• Həzrət Ayətullah əl-Uzma Vəhid Xorasaninin dəftərinin rəsmi saytı

    بسم الله الرحمن الرحیم الحمد لله رب العالمین و صلی الله علی سیدنا محمد و آله الطاهرین سیما بقیة الله فی الارضین و اللعن علی اعدائهم الی یوم


    Xatəmən-nəbiyyin —-in Xatəmul-övsiya ◊-ın matəmində ağlaması
    بسم الله الرحمن الرحیم
    الحمد لله رب العالمین و صلی الله علی سیدنا محمد و آله الطاهرین سیما بقیة الله فی الارضین و اللعن علی اعدائهم الی یوم

    شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِلنَّاسِ وَبَيِّنَاتٍ مِنَ الْهُدَى وَالْفُرْقَانِ
    “Ramazan ayı elə bir aydır ki, onda Quran camaatı hidayət etmək üçün, hidayətdən və furqandan olan bəyyinat – aşkar höccətlər, şahidlər ünvanı ilə nazil edilmişdir.”
    Bir kəsin qarşıda necə bir ayın olduğunu bilməsi üçün bu ayə kifayətdir. Bu ayədə Allah o ayın əzəmətini bəyan etmişdir. Elə bir aydır ki, Quran onda nazil olmuşdur. Özü də necə bir Quran?! “بَيِّنَاتٍ مِنَ الْهُدَى وَالْفُرْقَانِ” - “Hidayət və fürqandan olan bəyyinatlar.”
    Bu ayədə iki ünvan vardır: həm Quran, həm də Furqan. Furqan kəlməsinin müfəssəl bəhsi vardır, Quran kəlməsinin də geniş bir bəhsi vardır. Quran nədir? Furqan nədir?
    Ömür keçdi, lakin biz bu dinin həqiqətlərini dərk edə bilmədik. Əvvəla, zaman (onun nazil olduğu) zərfdir. Zamanın özü və zamanda baş verənlərə nəzər salmaq lazımdır. Ramazan ayının xüsusiyyəti budur ki, zamanın özü də istisna yönü daşıyır. Allahın Rəsulu — Şəbanın axırıncı cüməsi camaata xütbə oxuyaraq buyurdu: “قَدْ أَقْبَلَ إِلَيْكُمْ‏ شَهْرُ اللَّهِ‏ بِالْبَرَكَةِ وَ الرَّحْمَةِ وَ الْمَغْفِرَةِ” - “Allah ayı xeyir-bərəkət, rəhmət və məğfirətlə sizə doğru üz gətirmişdir.” Onun ünvanı “Şəhrullah” – Allah ayıdır, elə bir aydır ki, onun izafət tərəfi Allahın müqəddəs adıdır.
    Ramazan ayının əzəməti Qədr gecəsinə görədir
    Bu ayın əzəmətini dərk etmək adi bəşər əqlinin fövqündədir. Mühüm məsələ budur: Bu əzəmətin hamısı, habelə Peyğəmbərin buyurduğu “onun günləri günlərin ən yaxşısı, gecələri gecələrin ən yaxşısı, saatları saatların ən yaxşısıdır” kimi əzəmətin hamısı bircə kəlmənin sayəsindədir:
    بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ * إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ * وَ مَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ * لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ * تَنَزَّلُ الْمَلَائِكَةُ وَ الرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِمْ مِنْ كُلِّ أَمْرٍ * سَلَامٌ هِيَ حَتَّى مَطْلَعِ الْفَجْ
    Bağışlayan və mehriban Allahın adı ilə. 1. Həqiqətən, Biz onu (Qur’anı) Qədr gecəsində nazil etdik. 2. Sən nə bilirsən ki, Qədr gecəsi nədir?! 3. Qədr gecəsi min aydan daha xeyirlidir. 4. O gecə mələklər və Ruh, Rəbbinin izni ilə hər bir işdən ötrü yerə enər. 5. O gecə fəcrə (dan yeri sökülənə) qədər hamı salamatlıqda olar. Və (o gecə mələklərin yer üzündəki məsumu və saleh bəndələri) salamlama gecəsidir.”
    Bu əzəmətlərin hamısı bu ayda olan bir gecənin sayəsindədir – o da Qədr gecəsidir. O gecədə bütün əməllər, ömürlər, ruzilər müqəddər olunur. (1) Təqdir olunan bu işlərin hamısı Vəliyyi-əsr ◊-a nazil olur, o səhifələrin hamısı imam Zaman ◊-ın mübarək imzası ilə zinətlənir. (2) Bu ayın əzəməti məhz bu gecənin sayəsindədir.
    Qədr gecəsinin əzəməti – Quranın nazil olmasına görədir
    O gecənin əzəməti də Quranın nazil olmasına görədir. Bu məclisdən gərək ən nəhayət dərəcədə istifadə edəsiniz. Dediklərimə diqqətlə qulaq asın. Bütün mətləblərin cövhəri bu bir neçə kəlmədədir. Əvvəla, Quranın tanınması gərəkdir.
    Quran – Allahın təcəllisidir
    Quran nədir? Allahın təcəllisidir. (3) Məhz buna görə əql məbhut qalır! Bu kitabın hər yerində başdan-başa İlahi kibriyanın təcəllisidir, hər bir ayəsi (hikmətlə dolu) bir xəzinədir. Bu xəzinənin yeddi bətni vardır. Hər bir bətndə nələr vardır? (4)
    İbarələri avam camaat üçün, işarələri xüsusi şəxslər üçün, lətafəti və incəlikləri övliya üçün, həqiqətləri isə peyğəmbərlər ‹ üçündür.
    İlahi səfirlərlə birlikdə və Pərvərdigarın kəraməti ilə məhşur olmaq
    Bu həyatın qədrini bilin! Bu gündən başlayaraq bu məsələlərə əməl edin. Bu rəvayəti şiənin iki rüknü və sütunu – mühəddislərin şeyxi Kuleyni “Kafi” kitabında, mühəddislərin rəisi Səduq “Səvabul-ə`mal” kitabında nəql etmişlər, özü də necə bir şəxsiyyətdən?! O kəsdən nəql etmişlər ki, o, Allahın natiq dilidir. Mən mətləbin xülasəsini bəyan edirəm. Əgər bir kəs cavanlıq dövründən başlayaraq Quran oxusa və bu Quran onun əti-qanı ilə qaynayıb-qarışsa, bu cavan dünyadan gedəndən sonra məhşərə gəlişi “məəs-səfərətil-kiramil-bərərə” ilə olacaqdır. Yəni onun həşr olunması İbrahim Xəlilur-Rəhman ◊ ilədir. Onun həşri Musa ibni İmran ◊ ilədir. Onun həşri İsa ibni Məryəm ◊ ilədir. Əgər qadındırsa və bu ruh o Quran ilə qaynayıb-qarışsa, qiyamət günü başını qəbirdən qaldıranda onun həşri İmranın qızı Məryəm Ÿ ilədir, axirəz-zaman Peyğəmbərin qızı Siddiqeyi-Kübra Ÿ ilədir. Əgər indiyə qədər qəflət etmiş olsanız, indidən başlayaraq fürsəti qənimət sayın! Hansı yaş səviyyəsində olursunuzsa onun, indi deyəcəyim tərtiblə başlayın.
    Quranın hər bir ayəsi bir Quranı xətm etməklə bərabərdir
    Mətləb o qədər mühümdür ki, Allahın Rəsulu — buyurdu: “Əgər bir kəs Ramazan ayında Qurandan bir ayə oxusa, ona (başqa aylarda oxunan) bir Quran xətminin savabı verilər.” Bu nə deməkdir? Yəni əgər bir kəs bu ayda sadəcə “Yasin”, yaxud “Əlif-lam-mim” desə, onun əməl dəftərində bütöv bir Quranın xətminin savabı yazılacaqdır. Bir Quran xətminin nəticəsi nədir?
    Əql heyrətə düşür! Hər Quran xətm etmək səbəbi ilə iki mətləb hasil olur: birincisi bəraət (icazənamə), yəni cəhənnəm odundan azad olmaq barəsində icazənamə. Digəri isə qəbul olunmuş bir dua. (5) Ramazan ayı bu cür dərin dəyişiklik icad edir. Onun da nəticəsi budur: insan Ramazan ayında Quranı bir dəfə əvvəldən-axıra qədər oxuyub qurtarsa, altı min otuzdan artıq Quran xətm etmiş olur. Ramazan ayında Quranı xətm etmək belədir.
    Hər gündə Qurandan aşağısı əlli ayə qiraət etməyin zərurəti
    Amma elə bir iş görün ki, bu proqram tərk edilməsin. Çünki bu, məzhəbin rəisinin bəyanıdır, özü də Əmirəl-möminin Əli ◊-ın dilincə. O həzrət öz oğlu Məhəmməd Hənəfiyyəyə buyurdu: “Quran Allahın əhd-peymanıdır. Elə bir iş gör ki, hər gün Allahın bu əhdindən aşağısı əlli ayə oxumamış gün sona çatmasın.” (6) Əgər səadət tapsan, daha çox oxu: “فَاقْرَءُوا مَا تَيَسَّرَ مِنَ الْقُرْآَنِ” nbsp;
    Behiştin məqamları Quran ayələrinin sayı qədərdir
    Bu Quran (insana) nə edir, onun təsiri nədir? Əgər bu üsluba əməl olunsa; qadın-kişi bu gündən başlayaraq hər ayda bir Quran xətm etməyi qərara alsanız, onun təsiri nə olacaqdır?
    Təsiri budur: Qiyamət günü olanda Allah bu şəxsə iki hüllə (cənnət paltarı) geyindirər, başına kəramət tacı qoyar, xüldü (əbədi cənnəti) bir əlinə, (cəhənnəm odundan) əmin-amanlıq kağızını isə digər əlinə verər. Sonra ona deyərlər: “Behiştə get, bir ayə oxu, bir dərəcə yuxarı qalx!” Nəticəsi bu olacaqdır. Behiştin bütün məqamları Quran ayələrinin sayı əsasında tənzim olunmuşdur.
    Əgər bu proqrama əməl etsəniz, behiştin axırıncı dərəcəsinə çatmamağınız qeyri-mümkündür.
    İndi əsas məsələ budur. Dində fəqahət budur ki, dini mətləblərin incəlikləri başa düşülsün, rəvayətlərdəki bu həqiqətlər yayılsın. Məcmusu budur.
    Quran xətm edib imam Zaman ◊-a hədiyyə etməyin qaydası
    İndi ki, Quran belədir, əgər deyəcəyim bu yolla əməl etsəniz, həmin Quran əqli heyrətə salan şəkildə olacaq, başqa şəklə düşəcəkdir. O yol budur: Quran xətminə başladığınız bu tarixdən hər ayda niyyətiniz bu olsun ki, mən bu xətmi yalnız imam Zaman ◊ üçün oxuyuram. Əgər bu işi etsəniz, təsiri nə olacaqdır?
    Kuleyni, Mufid, Seyid ibni Tavus kimi bütün məşixələrin və ən böyük hədis alimlərinin nəql etdikləri səhih hədisə əsasən, bu işi görən, yəni Quranı yalnız imam Zamana ◊ hədiyyə etmək üçün oxuyan şəxsin savabı bu olacaqdır ki, o həzrətdən ayrılmayacaqdır.
    Kim bu nemətin qədrini bildi? Ömrümüz keçdi, əgər indiyə qədər başa düşməmişiksə, heç olmazsa, bu gündən başa düşək və imam Zaman ◊-a hədiyyə ünvanı ilə Quran xətminə başlayaq. Onun təsirini nə zaman başa düşəcəksiniz? Onun təsirini qəbirin birinci gecəsində başa düşəcəksiniz.
    Əgər il boyu hər ay bir Quranı imam Zaman ◊-a xətm etdinsə, Qədr gecəsi əməl dəftərini onun hüzuruna aparanda baxıb görəcəkdir ki, il boyu hər ay onun üçün bir Quran xətm etmişsən. Bu halda 124 min peyğəmbərin hər birinin malik olduğu fəzilətlərin hamısına malik olan vücud aləminin o Süleymanı sən cavanla necə rəftar edəcəkdir? Bu gövhərlər bizim əlimizdən çıxdı, ömür keçdi, biz başa düşmədik.
    Quran tilavəti, özü də yalnız imkan aləminin dairəsinin qütbü olan imam Zaman ◊-a hədiyyə etmək niyyəti ilə; o kəs ki, "وَ بِيُمْنِهِ رُزِقَ الْوَرَى... وَ بِوُجُودِهِ‏ ثَبَتَتِ‏ الْأَرْضُ‏ وَ السَّمَاء" nbsp;(7) Bu birinci məsələ.
    Peyğəmbər —-in Ramazan ayındakı xütbəsi
    İkinci məsələ budur: Gərək biləsiniz ki, Ramazan ayında nə hadisə baş vermişdir? Əgər bunu başa düşmək istəyirsinizsə, bu kəlmə kifayətdir:
    Peyğəmbər — mübarək Ramazan ayının barəsində özünün ğərra (atəşin) xütbəsini buyuran zaman bir nəfər yerindən qalxdı. Yerindən qalxan o şəxs kim idi? O elə bir şəxs idi ki, onun necə bir şəxsiyyət olduğunu, necə işlər gördüyünü və hansı yüksək məqamlara çatdığını demək mümkün deyildir.
    Belə bir vaxtda yerindən qalxaraq Peyğəmbər —-in müqabilində bu sözləri deyən kim idi? Əmirəl-möminin Əli ◊ idi. O dedi: “Ya Rəsuləllah! Ramazan ayında ən fəzilətli əməl nədir?” Həzrət cavab verdi, amma necə bir cavab!
    Xatəmən-nəbiyyin — varlıq aləminin xülasəsi
    Bunların barəsində yaxşı-yaxşı fikirləşin! Xatəmən-nəbiyyin — varlıq aləminin xülasəsidir. Yəni əgər bütün aləm kamala çatsa, aləmdə nübüvvət mərhələsi olur. Əgər nübüvvət mərhələsi kamala çatsa, risalət mərhələsinə çatmış olur. Əgər risalət mərhələsi kamala çatdısa, İlahi kitab sahibi olur. Əgər kitab sahibi kamala çatdısa, ulul-əzm olur. Məhz bura çatdıqdan sonra bütün ulul-əzm peyğəmbərlərin hamısının xülasəsi Xatəmən-nəbiyyin — olur:
    مَا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِنْ رِجَالِكُمْ وَلَكِنْ رَسُولَ اللَّهِ وَ خَاتَمَ النَّبِيِّينَ وَ كَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمًا
    “Muhəmməd sizin kişilərinizdən heç birinin atası deyildir, lakin o Allahın Rəsulu və peyğəmbərlərin Xatəmi idi. Allah hər bir şeyə elmlidir.” nbsp;Bu, Allahın işidir. Xatəm Peyğəmbər — o kəsdir ki, Mütəal Allah Quranda onunla danışan zaman “sənin canına and olsun!” -deyə, buyurur. Allah-taala onu meraca apardığı gecə o seyrdə Özünü təsbih etdi. Budur Xatəm Peyğəmbər:
    سُبْحَانَ الَّذِي أَسْرَى بِعَبْدِهِ لَيْلًا مِنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ الْأَقْصَى الَّذِي بَارَكْنَا حَوْلَهُ لِنُرِيَهُ مِنْ آَيَاتِنَا إِنَّه هُوَ السَّمِيعُ الْبَصِيرُ
    “Pak və münəzzəhdir o kəs ki, Öz bəndəsini gecə ikən Məscidul-həramdan Məscidul-əqsaya doğru seyr etdirdi; o yer ki, onun ətrafını bərəkətli etmişik; ta ki, Öz ayələrimizdən bəzilərini ona göstərək. Həqiqətən, O, eşidən və görəndir.”
    Ramazan ayında əməllərin ən fəzilətlisi
    Əmirəl-möminin Əli ◊ belə bir şəxsiyyətin qarşısında ayağa qalxıb dedi: “Ya Rəsuləllah! Ramazan ayında əməllərin ən fəzilətlisi nədir?” Həzrət buyurdu: “Allahın haram buyurduğu şeylərdən çəkinib uzaq olmaq.” Əməllərin ən fəzilətlisi budur: qarını haram tikələrdən, gözü haram baxışlardan saxlamaq. Haram işlər qarşısında özünü saxlamaq bu ayın fəzilətli əməlidir.
    Xatəmul-ənbiya —-in Əmirəl-möminin Əli ◊-ın yarılmış başına ağlaması
    Allahın Rəsulu bu sözü dedikdən sonra ağladı. Əgər Xatəm Peyğəmbər — ağlasa, 124 min peyğəmbər nalə və fəğan edərlər. Onun göz yaşları axanda Cəbrəil, Mikail və İsrafil lərzəyə gəlir. Xatəm Peyğəmbərin — qəlbi sınan və göz yaşları axan zaman Ərş, Kürsü, Lövh və Qələm lərzəyə gəlir.
    Əmirəl-möminin Əli ◊ ərz etdi: Ya Rəsuləllah! Nə üçün ağlayırsınız? Buyurdu: “Ya Əli! O vaxt üçün ağlayıram ki, bu ayda sənin başına zərbə dəyəcəkdir.” Bu ay belə bir şəxsin ayıdır.
    Əmirəl-möminin Əli ◊-ın şəhadət günündə vəzifəmiz
    İndi əql sahibləri gərək fikirləşsinlər: hələ bu hadisə baş verməmişdi, lakin vücud dairəsinin qütbü, əvvəldən-axıra qədər bütün məxluqların başının tacı olan Xatəm Peyğəmbər — onun yarılacaq başı üçün ağlayır. Ramazan ayının 21-ci günündə bu ölkə əhalisinin vəzifəsi nədir?
    Əfsus ki, ömür keçdi! Biz nə qədər təqsirə yol verdik! Bəziləri bəhanə gətirib deyir ki, orucuq, oruc olan halda heyətləri necə çıxardaq? Ey oruc tutan! Nemətin qədrini bil! Əgər o oruc ağızla (heyətlərdə) çölə çıxsan və onun yarılmış başı xatirinə başına-sinənə vursan, öldüyün zaman Xatəmən-nəbiyyin — sənin başını dizləri üstünə alacaqdır. Bu nemətlər əldən çıxmışdır.
    Nəfs, ruh və tinətdə (yaranış maddəsində) Peyğəmbər — ilə Əmirəl-möminin Əli ◊-ın ittihadı
    Həzrət buyurdu: “Ya Əli! Hər kəs səni öldürsə, məni öldürmüşdür... Ya Əli! Sən məndənsən! Sən mənim canım kimisən! Sənin ruhun mənim ruhumdandır, tinətin mənim tinətimdəndir.” Yəni mübarək Ramazan ayının 21-ci günündə əzadarlıq əslində Xatəm Peyğəmbər —-in şəxsən özü üçün əzadarlıq etməkdir. Bu gündə çölə çıxarılan heyətlər və dəstələr əslində Xatəm Peyğəmbər —-in şəhadəti üçün çölə çıxmışlar. Bu gündə təşkil olunan məclislər Xatəm Peyğəmbər —-in şəxsən özü üçündür. Bu sözün mənası budur: Əgər bəşəriyyət başa düşsə, bu ayın 21-də təkcə şiələr Əmirəl-möminin Əli ◊ üçün başlarına-sinələrinə vurmazlar, əksinə hər bir insan, hər bir bəşər bu ayın 21-də Əmirəl-möminin Əli ◊ üçün qara paltar geyər. Əmirəl-möminin Əli ◊ budur! Bir kəlmə deyirəm artıq bəsdir.
    Əmirəl-möminin Əli ◊-ın bütün məxluqlara qarşı məhəbbət və rəhmət göstərməyə dair tövsiyəsi
    Əmirəl-möminin Əli ◊-ın Malik Əştərə yazdığı məktubda buyurur: Ey Malik! Camaatla belə rəftar et... Yaxşı-yaxşı qulaq asın, başa düşün, dərk edin. Buna gərək bütün dünya qulaq asıb dərk etsin. Həzrət buyurdu: Ey Malik! Sənin rəiyyətin olan adamlar iki qrupdan başqa deyildir: ya səninlə dində qardaşdırlar, ya da xilqətdə sənin oxşarındırlar. İndi gör onun kafirlərlə olan rəftarı və davranışı nədir? Nəinki müsəlmanlarla, hətta kafirlərlə rəftarı necədir?
    Həzrət buyurur: Ey Malik! Qəlbində hamıya, hətta kafirlərə qarşı belə mərhəmət, məhəbbət və lütf olsun! Budur islam hökuməti! Budur Ələvi hökuməti!
    Həzrət beş məsələ buyurdu ki, insan əqlini heyrətə salır. Birincisi: rəhmət və mərhəmət, ikincisi məhəbbət, üçüncüsü lütf, dördüncüsü əfv, beşincisi səfh (güzəştə getmək). Məbada sənin hakimiyyətin hüdudlarında bir kəsə qarşı: istər müsəlman, istər kafir, istər yəhudi və istərsə də məsihilərə qarşı azacıq belə, nahaq rəftar edilmiş ola! Dünya gərək bu kəlamın sahibi üçün matəm keçirsin. Bu bəyanın sirlərini gərək Şeyx Ənsari kimi böyük şəxsiyyətli alimlər başa düşsünlər
    Yaxşı-yaxşı diqqət edin! Yəni bir ölkədə islam bayrağı qaldırılıbsa və Ələvi hökuməti bərqərar edilibsə, gərək o ölkənin vətəndaşlarının hamısı ilə – hətta kafirlərlə belə, rəhmət, məhəbbət, lütf, əfv və güzəşt əsasında rəftar edəsən.
    Ey Malik! Rəiyyətin büdrəyən yerləri, zəif cəhətləri vardır. Ey Malik! Rəiyyətin sapmaları vardır, istər qəsdən, istərsə də xəta üzündən. Əgər onlar bu işi görsələr, rəiyyətin sapmalarına qarşı o cür rəftar et ki, Allahın sənin barəndə həmin cür rəftar etməyini təvəqqe edirsən.
    İndi görəsən, belə bir şəxs üçün bütün dünya matəm keçirməlidir, ya yox?! Kim Əli ibni Əbi Talib ◊-ı tanıdı? Bir kəsin bayrağı altında olan kafirlərlə belə (insafla) rəftar edilirsə, onda müsəlmanlarla rəftarı və davranışı necə olacaqdır? Mühüm məsələ budur: Roma imperatorluğu, İran şahənşahlığı onun ixtiyarında idi, hamısı onun qüdrəti dairəsində idi. Bunların barəsində dərindən fikirləşin!
    Əmirəl-möminin Əli ◊-ın yəhudi şəxs ilə rəftarı
    Ziyalı sinfi, ali təhsil sahibləri, ölkənin alimləri diqqət yetirsinlər və məsələnin nə yerdə olduğunu, necə bir qovğa baş verdiyini başa düşsünlər! Bir kəs ki, hazırkı İran ölkəsi o dövrdə onun ölkəsinin kiçik bir əyaləti idi, təkcə Roma imperatorluğu yox, İran şahənşahlığı da onun iki ayaqları altında idi. Belə bir şəxsin zirehli paltarı düşüb itir, yəhudi bir şəxs onu götürür. Həzrət paltarını onun əlində görəndə buyurur ki, bu paltar mənimdir, filan gündə əlimdən düşüb itmişdir. Yəhudi deyir ki, ya Əli, mən sənin nə dediyini bilmirəm, bu mənim öz malımdır. Qazinin yanına getməyincə ondan əl çəkmərəm. Bunların barəsində diqqətlə fikirləşin!
    Əli ◊ o kəsdir ki, məna aləmi cəhətindən 124 min peyğəmbər onun bayrağı altındadır: "آدَمُ‏ وَ مَنْ‏ دُونَهُ‏ تَحْتَ‏ لِوَائِي‏" O bayraq da Əmirəl-möminin Əli ibni Əbi Talib ◊-ın əlindədir. (8) Bu tərəfdən də dünya hökuməti onun iqtidarı altındadır.
    Yəhudi ilə birlikdə qazinin yanına gəlir, qazi, zirehli paltarın yəhudinin əlində olduğunu görüb onun lehinə hökm çıxarır. İndi görün: qazi o həzrətin əleyhinə, yəhudinin lehinə hökm vermişdir. Əmirəl-möminin Əli ◊ zirehli paltarı yəhudiyə təhvil verir. Birdən o yəhudi həzrətin ayaqlarına düşüb deyir: “Ya Əli! Zirehli paltar sənin özününkü idi! Mən bu işləri gördüm ki, sizin bu dinin Musa ◊-ın xəbər verdiyi həmin din olduğunu biləm. Mən nahaq yerə belə bir iddia etdim, sən (müsəlmanların xəlifəsi olduğun halda) mənim kimi bir şəxsin qarşısında məhkəməyə gəlməyə razı oldun. Bundan sonra zirehin mənim əlimdə olmasını əsas tutan qazinin çıxardığı zahiri hökmü qəbul etdin. Bütün məqsədim bu idi ki, sənin Musa ◊-ın xəbər verdiyi Xatəm Peyğəmbər —-in canişini olduğunu biləm. Şəhadət verirəm ki, Allahdan başqa heç bir məbud yoxdur...” Sonra o həzrətin ayaqlarına düşərək müsəlman oldu. Həzrət zirehli paltarı onun özünə qaytardı və əlavə olaraq 900 dirhəm də pul verdi. O yəhudi şəxs islamı qəbul etdikdən sonra Siffeyn müharibəsində Əmirəl-möminin Əli ◊-ın hüzurunda şəhadət məqamına çatdı. (9) Budur Əli ibni Əbi Talib ◊! Bu onun hökumətinin bəyannamə və məramnaməsi, bu da onun əməli!
    Qarışqanın ağzındakı arpa qabığını almamaqla yeddi iqlim qurşağını ayaq altına salmaq
    Dünya harda belə bir bəşər görmüşdür ki, bütün yeddi iqlim qurşağını, onun fələkləri altında olanlarla birlikdə ona versinlər, əvəzində qarışqanın ağzındakı arpa qabığını almağı ondan istəsinlər, o isə yeddi iqlim qurşağından keçərək, qarışqanın ağzından arpa qabığını zorla almağa razı olmasın?!
    Bəşəriyyət gərək belə bir şəxs üçün (onun şəhadət günündə) matəm saxlasın! Necə bir şəxsiyyət idi? Nə işlər gördü? Necə həyat sürdü?
    Ömrünün axır gecəsində arpa çörəyi və duz ilə iftar edir
    Kəbədə dünyaya gəldiyi o gün Allahın evi onun doğum yeri oldu. Kufə məscidində zərbətlənən zaman da Allahın evi (məscid) onun şəhadət yeri oldu.
    Tarixdə (ondan başqası üçün) belə bir məqam görünməmişdir! Allah evində dünyaya gəlmiş, Allah evində şəhadət şərbətini içmişdir! Əql heyrətə düşür! Ömrünün son gecəsi – belə ki, sabahı sübh namazına gələndə zərbətlənəcəkdir – qızının evində iftara qonaq idi. Qızı, dünyanın dörddə birinə hakim olan, məşriqdən-məğribə qədər hamısı onun ixtiyarında olan bir ata üçün arpa çörəyi, duz və süd hazırlamışdı! Həzrət süfrədə əyləşən zaman buyurdu: “Nə vaxt görmüşsən ki, atan bir süfrədə iki xüruşt (iki növ yemək: çörək və süd) yemiş olsun?!”
    Qızı duzu götürmək istədi ki, atası arpa çörəyi və süd ilə iftar etsin, lakin Əmirəl-möminin Əli ◊ buyurdu: “Duzu qoy, südü götür.”
    O gecə arpa çörəyi və duz ilə iftar etdi. Nə üçün? Çünki: Hicaz və Yəmamənin ucqar yerlərində elə bir (yoxsul) kəs ola bilər ki, onun süfrəsi Əli ◊-ın süfrəsindən zəif olsun. Belə bir şəxsin başına qılınc zərbəsi dəyən zaman Cəbrəil yerlə asiman arasında nida edib dedi:
    تَهَدَّمَتْ وَ اللَّهِ أَرْكَانُ الْهُدَى ... وَ انْفَصَمَتْ وَ اللَّهِ الْعُرْوَةُ الْوُثْقَى
    “Allaha and olsun ki, hidayət sütunları dağıldı!... Allaha and olsun (Allah ilə bəndələr arasında olan) möhkəm ip qırıldı...

    Uğurlu

    OK
  • Ana səhifə
  • Xəbərlər
  • Media
  • Bəyanlar
  • Seçilmiş bəyanlar
  • Dəftərxananın mərasim proqramları
  • Dərslər
  • Quran təfsiri
  • Şəri hökmlər
  • Şəri məsələlər
  • Şəri suallar
  • İstiftalar
  • Doğru yollar
  • Hekayələr
  • Tövsiyələr
  • Əxlaq və etiqadat
  • Nəşrlər
  • Əsərlər
  • Ağanın şerləri
  • Həyatı
  • Bizimlə əlaqə
  • Ofislər
  • Bizimlə əlaqə