• Həzrət Ayətullah əl-Uzma Vəhid Xorasaninin dəftərinin rəsmi saytı

    MUHƏMMƏDİYYƏ (Səlləllahu əleyhi və alih) HƏQİQƏTİ İLƏ HÜSEYNİYYƏ (Əleyhissalam) HƏQİQƏTİ EYNİDİR

    13 April 1996 ۲۴ ذو الحجّة ۱۴۱۶ 13 April 1996

    00:00:00

    Həmd-səna yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salam və salavatı olsun ağamız Muhəmmədə və onun pak Əhli-beytinə, xüsusilə yer


    MUHƏMMƏDİYYƏ (Səlləllahu əleyhi və alih) HƏQİQƏTİ İLƏ HÜSEYNİYYƏ (Əleyhissalam) HƏQİQƏTİ EYNİDİR
    Həmd-səna yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salam və salavatı olsun ağamız Muhəmmədə və onun pak Əhli-beytinə, xüsusilə yer
    Həmd-səna yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salam və salavatı olsun ağamız Muhəmmədə və onun pak Əhli-beytinə, xüsusilə yer üzündə saxlanan şəxsə! Onların düşmənlərinə qiyamət gününə qədər lənət olsun!

    Təbliğin əhəmiyyəti: Ali-Muhəmməd (əleyhimussalam) yetimlərinə öhdəçilik

    Bu gün xatırlanması lazım və zəruri olan məsələ budur: Siz cənablar üçün Aşura günlərində çox qazanclı bir ticarətə şərait yaranmışdır: يسّرها لکم ربّکم “Rəbbiniz onu sizin üçün asan və müyəssər etsin!” Məclisimizdə iştirak edən alimlər və fəzilət sahibləri gərək bilsinlər ki, bu mənsəb necə bir mənsəbdir. Peyğəmbər Əhli-beytinin (əleyhimussalam) rəvayətlərində də, Quranda olduğu kimi ibarələr və işarələr vardır. İbarələri ümumxalq kütlələri üçündür, işarələri isə alimlər üçün. Dində yetimlərə öhdəçilik çox mühüm məsələdir.(1) Bunun əhəmiyyətində Peyğəmbərin (Səlləllahu əleyhi və alih) bu hədisini qeyd etmək kifayətdir:
    أَنَا وَ كَافِلُ‏ الْيَتِيمِ‏ كَهَاتَيْنِ
    “Mən və yetimə başçılıq edən şəxs bu iki (barmağım) kimidir.”
    Bu, ümumi şəkildə yetimə öhdəçilik etməklə əlaqədardır. Amma rəvayətdə olan işarə nədir? O işarə Imam Həsən Əskərinin (Əleyhissalam) kəlamındadır. İbarə Nəbəvi hədisində, işarə isə Ələvi hədisindədir. On birinci Imam o rəvayətdə buyurur: أَشَدُّ مِنْ يُتْمِ Əşəddu min yutmi – bu yetimdən də şiddətlisi o yetimdr ki, انْقَطَعَ عَنْ إِمَامِهِ “İmamından ayrı düşmüş (məhrum olmuş) olsun.” Öz imamından məhrum olan şəxs həqiqi mənada yetimdir. Bu mənanın özü nəbəvi hədisində də gəlmişdir. “Yütm” bəzən cismani və fiziki yetimlikdir, bəzən isə mənəvi və ruhi. Quran ayələri və Əhli-beytin (əleyhimussalam) kəlamlarının həm batini vardır,(2) həm də zahiri. Hazırda elə bu ölkənin müxtəlif məntəqələrində elə şəxslər vardır ki, düşüncə, dərk və mənimsəmə baxımından dinin ən ibtidai məsələlərindən belə, məhrumdurlar, halal-haram məsələlərini bilmirlər, etiqadları çox zəifdir. Vəhhabilər onları tora salmaq üçün təchiz olunmuş və var-qüvvələri ilə çalışaraq, elə məsələlər qarşıya çıxarmışlar ki, bəyan etməyə ehtiyac yoxdur. Belə bir vaxtda imkanı olan hər bir şəxsin vəzifəsi budur ki, Peyğəmbər (Səlləllahu əleyhi və alih) Əhli-beytinin bu yetimlərini (əqidə cəhətindən) qoruyub-saxlasın. Bu günlər Aşura günləri olduğuna görə Seyyidüş-Şühədanın (Əleyhissalam) bu bəyanını qeyd etməklə kifayətlənirik. O həzrət buyurur:
    مَنْ كَفَلَ لَنَا يَتِيماً قَطَعَتْهُ عَنَّا مِحْنَتُنَا بِاسْتِتَارِنَا فَوَاسَاهُ مِنْ عُلُومِنَا الَّتِي سَقَطَتْ إِلَيْهِ حَتَّى أَرْشَدَهُ وَ هَدَاهُ، قَالَ اللَّهُ عَزَّ وَ جَلَّ لَهُ: يَا أَيُّهَا الْعَبْدُ الْكَرِيمُ الْمُوَاسِي إِنِّي أَوْلَى بِالْكَرَمِ‏ اجْعَلُوا لَهُ يَا مَلَائِكَتِي فِي الْجِنَانِ‏ بِعَدَدِ كُلِّ حَرْفٍ عَلَّمَهُ أَلْفَ أَلْفِ قَصْرٍ، وَ ضَمُّوا إِلَيْهَا مَا يَلِيقُ بِهَا مِنْ سَائِرِ النِّعَم
    “Hər kəs bizim (yolumuzda ona baş verən) möhnətimiz səbəbi ilə bizdən ayrılığa düçar olan bir yetimi öhdəsinə alsa və onu bizim elmimizdən bəhrələndirib, onunla belə həmdərd olsa, mütəal Allah buyurar: “Mən həmdərd olmağa, ondan irəliyəm (yəni o, Mənim işimi görmüşdür).” Rəvayətdə yaxşı-yaxşı diqqət edin. Bu kəlam Seyyidüş-Şühədanın (Əleyhissalam) kəlamıdır. Lakin mətnin özündə “məhrum olmaq möhnəti” ifadəsi gəlmişdir. Əlbəttə, hədisin “bizə məhəbbətdən” deyilən başqa nüsxələri də vardır. Amma daha düzgünü “möhnət” kəlməsi olandır, yəni bizim möhnətimizlə, bizim nəzərdən uzaq olmağımızla bəlaya düçar olmuşdur. İstitar (gözlərdən məxfi olmaq) günü bu gündür. Deməli, Seyyidüş-Şühədanın (Əleyhissalam) o bəyanı hazırda bizim hamımızın vəzifəmizi aydınlaşdırır. “Hər kəs bizim məxfi olduğumuza görə bəlaya düçar olan bir yetimə öhdəçilik etsə, bu öhdəçilikdə bizim elmimizi ona öyrətsə”. Həzrətin bu ikinci cümləsi sizin minbərlərinizin vəziyyətini aydınlaşdırır: Camaata dediyiniz şeylər, onlara hədiyyə etdiyiniz ruhi-mənəvi meyvələr gərək pak-pakizə vəhy ağacından dərilmiş olsun. Bu da sizin təbliğ proqramıdır ki, şərhə ehtiyacı yoxdur. Çünki siz elə şəxslərsiniz ki, sadəcə xatırlatmaq sizə kifayət edər. Əgər (o yetimi) öhdənizə alsanız... Öhdəçiliyin qaydası da elə olmalıdır ki, camaata Zeydin və Əmrin sözlərini yox, yalnız Allahın və Rəsulunun (Səlləllahu əleyhi və alih) kəlamını deyəsiniz, İmam Baqir (Əleyhissalam) və İmam Sadiqin (Əleyhissalam) kəlamını deyəsiniz, o pak-pakizə ağacın meyvəsindən dərib bu yetimlərə yedizdirəsiniz. Belə ki, Quranda buyurulur:
    أَلَمْ تَرَ كَيْفَ ضَرَبَ.اللَّهُ مَثَلًاكَلِمَةً طَيِّبَةً كَشَجَرَةٍ طَيِّبَةٍ أَصْلُهَا ثَابِتٌ وَفَرْعُهَا فِي السَّمَاءِ تُؤْتِي أُكُلَهَا كُلَّ حِينٍ بِإِذْنِ رَبِّهَا وَيَضْرِبُ اللَّهُ الْأَمْثَالَ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ
    “Görmürsünüzmü ki, Allah necə məsəl çəkir? Pak-pakizə kəlam elə bir pak-pakizə ağaca bənzəyir ki, onun kökləri yerdə möhkəm, sabit, budaqları isə asimandadır, Allahın fərmanı (və izni) ilə hər zaman öz meyvəsini verir. Allah insanlar üçün məsəllər çəkir ki, bəlkə xatırlayıb ibrət alalar.” (3)
    Bu ağacdan meyvə dərib bu yetimlərə verin. Bu da Seyyidüş-şühədanın (Əleyhissalam) bəyanıdır. Bu işin əcr və savabı nədir?
    Əgər Seyyidüş-şühədanın (Əleyhissalam) bəyanının şərhində – hədisin fiqhi baxımından – söhbət etmək istəsəm, qüsurdan əlavə, hədisin incəliklərini sizin üçün deməyim ümumiyyətlə, mümkün olmayacaqdır. İmamın ifadəsi belədir: Bizim qeybdə (gözlərdən məxfi) olduğumuz dövrdə yetimlərimizlə belə rəftar edən şəxsə Allah buyurar: “Mən həmdərd olmağa, ondan irəliyəm (yəni o, Mənim işimi görmüşdür).” Öz mələklərinə əmr edər ki, yetimə öhdəçilik edən bu şəxsin bizdən məhrum olan cahilə öyrətdiyi Əhli-beyt (əleyhimussalam) elminin hər bir hərfi müqabilində min-min qəsr versinlər, hər qəsr üçün ona münasib olan ləvazimatı hazır etsinlər. Bu, ona öyrətdiyi bir hərfin əcr və savabıdır. Bu, hazırkı əsrdə Ali-Muhəmməd (əleyhimussalam) yetimlərinə öhdəlik edən şəxsin muzdu və savabıdır.

    Həqiqi şiə etiqadları

    Belə bir dəyərli və mühüm dövrdə siz necə qazanclı bir ticarət edə bilərsiniz!(4) Bu qədər təşviq və təkidlər belə bir vaxt üçündür ki, olmaya sünnülər, sünnülərin sözünü təkrar edib onlara uyanlar belə nurani fikirlərə və müqəddəs etiqadlara zərbə vursunlar! Halbuki bunların (düzgün ilahi maarifin) bizim əlimizə gəlib çatmasında “ovtadul-ərz (yeri sabit saxlayanlar)” və “ə`lamul-ərbəə”dən (şiənin dörd bayraqdarı) başlayaraq bütün saleh sələf alimlər bugünkü günə qədər çoxlu zəhmətlər çəkmişlər: Büreyd ibni Müaviyə, Məhəmməd ibni Müslim, Əbu Bəsir və Zürarə. Bu dörd alim şiə etiqadlarının sütunlarını qoruyub saxlamışlar. Olmaya bizim dövrümüzdə və elə bizim əlimizlə şiə etiqadlarına zərbə vurulsun! Bütün hümmətinizi sərf etməli olacağınız ən mühüm vəzifə bu iki məsələdir: Birincisi camaatın əqidələrini qoruyub saxlamaq, sonra onlara halal-haram məsələlərinin öyrətmək.
    Bilməlisiniz ki, islamın qorunub saxlanması şiəlik üslubundan başqa yolla mümkün deyildir. Ümumiyyətlə, aləmdə islamdan başqa bir din yoxdur və islam da yalnız şiə məzhəbindədir. Din və islam yalnız şiə məzhəbinə həsr olunur.(5)
    Hazırda tövhiddən dəm vuran həmin kəslər qəti əqli dəlil-sübut əsasında şirkin rəhbərləridir. Bürhanın hökmü ilə bunlar Allahı məxluqa oxşadanlar və Onun cisim olduğuna inananların rəhbərləridir.(6)
    Allah, məad və nübüvvət barəsində islamın düzgün və haqq əqidələri yalnız haqq Cəfəri məzhəbinə məxsusdur. Bu sözümüz sırf iddia deyil, dəlil-sübut əsasındadır. Elə bir ümmət yoxdur ki, puç və batil əqidələrə aludə olmasın, yalnız bu evdən (Əhli-beytdən) qaynaqlanan maarif bu şeylərdən pakdır. Qurban olum o bəyana ki, buyurur: “Hər şey bu evdən çıxmasa, o, batildir.” Bu müddəa bu gün dəlil-sübut əsasında isbat ediləcəkdir.

    Hidayət çırağı

    Amma unutmayın ki, əgər insanları hidayət etmək istəsəniz, onda bilin ki, “Həqiqətən, Hüseyn (Əleyhissalam) hidayət çırağıdır.” Nə qədər ki, bu çırağı tapmamışsınız, camaatı hidayət edə bilməzsiniz. Hidayət çırağı – odur. Bu kəlmə çox qəribədir. Merac gecəsi islamın əziz Peyğəmbəri (Səlləllahu əleyhi və alih) yüksək aləmlərə gedən zaman birinci səmada deyildi, ikinci səmada da deyildi. Onların hamısından keçib Lövhə çatdı, oradan da keçib Qələmə, Kürsiyə çatdı, onlardan keçdi, Ərşin yetmiş min sütunlarını ötüb məqsəd və mətləbin son həddinə çatanda orada belə yazıldığını gördü:
    إنَّ الْحُسَين مِصْبَاحُ الْهُدَي وَ سَفِينَةُ النَّجَاةِ
    “Həqiqətən, Hüseyn (Əleyhissalam) hidayət çırağı və nicat gəmisidir.” (8)
    Seyyidüş-şühədanın (Əleyhissalam) əzadarlığının əzəməti gərək qorunub saxlansın. Olmaya, sünnülərin sözünü deyərək onlara uyanların fikirləri səfehlərin qəlbinə təsir edə və bu xalq bu əzadarlıqların əzəmətini azalda!

    Seyyidüş-şühədanı (Əleyhissalam) sevənlər Allahın sevimlisidir

    Bu gün mənim sünnülərin böyük alimləri ilə söhbətim vardır ki, ixtisarla bəyan edirəm. Hər bir millətdə və xalqda tədqiqatçılar vardır, sünnü alimləri arasında da elə şəxslər vardır ki, əqli istidlal əhlidirlər və nəqli elmlərə əhatəlidirlər. Mənim kəlamım onlara istiqamətlənir. Çünki müqəllidlərə etina olunmur. Diqqət əhli olan bir tədqiqatçı milyonlarla bu kimi müqəllidlərlə müqayisə oluna bilməz. Qeyd edəcəyim rəvayətin mətni belədir:
    حُسَيْنٌ مِنِّي وَ أَنَا مِنْ حُسَيْنٍ أَحَبَ‏ اللَّهُ‏ مَنْ‏ أَحَبَ‏ حُسَيْناً
    “Hüseyn məndəndir, mən də Hüseyndənəm, Allah Hüseyni sevənləri sevər.”
    Bu rəvayətdə iki cəhətdən bəhs aparılır: biri sənəd baxımından, digəri isə dəlalət baxımından. Sənəd cəhətindən: Əhli sünnətin tədqiqatçıları diqqət yetirsinlər ki, burada sənədin isbatına mənim təkid etdiyim qədər ehtiyac yoxdur, lakin eyni halda digər cəhətdən lazımdır.
    “Usdul-ğabə"nin müəllifi İbni Əsir, İmam Əhməd ibni Hənbəl Şeybani, mühəddislərin İmamı Tirmizi , mühəddislərin İmamı İbni Macə , Hakim Nişapuri, Buxari və sair böyük sünnü alimləri hamılıqla bu hədisi qələmə almışlar. Bunların hamısından əlavə, tənqidçilərin başçısı, Şəmsəddin Zəhəbi (onun bütün hümməti buna sərf olunmuşdur ki, bu məzmunda gələn aşkar rəvayətləri tənqid etsin, amma) bu hədisə çatanda yazır: “Bu (hədis) səhihdir.” Bu rəvayət sənəd baxımından belə bir yüksək etibar dərəcəsinə malikdir.
    Amma hədisin mətninə gəldikdə isə: Bir gün Peyğəmbər (Səlləllahu əleyhi və alih) o dövrdə uşaqlıq yaşlarında olan Əbu Əbdillah Hüseyn ibni Əli (Əleyhissalam) ilə qarşılaşdı. Onu qucağına alıb (dizləri üstündə) oturtdu. Bir əlini onun boynuna, digər əlini isə çənəsinin altına qoydu, sonra mübarək dodaqlarını Hüseynin dodaqlarına qoydu və buyurdu:
    حُسَيْنٌ مِنِّي وَ أَنَا مِنْ حُسَيْنٍ أَحَبَ‏ اللَّهُ‏ مَنْ‏ أَحَبَ‏ حُسَيْناً
    “Hüseyn məndəndir, mən də Hüseyndənəm, Allah Hüseyni sevənləri sevər.” (9) Bu kəlamda üç cümlə vardır: Birinci cümlə “Hüseynun minni”, ikinci cümlə “və ənə min Hüseyn”, üçüncü cümlə isə “əhəbbəllahu mən əhəbbə Hüseynən” cüm¬lə¬si¬dir. Bu üç cümlədə dəqiqlik və hikmət təlatümə gəlib qovğa edir. Bu hissə ya xəbər cüm¬ləsidir, ya da xəbərlə bərabər olan inşa cümləsi. Onun mənası da aydın¬dır: “Hər kəs Hüseyni (Əleyhissalam) sevirsə, o, Allahın sevimlisidir.” Amma görəsən, bu necə əzə¬mət¬li bir mətləbdir?! Necə oldu ki, onu sevənlər Allahın məhbubu oldular?!

    Hüseynnin (Əleyhissalam) həqiqəti elə Muhəmmədin (Səlləllahu əleyhi və alih) həqiqətidir

    Bu hədisin fiqhi (dərindən düşünülməsi) çox çətindir, lakin biz imkan daxilində onu bəyan edirik, tədqiqatçılar bu məsələni sonradan araşdırıb tədqiq etsinlər. Əhli-sünnətin böyük şəxsiyyətləri və mütəfəkkirləri bu rəvayətdə diqqət etsinlər: “Hüseynun minni – Hüseyn məndəndir” nə deməkdir? “Minni” kəlməsindəki birinci şəxsin təkini göstərən və birləşmiş halda “ya” (ي) kimi gələn əvəzlik necə bir “ya”dır ki, sonrakı cümlədə ayrılıqda gələn “ənə” şəkilində (“ənə min Hüseyn”) deyilmişdir?! Bu hansı bir mənadan hekayət edir?! Əhli-sünnət alimləri arasında nəqli elmlərdə nəzər sahibi olduqdan sonra əqli elmlərdə də məharətli olanlar diqqət yetirməlidirlər ki, “mən” kəlməsi bu zahiri bədəndən hekayət etmir. Bu “mən”im əlimdir, bu “mən”im gözümdür, bu “mən”im başımdır, bu “mən”im ayağımdır, bu “mən”im bədənimdir? O “mən” həmin şeydir ki, bütün bədən üzvlərinin və qüvvələrinin mənsubiyyəti şəkilində gəlir. “Hüseynun minni” o həqiqətlərin həqiqətindən və rəqiqətlərin rəqiqətindən (lətif ruhani vasitə) bir şöbə düzəldir (yəni Peyğmbər (Səlləllahu əleyhi və alih) bütün həqiqətlərin həqiqəti və bütün lətif ruhani vasitələrin səbəbi olduğu halda İmam Hüseyn (Əleyhissalam) da o həqiqət və rəqiqətlərdən bir şöbədir).
    Əgər (onlar) yüksək əqli kamallar səviyyəsinə çatmasalar da, heç olmazsa, Şeyxur-rəisin (İbni Sinanın “İşarat” kitabında) “nəfsin üçüncü nəmətinə” – yer və səmaya aid olan hissədə “öz nəfsinə müraciət et və dərindən fikirləş” – dediyi yerə müraciət etsinlər, Şeyxin “İşarat”dakı nəfs ilə əlaqədar bəhsin birinci tənbihini axırıncı cümləyə qədər oxusunlar. Bundan sonra insanda idrakın, hərəkətin və bütün əməl və rəftarların mənbəyi olan inniyyətini (mənliyini) tapsınlar. “Hüseynun minni” cümləsinin mənası budur ki, bu, o lətif nübüvvət gövhərindən qaynaqlanmışdır. Hətta Peyğəmbərin (Səlləllahu əleyhi və alih) “misali” bədənində də əl, ayaq, göz və qulaq vardır, lakin bunların hamısı insanın inniyyəti müqabilində aradan götürülür.
    “Hüseynun minni” Hüseynin (Əleyhissalam) lətif ruhani yönü Peyğəmbərin (Səlləllahu əleyhi və alih) nübüvvət yönündən, misali yönü isə Peyğəmbərin (Səlləllahu əleyhi və alih) misali yönündən ayrılmışdır. Hədisin fiqhi çox çətindir. Hədisi qələmə alanlar Hakim, Zəhəbi, İbni Macə, Tirmizi və Buxaridir. Amma (onlara deyirəm ki,) siz hədisin fiqhində nə etdiniz? Əgər “Hüseynun minni” cümləsinin nə demək olduğunu bilsəydiniz, on¬da bu məsələni araşdırardınız ki, əgər bu ondandırsa, bəs o kimdəndir? Sonra növ¬bə buna çatardı ki, “minni” kəlməsindəki əvəzliyinin özünün mərcəyi (qayıtdığı yer) haradan qaynaqlanır? O artıq elə bir şeydən əmələ gəlir ki, orada bütün qələm¬lər yazmaqdan aciz olur, bütün bəyanlar bəyan qüdrətini itirir: o, Allahın əzəmət nu¬run¬dan əmələ gəlmişdir. (10) O zaman aydın olar ki, Hüseynin (Əleyhissalam) hə¬qi¬qəti ey¬nilə Muhəmməd (Səlləllahu əleyhi və alih) həqiqətidir.(11) Muhəmməd (Səlləllahu əleyhi və alih) həqiqəti də nü-zul qöv¬sünün əvvəlindəki birinci nöqtə və vücudun süud seyrindəki son nöqtə¬dir. Nə¬ha¬yət, o sünnü mütəfəkkir alimi bu hədisdən aşağıdakı ayədə deyilənləri ba¬şa dü¬şər:
    اللَّهُ نُورُ.السَّمَاوَاتِ وَالْأَرْضِ مَثَلُ نُورِهِ كَمِشْكَاةٍ فِيهَا مِصْبَاحٌ الْمِصْبَاحُ فِي زُجَاجَةٍ الزُّجَاجَةُ كَأَنَّهَا كَوْكَبٌ.دُرِّيٌّ يُوقَدُ مِنْ شَجَرَةٍ مُبَارَكَةٍ زَيْتُونَةٍ لَا شَرْقِيَّةٍ وَلَا غَرْبِيَّةٍ يَكَادُ زَيْتُهَا يُضِيءُ وَلَوْ لَمْ تَمْسَسْهُ نَارٌ نُورٌ عَلَى نُورٍ يَهْدِي اللَّهُ لِنُورِهِ مَنْ يَشَاءُ وَيَضْرِبُ اللَّهُ الْأَمْثَالَ لِلنَّاسِ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
    (“Nur” surəsi, ayə 35)
    Əgər bürhan və dəlil-sübut əsasında belədirsə, onda Aşura günü bu bədənə varid olan şeylər (müsibət və zərbələr) elə Peyğəmbərin (Səlləllahu əleyhi və alih) bədəninə varid olmuşdur. Peyğəmbərin şəxsən öz bədəninə varid olan şeylər də Allahın əzəmət nuruna varid olmuşdur. Müsibət – belə əzəmətli bir müsibətdir. Məhz bu müsibət idi ki,
    ثَقُلَتْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ
    “asimanlarda və yerdə çox ağır oldu.” Bu elə bir müsibətdir ki, Əmirəl-möminin (Əleyhissalam) müsibətində deyilir:
    تَهَدَّمَتْ وَ اللَّهِ أَرْكَانُ‏ الْهُدَى
    “Allaha and olsun ki, hidayət sütunları dağıldı.” (12) Yalnız bu müsibət bütün vücud nəş`ələrində təsir qoydu. (13)
    Mütəal Allaha and olsun! Əgər əhli-sünnət alimləri mənim sözlərimə insafla yanaşsalar və onlara xatırlatdığım məsələləri tədqiq etsələr, istər-istəməz bu nəticəyə çatacaqlar ki, gərək Aşura günü başı açıq, ayaqyalın bu müsibətə göz yaşı axıtsınlar, bütün islam ümmətinə də tövsiyə etsinlər ki, bu gündə elə əzadarlıq etmək lazımdır ki, heç bir başqa hadisə ilə müqayisə oluna bilməsin.
    Sünnülərin böyük alimlərinə deyirəm: Bu rəvayəti oxuyun, sonra İbni Həcər Əsqəlaninin , İbni Həcər Heysəminin , Cəlaləddin Süyutinin və başqa əhli-sünnət imamlarının sözlərinə müraciət edin, görün ki, hamısı müttəfiq fikirlə demişlər: Aşura günü aləm elə qaranlıqlaşıb zülmətə düşdü, günəş elə tutuldu ki, asimandakı bütün ulduzlar görünməyə başladı. (14) Yüksək aləmlərdə belə bir qovğa və təlatüm yaradan müsibət bu aləmdə nə etməlidir?!

    Hüseynin (Əleyhissalam) günü

    Bir neçə kəlmə də sizə deyirəm! Əhli-sünnət alimlərinin yolu yuxarıda dediyimdir. Amma siz bu iki kəlmədə yaxşı-yaxşı fikirləşin.
    Altıncı İmam Cəfər ibni Muhəmməd (Əleyhissalam) bu vəziyyətdə idi:
    مَا ذُكِرَ الْحُسَيْنُ عِنْدَ أَبِي عَبْدِ اللَّهِ فِي يَوْمٍ قَطُّ فَرُئِيَ أَبُو عَبْدِ اللَّهِ مُتَبَسِّماً فِي‏ ذَلِكَ‏ الْيَوْمِ إِلَى اللَّيْلِ
    “Əbu Əbdillahın (Əleyhissalam) yanında hər hansı gün İmam Hüseyn (Əleyhissalam) xatırlansaydı, həmin gün axşama qədər bu adı eşitməklə Əbu Əbdillahın (Əleyhissalam) təbəssüm etdiyini görməzdilər.” (15) Görəsən, nə olub? İmam Hüseyn (Əleyhissalam) necə böyük şəxsiyyət idi və nə etdi?!
    Hədisin fiqhi budur. Qövmin böyükləri demişlər ki, əgər alimlərdən bir qrupu üç nəfərin bir məsələ barəsində fikir birliyini görsəydilər, onun əsasında fətva verərdilər. Mən mərhum Mirza Şirazidən bir kəlmə deyirəm. Hamınız Mirza Məhəmməd Təqini tanıyırsınız. Təfəkkürdə qəribə bir (fitri istedadlı) insandır. Bu onun dəqiq nəzər sahibi olması baxımından. Şəxsiyyətinin səlabət və qüvvəti baxımından da; o həmin kəsdir ki, təkbaşına İngilis hökumətinin qarşısında dayandı, İraqda inqilab yaratdı. Belə bir şəxsiyyəti gördülər ki, Aşura günü Tüveyric məhəlləsinin əzadarlıq dəstəsində başı açıq, ayaqyalın sinə vurur. Bu necə bir işdir?! Bu, şiənin başçısı, örnəyidir. Amma necə bir örnək! Hüseynin (Əleyhissalam) əzadarlıq dəstəsində başı açıq, ayaqyalın iştirak edir. Bu onun fəqahətini göstərir. Səbəbi budur: Mirza üçün səkkizinci İmam həzrət Əli ibni Musanın (Əleyhissalam) bu cümləni oğluna buyurması qəti bir məsələdir:
    إِنَّ يَوْمَ الْحُسَيْنِ أَقْرَحَ‏ جُفُونَنَا وَ أَسْبَلَ دُمُوعَنَا
    “Həqiqətən, Hüseynin günü (Aşura) göz qapaqlarımızı (ağlamağın şiddətindən) yaraladı, göz yaşlarımızı axıtdı.”
    Bu bədəndə ən incə üzv gözdür. Bu necə müsibətdir ki, səkkizinci İmamın göz qapaqlarını yaralamışdır?!
    Mirza elə bir fəqihdir ki, Əli ibni Musanın (Əleyhissalam) gözünü yaralayan müsibətin onun başına və sinəsinə nələr etdiyini başa düşür. Budur Aşura faciəsi! Bu müsibətin əzəməti bu həddədir. Mirza elə böyük bir şəxsiyyətdir ki, kim olduğunu deməyimə ehtiyac yoxdur. Onun gördüyü iş də elə böyükdür ki, nə etdiyini deməyimə ehtiyac yoxdur. Söhbətimi altıncı İmamdan (Əleyhissalam) bir cümlə ilə sona çatdırıram. Kəlam dinin rəisinin kəlamı ilə başlanır, məzhəbin rəisinin kəlamlı ilə də sona yetir. Gərək İmam Hüseynin (Əleyhissalam) kim olduğunu o desin.
    O həzrətdən İmam Hüseynin (Əleyhissalam) necə ziyarət edilməsi barədə soruşduqda, belə göstəriş verir: O həzrətin ziyarətinə getdiyin zaman şərif məzarının müqabi¬lində dayanıb de:
    السَّلَامُ عَلَيْكَ يَا حُجَّةَ اللَّهِ
    “Salam olsun sənə, ey Allahın höccəti!...” Bir neçə salam cümləsindən sonra şəhadətə növbə çatır. Mühüm budur, namazın təşəhhüdündə
    اشهد ان لا اله الا اللّٰه وحده لا شريک له
    “Şəhadət verirəm ki, Allahdan başqa heç bir məbud yoxdur, təkdir, heç bir şəriki yoxdur” deyə şəhadət verdiyimiz kimi, burada da altıncı İmam buyurur: O həzrətə salam verməzdən qabaq belə de:
    أَشْهَدُ أَنَّكَ نُورُ اللَّهِ الَّذِي لَمْ يُطْفَأْ وَ لَا يُطْفَأُ أَبَداً
    “Şəhadət verirəm: sən Allahın o nurusan ki, heç vaxt sönmədi və heç vaxt da sönməyəcəkdir.”
    وَ أَنَّكَ وَجْهُ اللَّهِ الَّذِي لَمْ يَهْلِكْ وَ لَا يَهْلِكُ أَبَداً
    “Sən Allahın o vəchisən ki, heç vaxt həlak olmadı və heç vaxt da həlak olmayacaqdır.”
    Bu cümlələrdə dərindən fikirləşin.

    Uğurlu

    OK
  • Ana səhifə
  • Xəbərlər
  • Media
  • Bəyanlar
  • Seçilmiş bəyanlar
  • Dəftərxananın mərasim proqramları
  • Dərslər
  • Quran təfsiri
  • Şəri hökmlər
  • Şəri məsələlər
  • Şəri suallar
  • İstiftalar
  • Doğru yollar
  • Hekayələr
  • Tövsiyələr
  • Əxlaq və etiqadat
  • Nəşrlər
  • Əsərlər
  • Ağanın şerləri
  • Həyatı
  • Bizimlə əlaqə
  • Ofislər
  • Bizimlə əlaqə