• Həzrət Ayətullah əl-Uzma Vəhid Xorasaninin dəftərinin rəsmi saytı

    Ərşin sütunlarının lərzəyə gəlməsi və bütün məxluqların ağlaması

    24 May 1995 ۲۴ ذو الحجّة ۱۴۱۵ 24 May 1995

    00:00:00

    Həmd-səna yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salam və salavatı olsun ağamız Muhəmmədə və onun pak Əhli-beytinə, xüsusilə yer


    Ərşin sütunlarının lərzəyə gəlməsi və bütün məxluqların ağlaması
    Həmd-səna yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salam və salavatı olsun ağamız Muhəmmədə və onun pak Əhli-beytinə, xüsusilə yer
    Həmd-səna yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salam və salavatı olsun ağamız Muhəmmədə və onun pak Əhli-beytinə, xüsusilə yer üzündə saxlanan şəxsə! Onların düşmənlərinə qiyamət gününə qədər lənət olsun!

    Seyyidüş-şühəda (ƏLEYHISSALAM) vəsfə sığmaz
    Bəzi şəxslər Aşura münasibəti ilə əlaqədar bir qədər söhbət etməyimi istədi. Əgər sizə tövfiq nəsib olsa, Imam Zamanın (ƏLEYHISSALAM) mərhəmətli nəzəri sizin halınıza şamil olsa və nəticədə bu ongünlükdə adınız Seyyidüş-şühədanın (ƏLEYHISSALAM) dəftərində qələmə alınsa, elə böyük bir feyz və qurtuluşa nail olarsınız ki, ondan da yüksək bir fəzilət təsəvvür oluna bilməz; habelə çox mühüm, həddindən artıq çətin və ağır olan vəzifəyə əməl etmiş olarsınız. O ağır vəzifə budur: Gərək Məhərrəm günlərində Seyyidüş-şühədanı (ƏLEYHISSALAM) camaata tanıtdırasınız, Aşuranı bəyan edəsiniz. Mühüm məsələ budur ki, gərək Seyyidüş-şühədanın (ƏLEYHISSALAM) tərifəgəlməzliyi, onun gördüyü işin vəsfəedilməzliyi qəti dəlil ilə başa düşülsün. Düşünülməsi mühüm olan əsas məsələ elə budur.
    Burada iştirak edənlər elə şəxslər deyildir ki, biz onlar üçün xitabə söyləyək, əksinə, alimdirlər, özləri təfəkkür əhlidirlər. Amma bu məsələnin özü çox mühüm, habelə qələmə alınması mümkün olmayacaq qədər çətin olduğundan, özümüzə lazım bilirik ki, burada iştirak edənlərin diqqətini Əhli-beytin (əleyhimussalam) kəlamlarında aşkar edilən həqiqətlərdən birinə yönəldək. Mühüm məsələ budur.
    İmam Hüseynin (ƏLEYHISSALAM) ziyarətində o həzrətin təqdim olunması
    İmam Əbu Əbdillah Cəfər ibni Muhəmməd (ƏLEYHISSALAM) Yunis ibni Zəbyana bir göstəriş vermişdir ki, biz onu qısa şəkildə bəyan edirik. Eyni zamanda elmi məsələlərdə çəkdiyiniz zəhmətləri nəzərə alaraq diqqətinizi bu rəvayətin fiqh və dirayətinə cəlb edirik. Çünki ayrı-ayrı insanların məqam və mənziləsi, (nəql etdikləri) rəvayətlərin çoxluğuna yox, onların düşüncəsinə əsaslanır.
    Yunis İmama (ƏLEYHISSALAM): “Mən Əbu Əbdillah Hüseyn ibni Əlini (ƏLEYHISSALAM)-ı yad edən¬də, qəlbim döyünməyə başlayır” - deyərək özündən bu qabiliyyəti gös¬tə¬rən¬də İmam (ƏLEYHISSALAM) buyurdu: “Üç dəfə de: Səlləllahu ələykə, ya Əba Əbdillah.” Sonra ona göstəriş verib buyurdu: “O hərəmə getmək istəyərkən Fəratın suyu ilə qüsl al, pak-pakizə paltarlarını gey. Ora getmək əzmində olduğun zaman ayaqyalın hərəkət et. Çünki (bu zaman) sən ilahi hərəmlərdən olan bir hərəmdəsən. Yol əsnasında da təsbih, təkbir, təhmid və təhlil zikrlərini çox təkrar et, Muhəmməd və onun Əhli-beytinə (əleyhimussalam) çoxlu salam və salavat göndər.”
    Mühüm məsələ budur ki, buyurur: İmam Hüseynin (ƏLEYHISSALAM) üzü ilə müqabil olan yerə çatdığın zaman arxası qibləyə, üzü Imama tərəf dayanıb de:
    السَّلَامُ عَلَيْكَ يَا حُجَّةَ اللَّهِ وَ ابْنَ حُجَّتِهِ
    “Əs-səlamu ələykə ya Huccətəllahi vəbnə Huccətih – Salam olsun sənə, ey Allahın höccəti və Allahın höccətinin oğlu!” Sonra de:
    السَّلَامُ عَلَيْكَ‏ يَا قَتِيلَ‏ اللَّهِ‏ وَ ابْنَ قَتِيلِهِ
    “Əs-səlamu ələykə ya qətiləllahi vəbnə qətilih – Salam olsun sənə, ey Allah yolunda qətlə yetirilən və Allah yolunda qətlə yetirilənin oğlu!” Sonra de:
    السَّلَامُ عَلَيْكَ يَا ثَارَ اللَّهِ وَ ابْنَ ثَارِهِ
    “Əs-səlamu ələykə ya sarəllahi vəbnə sarih – Salam olsun sənə, ey Allah qanı və ey Allah qanının oğlu!” Sonra de:
    السَّلَامُ عَلَيْكَ يَا وَتْرَ اللَّهِ الْمَوْتُورَ فِي السَّمَاوَاتِ وَ الْأَرضِ
    “Əs-səlamu ələykə ya vətrəllahil-məvtur fis-səmavati vəl-ərz – salam olsun sənə, ey asimanlarda və yerdə misilsiz olan şəxs ki, Allah tərəfindən misilsiz edilmişsən!”
    Yaxşı-yaxşı diqqət edin! Burada iki növ salam vardır: əvvəlcə ümumi salamdır, sonra isə xüsusi salam.
    Seyyidüş-şühəda İmam Hüseynin (ƏLEYHISSALAM) xüsusi mənsəbi
    Əvvəldəki bir salam ümumidir, sonrakı üç salam isə xüsusidir. Bunların hamısı hikmət əsasındadır. Buna görə də hikmət, mərifət və elmin kökü din imamlarının bəyanlarında qoyulmuşdur. Yalnız Allah kömək edib rəhmət nəzəri salsa, bəşər əqli o kəlmələrdə olan günəşin nurundan bir şüanı dərk edə bilər.
    Birinci salam:
    يَا حُجَّةَ اللَّهِ وَ ابْنَ حُجَّتِهِ
    “Əs-səlamu ələykə ya huccətəllahi vəbnə huccətih” Bu, ümumi simadır, başqa din imamlarında da vardır. Lakin bundan sonrakı salamlar yalnız o həzrətə məxsus olan məqamdır və ümumiyyətlə, heç kəs, hətta atası belə, bu salamda o həzrətlə şərik deyildir. O mənsəb nədir?
    قَتِيلَ‏ اللَّهِ‏ وَ ابْنَ قَتِيلِهِ
    “Əs-səlamu ələykə ya qətiləllahi vəbnə qətilih” Bütünlüklə xilqət aləminin başdan-başında elə bir kəs tapılmaz ki, həm özü qeyb aləmindən “Allah yolunda qətlə yetirilən” ünvanına malik olsun, həm də atası. Təbirin incəliyi bundadır:
    السَّلَامُ عَلَيْكَ‏ يَا قَتِيلَ‏ اللَّهِ
    “Əs-səlamu ələykə ya qətiləllah!” Bu salamı o həzrətə məxsus edən şey budur: Sənin iki siman vardır ki, hətta atanda belə, bu iki sima yox idi. Sənin həm özün Allah yolunda qətlə yetirilmişsən, həm də Allah yolunda qətlə yetirilənin oğlusan. Sənin həm özün Sarəllahsan, həm də Sarəllahın oğlusan. Bu mətləbin ardınca deyir: “Sən asimanlarda və yerdə Allah tərəfindən tək saxlanan şəxssən.”
    İmam Hüseynin (ƏLEYHISSALAM) qanının məskunlaşdığı yer
    Burada kamil insanlar heyrətə dalır. Bu üç mənsəbi qeyd etdikdən sonra, İmamın (ƏLEYHISSALAM) bəyanı budur: “Əşhədu ənnə dəməkə səkənə fil-xuldi vəqşəərrət ləhu əzillətul-ərşi və bəka ləhu cəmiul-xəlaiq – şəhadət verirəm ki, sənin qanın əbədi behiştdə məskunlaşdı, onun (o qanın) xatirinə ərşin sütunları lərzəyə düşdü və bütün məxluqlar ona ağladı.” Siz gərək o həzrətin necə böyük şəxsiyyət olduğunu, nə etdiyini camaata düzgün təqdim edəsiniz ki, vücud aləminin tağının bu gövhərinin həm vücud cəhətindən müstəsna şəxs olmasını, həm də külli-əql cəhətindən misilsiz şəxs olmasını başa düşsünlər. Bunların hər biri barəsində söhbətin vüsəti bu yığıncaqlara sığacağından olduqca çoxdur. Bunu bəyan etmək üçün ayrıca tədris kürsüsü və nəzər-diqqət lazımdır.
    Mühüm məsələ budur ki, əvvəlcə o qanın cənnətdə məskunlaşmasının səbəbini bilək. Ora təcərrüd (mücərrədlik) aləmidir. Əgər ruh cənnətdədirsə, bu, əsl qayda üzündəndir. Əgər bu qayda dəyişilsə: ruh cənnətdən yüksəkdə olsa və xüld cənnəti qanın məskəni olsa, bu məsələ bəşər idrakından xaricdədir. Bu sözün mənası budur: Hüseyn ibni Əli (ƏLEYHISSALAM) elə bir məqama çatmışdır ki, xüldün hüdudları onun qanının məskəni olsun. Amma görəsən, onun ruhunun məskəni haradır? Bunu axtarmaq lazımdır:
    أَشْهَدُ أَنَّ دَمَكَ سَكَنَ فِي الْخُلْدِ
    “Şəhadət verirəm ki, sənin qanın xüld cənnətində məskunlaşdı.” Məskunlaşmanın ardınca “lərzə” gəlir. Amma necə bir lərzə?
    وَ اقْشَعَرَّتْ لَهُ أَظِلَّةُ الْعَرْشِ
    “Ərşin sütunları ondan lərzəyə gəldi.” Sənin qanın behiştdə məskunlaşdı, amma o qanın xatirinə ərşin sütunları lərzəyə düşdü. Məskunlaşmanın qana, lərzənin ilahi ərşə nisbət verilməsi barəsində dərin bəhslər vardır. Bu iki kəlmənin ardınca deyilir:
    وَ بَكَى لَهُ جَمِيعُ الْخَلَائِقِ
    “Ona (o qana) bütün məxluqlar ağladı.”
    Hardadır mütəfəkkirlər?! Hardadır nəzər əhli?! Hardadır təfəkkürdə dərin nəzər-diqqət sahibi olanlar?! Onlar diqqət yetirsinlər ki, İmam “xəlaiq” kəlməsini “əlif-lam” ilə gətirdiyi halda, elə həmin kəlmənin əvvəlinə “cəmi” kəlməsi də gətirmiş, sonra da bu icmalı açıqlamış və buyurmuşdur ki, bütün yeddi qat asimanların əhli, yeddi qat yerin əhli... o qana ağladılar. İndi görəsən onun özü hardadır? Bunların hamısı qanla əlaqədar bəhsdir. Qan insanın damarlarında olan şeydir, bu bədənə bağlı olan o ruhun isə tam başqa bir bəhsi vardır.
    Ərşin sütunlarının lərzəyə gəlməsi və bütün məxluqların ağlaması
    Sənin qanın orada (cənnətdə) məskunlaşdığı zaman ərşin sütunları lərzəyə gəldi, bütün məxluqlar ona ağladılar. “Bütün məxluqlar” kəlməsinin ardınca İmam (ƏLEYHISSALAM) yenidən buyurur: Asimanlar, yer, göylərin və yerin əhalisi hamılıqla ağladılar. Mühüm məsələ süud (aşağıdan yuxarıya) və nüzul (yuxarıdan aşağıya) nöqtəsində onun qoyduğu təsirin necə bir həddə çatmasıdır. Elm və mərifətdə böyük fiqh (etiqad məsələsi) əhli üçün İmamın “şəqqul-qəmər” möcüzəsi budur. İmam Sadiq (ƏLEYHISSALAM) Əbu Əbdillah Hüseyn ibni Əlini (ƏLEYHISSALAM) o həzrətin özü ilə yox, qanı ilə təqdim edir və bununla səlahiyyəti olanlara başa salmaq istəyir ki, əgər onun qanı tərifə sığmaz həddədirsə, onda qan sahibi necə bir yüksək məqam sahibidir!
    Nüzul və süud qövsündə olan hər şey o həzrətin qanından təsirləndi
    Bu qan süud qövsündən nüzul qövsünə qədər hər bir şeydə təsir qoydu. “Kafi” kitabına – qeyd etdiyimiz bu kitaba – təhqiq nəzəri ilə baxın. Vücud aləminin Əllaməsi Imam Cəfər ibni Muhəmməd (ƏLEYHISSALAM) icmaldan (“bütün məxluqlar” kəlməsindən) sonra bu kəlmələrlə təfsil gətirib açıqlayır: Behişt əhli bu qan üçün ağladı, cəhənnəm əhli bu qan üçün ağladı. Sonra həm süuda təsir qoydu, həm də nüzula. Süud istiqamətində: vücud aləminin ən yüksək varlığından tutmuş, ən aşağı səviyyəli varlığına qədər hər bir şey bu qanın müqabilində dərindən təsirləndi. Necə bir qovğadır!
    İmam (ƏLEYHISSALAM) təkcə bununla qənaətlənmədi, sözünün davamında bir kəlmə gətirdi ki, Allah hər kəsə qismət eləsə, gərək onun nə olduğunu başa düşsün! İmam (ƏLEYHISSALAM) buyurdu:
    وَ مَا يُرَى وَ مَا لَا يُرَى
    “Gözlə görünənlər və görünməyənlər – hamısı sənin qanına ağladılar.”
    Aşura necə bir hadisə idi?! İmam Hüseynin (ƏLEYHISSALAM) hadisəsi bax belədir! Onun adını çəkdiyiniz zaman ədəb qaydalarına riayət edin və o həzrətin adını ləqəb gətirmədən deməyin:
    Hezar mərtəbe şostən dəhan be ətrü gülab
    Hənuz name to bordən bi ədəbist
    [Ağzı min dəfə ətir və gülabla yusan da
    Yenə də sənin adını (ləqəb olmadan) çəkmək ədəbsizlikdir.]
    Hər vaxt onun adını çəkmək istəsəniz, belə deyin: Seyyidüş-şühəda, İmamul-övliya, Əbu Əbdillah Hüseyn ibni Əli ibni Əbi Talib (ƏLEYHISSALAM).
    Faninin “məfniyyun-fih”ə izafəti
    Əgər bacara bilsəm, bu kəlməyə müyəssər olan qədər açıqlama verərəm:
    أَشْهَدُ أَنَّ دَمَكَ سَكَنَ فِي الْخُلْدِ
    “Şəhadət verirəm ki, sənin qanın cənnətdə məskunlaşdı.” Məsələ gərək bürhan sistemi əsasında olsun, bura xitabə yeri deyildir.
    İzafət, nəkərəni (qeyri-müəyyən kəlməni) mərifəyə (müəyyən və konkret kəlməyə) çevirir. İzafətdə hər bir nəkərə mərifəlik qazanır. Bu, izafətin elmi xüsusiyyətidir. İndi əgər izafətin qarşı tərəfi tərifin fövqündə olan, tərifə sığmayan şey olsa, onda tərifin fövqündə olan şeyə izafət muzafı da tərifin fövqünə aparır.
    Bürhan əsasında olduğunu dediyimiz birinci kəlmə budur ki, Hüseyn ibni Əli (ƏLEYHISSALAM) tərifin fövqündədir. Dəlili də budur: Bürhan baxımından izafət nəkərəni mərifə edir. Nəkərə mərifədə olan şeyləri kəsb edir. Əgər izafətin bir tərəfi tərifin fövqündə olsa, muzaf da tərəfin fövqündə olacaqdır. Bu xüsusiyyət izafətin əsl xüsusiyyətidir.
    Bəzən izafət “fənai izafət”dir. Əgər izafət faninin “məfniyyun fih”ə izafət formasında olsa, bu halda “məfniyyun fih”in hökmləri faniyə keçir və “məfniyyun fih”in əsərləri faninin üzərinə gəlir. Bu, fənai izafətin təsiridir.
    Allah üçün qətlə yetirilən
    İndi görək Hüseyn ibni Əlinin (ƏLEYHISSALAM) Allah-taalaya izafəti necə izafətdir. Bundan sonra bu cümlədə deyilən “Allah üçün qətlə yetirilən”nin kim olduğu məlum olacaqdır:
    السَّلَامُ عَلَيْكَ‏ يَا قَتِيلَ‏ اللَّهِ‏ وَ ابْنَ قَتِيلِهِ
    “Salam olsun sənə, ey Allah üçün qətlə yetirilən (o kəs ki, Allah yolunda qətlə yetirildi və Allah da onun qətlə yetirilməsini istədi) və Allah üçün qətlə yetiriləninin oğlu!”
    Əlqəmənin duasına müraciət edin. Orada bir cümlə vardır ki, onda maarif təlatümə gəlib qovğa edir. O duada Allahı beş nəfərin adına and verdikdən sonra deyir:
    بِاسْمِكَ‏ الَّذِي جَعَلْتَهُ عِنْدَهُمْ وَ بِهِ خَصَصْتَهُمْ دُونَ الْعَالَمِينَ
    “İlahi, Səni and verirəm o adına ki, o adı onların (Əhli-beytin) yanında qərar vermisən və onu aləmdə onlardan başqalarına verməmişsən.”
    Allahı təkcə bu beş nəfərin yanında olan ada and veririk ki, onlar bu ad səbəbi ilə bütün aləmdəkilərdən ayrılıb seçilmişlər. O qan buradan qaynaqlanır.
    İsmi-ə`zəmin daşıyıcıları
    Axıdılan bu qan Allahın ismi-ə`zəminin daşıyıcısı olan bir bədəndən çıxmışdı. Hansı həddə qədər, hansı əndazəyə qədər?! O ismin 73 hərfi vardır. Onun bir hərfi yalnız “Huvə” məqamına məxsusdur ki, “la şərikə ləh” – bu hərfdə Allahın heç bir şəriki yoxdur. Yerdə qalan 72 hərfin yalnız ikisi İsaya (ƏLEYHISSALAM) verilmişdi. Allahın izni ilə ölüləri diriltmək, cüzam və xora xəstəliyinə şəfa vermək, palçıqdan quş düzəldib canlı quş şəkilinə salmaq və s. hamısı bu iki hərfin səbəbi ilə baş verirdi.
    İbrahimə (ƏLEYHISSALAM) çatanda, səkkiz hərf oldu və səkkizdən o tərəfə keçmədi. Amma ismi-ə`zəmin bütün 72 hərfi Hüseyn ibni Əli ibni Əbi Talibin (ƏLEYHISSALAM) qəlbindədir.
    Axıdılan qan
    Axıdılan bu qan belə bir gövhərin daşıyıcısıdır. Əvvəlcə görək onun şəxsiyyəti necə bir şəxsiyyətdir?! İsmi-ə`zəmin daşıyıcısı olan belə bir bədəndəki qan necə axıdıldı?! Əsas şey məsələnin bu yönüdür. Axıdılan qanın çoxlu hesabları vardır: Qan kimin qanıdır? Hansı mərifətdən sərmayə almışdır? Hansı səciyyələrdən qaynaqlanmışdır? O qan nə üçün axıdılmışdır? Bu qan necə axıdılmışdır? Əsas məsələ bədəninə nə qədər yara vurulmasıdır. Artıq bunları demək və bəyan etmək mümkün deyildir. Məqsədimiz yalnız budur ki, aşağıdakı cümlənin mənası bir qədər aydın olsun:
    أَشْهَدُ أَنَّ دَمَكَ سَكَنَ فِي الْخُلْدِ
    “Şəhadət verirəm ki, sənin qanın cənnətdə məskunlaşdı.” Bu bədənə bu qədər yara vurulub! Meydanın bir tərəfində dayanaraq “Bir anlığa dincəlmək istədi.” Bu, onun vəziyyətidir. Belə bir həngamədə, belə bir vəziyyətdə. Yorğunluğu hansı həddə idi? Hər bir halda insandır. Bu ilahi imtahan gərək bəşər səviyyəsində sona çatsın. Əbul-Fəzlil-Abbasın (ƏLEYHISSALAM) cənazəsinin yanından gəlir, Əli ibni Hüseynin cənazəsinin yanından gəlir, bu meydanda belə bir qovğa başlayıb. “Bir anlığa dincəlmək istədi.”
    Yaxşı-yaxşı fikir verin: Belə bir həngamədə bir daş gəlib alnına dəydi, köynəyinin ətəyini qaldırdı ki, qanı təmizləsin. Daha nə oldu? Onu demək olmur.
    Bu məsələdə diqqətlə fikirləşin: əllərini qəlbindən axan qanın altına tutdu. Nə üçün? Əlini bu cür tutmağın səbəbi nə idi? Əgər bu qan yerə tökülsəydi, nə yer qalardı, nə də yerin əhli! Budur “Allahın geniş qapısı”nın və “ümmətin nicat qapısı”nın mənası! Əllərini tutdu ki, qan yerə tökülməsin.
    Ey Cəfər ibni Məhəmməd (ƏLEYHISSALAM)! Gərək buyurasınız ki, bu qan necə bir qan idi?! Ox mübarək qəlbinə sancılan zaman buyurdu: “Allahın adı və qüvvəsi ilə, Rəsulullahın dini əsasında.” İmam əli ilə qanı götürüb ona nəzər saldı və asimana səpdi. Yəni
    إِلَيْهِ يَصْعَدُ الْكَلِمُ الطَّيِّب
    “Pak-pakizə kəlam yalnız Ona tərəf yüksələr.”
    Bu iş Qiyamət qopartdı. Qandan bir damcı belə, yerə qayıtmadı. Bu həmin qandır ki, “Cənnətdə məskunlaşdı.”
    İbni Abbasın gördüyü yuxu
    Ey Əhməd ibni Hənbəl! Sən öz “Müsnəd”ində yazdın. Ey İbni Əbdil-Birr! Sən özünün “İstiy`ab” kitabında yazdın. Ey İbni Həcər! Sən “İsabə”də yazdın. Ey Tirmizi! Sən “Sünən”də yazdın. Ey Cəlaləddin Süyuti! Sən özünün “Təfsir” və “Tarix” kitablarında yazdın. Ey Beyhəqi! Sən özünün “Tarix” kitabında yazdın. Ey Xətib Bağdadi! Sən özünün “Tarix” kitabında yazdın. Ey təfsir imamları! Ey hədis imamları! Sizin hamınız yazmışsınız ki, İbni Abbas deyirdi: Yuxuda Peyğəmbəri pərişan və üstü-başı toz-torpaqlı halda gördüm. Əlində bir şüşə qab var idi. Soruşdum: “Bu nədir?” Buyurdu: “Bu, Hüseynin qanıdır, bir yerə yığmışam ki, ərşə aparam.” (1)
    Ey Əhməd ibni Hənbəl! Bunun nə demək olduğunu başa düşdünmü?! Bu kəlmənin mənasının nə olduğunu bildinmi?! Təkcə Hüseynin (ƏLEYHISSALAM) qanını yox, hətta onun səhabələrinin də qanını ərşə aparırlar. “Bu qanı ərşə aparırlar" cümləsinin mənası nədir? Yəni mən insanlığın bağbanı idim, bağı barlandırmaq üçün gəlmişdim. Gül əmələ gələn zaman bu güllərin gülabını bir yerə yığıb “İqtidarlı padşahın yanında doğruçuluq məqamına” aparıram.
    “Şəhadət verirəm ki, Allah sənin türbətini paklamış və sənin vasitənlə Kitabı izah etmişdir.”

    Uğurlu

    OK
  • Ana səhifə
  • Xəbərlər
  • Media
  • Bəyanlar
  • Seçilmiş bəyanlar
  • Dəftərxananın mərasim proqramları
  • Dərslər
  • Quran təfsiri
  • Şəri hökmlər
  • Şəri məsələlər
  • Şəri suallar
  • İstiftalar
  • Doğru yollar
  • Hekayələr
  • Tövsiyələr
  • Əxlaq və etiqadat
  • Nəşrlər
  • Əsərlər
  • Ağanın şerləri
  • Həyatı
  • Bizimlə əlaqə
  • Ofislər
  • Bizimlə əlaqə