiqətən, Allah (Rəbb) sənin qəzəbinlə qəzəblənər, sənin razılığınla razı olar.”
    Razılıq və qəzəb nədir? Haradan əmələ gəlir? Haraya gedib çatır? Nədən qaynaqlanır? Nəbatat aləmində iki cür qüvvə vardır: biri lazım olan şeyləri cəzb etmək qüvvəsi, digər isə zərərli olan şeyləri dəf etmək qüvvəsi. Bu canlı bitkinin həyatı bu iki qüvvə əsasındadır. Bu iki qüvvə heyvani həyata çatdığı zaman cəzb və dəf etmə halətindən xaric olaraq razılıq və qəzəb surətinə çevrilir.
    Bu razılıq və qəzəb öz təbiətindən kömək alan heyvanın çərçivəsindədir, yalnız onun təbiətindən kömək alır. Razılıq və qəzəb bir canlının təbiətindən baş qaldırdığı üçün o, heyvan olur. Sonra insani həyata növbə çatır. Bizim həyatımız insani həyat deyildir. Burada təvazökarlıq da etmirik, bizim məclisimiz təvazökarlıq məclisi deyildir.
    İnsani həyat o yerdədir ki, bəşər (həqiqi mənada) insan olan bir yerə çatmış olsun. O nə vaxt insan olar? “İnsanın (şəxsiyyətinin) əsası onun əqlidir.” O vaxt (insani həyat olur) ki, razılıq və qəzəbin başlanğıcı tamamilə əql olsun. Kim bu məqama çatıbdır? Hər kəs aqil olsa, əqlin ilk mərhələsində hələ insan olmadığını başa düşər. Bu çox mühüm məsələdir. Biz hələ insaniyyətin meyarının nə olduğunu bilmirik. Əgər məqamın genişləndirilməsi nahiyəsindən bizim razılığımız genişlənirsə, (başa düşərik ki,) hələ insaniyyət məqamına çatmamışıq – hərçənd qarın və cinsi ləzzətlərdən keçsək də belə. Mühüm məsələ budur: əgər bir yerdə görsək ki, bizə ürək bağlayan bir şəxs hər hansı bir yerdə bizdən üz döndəribdir, narahat olaraq, ya yox? Əgər narahat oluruqsa, deməli, hələ insan olmamışıq. Əgər özümüz kimi olan bir varlığın bizdən iki qarış uca olduğunu görüb narahat olsaq, üzümüzün rəngi qızarsa, deməli, hələ də insaniyyət məqamına çatmamışıq. İnsaniyyət məqamına çatmaq o zaman mümkündür ki, razılıq və qəzəb yalnız əqldən qaynaqlanmış olsun.
    Əgər ömrün boyu razılığın bircə dəfə olsa belə, əqldən qaynaqlansa, elə həmin bir dəfə insansan. Bundan sonra əgər qarından, şəhvətdən, yaxud rəyasətdən irəli gəlsə, heyvanlardan biri olacaq ki, onların meyarları da o xüsusi sifətlərdən biridir. Aqil olmaq belədir. Əgər bir dəfə, iki dəfə yox, mütləq şəkildə bu həddə çatsa və razılıq və qəzəb sözün həqiqi mənasında əqldən qaynaqlansa, bu, əqlani insan olacaqdır: “Əqlin razılığı ilə razı olar, əqlin qəzəbi ilə qəzəblənər.”
    İradənin Allah iradəsində fani olması
    Bu mərtəbədən yüksəkdə elə bir məqam vardır ki, bəndənin iradəsi Allahın iradəsində fani olur. Allahın iradəsində fani olan zaman “Rəbbin razılığı ilə razı olar, Rəbbin qəzəbi ilə qəzəblənər.” Əgər yer üzündə bundan əvvəlki dərəcəyə çatan bir adam görmüş olsan, mərdlik et və onu bizə göstər, gedib nəinki əlini, hətta ayaqlarını belə, öpək. Əgər bir kəsin “əql üzündən razı olub əql üzündən qəzəblənən” məqam sahibi olması bu qədər çətindirsə, onda “Rəbbin razılığı ilə razı olan, Rəbbin qəzəbi ilə qəzəblənən” şəxs kim ola bilər?! Özü də gərək bütün vücud sahələrində belə olsun. Yəni əgər oğlunu qətlə yetirsələr, “Rəbbinin xatirinə qəzəblənər”, əgər oğlunu diriltsələr, “Rəbbinin xatirinə razı olar.” Bu məsələnin nəinki baş verməsi, hətta təsəvvürü belə, insanın taqətini üzür.
    Xatəmiyyətin ismət məqamı
    Bu məqam Xatəmiyyətin ismət məqamıdır, vücud aləmində misli, tayı-bərabəri olmayan o kamil mövcudun ismətidir – yəni o kəs ki, məhəbbəti Allaha görə məhəbbətdə, ədavəti Allaha görə ədavətdə məhv olmuşdur və Allahın sevdiyi şeylərdən başqasını sevmir, Allahın düşmən tutduğu şeylərdən başqasını düşmən tutmur. Belə bir insan bu məqama çatır:
    وَ ما يَنْطِقُ عَنِ الْهَوى *إِنْ هُوَ إِلاَّ وَحْيٌ يُوحى‏
    “O, heç vaxt nəfsin istəkləri üzündən (bir şey) danışmır, bu, ona vəhy olunanlardan başqa bir şey deyildir.”
    Bu mərhələ İbrahimin və Yunisin ismətindən fərqlidir və “Xatəm (səlləllahu əleyhi və alih)-ə mənsub olan ismət məqamı” kimi ifadə edilir.
    Yunis peyğəmbərin isməti də ismətdir, amma elə bir ismətdir ki, onda “yada sal balığın sahibini, o zaman ki, qəzəbli halda qövmünün arasından getdi” vardır. Yunisin malik olduğu ismət məqamı ismət olduğuna baxmayaraq, onun həyatında o məsələ də vardır ki, axırda belə deməlidir: “Səndən başqa heç bir məbud yoxdur, pak və münəzzəhsən, həqiqətən, mən özümə zülm edənlərdən oldum.” O hələ deyilən mərtəbəyə çatmamışdır.
    Yusif (əleyhis-salam)-ın isməti vardır: “Əgər Rəbbinin bürhanını görməsəydi...” Rəbbin o bürhanı ismətdir. Amma bu həddədir ki, yenə “məni öz ərbabının (sahibinin) yanında xatırla” deyir, buna görə də ona vəhy olunur ki, “bir neçə il də zindanda qal!”
    Allahın (bir kəsə) məhəbbətinə görə (o şəxsə) məhəbbət bəsləmək və Allahın (bir kəsi) düşmən tutduğu üçün (o kəslə) düşmən olmaq, (Allahın məhəbbət və düşmənçiliyinə) bir mənalı şəkildə təslim olmaq Xatəm Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə məxsusdur. Bu mərtəbəyə çatan zaman bu məqamda belə deyə bilərik: “O həzrət Rəbbin razılığı ilə razı olur, Rəbbin qəzəbi ilə qəzəblənir.” Bura qədər deyilənləri başa düşürük.
    Allahın razılığı həzrət Fatimənin (ƏLEYHA SALAM)-ın razılığı ilədir
    Fatimeyi-Zəhra (ƏLEYHA SALAM)-ın məqamı dərk edilməzdir:
    إنَّ اللّهَ [الرَّب] يَغْضَبُ لِغَضَبِک وَ يَرْضى لِرِضاک
    “(Ya Fatimə!) Həqiqətən, Allah (Rəbb) sənin qəzəbinlə qəzəblənir, sənin razılığınla razı olur.” Bunun nə olduğunu siz dərk edə bilərsinizmi?!
    Bəzən deyilir ki, bir kəs “Rəbbin razılığı ilə razı olur, Rəbbin qəzəbi ilə qəzəblənir.” Allah tərəfindən olan razılıq və qəzəb (o şəxsdə) təsir qoyur: Rəbbin razılığı ilə razı olur, Rəbbin qəzəbi ilə qəzəblənir. Bu şəxs ən böyük ismət məqamına sahibdir.
    Bəzən yüksək aləmlərdə elə bir məqama çatır ki, onun barəsində deyilir:
    إنَّ اللّهَ [الرَّب] يَغْضَب لِغَضَبِک وَ يَرْضى لِرِضاک
    “Həqiqətən, Allah (Rəbb) sənin qəzəbinlə qəzəblənir, sənin razılığınla razı olur.” Pərvərdigar Fatimənin razılığı ilə razı olur, Fatimənin qəzəbi ilə qəzəblənir.
    Buradan aləmdə Fatiməni tanıyan şəxsin kəlamındakı incəlik məlum olur. Fatiməni tanıyan kimdir? Fatiməni tanıyan imam Cəfər Sadiq (əleyhis-salam)-dır. O həzrət buyurur:
    إِنَّمَا سُمِّيَتْ فَاطِمَةَ لِأَنَّ الْخَلْقَ فُطِمُوا عَنْ مَعْرِفَتِهَا
    “O həzrət ona görə “Fatimə” adlandırılıb ki, məxluqlar onun barəsində mərifətdən ayrılmış və aciz edilmişlər.”
    Dəlil-sübut əsasında başa düşüldü ki, biz o həzrətin barəsində həqiqi mərifətdən uzaq düşmüşük; onun kim olmasını, necə yüksək bir üfüqdə olmasını dərk etməkdən acizik.
    Bu məxfi vücudun cüzi bir guşəsi dəfn gecəsi zahir oldu. Çünki o elə bir şəxsiyyətdir ki, heç kəs onu tanıya bilməz. Yalnız o kəs tanıya bilər ki, dəfn zamanı belə dedi:
    أَمَّا حُزْنِي فَسَرْمَدٌ وَ أَمَّا لَيْلِي فَمُسَهَّد
    “Amma qəm-qüssəm əbədi, gecələrim oyaqlıqla yanaşıdır.”
    O kəs onu tanıdı ki, həm dünyanı, həm də axirəti – hər ikisini ayaq altına qoydu, amma Fatimə (ƏLEYHA SALAM)-ın şəhadət qüssəsi onun taqətini üzdü. Çünki Fatimənin kim olduğunu o bilirdi.
    Onun dəfnində aşkar olan nur
    Təbirlərə baxın: Təkcə bir məsələni deyirəm və bundan artıq demək olmaz. Əmirəl-möminin (əleyhis-salam) gəlib Fatimeyi-Zəhra (ƏLEYHA SALAM)-ın cənazəsini yerə qoydu və ona meyit namazı qıldı. O cənazənin yanında elə bir hadisə baş verdi ki, heç bir cənazənin yanında baş verməmişdi! Mühüm məsələ budur ki, siz mətləbi dərk edirsiniz, öhdənizdə olan ağır vəzifəniz üçün bu hadisəyə diqqət yetirin: Həzrət cənazəni yerə qoyub meyit namazı qıldı, sonra iki rəkət namaz qıldı. Möminlərin əmiridir, Fatiməyə qılınan cənazə namazından sonra iki rəkət namaz qıldı, sonra əllərini göyə qaldırıb nida etdi. Nida etmək danışmaqdan fərqlidir. Nida etdi – yəni fəryad etdi. Fəryadı nə idi? Dedi:
    هَذِهِ بِنْتُ نَبِيِّكَ فَاطِمَةُ أَخْرَجْتَهَا مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ
    “İlahi, bu Sənin Peyğəmbərinin qızı Fatimədir ki, onu zülmətlərdən nura çıxartmışsan.” Bu cümlədəki “zülmətlərdən nura çıxartmışsan” nə deməkdir? O, üstü örtülü şəkildə dedi. Elə bir məsələ idi ki, Allahdan başqasına demək olmazdı. O həzrətin Allaha dediyi bu kəlmə barəsində fikirləşin: “İlahi, bu Sənin Peyğəmbərinin qızı Fatimədir ki, onu zülmətlərdən nura çıxartmışsan.” Bu kəlməni deyən zaman oranın ərazisi 1x1 mil hüdudunda nura qərq oldu. Bunun nə olduğunu fikirləşmisinizmi?
    Allah Əmirəl-möminin Əli (əleyhis-salam)-a bunu göstərmək və bildirmək istəyirdi ki, sənin; “onu zülmətlərdən nura çıxartmışsan”- dediyin zaman nəzərdə tutduğun nur, bu ayədə buyurulan həmin nurdur: “Allah asimanların və yerin nurudur.” Yəni, Allah-taala Fatimeyi-Zəhra (ƏLEYHA SALAM)-nı zülmətlərdən o nura doğru apardı.
    إِنَّا لِلَّهِ وَإِنَّـا إِلَيْهِ رَاجِعونَ
    “Həqiqətən, biz Allah tərəfindənik və yalnız Ona doğru qayıdacağıq.” ayəsi hamı üçündür, lakin Fatimeyi-Zəhra (ƏLEYHA SALAM) “Nura doğru” qayıdır və o nur da; “asimanların və yerin nurudur.” Allah-taala o həzrətə belə cavab vermək istəmişdir: Sən deyirsən ki, dünya zülmət aləmidir və o, dünyanın zülmətindən nura doğru çıxdı. Amma onun bədəni burada qaldığı üçün, həzrətin ruhu ona doğru gedən Nur, elə bir iş gördü ki, onun bədəninin qoyulduğu yer 1x1 mil hüdudunda zülmət aləmindən nur aləminə çevrildi. Budur Fatimeyi-Zəhra (ƏLEYHA SALAM) -ın məqamı. Onun ruhu o nura doğru getdi. O nurun şüaları elə şəkildədir ki, zülmət aləmində olan bədən ilə bu cür rəftar edir. Bu elə bir məqama çatan kəsdir ki: “Pərvərdigar Fatimənin qəzəbi ilə qəzəblənir, onun razılığı ilə razı olur.”
    Allahın qəzəbi kimlərə nazil olur?
    Bunların hamısı bircə kəlmə üçün müqəddimə idi. O kəlmə də odur ki, Buxari özünün “Səhih” kitabında yazmışdır – özü də Aişənin şəxsən özündən nəql olunan mötəbər rəvayətdə. Aişə dedi: “Fatimə Əbu Bəkrə qəzəb etdi.” O, aşkar şəkildə deyir ki, Fatimə (ƏLEYHA SALAM) Əbu Bəkrə qəzəbləndi, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəfatından sonra altı ay yaşadı və bu altı ay ərzində Əbu Bəkrlə danışmadı. Əliyə vəsiyyət etdi ki, mənim ölümümü Əbu Bəkrə xəbər vermə və məni gecə ikən dəfn et! Bunu da Buxari öz kitabında yazmışdır. Burada bir suğra (birinci müqəddimə), bir kübra (ikinci müqəddimə) və bir qiyasın (deduksiya) nəticəsi vardır.
    Qiyasın suğrası sünnətdir, özü də elə bir sünnətdir ki, Buxari onu özünün “Səhih” kitabında gətirərək deyir: “Allahın qəzəbi Əbu Bəkrə nazil oldu.” Qiyasın kübrası da Allahın kitabıdır:
    وَمَن يَحْلِلْ عَلَيْهِ غَضَبِي فَقَدْ هَوَى
    “Hər kəsə Mənim qəzəbim hülul etsə (nazil olsa), şübhəsiz, süqut edəcəkdir (həlak olacaqlar).”
    Sən, ey sünnü fəqihi gün ərzində (namazlarında) on dəfə “Fatihə” surəsini oxuyaraq: “Məni qəzəbə düçar olanların və yolunu azanların yoluna salma!” -deyirsən. Çarən budur ki, ya gərək o sünnəti əldən verəsən və əgər əldən versən, bu halda Buxarinin, Müslimin və bütün (sünnü) kitablarının fatihəsini oxumuş olarsan; ya da gərək Allahın kitabını əldən verəsən və Qurandan əl çəkəsən. Bu halda da “Hər kəsə Mənim qəzəbim hülul etsə (nazil olsa), şübhəsiz süqut edəcəkdir (həlak olacaqlar).” Yaxud da sünnəti və kitabı qoruyub-saxladığın halda mənim sənə dediyim fiqhi unudasan.
    Görəsən, bu deyilənlərdə Allahın kitabından və sünnətdən, kitabın və sünnətin fiqhindən başqa bir şey vardırmı?! Bunun üç yolu ola bilər: ya odur, ya budur, ya da üçüncü bir qisimdir ki, Allah onların barəsində buyurur:
    مَثَلُ الَّذِينَ حُمِّلُوا التَّوْرَاةَ ثُمَّ لَمْ يَحْمِلُوهَا كَمَثَلِ الْحِمَارِ يَحْمِلُ أَسْفَارًا
    “Tövrat (elmi, əməli və təbliğinə dair elm) öhdələrinə qoyulduqdan sonra onu daşımayanların (əməl etməyən yəhudi alimlərinin) məsəli neçə-neçə kitablar daşıyan (amma ondan heç bir bəhrəsi olmayan) ulağın məsəlidir.”

    Uğurlu

    OK
  • Ana səhifə
  • Xəbərlər
  • Media
  • Bəyanlar
  • Seçilmiş bəyanlar
  • Dəftərxananın mərasim proqramları
  • Dərslər
  • Quran təfsiri
  • Şəri hökmlər
  • Şəri məsələlər
  • Şəri suallar
  • İstiftalar
  • Doğru yollar
  • Hekayələr
  • Tövsiyələr
  • Əxlaq və etiqadat
  • Nəşrlər
  • Əsərlər
  • Ağanın şerləri
  • Həyatı
  • Bizimlə əlaqə
  • Ofislər
  • Bizimlə əlaqə