• Həzrət Ayətullah əl-Uzma Vəhid Xorasaninin dəftərinin rəsmi saytı

    Fatimeyi-Zəhra (ƏLEYHA SALAM) cənnətə daxil olan ilk şəxsdir

    4 December 1991 ۲۶ جمادى الأولى ۱۴۱۲ 4 December 1991

    00:00:00

    بسم الله الرحمن الرحیم
    الحمد لله رب العالمین و صلی الله علی سیدنا محمد و آله الطاهرین سیما بقیة الله فی الارضین و اللعن علی اعدائهم الی یوم


    Fatimeyi-Zəhra (ƏLEYHA SALAM) cənnətə daxil olan ilk şəxsdir
    بسم الله الرحمن الرحیم
    الحمد لله رب العالمین و صلی الله علی سیدنا محمد و آله الطاهرین سیما بقیة الله فی الارضین و اللعن علی اعدائهم الی یوم

    بسم الله الرحمن الرحیم
    الحمد لله رب العالمین و صلی الله علی سیدنا محمد و آله الطاهرین سیما بقیة الله فی الارضین و اللعن علی اعدائهم الی یوم الدین

    Böyük fiqh
    Bu gün “kiçik fiqh”dən “böyük fiqh”ə daxil oluruq. Baxmayaraq ki, biz buna daxil ola bilmərik; çünki bu mövzudakı söhbət əvvəlki mövzu kimi deyildir. Oradakı mövzuda söhbət etmək asan idi, mətləbin hamısı əlimizdə idi. Amma bu mövzuda söhbət etmək çox çətindir, çünki biz mətləbə yox, mətləb bizə hakimdir. Lakin “hamısı dərk edilə bilməyən şeyin hamısını tərk etmək olmaz.”
    Məzlumun fəryadı
    لا يُحِبُّ اللَّهُ الْجَهْرَ بِالسُّوءِ مِنَ الْقَوْلِ إِلاَّ مَنْ ظُلِمَ
    “Allah zülmə məruz qalmış şəxs istisna olmaqla (qeybət etmək, pisləmək və qarğış etmək kimi) pis sözlərin aşkar və ucadan deyilməsini sevmir.”
    Bu ayə çox qəribədir. Buradakı inkardan edilən istisna müsbət yönlüdür (və məfhumu belə olur): Allah məzluma edilən zülm barə¬sində (onun) aşkar deyilməsini sevir ki, dad-fəryad edilsin. Zülmün həm əqli, həm də nəqli cəhətdən müxtəlif mərtəbələri və dərəcələri vardır.
    Zülmün hökmü aydındır. Əsas məsələ zülmün həddinə diqqət yetirməkdir. Zülmün həddini dərk etmək son dərəcə dəqiq və dərin məsələdir. Biz bu zülmün hansı həddə və mərtəbədə olmasını dərk edə bilmərik. Lakin onu “inn” dəlili yolu ilə, “inni” cəhətdən aşkar edə bilərik. “İnni” cəhətdən aşkar edilmə bizi həqiqətə çatdırmasa da, həqiqət üçün bir ayə və nişanədir.
    Səbirlilərin ən səbirlisi
    Dünyada bircə nəfəri “Səbirlilərin ən səbirlisi” kimi tanıyırıq, o da Əmirəl-möminin Əli ibni Əbi Talib (əleyhis-salam)-dır. O həzrətin şəninə layiq olan ünvanlardan biri “Səbirlilərin ən səbirlisi”dir. O həzrət necə “Səbirlilərin ən səbirlisi” oldu? Bu məsələ o həzrətin öz kəlamından aydın olur. Dünyada görünmüşdürmü və ya eşidilmişdirmi ki, bir kəsin həm gözünə tikan batsın, həm də boğazında sümük qalsın və bu vəziyyətlə belə, səbir etmiş olsun?!
    Nə bir kəs görmüş, nə də bir kəs eşitmişdir. Lakin o həzrətin özü buyurmuşdur:
    فَصَبَرْتُ وَ فِي الْعَيْنِ قَذىً وَ فِي الْحَلْقِ شَجاً
    “Elə bir halda səbir etdim ki, gözümə tikan batmış, boğazımda sümük qalmışdı.”
    Bu xütbədə həzrət Əli (əleyhis-salam)-ın şənində deyilən “Səbirlilərin ən səbirlisi” ləqəbinin rəmzi və sirri aydın olur. O səbir ki, “gözdə tikan, boğazda sümük qalmaqla” yanaşı idi.
    Səbir kasası dolanda...
    Həzrət Əli (əleyhis-salam) (Fatimeyi-Zəhra (ƏLEYHA SALAM)-ı dəfn edərkən Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə xitab edərək) dedi:
    قَلَّ يَا رَسُولَ اللَّهِ عَنْ صَفِيَّتِکَ صَبْرِي
    “Ya Rəsuləllah! Sənin pak və seçilmiş qızın, Fatimənin ayrılığında səbrim tükəndi, taqətim üzüldü.”
    Elə bir səbir ki, dünya onu kəsə bilmədi, amma Fatimeyi-Zəhra (ƏLEYHA SALAM)-ın dəfn olunduğu birinci gecədə kəsildi. Aləmin yeganə pəhləvanı; Xeybər qalası onu dizə çökdürə bilmədi, Xəndək onun belini sındıra bilmədi, Leylətul-məbiti arxada qoydu, amma Fatimənin ölümü onun qərarını kəsdi və dedi:
    قَلَّ يَا رَسُولَ اللَّهِ عَنْ صَفِيَّتِکَ صَبْرِي
    “Ey Allahın Rəsulu! Sənin pak və seçilmiş qızın, Fatimənin ayrılığında səbrim tükəndi, aləm qadınlarının seyidəsinin ayrılığından taqətim kəsildi.”
    Bu dərdi də bir kəsə demədi. Kim var idi ki, bu dərdini ona desin?! Bir kəs yox idi ki, ona necə bir müsibət baş verməsini başa düşsün! Yalnız o kəs başa düşürdü ki, həzrət Əli (əleyhis-salam) ona xitab edərək belə dedi: “Ey Allahın Rəsulu! Sənin pak və seçilmiş qızın, Fatimənin ayrılığında səbrim tükəndi.”
    Bundan sonra səbrinin tükənməsinə görə üzür gətirdi; düzdür ki, mən həmin kəsəm ki, “gözümdə tikan, boğazımda sümük olan halda səbir etdim”, amma burada səbir etmirəmsə, üzrlü səbəbim vardır. Çünki sənin qızın Allahın hüzurunda və (hamıdan) gizli şəkildə dəfn edilir. Onun belini sındıran şey bu kəlmə idi.
    Biz bu gün təkcə bu kəlməni araşdırırıq ki, zülmün həddi müəyyən qədər aydın olsun.
    Fatimeyi-Zəhra (ƏLEYHA SALAM) cənnətə daxil olan ilk şəxsdir
    İbni Həcər “Lisanul-mizan” və Hafiz Zəhəbi “Mizanul-etidal” kitablarında nəql etmişlər. Hədisi nəql və tənqid etmə nəzərindən bu iki şəxsin əhəmiyyətini izah etməyə lüzum yoxdur. Nəql olunan bu kəlmədir:
    أَوَّلُ شَخْصٍ يَدْخُلُ الْجَنَّةَ فَاطِمَةُ بِنْتُ مُحَمَّدٍ صلی الله علیه و سلم
    “Allahın Rəsulu (səlləllahu əleyhi və səlləm) buyurmuşdur: “Cənnətə daxil olan ilk şəxs – Muhəmmədin qızı Fatimədir.”
    Əbu Saleh Muəzzin və əhli-sünnətin böyük alimləri nəql etmişlər. Biz bu hədisin fiqhində təəssüb pərdəsini yırtan, əql, kitab və sünnəti meyar qərar verən bir sünnü həddində təfəkkür edirik.
    Bütün böyük, dahi şəxsiyyətli ilahiyyat alimlərinin, nəzər-diqqət sahibi olan hikmət sahiblərinin və həqiqi fəqihlərin nəzərində dünya aləmi ilə axirət aləmi arasında təfavüt budur ki, bu aləm batilin haqqa, şəhvətin əql qüvvəsinə, mülk (maddi) aləminin mələkut (mənəvi) aləminə qələbə çaldığı aləmdir. Həmin əsasla dünya həyatında və nəş`əsində batini sirətlər (təbiətlər) zahiri surətlərə tabedir və surətlər sirətlərə hakimdir.
    Hikmətin sirləri hamılıqla bu hədisdədir:
    لَا يَكُونُ الرَّجُلُ مِنْكُمْ فَقِيهاً حَتَّى يَعْرِفَ مَعَارِيضَ كَلَامِنَا
    “Sizlərdən hər hansı biri bizim kəlamımızın məna, məqsəd və həqiqətlərini dərk etməyincə fəqih ola bilməz.” Hədislərdən məlum olur ki, sirətlər (batin, təbiət) insan niyyətini özündə ehtiva edir:
    لِكُلِّ امْرِئٍ مَا نَوَى
    “Hər kəs üçün onun niyyətdə tutduğu şey verilər.”
    Bu dünyada zahiri surətlər batini sirətlərə qələbə çalmışdır. Bir kəs zahirdə insan olsa da və kamil insanla fərqli olmasa da, batində canavar ola bilər. Onun kökü də dediyimiz bu ayədir:
    فَسُبْحانَ الَّذي بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْ‏ءٍ وَ إِلَيْهِ تُرْجَعُون
    “Pak və münəzzəhdir o Kəs ki, hər bir şeyin mələkutu Onun əlindədir və yalnız Ona doğru qaytarılacaqsınız.”
    Mülk nəş`əsi olan bu dünyada mələkut məğlub olmuşdur, lakin axirətdə tam əksinə dəyişiləcəkdir:
    وَ بَرَزُوا لِلَّهِ الْواحِدِ الْقَهَّار
    “Onlar yeganə və qəhhar olan Allahın hüzurunda zahir olacaqlar.” Qiyamət günündə sirətlər surətlərə qələbə çalacaq və bu cür dəyişiləcəklər; hər bir şey gizlindən aşkara doğru dəyişiləcəkdir. Bu ayədəki “bərəzu – zahir olacaqlar” kəlməsində bir incəlik vardır. Quran ayələri çox qəribədir. Bir yerdə buyurur ki, “o kəslər ki, üzləri üstə məhşur olacaqlar...” Bu, üzlərin bir qismidir. Digər bir qismi isə: “o gündə bəzi üzlər şad və sevinc içindədir və Pərvərdigarlarına (nemətlərinə) doğru nəzər edəcəklər.”
    Qiyamət günü belə bir gündür; bir üz yerin üstündə sürünər, bir üz isə nə cənnətə, nə Firdovsa, nə əqlə, nə xüldə; əksinə Pərvərdigarlarına doğru nəzər edər. Üzlər bir-birindən bu qədər fərqlidir. O üzlər ki, üzləri üstə məhşur olacaqlar;
    لَوْ شِئْنا لَرَفَعْناهُ بِها وَ لكِنَّهُ أَخْلَدَ إِلَى الْأَرْضِ وَاتَّبَعَ هَواهُ
    “Əgər Biz istəsəydik, ayələrə əməl etdiyinə görə onun qədrini (məqamını) qaldırardıq; lakin o, dünyaya meyl etdi və öz nəfsinin istəklərinə tabe oldu.”
    O batinlər zahir olduqda və sirətlər surətlərə qalib olduqda istər-istəməz o cür olacaqlar.
    إلَهِي مَا عَبَدتُکَ شَوقَاً إلَي جَنَّتِکَ وَ لَا خَوْفاً مِنْ نَارِکَ بَلْ وَجَدْتُکَ أَهْلًا لِلْعِبَادَةِ فَعَبَدْتُکَ
    “İlahi, cənnətinə şövq bəslədiyimə, cəhənnəm odundan qorxdu¬ğu-ma görə Sənə ibadət etmədim; əksinə Səni ibadətə layiq gördüyüm üçün ibadət etdim” deyən şəxsin bu batini də o aləmdə məhşur olan za¬man “o gündə bəzi üzlər şad və sevinc içindədir və Pərvərdigar¬ları¬na (nemətlərinə) doğru nəzər edərlər” ayəsinin buyurduğu şəkildə məh¬şur olacaqdır. “O, haqq bir gündür.” “O gündə mülk (səltənət) haq¬dır.” Belə bir gündə cənnətə daxil olan ilk şəxs kimdir?!
    Vücud aləmində ilk şəxs – behiştə daxil olan ilk şəxsdir
    Behiştə ilk daxil olmaq haqqı vücudda ilk şəxs üçündür. Bir şəxs vücudda ilk adam olmasa, onun behiştə daxil olan ilk şəxs olması qeyri-mümkündür. Lakin Buxarinin öz “Səhih” kitabında bir dəfə nəql etdiyi “nə çox təbliğ edən və çatdıran vardır ki, dinləyicidən daha yaxşı qoruyub saxlayır”. Hədisi eşidib təbliğ etdilər, amma mübəlliğ onun barəsində təfəkkür etmədi. Yalnız o hal istisnadır ki, mübəl¬liğ¬lər və dinləyicilər hədisi eşidib, onun barəsində təfəkkür etsinlər və başa düşsünlər ki, bu hədisin incəliklərində gizlənmiş olan fiqh nədir?
    Behiştə daxil olacaq ilk şəxs gərək insaniyyətdə bir nömrəli şəxs olsun. Buna görə də əqlən və nəqlən behiştə ilk daxil olan şəxsin Xatəm Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən başqası olması mümkün deyildir. Surət, sirət, elm, əxlaq və əməl baxımından vücud aləminin ilk şəxsi, ilahi mükafatlar və ilahi ziyafət süfrəsinə daxil olan ilk şəxs gərək o həzrət olsun. Onda necə olur ki, behiştə daxil olan ilk şəxs Fatimeyi-Zəhra (ƏLEYHA SALAM) olur?!
    Fatimeyi-Zəhra (ƏLEYHA SALAM) eynilə Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih)-dir
    Əqlin dərk etdiyi məsələ ilə Xatəm Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql olunan hədis arasında heç bir təzad və paradoks yoxdur. Çünki Fatimə (ƏLEYHA SALAM) eynilə Peyğəmbər (səlləllahu əleyhi və alih)-dir və onunla müttəhiddir. Fatimə (ƏLEYHA SALAM)-ın (cənnətə) daxil olması eynilə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in cənnətə daxil olmasıdır və bundan başqa cür ola bilməz. Bu rəvayətdə qəribə bir sirr vardır ki, onun şərhini sünnülərin kitablarında nəql olunan rəvayətlər¬dən əldə edəcəyik.
    Aişə deyərmiş: “Camaat arasında elə bir şəxs görmədim ki, danışıqda və oturub-durmaqda Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-ə Fatimə qədər oxşamış olsun.”
    Yol gedəndə sağa və sola meyl edərək hərəkət edirdi. Eynilə onun kimi idi: danışığı həzrət Peyğəmbərin danışığı, üzü Peyğəmbərin üzü, danışması onun kimi, vücudu onun vücudu kimi.
    Məsələ bunlardan daha yüksəkdir. Həzrət əvvəlcə buyurdu: “Fa¬ti¬mə mənim canımın parçasıdır.” Əgər onun canının parçasıdırsa, gərək Peyğəmbər aləmin ilk şəxsi olsun və canının parçası ondan qabaqda getsin. Həzrət bundan sonra daha da yüksək bir mətləbi belə buyurdu: “O (Fatimə) mənim iki böyrüm arasında olan ruhumdur.” Onunla Peyğəmbər arasında sıx bağlılıq və ittihad bu həddədir. Buna görə də o aləm – ədalət aləmidir.
    Cənnətə ilk daxil olan, ilahi rəhmət büsatına varid olan ilk şəxs vücud aləminin ilk şəxsidir. Lakin Allah bunu göstərmək istəyir ki, atasına bu qədər oxşayan və onun eyni olan bu qız elə bir məqamdadır ki, “Taha” surəsi nazil olaraq buyurdu: “Taha. Biz Quranı sənə nazil etmədik ki, əzab-əziyyətə düşəsən.” Belə bir qız mənəviyyat müsabiqəsində elə bir həddə çatdı ki, onun barəsində buyuruldu:
    مَا كَانَ فِي هَذِهِ الْأُمَّةِ أَعْبَدَ مِنْ فَاطِمَةَ كَانَتْ تَقُومُ حَتَّى تَوَرَّمَ قَدَمَاهَا
    “Bu ümmət arasında Fatimədən də çox ibadət edən bir kimsə yox idi; ibadət üçün o qədər ayaq üstə qalırdı ki, ayaqları şişirdi.”
    Əgər belədirsə, deməli, bu şəxs (Fatimeyi-Zəhra (ƏLEYHA SALAM)) eynilə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in şəxsiyyətidir.
    Behiştə daxil olmağın necəliyi
    Şeyx Səduq o həzrətin behiştə necə daxil olmasını “Uyun” kitabında üç sənədlə imam Əli ibni Musər-Riza (əleyhis-salam)-dan nəql etmişdir. Lakin mən bu gün deyəcəyim məsələlərə şiə kitablarından dəlil-sübut gətirmirəm; yalnız əql, kitab, sünnü və şiələrin nəzərində qəti olan sünnətdən nəticə alacağam. Bu kəlməni də sünnü mənbələrinə əsasən deyirəm; o həzrət məhşərə bu cür daxil olacaqdır:
    عَلَيْهَا حُلَّةُ الْكَرَامَةِ قَدْ عُجِنَتْ بِمَاءِ الْحَيَوَانِ
    “Onun əynində kəramət hülləsi vardır ki, dirilik suyu ilə qarışdırlmışdır.”
    Kəramət hülləsinin nə olması, həyat suyu ilə necə qarışdırılması məsələsini inşallah, fürsət olanda bəhs edəcəyəm.
    Sünnü mənbələrində olan bu rəvayətdə dörd kəlmə vardır: “əla əhsəni surətin – ən gözəl surətdə”, “və əkməli həybətin – ən kamil heybətdə”, “və ətəmmi kəramətin – ən tam kəramətdə”, “və əvfəri həzzin – ən bol nemət və bəxşişdə.”
    Ən gözəl surət və ən gözəl sirət
    Böyük Qiyamət günündə zahir olan ədalətli vücud sistemi üçün qeyri-mümkündür ki, ən gözəl surətləri adi bir bəşərə versin; yalnız o şəxsə verər ki, ən gözəl sirəti Allah dərgahına gətirmiş olsun. Əgər elmi kamallarda bütün alimlərdən daha yaxşı olmasa; əgər əxlaqi kamallarda gözəl fəzilətlərlə zinətlənən insanların hamısından üstün olmasa; əgər əməli kamallarda bütün abidlərdən gözəl olmasa, onun ən gözəl surətə düşməsi qeyri-mümkündür.
    فَمَنْ يَعْمَلْ مِثْقالَ ذَرَّةٍ خَيْراً يَرَه
    “Hər kəs zərrənin misqalı qədər yaxşı iş görsə, (Qiyamətdə) onu görəcəkdir.” O gün belə bir gündür. Ən gözəl surətlərə düşən bəşər o kəsdir ki, elm, təqva və əməl meydanında ayağını dəqiq şəkildə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in ayağının yerinə qoysun onun yolunu getsin.
    Peyğəmbər (səlləllahu əleyhi və alih)-in Fatimə (ƏLEYHA SALAM) ilə görüşü
    Bu məsələ təsadüfi bir şey deyildir. Bu məsələlər barəsində də¬rin¬dən fikirləşmək lazımdır: Aişə dedi: Peyğəmbər səfərdən qayıdanda görüşünə getdiyi ilk şəxs Fatimə olardı; səfərə gedən zaman da vidalaşdığı axırıncı şəxs Fatimə olardı.
    Bunların mənası vardır: Yəni əvvəldən-axıra qədər bütün məxluqların ən elmlisi, bütün peyğəmbər və mürsəllərin ən dəqiq nəzər yetirəni cismani və zahiri ayrılıqda ən qısa zaman fasiləsinə riayət edirdi ki, bu səfərlərdə onunla Fatimənin arasında ayrılıq ən az müddətdə olsun. Vəziyyət belə idi.
    Peyğəmbər (səlləllahu əleyhi və alih) -in həzrət Fatimə (ƏLEYHA SALAM)-ın yanına necə daxil olması
    Peyğəmbər (səlləllahu əleyhi və alih) öz qızının yanına gedəndə belə daxil olurdu: Cəbrəil həzrət Peyğəmbərin ayağının torpağını öpdüyü halda o həzrət, Fatimənin yanına gedəndə əvvəlcə Fatimə (ƏLEYHA SALAM)-ın əlindən öpürdü. Bu, atalıq məhəbbətinə görə deyildi; hədisin davamına diqqət yetirməklə bu məsələ məlum olur.
    Bəzən həzrət onun sinəsindən öpürdü, bəzən bütünlükdə alnından öpürdü. Mən bu əməllərin şərhini deyə bilmərəm. Amma o həzrətin özü qısa şəkildə buyururdu: “Mən ondan behişt iyini duyuram.” Onu öpən zaman qürb cənnətini iyləyirəm; nəinki qızımı öpüb iyləmiş olam. Vəziyyət belə idi.
    Vücudun batini göz yaşı
    İndi deyəcəyim məsələni sözlərinə etimad olunan böyük sünnü alimlərinin hamısı nəql etmişlər. İndi sənədləri bəyan etməyə macal və fürsət yoxdur. Peyğəmbər (səlləllahu əleyhi və alih) Fatimə (ƏLEYHA SALAM)-ın yanına daxil oldu. Daxil olanda gördü ki, onun əynində dəvə yunundan toxununmuş (cod) bir əba vardır. Paltar belə bir paltardır! İşi nə iş idi? Əl dəyirmanında buğda üyüdürdü. Həzrətin gözü ona düşəndə gördü ki, gecəni sübhə qədər yatmamış, ibadətlə məşğul olmuşdu. Sübh açılanda paltarı bu idi, işi də bu idi.
    Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qəlbinin sınması sadə bir iş deyildir. Onun göz yaşı o vaxt axmağa başlayır ki, vücud aləminin batinindən göz yaşı axmış olsun. Peyğəmbər ona ağladı, sonra qızına buyurdu: “Dün¬ya¬nın ağrı-acılarına səbir et.” Süyutinin, İbni Ləalin, İbni Nəccarın və başqalarının nəql etdiyi budur. Nə hadisə baş verdi? Bu qədər başa düşürük ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) hərəkət edib getdi. Bundan sonra Cəbrəil nazil olaraq bu ayəni gətirdi:
    وَ لَسَوْفَ يُعْطيكَ رَبُّكَ فَتَرْضى
    “Tezliklə Pərvərdigarın sənə o qədər əta edəcəkdir ki, razı olasan.”
    Fədək haqqının tələb edilməsi
    O şey ki, onun üçün dad-fəryad edilməlidir; o şey ki, öz əzab-əziy-yətlərini dünyaya bəyan edə bilməyən bir məzlum şəxsə edilən zülm müqabilində deyilməlidir, budur: Bir bəşərin ki, həyatı bu idi, Fə¬dək¬dən bir tikə çörək əldə etmək üçün Əbu Bəkr ibni Əbi Quha¬fə¬nin müqabilində dayanmadı. Mən bilmirəm: Vaxtı çatma¬mışdırmı ki, dün¬ya bu barədə fikirləşin?!
    Əbu Bəkrin dindən məlu¬matsızlığı
    Əbu Quhafənin oğlu Əbu Bəkr din barəsində o qədər məlu¬matsız, məzhəb barədə o qədər savadsız və cahil idi ki, bütün fəqih və mühəddislərin, rical elmində tənqidçilərin müttəfiq fikrinə əsasən, bilmirdi ki, nənə nəvəsinin irsindən pay aparır, ya yox? Şəriət hökmlərində onun elmi bu həddə idi! Amma Hafiz Zəhəbi ona bəraət qazandırmaq üçün deyir: “Ehtiyat üçün hədislərin toplanmasını istəmirdi!” “Günahın özündən də ağır olan üzr” budur!
    Əbu Bəkr Siddiqeyi-Kübra (ƏLEYHA SALAM)-ı təsdiq etmədi
    Nənənin irs payı barəsində Allahın hökmünü bilməyən belə bir ca¬hil (məsələnin cavabını) fasiqlərin ən fasiqi, günahkarların ən gü¬nah¬karı olan bir kəsdən soruşur, onun sözünə etimad edərək fətva ve¬rir. Amma Fatimeyi-Zəhra (ƏLEYHA SALAM) onun yanına gələrək “Fədək mənim haqqımdır, onu məndən alma!” - dediyi zaman onu təsdiq etmədi. Di¬gər tərəfdən, o, öz qızı Aişənin belə dediyini eşitmişdi: “Peyğəm¬bər¬dən savayı Fatimə kimi doğru danışan bir şəxs görmədim.” Əbu Bəkr bu kəlməni Aişədən eşitdiyi halda Fatimə (ƏLEYHA SALAM)-ın sözünü təsdiq etmə¬di, amma fasiq və facir bir kişinin sözünü təsdiq etdi.
    Fatimə (ƏLEYHA SALAM)-ın çəkdiyi əzab-əziyyətlər
    O zülm ki, onun müqabilində fəryad etmək lazımdır; o zülm ki, islam fəqihləri və alimləri onun qarşısında şivən qoparmalıdırlar, budur: Böyük sünnü mühəddisləri və müfəssirləri “Ya Peyğəmbər! Ən yaxın adamlarının haqqını ver” ayəsinin izahında yazmışlar: “Peyğəmbər (səlləllahu əleyhi və səlləm) Fatiməni çağırdı, Fədəki ona verdi və Fədək bu yolla ona nəql olundu.” Fatimə gəlib Fədəki Əbu Bəkrdən tələb etdi.
    Bir kəs ki, həyat və məişət şəraiti o cür idi və digər tərəfdən bilirdi ki, Əhli-beytdən Peyğəmbərə qovuşan ilk şəxsdir, belə bir şəxs heç vaxt bir tikə çörək üçün qüssələnməz, övladının ac qalması üçün əzab çəkməzdi.
    O kəs ki, Allah onun sözünü belə nəql edir:
    إِنَّما نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لا نُريدُ مِنْكُمْ جَزاءً وَ لا شُكُورا
    “Biz sizə yalnız Allahın razılığı xatirinə təam veririk, sizdən əvəz və təşəkkür də istəmirik.”
    O həzrət üç gün (nəzir etdiyi üçün) ac qalır, özünün və uşağının boğazından kəsərək yetimə, miskinə və əsirə verir və heç vaxt dünya malı arxasınca getmir.
    Ey yelbeyinlər! Ey ağılsızlar! Qəflət yuxusundan ayılın! Fikir¬lə¬şin görün ki, nələr baş verdi, islamın və müsəlmanların abır-heysiyyətini bada verən bu rüsvayçı tarix vəziyyəti hara çatdırdı!
    Bu insan Fədək arxasınca deyildi; bunu izləyirdi ki, əgər bu gün Xatəm Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qızının haqqı tapdalanıb aradan gedə¬cək¬sə, sabah ümmətin haqqı ilə necə rəftar olunacaqdır?! Onun qəm-qüssəsi bu idi. O bundan əzab çəkirdi ki, bu gün Peyğəmbər (səlləllahu əleyhi və alih)-in yerində elə bir kəs oturmuşdur ki, irs məsələsini bilmir. Sabah “Səhih-Buxari” və “Səhih-Müslim”in hökmünə əsasən, təyəmmümün məsələsini bilməyən Ömər ibni Xəttab bütün peyğəmbərlərin və mürsəllərin Xatəmi olan bir şəxsin yerində oturacaqdır.
    Əgər bunlar otursalar, sabah Vəlid ibni Əbdül-Məlik də otura¬caq, sonra Harun oturacaq, sonra Məmun oturacaq və bütün peyğəm¬bərlərin besətinin nəticəsi puça çıxacaqdır.
    Gizli əziyyətlər
    Fatimeyi-Zəhra (ƏLEYHA SALAM) belə bir şəxs idi, onun dərdi və əzab-əziyyə¬ti bu idi. Onu sındırıb öldürən şeylər bu idi. Öz dərdini deyib müsibəti aş¬kar edə bilmirdi. Mən demirəm, İbni Quteybə deyir: “Fatimə Əbu Bəkrə və Ömərə dedi: “Atamdan eşitmisinizmi ki, Fati¬mə¬nin razılığı mənim razılığım, Fatimənin qəzəbi mənim qəzəbimdir”? Dedi¬lər: “Bəli, eşitmişik!” O dedi: “Allaha and olsun! Atamla görüş¬düyüm vaxta qədər sizinlə danışmayacağam!”
    O həzrət can vermək istəyəndə Əli (əleyhis-salam) ilə əhd edərək dedi: “Ya Əli! Bunu bir kəsə demə!”
    Buxari (öz “Səhih”ində) yazır (ki, Fatimeyi-Zəhra (ƏLEYHA SALAM) Əbu Bəkrə qəzəb etdi və) Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən sonra altı ay yaşadı, bu müddət ərzində Əbu Bəkrlə danışmadı və gecə ikən dəfn olundu!” Ey biçarə bəşər! Nə üçün gecə dəfn olundu?!
    Əgər islamda (müsəlman) bir kəniz dünyadan getsə, gərək müsəlmanlar elan etsinlər, hamı bir yerə yığışıb onun cənazəsini dəfn etsinlər. Amma Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qızı dünyadan gedəndə kim onun dəfn mərasimində iştirak etdi?!

    Uğurlu

    OK
  • Ana səhifə
  • Xəbərlər
  • Media
  • Bəyanlar
  • Seçilmiş bəyanlar
  • Dəftərxananın mərasim proqramları
  • Dərslər
  • Quran təfsiri
  • Şəri hökmlər
  • Şəri məsələlər
  • Şəri suallar
  • İstiftalar
  • Doğru yollar
  • Hekayələr
  • Tövsiyələr
  • Əxlaq və etiqadat
  • Nəşrlər
  • Əsərlər
  • Ağanın şerləri
  • Həyatı
  • Bizimlə əlaqə
  • Ofislər
  • Bizimlə əlaqə