• Həzrət Ayətullah əl-Uzma Vəhid Xorasaninin dəftərinin rəsmi saytı

    Sənin (müsibətli) günün kimi heç bir gün yoxdur!
    Allah-taala buyurur:
    وَ مَنْ أَحْسَنُ قَوْلاً مِمَّنْ دَعا إِلَى اللَّهِ
    “Allaha doğru dəvət


    Kərbəla – Allahın ərşi
    Sənin (müsibətli) günün kimi heç bir gün yoxdur!
    Allah-taala buyurur:
    وَ مَنْ أَحْسَنُ قَوْلاً مِمَّنْ دَعا إِلَى اللَّهِ
    “Allaha doğru dəvət

    Sənin (müsibətli) günün kimi heç bir gün yoxdur!
    Allah-taala buyurur:
    وَ مَنْ أَحْسَنُ قَوْلاً مِمَّنْ دَعا إِلَى اللَّهِ
    “Allaha doğru dəvət edən, yaxşı işlər görən və “mən (Allahın qarşısında) təslim olanlardanam” - deyən şəxsdən də yaxşı danışan bir kimsə varmı?!”
    Aşura günləridir. Aşuranın həqiqətini nə bir kəs indiyə qədər bilmişdir, nə də gələcəkdə bir kəs biləcəkdir.
    O həzrətin gördüyü iş elə bir işdir ki, İmam Həsən (əleyhissalam) onun barəsində buyurur: لَا يَوْمَ‏ كَيَوْمِكَ “Sənin (müsibətli) günün kimi heç bir gün yoxdur.”
    İnsani həyat gövhərinin qiyməti
    O həzrət nə etdi? O bəşəriyyətə başa saldı ki, insan həyatının gövhərindən də üstün və dəyərli bir gövhər yoxdur, bu gövhər nə qədər baha qiymətə satılsa belə, yenə də zərər və həsrətdir. Yalnız o kəs həsrətdən uzaq olub ki, bu əql gövhərini yalnız bir qiymətə müamilə etsin, o qiymət də yalnız Allahdır:
    بَذَلَ مُهْجَتَهُ فِيكَ
    “Öz qəlbinin qanını Sənin yolunda hədiyyə etdi.”
    “Fəcr” surəsini həmişə oxumaq
    Sonra elə bir yerə çatdı ki, Allahın Höccəti buyurdu: “Fəcr” surəsini həmişə oxuyun. (1)
    وَ الْفَجْرِ * وَ لَيالٍ عَشْرٍ
    “And olsun Fəcrə və on gecəyə” Bu on “ləyali” (gecə) nədir? O “şəf`” nədir? O “vətr” nədir? O hansı “fəcr”dir? (2) “Fəcr” surəsini həmişə oxuyun” - deyə buyuran şəxs bilirdi ki, bu surə haradan başlanır və harada sona çatır. Başlanğıcı “fəcr” ilədir: “And olsun fəcrə!” sonu isə:
    يا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ * ارْجِعي‏ إِلى‏ رَبِّكِ راضِيَةً مَرْضِيَّةً
    “Ey xatircəm olan nəfs, Rəbbinə doğru qayıt, halbuki sən Ondan razısan, O da səndən razıdır.”
    Artıq burada hər bir bəyan tərzi ləngiyir, hər qələm yazmaq qüdrətini əldən verir:
    راضِيَةً مَرْضِيَّةً
    “Halbuki sən Ondan razısan, O da səndən razıdır.” O özünü Allaha satdı.
    Məhərrəm ayı – Allah ayı
    Məhərrəm ayı Allah ayıdır, onun günləri də Allah günləridir. Quranın aşkar bəyanı belədir:
    وَ مَنْ أَحْسَنُ قَوْلاً مِمَّنْ دَعا إِلَى اللَّهِ
    “Allaha doğru dəvət edən şəxsdən də yaxşı danışan bir kimsə varmı?!” Bu günlərdə gərək fürsəti qənimət sayasınız. Aşura günləri elə bir bahardır ki, qəlbləri dirildir. Fəqahətin ən yüksək bəhrəsi budur ki, dini dərk edib fiqh məqamına çatanda ondan mümkün olan ən gözəl surətdə istifadə etsinlər, bu ömrü Allaha sərf etsinlər. Əgər bundan da yüksək bir şey olsaydı, Allah-taala “Allaha doğru dəvət edən şəxsdən də yaxşı danışan bir kimsə varmı?!” – deyə buyurmazdı. Camaatı Allaha doğru dəvət edin. Onlara başa salın ki, xilqətin əvvəlində nə idilər, sonra nə oldular, daha sonra nə olacaqlar:
    فَلْيَنْظُرِ الْإِنْسانُ مِمَّ خُلِقَ
    “İnsan gərək nədən yaradıldığına baxsın.” Əvvəlcə özünüz buna nəzər salın, sonra camaata xatırladın:
    فَلْيَنْظُرِ الْإِنْسانُ مِمَّ خُلِق‏ * خُلِقَ مِنْ ماءٍ دافِقٍ * يَخْرُجُ مِنْ بَيْنِ الصُّلْبِ وَ التَّرائِبِ
    “İnsan gərək nədən yaradıldığına baxsın; o, atıcı nütfə suyundan xəlq edilmişdir ki, (atanın) sülbünün arasından və (ananın) sinəsindən xaric olur.” Kim “sizi inşa etdi”?
    وَ صَوَّرَكُمْ فَأَحْسَنَ صُوَرَكُمْ
    Və “sizi ən gözəl surətdə təsvirə çəkdi”? Axırda da
    ثُمَّ أَنْشَأْناهُ خَلْقاً آخَرَ فَتَبارَكَ اللَّهُ أَحْسَنُ الْخالِقينَ
    “Sonra onu (əvvəlki xilqətlərdən tamamilə fərqli olan) yeni bir xilqətdə inşa etdi. Afərin xəlq edənlərin ən yaxşısı olan Allaha!” Nə lazımdırsa insana verdi, lakin biz xəsarətdən başqa bir şey əldə etmədik. Çünki bu həyatı Ondan qeyrisinə sərf etdik. İndi yuxudan ayılın, yol olduqca çətindir və qayıtmağa yol yoxdur. Əməl evi sona çatmış, cəza və əvəz dövranı başlamışdır. Heç bir şey yoxdur, yalnız Allah tərəfindən köməyə ehtiyac vardır.
    Ruhu Quran tilavəti ilə nurani etmək
    Həm özünüz əməl edin, həm də camaata tövsiyə edin; Quranı əvvəldən oxumağa başlayın, hər gün aşağısı bir cüz oxuyun, Allahın kəlamı ilə ruhunuzu və qəlbinizi nurani edin:
    نَوِّرُوا بُيُوتَكُمْ‏ بِتِلَاوَةِ الْقُرْآنِ
    “Evlərinizi Quran tilavəti ilə nurani edin.” (3)
    قَدْ جاءَكُمْ مِنَ اللَّهِ نُورٌ وَ كِتابٌ مُبين
    “Şübhəsiz, Allah tərəfindən sizə doğru bir nur və aşkar bir kitab gəlmişdir.”
    Qəlbin bu qaranlıq evini bu çıraqla işıqlandırın, lakin o səhih hədisdən qafil olmayın və o Quranı İmam Zaman (əleyhissalam)-a hədiyyə edin, çünki bu hədiyyə o həzrətin sizə mərhəmət və inayət nəzəri salmasına səbəb olacaqdır. Bəlkə onun iksir kimi olan mərhəmət nəzəri ilə mənim-sənin kimilərin vücudu kökündən dəyişilə. Əks halda, əgər onun nəzər iksiri dəmir kimi (paslanmış olan) bu qəlbə dəyməsə, qəsavətdə eynilə daş kimi qalacaqdır.
    İmam Sadiq (əleyhissalam)-ın Əhli-beyt (əleyhmuissalam) işinin dirçəldildiyi məclislərə məhəbbəti
    Məclislərinizdə, yığıncaqlarınızda Ali-Muhəmmədin (əleyhmuissalam) işini dirçəldin. Füzeyl ibni Yəsar böyük şəxsiyyətli səhabələrdəndir. Məsum imamların (əleyhmuissalam) ravilərdən olan fəqihlərlə bəyanı çox nəzər diqqətə layiqdir. Bu hədis Aşura məclislərinin hamısının proqramını qərar verin. İmam (əleyhissalam)-ın kəlamının xüsusiyyəti vardır: “Ey Füzeyl! Məclislərdə oturub (bizim işimiz barəsində) söhbət edirsinizmi? Məclis keçirirsinizmi?” Bu birinci sual. İkinci sual: “O yığıncaqları bizim hədislərimizlə zinətləndirirsinizmi?”
    Füzeyl dedi: “Bəli, sənə fəda olum!” Həzrət buyurdu: “Həqiqətən, mən o məclisləri sevirəm.” Xoş olsun o kəslərin halına ki, o həzrət onların məclislərini sevmiş olsun.
    Camaatın vaxtını qəzet oxumaqla tələf edib aradan aparmayın, özünüzü və camaatı bu siyasətbazlıqlarla müamilə etməyin. Yalnız Quran və Əhli-beyt (əleyhmuissalam)-ın kəlamını bəyan edin.
    إِنَّ تِلْكَ الْمَجَالِسَ أُحِبُّهَا
    “Həqiqətən, bu məclisləri sevirəm, belə isə, bizim işimizi dirçəldin.” Bizim işimizi dirçəldənlərdən olun, başqalarına hambal olmayın. Bizim bədbəxtliyimiz burdadır ki, həyatımızı o kəslə müamilə etməliyik ki, onu itirmişik. Cəzamız da bu olacaqdır:
    وَ يُضِلُّ اللَّهُ الظَّالِمينَ وَ يَفْعَلُ اللَّهُ ما يَشاء
    “Allah zalımları zəlalətə salır və Allah istədiyi işi görür.”
    Məclislər Əhli-beyt (əleyhmuissalam)-ın işinin dirçəldilməsinə sərf edilməlidir.
    “Ey Füzeyl! Allah rəhm etdi (etsin) bizim işimizi dirçəldənlərə!” Deyilməsi çox asandır. Bir kəs ki, nəfəsi imkan aləmini dəyişdirir, onu elm və duasının qəbul olunması ilə tanımaq olur (4) Belə bir şəxs gerçəkləşməsinin qəti olduğunu keçmiş zaman feli ilə bəyan edərək “rəhiməllah” deyə buyurur, baş verməsi gözlənilən indiki zaman forması ilə, yəni “yərhəmuhullah” ilə yox, “Rəhiməllahu mən əhya əmrəna” deyə buyurur. Həzrət nə buyurdu? Onun Allahdan istədiyi rəhmət necə rəhmətdir? Quran oxuyun ki, onun sözünün nə olduğunu başa düşəsiniz:
    وَ رَحْمَتُ رَبِّكَ خَيْرٌ مِمَّا يَجْمَعُون
    “Sənin Rəbbinin rəhməti onların cəm etdikləri şeylərdən daha yaxşıdır.”
    Bizim işimizi (vilayət və imamətimizi) dirçəldib danışın, “Allah rəhm etdi (etsin) bizim işimizi dirçəldənlərə!”
    Milçək qanadı qədər göz yaşı
    “Ey Füzeyl! Hər kəs bizi yad etdiyi zaman, yaxud onun yanında yad olunduğumuz zaman gözündən milçəyin qanadı qədər yaş çıxsa...” Nə qədər?
    يَا فُضَيْلُ، مَنْ ذَكَرَنَا أَوْ ذُكِرْنَا عِنْدَهُ فَخَرَجَ‏ مِنْ‏ عَيْنِهِ، مِثْلُ جَنَاحِ الذُّبَابِ غَفَرَ اللَّهُ لَهُ ذُنُوبَهُ وَ لَوْ كَانَتْ أَكْثَرَ مِنْ زَبَدِ الْبَحْر
    Əgər bizim müsibətimizlə əlaqədar gözündən milçəyin qanadı qədər yaş çıxsa, “Allah onun bütün günahlarını bağışlayar, hətta (onun günahları) dəryanın köpüklərindən artıq olsa belə.” (5)
    Nə oldu ki, həzrət bu sözü buyurdu? Nə hadisə baş vermişdi? Bu günlərin sahibini tanıyın və camaata da tanıtdırın! O necə bir kəsdir ki, əgər insanın gözü onun xatirinə milçəyin qanadı qədər islansa, bütün günahları bağışlanar? Bu məsələ onun işinin nə olduğunu aşkar edir.
    Ərşin üstündə Allah ilə danışmaq
    Altıncı İmamın kəlamının dəlili budur:
    مُحَمَّدُ بْنُ أَبِي جَرِيرِ الْقُمِّيُّ، قَالَ: سَمِعْتُ أَبَا الْحَسَنِ الرِّضَا(ع) يَقُولُ‏ لِأَبِي:‏ مَنْ‏ زَارَ الْحُسَيْنَ‏ بْنَ‏ عَلِيٍ عَارِفاً بِحَقِّهِ كَانَ مِنْ مُحَدِّثِي اللَّهِ فَوْقَ عَرْشِهِ
    Məhəmməd ibni Əbi Cərir Qummi deyir ki, Əbəl-Həsən Riza (əleyhissalam)-ın atama belə buyurduğunu eşitdim: “Hər kəs Hüseyn ibni Əli (əleyhissalam)-ın qəbrini, haqqına arif olan halda ziyarət etsə, ərşin üstündə Allahla danışan şəxslərdən olar.”
    O kim idi və nə etdi ki, onun qəbrinin zairi Allahın ərşin üstündə Allahın danışdığı şəxs olur? Sonra bu ayəni tilavət etdi:
    إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَ نَهَرٍ فِي مَقْعَدِ صِدْقٍ عِنْدَ مَلِيكٍ مُقْتَدِر
    “Həqiqətən, müttəqilər cənnətdədirlər, iqtidarlı padşahın yanındakı sidq məqamındadırlar.”
    Onun ziyarətinə getmək şəxsin qədəmlərini “indiyyət” məqamına çatdırır. Əgər Əbu Əbdillah (əleyhissalam)-ın qəbrini ziyarət edən şəxs “iqtidarlı padşahın yanındakı sidq məqamında”dırsa, o həzrətin özü kəsik başı ilə haradadır?
    Kərbəla – Allahın ərşi
    Rəvayət elə bir sənəd əsasında mötəbərdir ki, mərhum Şeyx Ənsari məsələlərin çoxunda onun sənədi əsasında fətva verir:
    قَالَ: قُلْتُ لِأَبِي عَبْدِ اللَّهِ(ع): مَا لِمَنْ زَارَ الْحُسَيْنَ(ع)؟ قَالَ: كَمَنْ زَارَ اللَّهَ فِي عَرْشِهِ. قَالَ: قُلْتُ: فَمَا لِمَنْ‏ زَارَ أَحَداً مِنْكُمْ‏؟ قَالَ‏: كَمَنْ‏ زَارَ رَسُولَ اللَّه‏ (ص)
    Zeyd Şəhham deyir ki, Əbu Əbdillah (əleyhissalam)-a dedim: “Hüseyn (əleyhissalam)-ı ziyarət edən şəxs üçün necə savab vardır?” Buyurdu: “Ərşinin üstündə Allahı ziyarət edən şəxs kimidir.” Dedim: “Sizlərdən (Əhli-beytdən) hər hansı birini ziyarət edən şəxsin savabı necədir?” Buyurdu: “Allahın Rəsulunu (səlləllahu əleyhi və alih) ziyarət edən şəxs kimidir.” (6)
    Artıq bəyan yetərsiz və acizdir. Siz Əhli-beytdən birini ziyarət edən şəxsin məqamı nədir? Buyurdu: “Allahın Rəsulunu (səlləllahu əleyhi və alih) ziyarət edən şəxs kimidir.” Əbu Əbdillah Hüseyn (əleyhissalam)-ı ziyarət edən şəxs isə “Ərşinin üstündə Allahı ziyarət edən şəxs kimidir.” Onun Kərbəlası Allahın ərşi, onu ziyarət etmək isə Allahı ziyarət etmək kimidir. Əfsus ki, onun kim olduğunu, nə etdiyini və o günün necə bir gün olduğunu başa düşmədik.
    Əbu Əbdillah Hüseyn (əleyhissalam)-ın ziyarətindən bəzi hissələri
    Bu bir neçə cümlə kifayətdir. Hamınız fəzilət sahibisiniz, şərhə ehtiyac yoxdur:
    لَقَدْ صُرِعَ بِمَصْرَعِكَ الْإِسْلَامُ وَ تَعَطَّلَتِ الْحُدُودُ وَ الْأَحْكَامُ وَ أَظْلَمَتِ الْأَيَّامُ وَ انْكَسَفَتِ الشَّمْسُ وَ أَظْلَمَ الْقَمَرُ وَ احْتَبَسَ الْغَيْثُ وَ الْمَطَرُوَ اهْتُزَّ الْعَرْشُ وَ السَّمَاءُ وَ اقْشَعَرَّتِ الْأَرْضُ وَ الْبَطْحَاءُ وَ شَمِلَ الْبَلَاءُ وَ اخْتَلَفَتِ الْأَهْوَاءُ وَ فُجِعَ‏ بِكَ‏ الرَّسُولُ وَ أُزْعِجَتِ الْبَتُولُ وَ طَاشَتِ الْعُقُولُ السَّلَامُ عَلَى مَنْ طَهَّرَهُ الْجَلِيلُ السَّلَامُ عَلَى مَنِ افْتَخَرَ بِهِ جَبْرَئِيلُ
    “Sənin şəhid olduğun yerdə islam yerə çırpıldı (məhv edildi), ilahi qanunlar və hökmlər qüvvədən salındı, gündüzlər zülmətə döndü, gün tutuldu, ay qaraldı, yağış (buludlarda) həbs edildi, ilahi ərş və səma lərzəyə gəldi, yer və Bətha diyarı qurudu, bəla nazil oldu, hava dəyişildi, Allahın Rəsuluna faciə dəydi, Bətul fəryad və nalə etdi, əql qüvvələri (yüngülləşib düz yoldan) azdı. Salam olsun cəlil Allah tərəfindən paklanan şəxsə! Salam olsun o kəsə ki, Cəbrəil onun vasitəsi ilə iftixar edirdi.”
    Ya Əba Əbdillah! Sən necə böyük şəxsiyyətli insansan?! Kim idin, nə etdin?!
    السَّلَامُ عَلَى مَنْ نَاغَاهُ فِي الْمَهْدِ مِيكَائِيلُ السَّلَامُ عَلَى مَنْ نُكِثَتْ ذِمَّتُهُ وَ ذِمَّةُ حَرَمِهِ السَّلَامُ عَلَى مَنِ انْتُهِكَتْ حُرْمَةُ الْإِسْلَامِ فِي إِرَاقَةِ دَمِه‏ فَنَزَعَ الرَّسُولُ الرِّدَاءَ وَ عَزَّاهُ بِكَ الْمَلَائِكَةُ وَ الْأَنْبِيَاءُ
    “Salam olsun o kəsə ki, beşikdə Mikail onunla danışıb söhbət edirdi. Salam olsun o kəsə ki, onun özünün və hərəminin əhd-peymanı pozuldu. Salam olsun o kəsə ki, onun qanının axıdılması səbəbi ilə islamın hörməti pozuldu. (Bu müsibətdə) Allahın Rəsulu ridasını soyundu, mələklər və peyğəmbərlər sənə görə o həzrətə başsağlığı verdilər.”
    İnsan belini sındıran bu kəlmədir: Peyğəmbərə faciə baş verdi:
    وَ فُجِعَتْ بِكَ‏ أُمُّكَ‏ فَاطِمَةُ الزَّهْرَاءُ وَ اخْتَلَفَتْ جُنُودُ الْمَلَائِكَةِ الْمُقَرَّبِينَ تُعَزِّي أَبَاكَ أَمِيرَ الْمُؤْمِنِينَ وَ أُقِيمَتْ عَلَيْكَ الْمَأْتَمُ فِي أَعْلَى عِلِّيِّينَ تَلْطِمُ عَلَيْكَ فِيهَا الْحُورُ الْعِينُ وَ تَبْكِيكَ السَّمَاوَاتُ وَ سُكَّانُهَا وَ الْجِبَالُ وَ خُزَّانُهَا وَ السَّحَابُ وَ أَقْطَارُهَا وَ الْأَرْضُ وَ قِيعَانُهَا وَ الْبِحَارُ وَ حِيتَانُهَا وَ مَكَّةُ وَ بُنْيَانُهَا وَ الْجِنَانُ وَ وِلْدَانُهَا وَ الْبَيْتُ وَ الْمَقَامُ وَ الْمَشْعَرُ الْحَرَامُ
    “Sənin qətlə yetirilməyinlə anan Fatimeyi-Zəhraya faciə baş verdi, müqərrəb mələklərin dəstələri pərakəndə vəziyyətə düşdü, onlar atan Əmirəl-mömininə başsağlığı verirdilər, yüksək İlliyyin cənnətlərində sənin üçün matəm keçirildi, Hurul-eynlər səninlə əlaqədar üzlərinə zərbə vurdular, səmalar və onların sakinləri, dağlar və onun xəzinədarlığı, buludlar və onların ətrafı, yer və onun çölləri, dənizlər və onun balıqları, Məkkə və onun sütunları, cənnətlər və onların cavanları, Beyt, Məqam və Məşərul-həram sənə ağladı.”
    Ya Sahibəz-Zaman! Matəm sahibi sənsən:
    وَمَنْ قُتِلَ مَظْلُوماً فَقَدْ جَعَلْنا لِوَلِيِّهِ سُلْطانا
    “Hər kəs məzlum halda qətlə yetirilsə, Biz onun qəyyumu (qatilə hakim kəsilmək) üçün bir yol qərar verərik.”
    Ey Seyyidüş-şühəda (əleyhissalam)-ın əlinə aldığı qanın qəyyumu! O qanı əlinə alan zaman buyurdu:
    بِسْمِ اللَّهِ وَ بِاللَّهِ وَ عَلَى مِلَّةِ رَسُولِ اللَّهِ
    “Allahın adı ilə, Allahdan kömək istəməklə və Allah Rəsulunun dini üzərində.” Gəl! Gəl! Onun kim olduğunu başa sal! Nə etdiyini bildir! Qana qəltan olunan o köynəyi əlinlə yuxarı qaldır!
    Bu il Aşuradan başlayaraq Ərbəinə qədər “Fərəc” duasını oxuyun, camaat da məclislərdə bu duanı oxusunlar. Matəm sahibi odur, gərək o gəlib onun işini dirçəltsin.

    Uğurlu

    OK
  • Ana səhifə
  • Xəbərlər
  • Media
  • Bəyanlar
  • Seçilmiş bəyanlar
  • Dəftərxananın mərasim proqramları
  • Dərslər
  • Quran təfsiri
  • Şəri hökmlər
  • Şəri məsələlər
  • Şəri suallar
  • İstiftalar
  • Doğru yollar
  • Hekayələr
  • Tövsiyələr
  • Əxlaq və etiqadat
  • Nəşrlər
  • Əsərlər
  • Ağanın şerləri
  • Həyatı
  • Bizimlə əlaqə
  • Ofislər
  • Bizimlə əlaqə