Səfər ayının axırıncı ongünlüyü qarşıdadır. Elm əhlinin proqramı iki kəlmədir. Ruhanilər üçün bu qədər proqram tökülsə də, amma
Səfər ayının axırıncı ongünlüyü qarşıdadır. Elm əhlinin proqramı iki kəlmədir. Ruhanilər üçün bu qədər proqram tökülsə də, amma nəticəsi, təsiri nədir? Heç nə! Nə üçün? Çünki proqram o proqramdır ki, onu Allah müəyyən etmiş olsun. Ruhanilərin proqramı müəyyən olunmuşdur, Zeydin-Əmrin proqram tökməsinə ehtiyac yoxdur. O proqram iki kəlmədir: Birinci cümlə: “Dində təfəqqüh etsinlər”, İkinci cümlə isə: “Öz qövmlərini qorxutsunlar.” ({^Tövbə” surəsi, ayə: 122^})
Artıq üçüncü bir cümlə yoxdur, lakin səy edib işləmək lazımdır ki, bu iki cümləni başa düşək. Vaxtı qənimət saymaq lazımdır. Mənim-sənin ömrümüz nədir? Saplardan əyirilmiş bir ipdir, bu ipin sapları nədir? Bizim çəkdiyimiz hər nəfəsdə o saplardan biri açılır, istər-istəməz axırıncı saplara qədər açılacaqdır: “O zaman ki, onların əcəlləri gəlib çatar.” Bu saplar açılıb qurtaran zaman artıq nə irəli düşər, nə də təxirə salınar.
Hər nəfəsin bir məhsulu olmalıdır, o məhsul nədir? İki kəlmədir. Birinci kəlmə: “Dində təfəqqüh etsinlər”, bunun fəsli keçən günlər idi. İkinci cümlə isə: “Öz qövmlərini qorxutsunlar.”({^Əraf” surəsi, ayə: 34, “Nəhl” surəsi, ayə: 61^}) Bunun fəsli isə səfərin axırıncı ongünlüyüdür. Xoş olsun o kəslərin halına ki, başa düşdülər və ömürlərindən lazımınca bəhrələndilər.
Mərhum Mirza Şirazi nimdaş paltarda olan bir şeyxi təzimlə yad edir
Mərhum Mirza Şirazinin çoxlu xüsusiyyətləri vardır. Elmi şəxsiyyətləri tanımağın öz xüsusi üslubu vardır. Son dövrün böyük şəxsiyyətli alimlərindən olan mərhum Naininin təfəkkür və görüşlərinin əsası Mirza Şirazinin fikirlərində sezilir. Mirza bu qədər elmi məşğuliyyətləri ilə, o qədər ictimai problemləri ilə birlikdə bir kəslə görüşməyə vaxt tapa bilmirdi.
Bir gün köhnə və nimdaş paltarda olan əmmaməli bir şəxs Mirzanın evinin qapısında peyda oldu və qapıçıya dedi: “Mənim Mirza ilə işim vardır.” Qapıçı dedi: “Nəinki sənin, hətta böyük şəxsiyyətli alimlərin belə, Mirzanı görməyə imkanı yoxdur!” O şəxs dedi: “Sən get sadəcə bunu de ki, filankəs qapının ağzındadır.” Mirza bu qədər elmi məşğuliyyəti ilə! Qapıçı gəlib deyir ki, nimdaş paltarda olan bir şeyx qapıda durmuşdur və bu cür sözlər dedi. Mirza onun adını eşidən kimi rəngi qaçdı, dərhal libasını geyib qapının ağzına gəldi. Şeyxi qabağa saldı, özü isə arxasınca gəldi. Bütün alimlər bu işdən heyrətdə donub qaldılar: Ustad Hacı Şeyx Əbdül-Kərim, Mirza Məhəmməd Təqi Şirazi kimi böyük alimlər bu işdən heyrətə düşdülər.
Sonra o şeyxi öz tədris kürsüsündə oturtdu, özü isə onun qabağında oturdu, bir müddət pıçıldaşdılar. Sonra o şeyx ayağa qalxıb hərəkət etdi, Mirza də onu qapıya kimi yola saldı. Mirza bir müddət – gözdən itənə qədər o şeyxin uca qəddinə baxırdı.
Hamı heyrətdə idi ki, görəsən bu nə hadisədir? Mirzanın yaxın adamları “bu nə rəftardır, bu şəxs kim idi?” deyə soruşdular.
Dedi: “Mən bir kəlmə deyirəm: Bütün ömrüm boyu gördüyüm (yaxşı) işlərin hamısını verməyə hazıram ki, bu şeyxin əməli mənim əməl dəftərimdə yazılsın.”
Mirzanın yaxın adamlarının heyrəti bu sözdən daha da artdı, soruşdular: “Məgər bu şeyxin hadisəsi nədir ki?!” Yaxşı-yaxşı fikirləşin: Onlar necə uddular, biz isə necə uduzduq! Mirza dedi: “Mən onunla birlikdə həmbəhs idim, onun gələcəyi məndən də artıq parlaq idi. Bir gün mənim yanıma gəlib dedi ki, mən vəzifəmi ayırd etmişəm. Dedim ki, sənin vəzifən nədir? Dedi ki, mənim vəzifəm budur: bir məntəqə tapmışam, o yerdə Əhli-beyt (əleyhmuissalam)-ın adından əsər-əlamət yoxdur, o yerin əhalisinin hamısı məzhəbimizə yaddırlar. Mən o yerə gedirəm. Soruşdum ki, orada nə edəcəksən? Dedi ki, məsciddə qalacağam, sonralar məsciddə məktəb açacağam, o məntəqənin uşaqlarına əlifbadan başlayıb dərs deyəcəyəm. Artıq bundan sonra mənim işim bu olacaqdır.
Mirza Şirazi (r) təsirlənmiş halda onun vəziyyətini şərh etdi, sonra əlavə edib dedi: O həmin məntəqəyə getdi. Onun həyatı bu minvalla keçib getdi. Məscid onun yurdu oldu, o yerdə bir məktəb açdı və camaata elan edib dedi: “Mən sizin uşaqlarınıza pulsuz dərs keçəcəyəm.” Camaatın da Allahından idi ki, pulsuz dərs keçilsin. O, əlifbadan başlayaraq uşaqlara dərs keçməyə başladı, həyatı bu yolda keçib getdi. Gecələr qaranlıq düşəndə küçələrə çıxıb camaatın süfrədən yığıb çölə atdıqları quru çörəkləri yığıb yeyirdi. Bu onun yeməyi idi, o isə gördüyü iş. Nəhayət, o uşaqlara verilən dərs təsirini qoydu və o məntəqə başdan-ayağa dəyişildi.
Mən Allahdan istəyirəm ki, bütün əməllərim: elm, dərs, tədris, gecə namazları və bir sözlə, əməllərimin hamısı onun əməl dəftərinə yazılsın, yalnız onun gördüyü bu iş mənim əməl dəftərimə yazılsın:
وَ جاهِدُوا فِي اللَّهِ حَقَّ جِهادِهِ({^“Həcc” surəsi, ayə: 78^})
“Allah yolunda layiqincə cihad edin!”
Əgər bu Şeyx, Mirzanın nəzərində bu qədər hörmətlidirsə, görəsən İmam Zaman (əleyhissalam)-ın nəzərində nə qədər abır-heysiyyətli sayılır?!
Buna görə də səfərin axırıncı ongünlüyünü qənimət sayın, məhrum məntəqələrə gedin, məzhəbimizi dirçəldin. Əgər bir günahkarı tövbələtsəniz, cahil bir adama şəri məsələsini öyrətsəniz, savabınız nə qədərdir? Savabınız bütün insanları diriltmək qədərdir:
مَنْ أَحْياها فَكَأَنَّما أَحْيَا النَّاسَ جَميعاً({^“Maidə” surəsi, ayə: 32^})
“Hər kəs bir nəfəri diriltsə, sanki bütün insanları diriltmişdir.”
Hər kəs bir nəfəri diriltsə, sanki əvvəldən-axıra qədər dünyada olan bütün insanların hamısını diriltmişdir. Allahın höccəti (əleyhissalam) buyurur: “İnsanları diriltmək dedikdə məqsəd onları azğınlıqdan çıxarıb hidayətə salmaq deməkdir.”({^İmam Sadiq (əleyhissalam) “Hər kəs nahaq yerə bir nəfəri qətlə yetirsə, sanki bütün insanları qətlə yetirmişdir, hər kəs bir insanı diriltsə, sanki bütün insanları diriltmişdir” ayəsinin izahında buyurur:
مَنْ أَخْرَجَهَا مِنْ ضَلَالٍ إِلَى هُدًى فَكَأَنَّمَا أَحْيَاهَا وَ مَنْ أَخْرَجَهَا مِنْ هُدًى إِلَى ضَلَالٍ فَقَدْ قَتَلَهَا
“(Diriltmək dedikdə məqsəd budur ki,) bir nəfəri zəlalətdən çıxarıb hidayətə salsın, bu halda sanki onu diriltmişdir. Hər kəs də bir nəfəri hidayətdən azdırıb zəlalətə salsa, sanki onu öldürmüşdür.” "Kafi", Kuleyni, 2-ci cild, səh. 210; “Əmali”, Şeyx Tusi, səh. 226; "Məcməul-bəyan" təfsiri, Şeyx Təbərsi, 3-cü cild, səh. 322; "Təfsiru-Burhan", Seyid Haşim Bəhrani, 2-ci cild, səh. 281; “Biharul-ənvar”, Əllamə Məclisi, 2-ci cild, səh. 20
^}) Bu böyük səadəti əldən verməyin!
Bütün alimlər Əba Əbdillah (əleyhissalam)-ın səhabələrinin ruhunu (məqamını) dərk etməkdən acizdirlər
Aşuradan sonra hər gün bu məclisdə bu salam verilməlidir. Hansı bir salam? Bu salamın nə olduğunu başa düşdükmü? Onu demək insanın taqətini üzür:
السَّلَامُ عَلَيْكَ يَا أَبَا عَبْدِ اللَّهِ وَ عَلَى الْأَرْوَاحِ الَّتِي حَلَّتْ بِفِنَائِكَ
“Salam olsun sənə, ey Əba Əbdillah! Salam olsun sənin ətrafını tutub sənin sığındığın yerdə başlarını sənin astanana qoyan pak-pakizə ruhlara!”({^Aşura ziyarətinin bir hissəsi^}) Əvvəla, hər gün kimə xitab olunur? Onu tanıdınızmı? O ruhları tanıdıqmı?
Biz iddia edir və bu iddianı elmi qüdrətlə sübut edirik: əgər Şeyx Tusidən tutmuş Şeyx Ənsariyə qədər bütün alimlər bir yerə yığışsalar, o həzrətin ətrafına toplanan ruhlardan birini belə, dərk edə bilməzlər və bu işdən aciz qalarlar. Dairə budur, o dairənin hüdudları nədir? Onun mərkəzi kimdir? Onun səhabələri, köməkçiləri kimlərdir? Bu məsələ əqli heyrətə salan dəhşətli bir məsələdir.
Seyyidüş-şühəda (əleyhissalam) Lövhi-məhfuzda, Mübin kitabda və imkan aləminin qəlbində
Aşura gecəsi o həzrət elan edib buyurdu: “Gecənin qaranlığından istifadə edərək hamınız gedin. Hər biriniz də Əhli-beytimdən bir nəfərin əlindən tutub aparın.”({^İmam Hüseyn (əleyhissalam) Aşura gecəsi səhabələrini bir yerə yığdı, Allaha həmd-səna etdikdən sonra buyurdu:
وَ هَذَا اللَّيْلُ قَدْ غَشِيَكُمْ فَاتَّخِذُوهُ جَمَلًا وَ لْيَأْخُذْ كُلُّ رَجُلٍ مِنْكُمْ بِيَدِ رَجُلٍ مِنْ أَهْلِ بَيْتِي وَ تَفَرَّقُوا فِي سَوَادِ هَذَا اللَّيْلِ [سوادکم و مدائنکم] وَ ذَرُونِي وَ هَؤُلَاءِ الْقَوْمَ فَإِنَّهُمْ لَا يُرِيدُونَ غَيْرِي [فإن القوم إنما يطلبونني]
“İndi gecənin qaranlığı hər yeri əhatə etmişdir. Onu bələdçi dəvə qərar verin, gecə ikən (utanıb xəcalət çəkmədən) gedin, hər biriniz də Əhli-beytimdən birinin əlindən tutub burdan uzaqlaşın, məni bu yerə düşmənlə tənha qoyun. Çünki onların məndən başqa bir kəslə işləri yoxdur.” “Məqtəlul-Hüseyn (əleyhissalam)”, Əbu Mixnəf, səh. 109; “Rovzətul-vaizin”, Fətal Nişapuri, səh. 183; “Mənaqibu Ali Əbi Talib”, İbni Şəhr Aşub, 3-cü cild, səh. 248; “Luhuf”, Seyid ibni Tavus, səh. 55
Sünnü mənbələrindən: “Tarixi Təbəri”, 4-cü cild, səh. 317; “Kamil”, İbni Əsir, 4-cü cild, səh. 57; “Nihayətul-irəb”, Nüveyri, 20-ci cild, səh. 434; “Əl-bidayətu vən-nihayə”, İbni Kəsir, 8-ci cild, səh. 191; həmin məzmunda: “Siyəru əlamin-nübəla”, Zəhəbi, 3-cü cild, səh. 301
Həmçinin həmin məzmun azacıq fərqlə imam Səccad (əleyhissalam)-dan da nəql olunmuşdur. Əvvəlki səhifələrə (on üçüncü məclisə) müraciət edə bilərsiniz.
^})
İki nəfərin əsl sözünü deyirik ki, onların necə şəxsiyyət olması və nə etmələrini bilməkdə hamının aciz olması məlum olsun.
Xitab kimə olunur? O kəsə xitab olunur ki, Kürsüyə oturdu; o, vücud aləminin Lövhi-məhfuzudur, Allahın aşkar kitabıdır, imkan aləminin qəlbidir, sirr və aşkar – hamısı ona aydındır, onun xitabı belə bir şəxsədir, özü də bu tərz də:
Müslim ibni Ovsəcənin və Züheyrin Aşura gecəsində dediyi sözlər
Müslim ibni Ovsəcə ayağa qalxdı. Onun sözlərinin hamısı hesab-kitab üzündəndir. Onun təbiri belədir. Əvvəlcə sözə başlayıb Allahın adına and içdi:
وَ اللَّهِ لَوْ عَلِمْتُ أَنِّي أُقْتَلُ ثُمَّ أُحْيَا ثُمَّ أُحْرَقُ ثُمَّ أُحْيَا ثُمَّ أُذْرَى يُفْعَلُ ذَلِكَ بِي سَبْعِينَ مَرَّةً ثُمَّ أُحْرَقُ مَا فَارَقْتُكَ
“Allaha and olsun! Əgər bilsəm ki, öldürülüb sonra dirildiləcəyəm, sonra odda yandırılıb yenidən dirildiləcəyəm, sonra (yandırılaraq) küllərimi yelə verəcəklər, bu iş mənə qarşı yetmiş dəfə təkrar olunsa belə... – Əlini oda yaxınlaşdır! – Yandırılandan sonra yenidən dirildilib küllərimi yelə versələr və bu iş mənə qarşı yetmiş dəfə təkrar olunsa, heç vaxt səndən ayrılmayacağam!” Bunu deyib oturdu. Aləm əhli bu ruhun məqamını dərk etməkdə acizdir, ya yox?
Sonra Züheyr ayağa qalxdı. O nə dedi? Dedi:
وَ اللَّهِ لَوَدِدْتُ أَنِّي قُتِلْتُ ثُمَّ نُشِرْتُ ثُمَّ قُتِلْتُ حَتَّى أُقْتَلَ هَكَذَا أَلْفَ مَرَّةٍ أُقْتَلَ هَكَذَا أَلْفَ مَرَّةٍ وَ إِنَّ اللَّهَ يَدْفَعُ بِذَلِكَ الْقَتْلَ عَنْ نَفْسِكَ وَ عَنْ أَنْفُسِ هَؤُلَاءِ الْفِتْيَانِ مِنْ أَهْلِ بَيْتِكَ({^“Məqtəlul-Hüseyn (əleyhissalam)”, Əbu Mixnəf Əzdi, səh. 109; “Futuh”, Əhməd ibni Ə`səm Kufi, 5-ci cild, səh. 95; “İrşad”, Şeyx Mufid, 2-ci cild, səh. 92; “Rovzətul-vaizin”, Fətal Nişapuri, səh. 184; “E`lamul-vəra”, Şeyx Təbərsi, 1-ci cild, səh. 456; “Luhuf”, Seyid ibni Tavus, səh. 56; “Biharul-ənvar”, Əllamə Məclisi, 44-cü cild, səh. 393; “Əvalimul-İmam Hüseyn (əleyhissalam)”, Şeyx Əbdüllah Bəhrani, səh. 244
Sünnü mənbələrindən: “Nihayətul-irəb”, Nüveyri, 20-ci cild, səh. 435
^})
“Allaha and olsun! İstəyərdim ki, qətlə yetirilim, sonra dirildilim, sonra qətlə yetirilim... Bu iş min dəfə təkrar olunsa belə...” – Bir dəfə yox, iki dəfə yox, min dəfə! İnsanı dəhşətə salır:
Bu minvalla min dəfə qətlə yetirilmək istəyərəm ki, Allah bu iş vasitəsi ilə sənin özündən Əhli-beytindən olan o cavanlardan qətli dəf etsin. Əgər Qasim ibni Həsən (əleyhissalam) sağ qalacaqsa, mənim ölümdən nə qorxum var?!” Bunu deyib yerə oturdu.
Əbu Əbdillah Hüseyn (əleyhissalam)-ın səhabələrinin mənzilləri
Pillə-pillədir. Həzrət buyurdu: “Başınızı qaldırın!” Başlarını qaldırdıqda (səhabələrə bir-bir göstərib buyurdu:) “Bu sənin otağındır, bu da sənin otağındır...” Hər birinə (behiştdəki) qəsrlərini göstərdi.({^Əli ibni Hüseyn (əleyhissalam) buyurur:
قَالَ عَلِيُّ بْنُ الْحُسَيْنِ كُنْتُ مَعَ أَبِي فِي اللَّيْلَةِ الَّتِي قُتِلَ فِي صَبِيحَتِهَا فَقَالَ لِأَصْحَابِهِ هَذَا اللَّيْلُ فَاتَّخِذُوهُ جُنَّةً فَإِنَّ الْقَوْمَ إِنَّمَا يُرِيدُونَنِي وَ لَوْ قَتَلُونِي لَمْ يَلْتَفِتُوا إِلَيْكُمْ وَ أَنْتُمْ فِي حِلٍّ وَ سَعَةٍ فَقَالُوا وَ اللَّهِ لَا يَكُونُ هَذَا أَبَداً فَقَالَ إِنَّكُمْ تُقْتَلُونَ غَداً كُلُّكُمْ وَ لَا يُفْلِتُ مِنْكُمْ رَجُلٌ قَالُوا الْحَمْدُ لِلَّهِ الَّذِي شَرَّفَنَا بِالْقَتْلِ مَعَكَ ثُمَّ دَعَا فَقَالَ لَهُمُ ارْفَعُوا رُءُوسَكُمْ وَ انْظُرُوا فَجَعَلُوا يَنْظُرُونَ إِلَى مَوَاضِعِهِمْ وَ مَنَازِلِهِمْ مِنَ الْجَنَّةِ وَ هُوَ يَقُولُ لَهُمْ هَذَا مَنْزِلُكَ يَا فُلَانُ فَكَانَ الرَّجُلُ يَسْتَقْبِلُ الرِّمَّاحَ وَ السُّيُوفَ بِصَدْرِهِ وَ وَجْهِهِ لِيَصِلَ إِلَى مَنْزِلَتِهِ مِنَ الْجَنَّةِ
“O gecə ki, sabahı atam qətlə yetiriləcəkdi, o gecədə o həzrətlə birlikdə idim. Atam səhabələrə buyurdu: “İndi gecədir, siz bu gecə qaranlığından istifadə edib hara istəyirsinizsə, gedin. Çünki bunların məqsədi məndən başqa bir kəs deyildir. Onlar məni şəhid etdikdən sonra sizinlə işləri olmayacaqdır. Mən beyətimi sizdən götürdüm, siz azadsınız.” Onlar cavabda dedilər: “Allaha and olsun ki, biz heç vaxt sənə kömək etməkdən əl çəkməyəcəyik!” Atam buyurdu: “Sizin hamınız sabah qətlə yetiriləcəksiniz, sizdən heç kəs sağ qalmayacaqdır!” Dedilər: “Allaha şükür olsun ki, sənin hüzurunda qətlə yetirilməklə bizi şərafətli edəcəkdir.” Atam onlar üçün dua edib sonra dedi: “İndi başlarınızı qaldırın və baxın!” Onlar başlarını qaldırdıqda hər biri behiştdəki öz yerini görüb müşahidə etdi. İmam Hüseyn (əleyhissalam) onların hər birinə buyururdu: “Ey filankəs! Bu sənin behiştdəki yerindir.” Buna görə də onlar sinələri və üzləri ilə nizə-qılıncların pişvazına gedirdilər ki, behiştdəki məqamlarına nail olsunlar. “Əl-xəraicu vəl-cəraih”, Qütbüddin Ravəndi, 2-ci cild, səh. 847-848; “Biharul-ənvar”, Əllamə Məclisi, 44-cü cild, səh. 298; “Əvalimul-İmam Hüseyn (əleyhissalam)”, Şeyx Əbdüllah Bəhrani, səh. 350
^}) Bütün aləm onun qüdrət əlindədir. Seyyidüş-şühəda (əleyhissalam) necə böyük şəxsiyyətdir? Onun səhabələri bunlardır! Hər şeyi onlara göstərdi.
Mühüm məsələ budur: Bunlar kimlər idilər?! Necə idilər?!({^^}) Necə oldular?! Əvvəlləri nə idi?! Axırları nə oldu?! Buna görə deyirik ki, Şeyxut-Taifədən tutmuş Şeyx Ənsariyə qədər bütün alimlər حَلَّتْ بِفِنَائِكَ وَ أَنَاخَتْ بِرَحْلِكَ “sənin ətrafında olan və sənin sığınacağına nail olan” bu pak-pakizə ({^“Salam olsun sənə və sənin ətrafında yerləşib sığınacaq seçən pak-pakizə ruhlara!” “Kamiluz-ziyarat”, İbni Quləveyh, səh. 328; “Məzar”, Məşhədi, səh. 481; "İqbalul-ə`mal", Seyid ibni Tavus, 3-cü cild, səh. 342; “Məzar”, Şəhidi Əvvəl, səh. 183; “Misbah”, Kəf`əmi, səh. 491 (imam Hüseyn (əleyhissalam)-ın Aşura günündəki ziyarətindən bir hissə ^})ruhların hər birini dərk etməkdə acizdirlər.
Seyyidüş-şühəda (əleyhissalam)-ın ayağının torpağı
Xatəmən-nəbiyyin (səlləllahu əleyhi və alih) səhabələrdən bir dəstə ilə yol gedirdi – hədisin mətni budur – O həzrət xilqət aləminin xülasəsidir. Oynamaqla məşğul olan bir dəstə uşağın yanına çatdı, elə orada diz üstə yerə oturdu, oyunla məşğul olan uşaqların birini tutdu... Təbiri belədir:
فَجَلَسَ النَّبِيُّ (ص) عِنْدَ صَبِيٍّ مِنْهُمْ وَ جَعَلَ يُقَبِّلُ مَا بَيْنَ عَيْنَيْهِ
“Peyğəmbər (səlləllahu əleyhi və alih) o uşaqlardan birinin qarşısında oturub iki gözünün arasından öpməyə başladı, sonra onu qucağında oturtdu, öpməyə başladı: bir dəfə, iki dəfə, üç dəfə yox...” Hamı heyrətə düşdü: Nə olmuşdur? Bu qədər məhəbbətin səbəbi nədir?
Sonra dedilər: “Ya Rəsuləllah!...” Səbəbini soruşduqda həzrət buyurdu: “Mən bir gün bu uşağı görmüşdüm ki, mənim Hüseynimlə birlikdə idi, o, Hüseynin iki ayağı altından torpağı götürüb öz üzünə və gözlərinə sürtürdü. O mənim oğlum Hüseyni sevdiyinə görə mən də bu uşağı sevirəm. O mənim üçün sevimlidir.” Salman nə olduğunu başa düşürdü. Allahın Həbibi (səlləllahu əleyhi və alih) buyurur: “Bu uşaq mənim sevimlimdir, çünki oğlum Hüseynə məhəbbət göstərmişdir.” Bu zaman Cəbrəil nazil olub dedi: “Ya Rəsuləllah! Bu uşaq Aşura günü Hüseyn (əleyhissalam)-ın hüzurunda qətlə yetiriləcəkdir.” ({^“Əl-muntəxəb”, Tureyhi, səh. 197; “Biharul-ənvar”, Əllamə Məclisi, 44-cü cild, səh. 243; “Əvalimul-İmam Hüseyn (əleyhissalam)”, Şeyx Əbdüllah Bəhrani, səh. 133^}) Əvvəlləri belə idi ki, axırı da o cür olsun. Bunlar o həzrətin səhabələridir, görəsən özü necə böyük şəxsiyyətdir?
Allahın şiələri olan ilahi şəxsiyyətlər
Məsələ burada sona çatmır. Altıncı İmam (əleyhissalam) o həzrətin qəbrinin müqabilində dayananda buyurur... Əfsus! Ömür keçdi, biz Aşuranın və Kərbəlanın nə olduğunu başa düşmədik! Seyyidüş-şühəda (əleyhissalam) necə böyük şəxsiyyətdir? Onun səhabələri kimlərdir? Allahın höccəti onun qəbrinin qarşısında dayanaraq deyir:
السَّلَامُ عَلَيْكُمْ أَيُّهَا الرَّبَّانِيُّونَ({^Şəhidlərin ziyarətinin bir hissəsi:
السَّلَامُ عَلَيْكُمْ أَيُّهَا الرَّبَّانِيُّونَ أَنْتُمْ خِيَرَةُ اللَّهِ اخْتَارَكُمُ اللَّهُ لِأَبِي عَبْدِ اللَّهِ وَ أَنْتُمْ خَاصَّتُهُ اخْتَصَّكُمُ اللَّه
“Salam olsun sizə, ey ilahi şəxsiyyətlər! Siz Allahın seçdiyi insanlarsınız ki, Allah sizi Əbu Əbdillah üçün seçmişdir. Siz xüsusi insanlarsınız ki, Allah sizi xüsusi şəkildə seçmişdir.” "İqbalul-ə`mal", Seyid ibni Tavus, 3-cü cild, səh. 346; “Məzar”, Şəhidi Əvvəl, səh. 154; “Biharul-ənvar”, Əllamə Məclisi, 98-ci cild, səh. 341
^})
“Salam olsun sizə, ey ilahi şəxsiyyətlər!”
Hər bir cümləsi əql qüvvələrini heyrətə salır:
السَّلَامُ عَلَيْكُمْ يَا شِيعَةَ اللّٰه({^“Biharul-ənvar”, Əllamə Məclisi, 98-ci cild, səh. 330, “Misbahuz-zair”dən nəqlən:
السَّلَامُ عَلَى الْأَرْوَاحِ الْمُنِيخَةِ بِقَبْرِ أَبِي عَبْدِ اللَّهِ(ع) السَّلَامُ عَلَيْكُمْ يَا شِيعَةَ اللَّه...
“Salam olsun Əbi Əbdillah (əleyhissalam)-ın qəbrinin yanında uyuşan (orada qərarlaşan) ruhlara! Salam olsun sizə, ey Allahın şiələri...”
^})
“Salam olsun sizə, ey Allahın şiələri!”
Bunlar kimlərdir?! Salam olsun sizə ey o kəslər ki, Allahın şiələrisiniz! Bu kəlmələri başa düşmək kimin öhdəsindən gələr?
Allahın xüsusi bəndələri
أَنْتُمْ خِيَرَةُ اللَّهِ “Siz Allahın seçdiyi insanlarsınız.” Bunları deyirəm ki, zərrənin bu cür olduğu halda günəşin nə olduğunu başa düşəsiniz! Bunlar o həzrətin müqabilində zərrədirlər, onun vücudu ətrafına fırlanırlar və buna görə də belə məqama malikdirlər. Görəsən onun özü hansı məqamdadır?
أَنْتُمْ خِيَرَةُ اللَّهِ اخْتَارَكُمُ اللَّهُ “Siz Allahın seçdiyi bəndələrsiniz ki, Allah sizi Əbu Əbdillah üçün seçmişdir.” Dəhşət burasındadır: “Siz Allahın xüsusi bəndələrisiniz!”({^Şəhidlərin ziyarətinin bir hissəsi:
السَّلَامُ عَلَيْكُمْ أَيُّهَا الرَّبَّانِيُّونَ أَنْتُمْ خِيَرَةُ اللَّهِ اخْتَارَكُمُ اللَّهُ لِأَبِي عَبْدِ اللَّهِ وَ أَنْتُمْ خَاصَّتُهُ اخْتَصَّكُمُ اللَّه
"İqbalul-ə`mal", Seyid ibni Tavus, 3-cü cild, səh. 346; “Məzar”, Şəhidi Əvvəl, səh.154; “Biharul-ənvar”, Əllamə Məclisi, 98-ci cild, səh. 341
İmam Sadiq (əleyhissalam) buyurur:
إِذَا أَرَدْتَ الْمَسِيرَ إِلَى قَبْرِ الْحُسَيْنِ... أَنْتُمْ خَاصَّةُ اللَّهِ اخْتَصَّكُمُ اللَّهُ لِأَبِي عَبْدِ اللَّهِ أَنْتُمُ الشُّهَدَاءُ وَ أَنْتُمُ السُّعَدَاء
“Hüseynin qəbrinə doğru getmək istədiyin zaman... Siz Allahın seçdiyi xüsusi insanlarsınız ki, Allah sizi Əbu Əbdillah (əleyhissalam) üçün seçmişdir. Şəhidlər sizsiniz, xoşbəxtlər sizsiniz...” “Kamiluz-ziyarat”, İbni Quləveyh, səh. 421; “Biharul-ənvar”, Əllamə Məclisi, 98-ci cild, səh. 188
^}) Sizin hamınız Allahın xüsusi bəndələrisiniz. Bu kəlmələrin şərhi əlavə vaxt tələb edir.
Seyyidüş-şühəda (əleyhissalam)-ın və səhabələrinin qanı Allahın ərşində
Son kəlmə: Bunları deyirik ki, hadisənin necə böyük hadisə olduğunu, Seyyidüş-şühəda (əleyhissalam)-ın necə böyük şəxsiyyət olduğunu biləsiniz. Mətn mühümdür, ravi də mühəddislərin şeyxi mərhum Səduqdur. İbni Abbas Seyyidüş-şühəda (əleyhissalam)-ın qətlə yetirildiyi gecə – zahirən Məhərrəmin on birinə keçən gecə – deyir: “Hüseynin qətlə yetirildiyi gecə yuxuda Peyğəmbərin əlində bir şüşə qab gördüm, soruşdum: “Ya Rəsuləllah! Bu şüşə qab nədir?” Buyurdu:
هذِهِ دِمَاءُ الْحُسَين(ع)، وَ أَصْحَابِهِ أَرْفَعَهَا إِلَى اللّه تَعَالى
“Bu, Hüseynin və səhabələriin qanıdır ki, Allah dərgahına aparıram.”
İndi aydın olur: məgər Şeyx Tusidən tutmuş Şeyx Ənsariyə qədər bir kəs başa düşə bilərmi ki, qanları Seyyidüş-şühəda (əleyhissalam)-ın qanı ilə qarışan bu şəxslər nə etdilər? İmkan aləminin birinci şəxsiyyəti və axirəz-zaman Peyğəmbəri (səlləllahu əleyhi və alih) Kərbəlaya gəldi, onların qanını şüşəyə yığdı və İbni Abbasa dedi ki, bunu Allahın yanına aparıram. Bir qara dərili qulamın qanı hansı bir məqama çatdı? Bunların hamısının kimyaya çevirən iksirin özü necə böyük şəxsiyyətdir? Özü nə idi? Nə etdi? İşi hara çatdı? Bizim deməyə qüdrətimiz yoxdur:
وَ الْفَجْرِ * وَ لَيالٍ عَشْرٍ * وَ الشَّفْعِ وَ الْوَتْر({^“Fəcr” surəsi, ayə: 1-3^})
“And olsun Fəcrə, on gecəyə, cütə və təkə!”
Nəhayət iş bura çatır:
يا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ * ارْجِعي إِلى رَبِّكِ راضِيَةً مَرْضِيَّةً({^“Fəcr” surəsi, ayə: 27-28^})
“Ey aramlıq tapmış xatircəm nəfs! Sənin Allahdan, Allahın da səndən razı olduğu halda Rəbbinin hüzuruna qayıt!”
O həzrətin səhabələrinin qanı ərşə getdisə, onun öz qanı hara getdi? Dərk oluna, vəsf edilə bilməz: “Sənin Allahdan, Allahın da səndən razı olduğu halda Rəbbinin hüzuruna qayıt!”
O həzrətə dəyən nizə, qılınc və ox yaraları
Onun gördüyü işi hansı bir peyğəmbər görmüşdür? Özünüz fikirləşin: Sinədən-başa qədər məsafə nə qədərdir? Bu yerə nə qədər yara vurula bilər? Bu, beşinci İmamın kəlamıdır: Həzrətin kəlamı belədir: “320-dən artıq nizə, qılınc və ox yarası burada (sinəsinə işarə edirdi) cəm oldu.”({^İmam Baqir (əleyhissalam) buyurur:
أُصِيبَ الْحُسَيْنُ بْنُ عَلِيٍّ(ع) وَ وُجِدَ بِهِ ثَلَاثُمِائَةٍ وَ بضعا [بِضْعٌ] وَ عشرين [عِشْرُونَ] طَعْنَةً بِرُمْحٍ أَوْ ضَرْبَةً بِسَيْفٍ أَوْ رَمْيَةً بِسَهْمٍ فَرُوِيَ أَنَّهَا كَانَتْ كُلُّهَا فِي مُقَدَّمِهِ لِأَنَّهُ(ع)كَانَ لَا يُوَلِّي.
“Hüseyn ibni Əli (əleyhissalam)-a 320-dən artıq nizə yarası vurulmuş, qılınc zərbəsi endirilmiş və ox vurulmuşdu.” Rəvayət olunur ki, bunların hamısı o həzrətin sinəsinə vurulmuşdu, çünki o həzrət heç vaxt düşmənə arxa çevirmirdi.” “Əmali”, Şeyx Səduq, səh. 228; “Rovzətul-vaizin”, Fətal Nişapuri, səh. 189; “Biharul-ənvar”, Əllamə Məclisi, 45-ci cild, səh. 82; “Əvalimul-İmam Hüseyn (əleyhissalam)”, Şeyx Əbdüllah Bəhrani, səh. 330; həmin məzmunda: “Mənaqibu Ali Əbi Talib”, İbni Şəhr Aşub, 3-cü cild, səh. 258
^})
Amma o həzrətin özü necə bir halda idi:
إلهي رضاً بقضائک وتسليما لأمرک لا معبود سواک يا غياث المستغيثين({^“Məalis-sibteyn”, Mazəndərani, 2-ci cild, səh. 35
Əbu Mixnəf yazır:
قال أبو مخنف: و بقي الحسين(ع) ثلاث ساعات من النهار ملطخا بدمه رامقا بطرفه إلى السماء و ينادي: يا إلهي صبرا على قضائک و لا معبود سواك يا غياث المستغيثين
“Hüseyn (əleyhissalam) günortadan üç saat keçənə qədər qanına qəltan olmuş halda qaldı, bu halda üzünü asimana tutub Allahla belə münacat edirdi: “İlahi, Sənin qəza-qədərinə səbir edirəm, Səndən başqa heç bir məbud yoxdur, ey köməyə çağıranların pənahı!” “Yənabiul-məvəddət”, Qənduzi Hənəfi, 3-cü cild, səh. 82
^})
“İlahi, Sənin qəza-qədərinə razıyam, əmrinə təsliməm, Səndən başqa heç bir məbud yoxdur, ey köməyə çağıranların pənahı!”