• Həzrət Ayətullah əl-Uzma Vəhid Xorasaninin dəftərinin rəsmi saytı

    Aşuranın tanınması

    11 April 1999 ۲۴ ذو الحجّة ۱۴۱۹ 11 April 1999

    00:00:00

    Həmd-səna yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salam və salavatı olsun ağamız Muhəmmədə və onun pak Əhli-beytinə, xüsusilə yer


    Aşuranın tanınması
    Həmd-səna yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salam və salavatı olsun ağamız Muhəmmədə və onun pak Əhli-beytinə, xüsusilə yer
    Həmd-səna yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salam və salavatı olsun ağamız Muhəmmədə və onun pak Əhli-beytinə, xüsusilə yer üzündə saxlanan şəxsə! Onların düşmənlərinə qiyamət gününə qədər lənət olsun!

    Aşuranın tanınması

    Aşura günlərində vəzifəsi dinin təbliğ və yayılması olan və ən mühüm vəzifə olan bu işin təbliği üçün səfər edənlər gərək Aşuranın nə olduğuna diqqət yetirsinlər. İslam aləmində ən mühüm fürsət sayılan bu fürsətdən necə istifadə etmək olar? İmam (Əleyhissalam) tərəfindən deyilməsi qəti surətdə sübuta yetən
    لَا يوْمَ‏ كَيَوْمِكَ‏ يَا أَبَا عَبْدِاللَّهِ
    “Ya Əba Əbdillah! Sənin (Aşuradakı) günün kimi (müsibətli və ağır) bir gün yoxdur” hədisinə diqqət yetirsələr, Aşuranın nə olduğunu bilərlər. Bu əzəmətli gündən necə istifadə etmək lazımdır?

    “Təğabün” (zərər və xəsarət) günü
    Quranın hər bir surəsi, onda mövcud olan mühüm bir məsələ ilə əlaqədar adlandırılmışdır. Quranla məşğul olanlar hər surənin adından başa düşməlidirlər ki, o surənin əsas sütunu nədir? Bir surənin adı “Təğabun”dur. Bu surədə belə bir ayə vardır:
    يوْمَ يَجْمَعُكُمْ لِيَوْمِ الْجَمْعِ ذَلِكَ يَوْمُ التَّغَابُنِ
    “O sizi hamının cəm edildiyi bir gün üçün toplayacaqdır, o gün xəsarət günüdür.”
    Təəssüflər olsun ki, biz Quranı düşünməkdə və onun fiqhində çox dala qalmışıq, Allahın kitabında mövcud olan o gözəl incəliklərin barəsində layiqincə fəqahətə malik deyilik.
    Quranda Qiyamətin müxtəlif adları vardır.(1) Bu ayədə Qiyamət gününün iki adı qeyd edilmişdir ki, bunun özü də mühüm bir məsələdir. Tədqiqat əhli olanlar gərək baxsınlar ki, təfsirlərdə bu incəliyə diqqət yetirilmişdir, ya yox? Bu iki adın: “Yovmul-cəm” və “Yovmut-təğabun” adları arasında nə kimi əlaqə vardır? Allahın sizi bir yerə (məhşər səhnəsinə) topladığı gün – “Cəm etmə günüdür”. “Zalikə” kəlməsi uzağa işarə edən işarə ismidir. Gərək bilək ki, uzağa olan işarə ismindən istifadə olunmasında necə bir sirr vardır? ذَلِكَ يَوْمُ التَّغَابُنِ “O, xəsarət günüdür.” Surə “Təğabün” adı ilə adlandırılmışdır, bu kəlmə “təfaul” babındandır. Yenidən görəsən “təfaul” vəznində işlənmənin sirri nədir? Bu kəlmənin kökü “ğəbn”dir, vəzni və quruluşu isə təfaul vəznindədir. Bu məsələdə necə dəqiqlik və incəlik vardır? “Yovmut-təğabun” kəlməsində Allahın nəzərdə tutduğu zərər və xəsarət nədir?
    Burada bir rəvayət vardır. Quranda vəhy kəlmələrindən kömək almaq lazımdır, amma fikir qüdrəti, fəqahət qüvvəsi, Allahın və övliyaullahın kəlamını düzgün dərk etməklə.
    Peyğəmbəri-əkrəm (Səlləllahu əleyhi və alih) buyurur: “Qiyamətdə hər kəs üçün 24 saatın hər biri müqabilində 24 xəzinə açılacaqdır.” Həzrətin bəyanına da diqqət yetirmək lazımdır. Hər kəsin ömrü nə qədərdir? Hər saat üçün bir xəzinə, xəzinənin qapısını da insanın özü açmalıdır.
    اقْرَأْ كِتَابَكَ كَفَى بِنَفْسِكَ الْيَوْمَ عَلَيْكَ حَسِيبًا
    “(Ona deyərik:) Kitabını oxu, bu gün sənin özünün öz hesabçın olmağın kifayətdir!”
    Bir xəzinənin qapısını açıb onda yığılan şeyləri görür, o qədər fərəh və sevinc hissi keçirir ki, əgər bu hissləri bütün cəhənnəm əhlinin arasında bölüşdürsəydilər, onlar cəhənnəm əzabını hiss etməzdilər. Bu fərəh və sevinc hissi bu xəzinədən qaynaqlanır. Digər bir xəzinənin qapısını açanda o qədər narahat və pərişan olar ki, əgər bu hissləri behişt əhlinin arasında bölüşdürsəydilər, onların gözəl ruhiyyələri büsbütün pozulardı. Üçüncü xəzinənin qapısını açanda onu boş görür, bu zaman onun təəssüf hissləri vəsfə sığmaz dərəcədə olur. (2)
    “Təğabun” surəsində “təğabun” kəlməsinin təfsiri bu hədisdən məlum olur. “Ğəbn” nədir? “Ğəbn” bir şeyin əldən çıxan miqdarının bərpa olunmamasıdır. “Ğəbn”in həmin miqdarı “ovfu bil-uqud” ayəsinə qeyd olur. Əqdlərdə əsalətül-lüzum (əqdin icrasının lazim və vacib olması qanunu) müqabilində “ğəbn xiyarı” (xəsarətin bərpa edilmə ixtiyarı) malın əldən gedən hissəsini bərpa etmək üçün qərar verilmişdir. Ğəbn xiyarını oxuyan bir fəqih gərək “Təğabun” surəsindəki “təğabunu” də başa düşsün, bu nəbəvi hədisini dərk etsin, sonra görsün ki, hər an keçməkdə olan ömrün xüsusi zaman və saatlarından necə istifadə etmək lazımdır.

    Aşura ən yüksək rəfiqlik məqamında Əhli-beyt (əleyhimussalam) ilə birlikdə olmağa şərait yaradır

    Sizin Aşura günündəki saatlarınızın elə xəsarətləri vardır ki, digər heç bir xəsarətlə müqayisə oluna bilməz. Əsas məsələ budur: bir din alimi Aşura günlərində nə etməlidir ki, vəsfəgəlməz xəsarətə düçar olmasın:
    وَ أَنْذِرْهُمْ يَوْمَ الْحَسْرَةِ إِذْ قُضِيَ الْأَمْرُ
    “Onları həsrət günündən qorxut, o zaman ki, işlər sona çatmış olar.”
    İş-işdən keçəndən sonra artıq həsrətin heç bir faydası, nəticəsi olmayacaqdır. Xəsarətin bərpa olunması İmamın bəyanındadır və o kəlamı şərh etməyə vaxtımız çatmaz. Allahın Höccəti buyurur:
    هَدَاهُ وَ أَرْشَدَهُ وَ عَلَّمَهُ شَرِيعَتَنَا كَانَ مَعَنَا فِي الرَّفِيقِ الْأَعْلَى
    “Bizim elmimizə alim olan şəxs – alim, amma hər alim yox, əksinə “bizim elmimizə alim olan” şəxs – bizdən məhrum olan və şəriətimizə cahil olan bir şəxsi hidayət edib şəriətimizi ona öyrətsə, (bu alim) rəfiqi-ə`lada bizimlə birgə olacaqdır. Aşura – təbliğlə məşğul olan hər bir şəxsə, bu gövhəri əldə etmək üçün bir xəzinə kimidir. İndi nə etmək lazımdır? Vəzifəmiz nədir? Lazım olan şeylər din imamlarının kəlamlarındadır. Zeydin və Əmrin sözlərini irəli çəkməyin dəyəri yoxdur. Bir ömür zəhmət çəkdiyiniz halda sizin istinad yeriniz yalnız iki şey olmalıdır: Kitab və sünnət. Görün mütəal Allah nə buyurur? Məsumun bəyanı nədir? Onların elmlərinə alim olun, əgər məsumların (əleyhimussalam) elminə alim olaraq, cahilə – hətta bir nəfər olsa belə – elm öyrədib onu düz yola hidayət etsəniz, “rəfiqi-ə`lada bizimlə birlikdə olacaqsınız”. Nəyi təlim verməlisiniz? “Şəriətimizi”, nə deməkdir? Təlim, hidayət və yol göstərmək bizim yolumuza doğru olmalıdır. Bu halda savabınız nə olacaqdır? “Rəfiqi-ə`lada bizimlə birlikdə olacaqdır.” Bu məqamdan da yüksək bir məqam, ümumiyyətlə dərk oluna bilməz. Birgəlik kiminlədir?
    Aşura ongünlüyündə öz qohum-əqrəbasından ayrılaraq şəriət barəsində cahil olan insanları hidayət etmək üçün müəyyən bir məntəqəyə gedən və bir nəfərə haqq şəriəti öyrədən şəxsin məqamı “Əhli-beyt ilə birlikdə olmaq”dır. Birgəlik çox qəribə izafətdir (mənsubiyyətdir). “Birgəlik” kəlməsi idrakın fövqündə olan bir məqamın ən yüksək həddini göstərir: “Bizimlə birgə olacaqdır.” Təkcə bu kəlməyə kifayət edilməmişdir, əksinə rəvayətdə iki izafət gəlmişdir: Biri məiyyət (birgəlik), digəri isə zərfiyyət (məkan, zərflik) izafəti. Birgəlik izafəti: bu hədisdəki “məəna” kəlməsidir.
    يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ ارْجِعِي إِلَى رَبِّكِ رَاضِيَةً مَرْضِيَّةً
    “Ey xatircəm olan nəfs! Rəbbinin səndən, sənin də Rəbbindən razı olduğun halda Rəbbinə doğru qayıt!” (3)
    Allah-taalanın lütf və mərhəməti sizi onunla yoldaş və həmneşin edir. Zərflik izafəti isə: “Ən yüksək rəfiqlik məqamında.” Bu məqam –Rəfiqi-ə`la nədir? Bu bəhsi başqa bir vaxta həvalə edirik. Mühüm məsələ bunu başa düşməyinizdir ki, Aşura nədir, kimin günüdür? Bu yerdə kamil insanların əqli heyrətə düşür!

    “Lövh” hədisində Seyyidüş-şühədanın (Əleyhissalam) məqamları

    Bu hədisin necə bir qırmızı iksir olduğunu hədis mütəxəssisləri başa düşər. Mərhum Kuleyni “Kafi”də , Səduq “Kəmalud-din”də , habelə başqa şeyxlər də öz kitablarında hədisi nəql etmişlər. Bu hədis “Lövh hədisi”(4) adı ilə məşhurdur. Allah-taala “Lövh” hədisini İmam Hüseynin (Əleyhissalam) təvəllüdündə Siddiqeyi-Tahirə Fatimeyi-Zəhra (Əleyhassalam) üçün bir töhfə olaraq göndərdi. Bu hədisdə on iki vəsinin adları və bütün xüsusiyyətləri qeyd olunmuşdur. Bu hədis Rəbbul-Ərbab (Allah) tərəfindən belə bir mövlud üçün Seyyidətun-Nisa Ümmül-Əimmə (Əleyhassalam) üçün gəlmişdir. Allah bu hədisdə Seyyidüş-şühəda (Əleyhissalam) üçün səkkiz məqamı qeyd etmişdir.

    Seyyidüş-şühədanın (Əleyhissalam) qəlbi vəhy xəzinəsidir

    İlk məqamı budur:
    وَ جَعَلْتُ‏ حُسَيْناً خَازِنَ‏ وَحْيِي
    “Hüseyni Öz vəhyimin xəzinədarı qərar verdim.”
    Bu, birinci kəlmədir: ilahi vəhyin hüdudları haradan başlanır və hara qədər davam edir? Başlanğıcı budur: عَلَّمَ آدَمَ الْأَسْماءَ كُلَّها “İsimlərin hamısını Adəmə öyrətdi.” Sonu isə budur: فَأَوْحَى إِلَى عَبْدِهِ مَا أَوْحَى “Allah Öz bəndəsinə vəhy etməli olduğu hər bir şeyi vəhy etdi” və وَمَا يَنْطِقُ عَنِ الْهَوَى إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى “O (Peyğəmbər) heç vaxt nəfsin istəkləri üzündən danışmır; onun sözləri ona vəhy olunan şeylərdən başqa bir şey deyildir.” O başlanğıc nöqtədən tutmuş bu yerdə xətm olunan vəhyin hamısı Hüseyn ibni Əli ibni Əbi Talibin (Əleyhissalam) qəlbində xəzinədir: جَعَلْتُ‏ حُسَيْناً خَازِنَ‏ وَحْيِي “Hüseyni Öz vəhyimin xəzinədarı qərar verdim.” Kim onu tanıyıb ki, Aşuranın nə olduğunu bilsin və nəticədə Aşurada nə hadisələr baş verdiyini başa düşsün? Necə böyük şəxsiyyətin qanı və hansı məqsədlə axıdıldı?
    Allah-taalanın kəlmələrini nə mən başa düşürəm, nə də məndən başqası. Biz yalnız bu (mərifət) günəşindən cüzi bir şüa və işığı dərk edirik. Amma “Mənim vəhyimin xəzinədarı” kəlməsini o kəs başa düşər ki, vəhyi dərk etsin, vəhyin əqldən olan üstünlük və imtiyazını bilsin, vəhy ilə bəşər fikrinin arasıdakı sərhədi dərk etsin və vəhyin həqiqətinin nə olduğunu, özü də elə bir kəlmələrdə ki: وَ كَلَّمَ اللَّهُ مُوسَى تَكْلِيمًا “Allah Musa ilə aşkar danışdı” dərk etsin və bilsin ki, o “mütləq məf`ul”da (“təklima” kəlməsində) nələr yerləşdirilmişdir? Bu, mətləbin sadəcə bir şöbəsidir. Bu mətləblərin hamısı Hüseyn ibni Əli ibni Əbi Talibin (Əleyhissalam) qəlbində xəzinə qoyulmuşdur. O gündə belə bir qəlbə ox vuruldu, belə qan axıdıldı. Məsələ budur.

    Mələklərin meracı və peyğəmbərlərin (əleyhimussalam) ziyarəti

    “Kamiluz-ziyarat” kitabını oxuyun və görün ki, İmam (Əleyhissalam) orda nə buyurur. İmam Hüseyni (Əleyhissalam) qəbrinin ətrafı – eni 20 zira və uzunluğu 20 zira olan hüdudu mələklərin meracı, gedib-gəldiyi yerdir. Bu bir ifadədir. Ən mühüm isə bu cümlədir: Elə bir mürsəl peyğəmbər, elə bir müqərrəb mələk yoxdur ki, Hüseyn ibni Əlinin (Əleyhissalam) qəbrini ziyarət etmək üçün Allahdan icazə verilməsini arzu etməmiş olsun. (5) “Elə bir mürsəl peyğəmbər, elə bir müqərrəb mələk yoxdur ki,” kəlməsini (başa düşmək) çox da asan bir şey deyildir. Budur Seyyidüş-şühəda (Əleyhissalam) ! Budur o kəs ki, Aşuranı bərqərar etdi və “sənin (müsibətli) günün kimi heç bir gün yoxdur, ey Əba Əbdillah!” - deyə vəsf edilən bir günü vücuda gətirdi! Budur o kəs ki, hər cümə axşamı əvvəldəkilərdən axırdakılara qədər istisnasız olaraq hər bir peyğəmbər, əvvəldən axıra qədər bütün vəsilər gərək onun qəbrinin yanında (hazır olub) ona salam versinlər. (6) Əmirəl-möminin Əli (Əleyhissalam) hər cümə gecəsi o həzrətin ziyarətinə gələndə, malik olduğu xüsusiyyət budur ki, Kərbəlada dəfn olunanlar üçün bir “Fatihə” oxuyur. Bu surə ölülər arasında bölüşdürüləndə hər kəsin payına düşən miqdar qələmə və bəyana sığmayacaq qədərdir. Budur Seyyidüş-şühəda (Əleyhissalam) ! İmam Hüseyn (Əleyhissalam) bax budur! Onun qanı belə bir qandır! Bu qanı bəzi şəxslərin məqamı və mənsəbi üçün ticarət malına çevirməyin. Bu qan gərək haqqın sərmayəsi olsun. Haqq da üç kəlmədən artıq deyildir: Birinci haqq:
    فتَعَالَى اللَّهُ الْمَلِكُ الْحَقُّ
    “Haqq (həqiqi), Məlik (hakim) olan Allah uca məqamlıdır” Hüseyn ibni Əlinin (Əleyhissalam) qanı birinci mərhələdə gərək bu haqqa sərf edilsin. İkinci haqq:
    هوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَ دِينِ الْحَقِّ
    “O, həmin Allahdır ki, Öz Rəsulunu hidayətlə və haqq dinlə göndərdi.” (7)
    Bu ikinci haqdır ki, o həzrətin qanı gərək ona sərf edilsin. Üçüncü haqq da:
    السَّلَامُ عَلَى‏ الْحَقِ‏ الْجَدِيد
    “Salam olsun yeni haqqa!”
    Nəticə budur ki, Aşura yalnız üç kəlməyə sərf olunmalıdır: Allah, Allahın dini və İmam Zaman (Əleyhissalam) . Bu qan axıdılan zaman Əbu Əbdillah (Əleyhissalam) buyurdu: “Allahın adı ilə, Allahın köməyi ilə və Allahın yolunda.” Bu qanı Allah yolunda sərf edin ki, dünya və axirət xeyri sizə nəsib olsun. Bundan qeyri hallarda dünya və axirətdə xəsarətə düçar olacaqsınız. ذلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُ “Bu da aşkar bir xəsarətdir.”

    Uğurlu

    OK
  • Ana səhifə
  • Xəbərlər
  • Media
  • Bəyanlar
  • Seçilmiş bəyanlar
  • Dəftərxananın mərasim proqramları
  • Dərslər
  • Quran təfsiri
  • Şəri hökmlər
  • Şəri məsələlər
  • Şəri suallar
  • İstiftalar
  • Doğru yollar
  • Hekayələr
  • Tövsiyələr
  • Əxlaq və etiqadat
  • Nəşrlər
  • Əsərlər
  • Ağanın şerləri
  • Həyatı
  • Bizimlə əlaqə
  • Ofislər
  • Bizimlə əlaqə