Qarşıdakı günlər o qədər əzəmətlidir ki, həm əql qüvvəsi onu idrak etməkdən acizdir, həm də bəyan tərzi onu bəyan
Qarşıdakı günlər o qədər əzəmətlidir ki, həm əql qüvvəsi onu idrak etməkdən acizdir, həm də bəyan tərzi onu bəyan etməkdə qüsurludur. Bir kəs Aşuranın necə bir gün olduğunu, o gündə görülən işin nə kimi iş olduğunu və o işin təsirlərinin nə olduğunu başa düşmədi.
لَا يَوْمَ كَيَوْمِكَ يَا أَبَا عَبْدِ اللَّهِ
“Sənin (müsibətli) günün kimi bir gün yoxdur, ey Əbu Əbdillah!”
Günlərdə müxtəlif hadisələr vardır. Bir dövran həzrət Nuh (əleyhissalam)-ın dövranıdır ki, o dövran onun gəmisini görmüşdür. Ruzigar İbrahim (əleyhissalam)-ın dövrünü və onun imamətini görmüşdür. Ruzigar həzrət Musa (əleyhissalam)-ın, İsa (əleyhissalam)-ın və Xatəm (səlləllahu əleyhi və alih)-in dövrünü, Əmirəl-möminin Əli (əleyhissalam)-ın dövrünü görmüşdür, lakin İmam (əleyhissalam)-ın kəlamı budur:
لَا يَوْمَ كَيَوْمِكَ يَا أَبَا عَبْدِ اللَّهِ
“Sənin (müsibətli) günün kimi bir gün yoxdur, ey Əbu Əbdillah!”
Amma biz bu günlərdən lazımınca bəhrə almadıq. Bu günlər elə günlərdir ki, Kərbəladan ruhoxşayan bir nəsim yeli əsdi; elə bir bahar yeli əsdi ki, qəlbləri dirildir. Elə günlərdir ki, hər kəs bu (ruhani) libası geyibsə, gərək bu fürsətdən istifadə etsin, haqq məzhəbin həqiqət toxumlarını ümumxalq kütlələrinin qəlblərinə səpsin.
Əhli-beyt (əleyhmuissalam)-ın rəvayətlərinin hər biri bir elm şəhəridir, fəqahət əhli üçün həqiqi mənada dəryadır.
Elmin yayılması
Allahın Rəsulu (səlləllahu əleyhi və alih)-in bir cümləsi vardır. Bu rəvayət bir sətir olsa da, amma bu bir sətir cümlədə kitablar (şərh) vardır:
أَرْبَعٌ تَلْزَمُ كُلَّ ذِي حِجًى مِنْ أُمَّتِي
“Dörd şey vardır ki, ümmətimdən ağıl sahibi olanların hamısına lazımdır.” Kim üçün lazımdır? Ümmətimdən olan hər bir əql sahibi üçün. Dedilər ki, onlar hansıdır, ey Allahın Rəsulu? Həzrət buyurdu: “Birinci: Elmə qulaq asıb dinləmək.” İndi başa düşmək lazımdır ki, bu kəlam quruluşu elmə bağlı olduğu və “istima” kökünün başına gəldiyi halda necə məna ifadə edir? Bu hədisin şərhinə və fiqhinə vaxtımız çatmayacaq, sadəcə işarə edirik.
İkincisi: “Onu hifz etmək”. “Elmi hifz etmək” nə deməkdir?
Üçüncüsü: “Ona əməl etmək”. Amma bütün bunlarla belə, onun kamalı sonrakı cümlədədir.
Dördüncüsü: “Onu yaymaqdır.”
Əgər elm əhli və elmiyyə hövzələri bu rəvayətə əməl etsələr, onda bu ölkədə məzhəb müxaliflərinin təbliğatları üçün bir şərait yaranarmı?! Vay olsun bizə – həsrət günündə! O gündə bizdən soruşacaqlar ki, “bu libası geydin, bu sinfə daxil oldun, bizim süfrəmizin başında oturdun, de görək bizim elm ehtiyatımızı yaydınmı?” Bizim bədbəxtliyimiz rahatlıq axtarmaqdır. Təqiyyə dövrü keçib getmişdir, indi qorxutmaq dövrüdür. Bu iş üçün imkanı olan hər bir şəxs səhlənkarlıq etsə, gərək sabah, Qiyamətin günü cavab versin. Bundan sonra həsrət çəkilən şeylər bu şəraitləri əldən verməklə əlaqədardır: mən Aşura günlərində bu elm ehtiyatı səbəbi ilə bir nəfəri zəlalətdən çıxara bilərdimsə, nə üçün bu işi görmədim?
Bu hədis insanı dəhşətə gətirir, lakin xüsusiyyəti mətnindədir. Amma əsas məsələ budur ki, biz oxuyaq, sonra başa düşək, nəinki özümüzdən bir şey uydurmuş olaq.
Yerdən asimana qədər olan lö`lö (inci)
İmam Əbu Muhəmməd Əskəri (əleyhissalam)-dan nəql olunan bir rəvayətdə deyilir:
Bir qadın həzrət Fatimeyi-Zəhra (əleyha salam)-ın yanına gəlib dedi: Anam üçün namazla əlaqədar bir məsələ aydın olmamışdır, məni sizin yanınıza göndərib ki, onu soruşam. İkinci dəfə yenə də həmin məsələni soruşdu, həzrət cavabını verdi, habelə üçüncü dəfə,... nəhayət on dəfə həmin məsələni soruşdu, həzrət də cavab verdi. Özü də kimdən soruşur? O kəsdən soruşur ki, Allah yolunda və Allahın yolunda məhəbbətə qərq olmuşdur. Bu qədər məşğuliyyəti ilə bu məsələ on dəfə təkrar olundu və həzrət ona cavab verdi. O qadın sualın çoxluğundan xəcalət çəkdi və dedi ki, səni əziyyətə saldığım üçün üzür istəyirəm. Buna yaxşı-yaxşı qulaq asın: Fatimə dedi: “Gəl, sənə lazım olan şeyləri soruş!” Ümumiyyətlə, o həzrətin göstərdiyi əksül-əməl insanı heyrətə salır. O qadın üzrxahlıq edir, həzrət isə cavabında buyurur: Əgər bir kəs yüz min dinar (qızıl) pul almaq şərti ilə ağır bir yükü dama qaldırmalı olsa, bu iş ona ağır gələrmi?! Qadın “yox” - deyə cavab verdikdə həzrət buyurdu: “Mən də əcir olunmuşam ki, sənin hər bir sualına cavab verəm, Allah-taala miqdarı yerdən asimana qədərdən çox olan miqdarda lö`lönü (inci) mənə verəcəkdir; yəni mən sənə minnət qoymuram; əksinə sənin mənim üzərində minnətin vardır!
Görəsən biz Allahın hökmlərində, haqq əqidələrdə və din məsələlərində o xanədanın yetimləri ilə belə rəftar edirikmi?! Bəziləri bu günlərdə istirahətə məşğul olurlar, lakin bir dəstə adam (ruhani) təbliğə gedərək zəmanəsinin imamından məhrum olan insanlara, (şəri məsələlərdə) sərgərdan qalan yetimlərə din məsələlərini öyrədirlər. Bunlar (təbliğə gedənlər) nələr uddular, onlar (istirahət edənlər) nələri uduzdular!
Rəvayətdəki təbirlər insanı heyrətə salır. Bu yükü mən sənin üçün daşıdım, lakin əvəzində mənə nə verildi? Bir məsələnin cavabında yerdən səmaya qədər dolu olan lö`lö (inci) verdilər. Bütün bu kəhkəşanlar birinci asimandadır, nəhayət yeddinci asimana, Lövhə, Qələmə, Kürsüyə çatır: “Onun Kürsüsü səmaları və asimanları əhatə etmişdir.” Bundan sonra növbə ərşə çatır. Yerdən ərşə qədər doldurulmuş lö`lö bir məsələnin cavabının verməyin savabıdır.
Şiə alimlərinin əcr və savabı
Rəvayət insanı heyrətə salır: “Özüm atamdan eşitdim...” Siddiqeyi-Kübra (əleyha salam)-ın eşitdiyi nədir?
سَمِعْتُ أَبِي (ص) يَقُولُ: إِنَّ عُلَمَاءَ شِيعَتِنَا يُحْشَرُونَ فَيُخْلَعُ عَلَيْهِمْ مِنْ خِلَعِ الْكَرَامَاتِ عَلَى قَدْرِ كَثْرَةِ عُلُومِهِمْ وَ جِدِّهِمْ فِي إِرْشَادِ عِبَادِ اللَّهِ
“Atamın belə buyurduğunu eşitdim: “Həqiqətən, Qiyamətdə şiələrimizin alimləri məhşur olan zaman onların əyninə elmlərin çoxluğu miqdarında və Allah bəndələrinə yol göstərməkdə ciddiyyətləri qədər kəramət xələtləri geyindirilər.” Lakin Allahın verdiyi bu xələtlər necə xələtdir? Xələtlər elmlərin miqdarındadır. Bu birincisi; ikincisi onu yaydıqları miqdardadır: kimə elm öyrətdin, hansı şübhəni dəf etdin, cahil üçün hansı bir məsələni həll etdin, hansı əqidəni möhkəmlətdin? Xələt bunların miqdarı ölçüsündədir:
وَ كُلُّ شَيْءٍ عِنْدَهُ بِمِقْدَارٍ
“Hər şey Onun yanında (müəyyən) miqdardadır.”
وَ الْوَزْنُ يَوْمَئِذٍ الْحَقُّ
“O gün ölçü (əməllərin ölçülmə vasitəsi) düz və haqdır.”
Mühüm məsələ budur. Hədis müfəssəl olduğu üçün şərhinə vaxt yoxdur. Son kəlmə budur ki, həzrət Siddiqeyi-Kubra (əleyha salam)-ın özü buyurdu: Atam mənə buyurdu ki, işi belə olan, yəni bizim elmimizi öyrənib şiələrimizin yetimlərinə öyrədən şəxsin hər birinə Allah min-min xələt geyindirər, belə ki, hər xələtin bir sapı “üzərinə günəşin saçdığı şeylərdən min-min dəfə üstün və fəzilətlidir.” Bu hesab-kitab hara çatır? Min-min xələt, hər xələtin bir sapı da üzərinə günəşin saçdığı şeylərdən min-min dəfə üstün və fəzilətlidir. Bu savab o kəslərə məxsusdur ki, bu Aşura günləri məhrum məntəqələrə gedib Ali-Məhəmməd yetimlərinin dərdlərinə çarə etmiş olsunlar. Onlar bu dini qoruyub saxlamaq üçün nələr etdilər, biz nələr etdik?!
İbadət edənlərin zinəti
Dördüncü İmam kimdir? Qiyamət günü məhşər səhnəsində bir carçı nida edib deyər: “Hardadır ibadət edənlərin zinəti?” Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) nəzər edəndə onu peyğəmbərlərin və sair məxluqların cərgələri arasında yol getdiyini görəcəkdir.”
Xilqətin nəticəsi Allaha ibadət etməkdir. Əvvəldən-axıra qədər bütün ibadət edənlərin arasında təkcə bir nəfər – Zeynul-Abidin (əleyhissalam) “ibadət edənlərin zinəti”dir.
Elə bir kəsdir ki, Allah ilə olan işini (ibadətdə hüzuri-qəlbini) bu yerə çatdırdı: Oğlu quyuya düşəndə özü namaz qılırdı, hərəm əhlinin şivən səsi ucaldı, lakin o həzrət namazı qurtarana və təqibatını sona çatdırana qədər yerindən tərpənmədi. Namazı qurtarandan sonra quyunun ağzına gəlib əlini uzatdı və uşağı çıxartdı. Ona dedilər: “Ey Peyğəmbər övladı! Nə üçün namazı kəsmədin?” Cavabı bu oldu: “Cabbar (Allahın) hüzurunda idim; əgər Ondan üz çevirsəydim, O da məndən üz çevirərdi!” Bütün aləm bu kəlmənin müqabilində əhəmiyyətsizdir.
Hüseyn (əleyhissalam)-ın günü kimi (müsibətli) bir gün yoxdur
Belə bir şəxsin – İmam Zeynul-Abidin (əleyhissalam)-ın gözü Əli (əleyhissalam)-ın nəvəsi və Abbas (əleyhissalam)-ın yetim oğlu Übeydullaha düşəndə nalə səsi ucalırdı. Həzrətin bu zaman dediyi söz bu idi: Xatəm Peyğəmbərə (səlləllahu əleyhi və alih) Ühüd günü kimi ağır bir gün keçməmişdi: o gündə əmisi Həmzə Seyyidüş-şühəda (əleyhissalam)-ı əldən verdi. O həzrət üçün ikinci ağır gün Mutə qəzvəsi idi ki, Cəfər ibni Əbi Talib (əleyhissalam)-ı əldən verdi. Bu iki cümlədən sonra həzrət buyurdu: “Hüseyn (əleyhissalam)-ın günü kimi (müsibətli) bir gün yoxdur!”
Bütün şəhidlər Qəməri Bəni-Haşim (əleyhissalam)-ın məqamına qibtə edir
Sonra nə buyurdu? Yenə də o yetim uşağın üzünə baxıb buyurdu: “Əmim Abbas üçün Allah yanında elə bir (yüksək) məqam vardır ki, Qiyamət günü bütün şəhidlər o məqama qibtə edərlər.” Bu məqam necə yüksək bir məqamdır ki, bütün şəhidlər o məqamın həsrətini çəkirlər?! Həzrət Həmzə Seyyidüş-şühəda (əleyhissalam) Abbas ibni Əli (əleyhissalam)-ın məqamına qibtə edir! Cənnətdə mələklərlə birlikdə pərvaz edən Cəfər Təyyar onun Allah yanındakı məqamına qibtə edir!
Əba Əbdillah Hüseyn (əleyhissalam)-ın susuzluğunu yad etmək
Necə bir iş gördü ki, bu məqama çatdı? Əql heyrətdən donub qalır, bunu bəyan etmək qeyri-mümkündür! Fəratı fəth etdi, hamıdan çox susuz idi. Suyun kənarında oturdu, ovcunu su ilə doldurdu... O yüksək məqamın kökü burdadır: Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) (onun su içməyinə) razı idi, Əmirəl-möminin Əli (əleyhissalam) razı idi, Seyyidüş-şühəda (əleyhissalam) Allahdan istəyirdi (ki, qardaşı suyu içsin), hamısını bilirdi. Amma Abbas (əleyhissalam) “Hüseyn (əleyhissalam)-ın susuzluğunu yad etdi, bu zaman onun sözü bu oldu:
يا نفس من بعد الحسين هوني و بعده لا كنت ان تكوني
“Ey nəfs! Hüseyndən sonra zəif qalarsan
Ondan sonra bu dünyada olmamağın gərəkdir!
Sonra əlindəki suyu boşaltdı, məşki su ilə doldurub “Əlqəmə”dən çıxdı. Düşmənlərin hamısı pusquda dayanmışdı. Nə baş verdiyini demək olmur. Bu qədər deyirəm ki, o məqam və mənzilətim nə olduğu məlum olsun.
“Ey qardaş, qardaşının dadına çat!”
Birdən sağ qolunu vurdular, gözü yerə düşmüş əlinə sataşanda buyurdu:
وَ اللَّهِ إِنْ قَطَعْتُمُوا يَمِينِي إِنِّي أُحَامِي أَبَداً عَنْ دِينِي
وَ عَنْ إِمَامٍ صَادِقِ الْيَقِين نَجْلِ النَّبِيِّ الطَّاهِرِ الْأَمِين
“Allaha and olsun! Sağ qolumu salsanız da,
Mən həmişə dinimi himayə edəcəyəm,
Düzgün yəqin sahibi olan İmamımı,
Pak və əmanətdar Peyğəmbərin nəvəsini himayə edəcəyəm!
Sağ qoluna baxıb bu cür cavab verdi. Çox keçmədi ki, sol qolunu da vurub saldılar. Gözü yerə düşmüş sol qoluna sataşanda buyurdu:
يَا نَفْسُ لَا تَخْشَيْ مِنَ الْكُفَّارِ وَ أَبْشِرِي بِرَحْمَةِ الْجَبَّار
مَعَ النَّبِيِّ السَّيِّدِ الْمُخْتَار قَدْ قَطَعُوا بِبَغْيِهِمْ يَسَارِي
فَأَصْلِهِمْ يَا رَبِّ حَرَّ النَّار
“Ey nəfs! Kafirlərdən qorxma!
Cabbar Allahın rəhməti sənə müjdə olsun!
Muxtar Seyid Peyğəmbərlə birlikdə!
Zülmləri ilə mənim sol qolumu da kəsdilər
Ya Rəbbim! Onları cəhənnəm oduna sal! (1)
Sonra mühüm məsələ budur: Hər iki qolu bədəndən ayrılandan sonra su tuluğu qalmışdı. Bütün ümidi bu idi ki, suyu xeymələrə çatdırsın. Birdən gördü ki, tuluqdakı su yerə axır. İndi fikirləşin ki, bu ümid necə məyusluğa dönür?! Bundan sonra bir ox gəlib gözünə dəydi.(2) Bizim gözümüzə balaca bir tikan batsa, nə edərik? Ox, göz... Yenə də özünü saxladı, birdən polad əmud ilə başına zərbə endirildi. İndi yerə yıxılmaq vaxtıdır. Hər kəs yerə yıxılanda əllərini qabağa verir ki, sipər olsun. O həzrət necə yıxıldı?! Bir cümlə dedi ki, ömür boyu onu deməmişdi. Bütün ömrü boyu İmam Hüseyn (əleyhissalam)-a “Ya Seyidi, ya Mövla” demişdi. Amma yıxılanda dedi: “Ey qardaş, qardaşının dadına çat!” (3)
Həzrət buyurdu: “İndi belim sındı...”
Aləmin sığınacaq yeri, imkan aləminin arxası olan bir şəxs o cənazənin yanında dayanıb bir cümlə buyurdu. Nələr baş verdiyini bu cümlədən bilmək olar. Əli Əkbər (əleyhissalam)-ın müsibətini görən bir şəxs onun cənazəsini xeymələrə gətirəndə heç vaxt belə bir söz deməmişdi. Amma Abbas (əleyhissalam)-ın cənazəsinin yanında dayanıb buyurdu: “İndi belim sındı!” O həzrət “Belim əyildi” yox, “belim sındı” - deyə buyurdu. “və ümidlərim kəsildi.” Bunu deyib xeymələrə gəldi.
Nə üçün cənazəni gətirmədi? Bütün cənazələr xeymələrə gətirildi, lakin onun cənazəsi düşdüyü yerdə qaldı. Deyə bilmərəm ki, nə üçün onu gətirmədi! Əlini yaralı bədənin hər üzvünün altına salırdısa, o biri üzvü yerə düşürdü. Birdən arvad-uşaqlardan bir dəstəsi qaça-qaça gəldilər. Nə olmuşdu? Heç nə danışmadı, bir başa qardaşı Abbasın xeyməsinə getdi, içəri daxil olub xeymənin sütununu çıxartdı.
Allahın salamı olsun Qəməri Bəni-Haşimə!
Bu kəlmələr Əhli-beytin Sadiqinin (əleyhmuissalam) dilindəndir:
سَلَامُ اللَّهِ وَ سَلَامُ مَلَائِكَتِهِ الْمُقَرَّبِينَ وَ أَنْبِيَائِهِ الْمُرْسَلِينَ وَ عِبَادِهِ الصَّالِحِينَ وَ جَمِيعِ الشُّهَدَاءِ وَ الصِّدِّيقِينَ وَ الزَّاكِيَاتِ الطَّيِّبَاتِ فِيمَا تَغْتَدِي وَ تَرُوحُ عَلَيْكَ يَا ابْنَ أَمِيرِ الْمُؤْمِنِين
“Allahın salamı, müqərrəb mələklərinin salamı, mürsəl peyğəmbərlərinin salamı, saleh bəndələrinin salamı, bütün şəhidlərin, siddiqlərin, pak-pakizə insanların salamı sübh-axşam sənə olsun, ey Əmirəl-mömininin oğlu!...”
Əbəl-fəzlil-Abbas (əleyhissalam)-ın İlliyyində yad edilməsi
Bu cümlədən sonra həzrət buyurur:
وَ رَفَعَ ذِكْرَكَ فِي العِلِّيِّينَ وَ حَشَرَكَ مَعَ النَّبِيِّينَ وَ الصِّدِّيقِين
“Allah sənin zikrini İlliyyinə ucaltdı, səni peyğəmbərlər və siddiqlərlə məhşur etdi!”
İlliyyin haradadır? Allah o yerdə Əbəl-Fəzl (əleyhissalam)-ın yad və xatirəsini ucaltdı. Belə bir şəxs din yolunda bu cür (eşq ilə) can verdi.
Seyyidüş-şühəda (əleyhissalam)-ın qanı ərşin sütununda
Aşura günləridir, çalışın camaatı müsibətin əzəməti ilə tanış edəsiniz. Bu müsibət çox ağırdır. Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) məmur olunub. Onun əlindən başqa heç bir əl yoxdur. Onun məmuriyyəti nədir? Allah bir şüşə qabı o həzrətə verdi ki, Hüseyn (əleyhissalam)-ın qanını bu qaba yığsın. Həzrət Peyğəmbər qətlgaha gəldi. Həzrətin başı kəsiləndə Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) orada oturmuşdu. Qanını o şüşəyə yığdı. Bu, Allahın Höccətinin bəyanıdır: O şüşə asimana aparıldı. Hər asimana çatırdısa, ora lərzəyə gəlirdi. Nəhayət Kürsüyə çatı, Kürsü də lərzəyə gəldi. Oradan ərşə aparıldı, ərş də lərzəyə gəldi. Şüşədəki qanı ərşin sütununa qoydu, o sütun Qiyamət gününə qədər lərzədədir.