• Həzrət Ayətullah əl-Uzma Vəhid Xorasaninin dəftərinin rəsmi saytı

    Fatimeyi-Zəhra (ƏLEYHA SALAM) – vəhyin əbədi qalma səbəbidir

    7 November 1992 ۱۱ جمادى الأولى ۱۴۱۳ 7 November 1992

    00:00:00

    بسم الله الرحمن الرحیم
    الحمد لله رب العالمین و صلی الله علی سیدنا محمد و آله الطاهرین سیما بقیة الله فی الارضین و اللعن علی اعدائهم الی یوم


    Fatimeyi-Zəhra (ƏLEYHA SALAM) – vəhyin əbədi qalma səbəbidir
    بسم الله الرحمن الرحیم
    الحمد لله رب العالمین و صلی الله علی سیدنا محمد و آله الطاهرین سیما بقیة الله فی الارضین و اللعن علی اعدائهم الی یوم

    بسم الله الرحمن الرحیم
    الحمد لله رب العالمین و صلی الله علی سیدنا محمد و آله الطاهرین سیما بقیة الله فی الارضین و اللعن علی اعدائهم الی یوم الدین

    Müsibət haqqının əda edilməsi
    Mərhum Mirza Şirazi (Allah onun məqamını yüksəltsin!) ya öz evində, (tərəddüd məndəndir) ya da mərhum Hacı Şeyx Həsənəli Tehraninin evində idi. Mirzanın böyük şagirdlərindən olan mərhum Tehrani həmin məclisdə bu müsibəti oxudu:
    دَخَلَتْ زَيْنَبُ عَلَي إبنِ زيادٍ
    “Əlinin qızı Zeynəb, İbni Ziyadın məclisinə daxil oldu.” Bu cümləni eşitməklə Mirzanın taqəti kəsildi. Mərhum Hacı Şeyx ikinci cümləni demək istəyəndə Mirza fəryad edib dedi: “Dayan, bu cümlənin haqqı əda olunsun!”
    Bir sözlə, Mirza Şirazinin hüzurunda bu məclis “Əlinin qızı Zeynəb, İbni Ziyadın məclisinə daxil oldu” cümləsi ilə xətm edildi. İnsanın təfəkkür dərəcəsi və düşüncə üfüqləri yüksələn zaman mətləblərin dərki və qavrayışı dəyişilir.
    Bu bir mətləbdir, amma bu mətləb onu qavrayanların təfəkkürünün itiliyinə, nəzərinin diqqət fərqinə görə müxtəlifdir. Mirza bu cümlədə nə kimi mətləblər görür ki, başqaları onu görmür?! Təbiidir ki, ondan əldə edilən çıxarışlar fərqlidir.
    Gecə ikən dəfn edildi...
    Bizim hamımız eşidirik, əvvəllər də eşitmişik ki, “Fatimə (ƏLEYHA SALAM) gecə dəfn edildi” Bu, qısa bir cümlədir, Fatimə (ƏLEYHA SALAM)-ın gecə dəfn edilməsi barəsində sünnü və şiələr müttəfiq fikirdədirlər.
    Bu, elə bir hadisədir ki, əgər Mirza Şirazi kimi bir şəxs onu dərk və təcəssüm etsə, onda hadisənin nə olduğu məlum olar.
    Görəsən nə olmuşdur ki, Fatimə (ƏLEYHA SALAM) Əmirəl-möminin Əli (əleyhis-salam)-a vəsiyyətində dedi: “Əgər siz bu vəsiyyətə əməl etməkdə üzrlüsünüzsə, bu işi başqasına həvalə edim. Vəsiyyət budur ki, mənim qüslüm gecə edilməlidir, (cəsədim) gecə kəfənə bükülməlidir və dəfnim də gecə baş verməlidir, bunu da bir kəsə bildirməməlisən.”
    Kəlamın xülasəsi budur: Əgər bu vəsiyyətə əməl etmək sizə çətindirsə, bundan keçmək olmaz; mən bu vəsiyyəti başqasına həvalə edərəm. Artıq aydındır ki, nə oldu, bunun bəyana ehtiyacı yoxdur. Elə bir haqq tapdalanıb zay edildi ki, aləmdə (indiyə qədər) belə bir haqq tapdalanmamışdı, gələcəkdə də tapdalanmayacaqdır. Elə bir şəxsiyyət hüznlü, kədərli oldu ki, aləmdə onun misli yox idi, (ona baş verən) hüzn və qəm-qüssənin də misli yox idi və gələcəkdə də misli olmayacaqdır.
    Dar düşüncəlilərin bu mətləbi dərk etməyə ləyaqəti yoxdur. Biz mətləbi o vaxt dərk edə bilərik ki, mərhum Mirza kimi mətləbdə dərindən nəzər yetirmiş olaq.
    Fatimeyi-Zəhra (ƏLEYHA SALAM) duada mehvərdir
    Biz bu məsələni (sadəliklə) başa düşmürük. Yalnız (aşağıdakı məsələyə diqqət yetirdikdə) başa düşərik: İmam (əleyhis-salam) göstəriş verir ki, istixarə etmək istədiyin zaman belə de:
    اَللَّهُمَّ اِنِّي اَسْألُکَ بِفَاطِمَةَ وَ أبِيهَا وَ بَعْلِهَا وَ بَنِيهَا وَ السِّرِّ المُسْـتَودَعِ فِيهَا
    “Pərvərdigara! Həqiqətən, mən Səndən istəyir və Səni and veri-rəm Fatimənin özünün, onun atasının, onun ərinin, onun övladları¬nın və onda gizlənən sirrin haqqına!”
    Belə deyəndən sonra istixarə et. İstixarə nədir? Allahdan xeyir istəmək. Bu nə duadır? Duanın əvvəli nədir? Duanın axırı nədir?
    Həzrət Fatimeyi-Zəhra (ƏLEYHA SALAM)-ın mehvər olması
    Fatimeyi-Zəhra (ƏLEYHA SALAM) mehvər rolunu oynayan kəsdir, özü də o şəxslərin arasında mehvər rolunu oynayır ki, Allah Quranda onların barəsində belə buyurur:
    فَمَنْ حَاجَّكَ فيهِ مِنْ بَعْدِ ما جاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعالَوْا نَدْعُ أَبْناءَنا وَأَبْناءَكُمْ وَ نِساءَنا وَ نِساءَكُمْ وَ أَنْفُسَنا.وَ أَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْكاذِبين
    “Hər kəs onun (həzrət İsanın) barəsində sənə elm gələndən sonra (yenə də) səninlə mübahisəyə başlayıb höcətləşsə, onlara de: Gəlin biz də öz övladlarımızı çağıraq, siz də öz övladlarınızı; biz də öz qadınlarımızı çağıraq, siz də öz qadınlarınızı, biz də öz canlarımızı çağıraq, siz də öz canlarınızı, bundan sonra mübahilə edək və Allahın lənətini yalançılara qərar verək.”
    Bu hadisədə yalnız beş nəfər iştirak edir, altıncısı yoxdur və ümumiyyətlə, Allah dərgahında mübahilə məhz onların vasitəsi ilə gerçəkləşir. Aləmdə bu beş nəfərdən başqası üçün (Allah dərgahında) (belə yüksək dərəcədə) hörmət yox idi; onlardan başqa elə simalar yox idi ki, Allahın hüzuruna getməyə layiq olsunlar. Bu beş nəfərdən biri mehvər və mərkəz rolunu oynayır, dairə onun ətrafına çəkilir.
    Bu mərkəzin özündə də bir sirr vardır: “Fatimənin özünün, onun ata-sının, onun ərinin, onun övladlarının və onda qoyulmuş sirrin haq¬qı¬na!” Qəribəliklər aləminə meraca getmək, o ağacın meyvəsindən ye¬mək və onun meyvəsindən nütfə əmələ gəlməsi buna görə deyildir ki, (sadə və adi) bir qadın əmələ gəlsin; əksinə buna görədir ki, Alla¬hın sirlər xəzinəsi yaranıb mövcud olsun.
    Adi idrak səviyyəsindən çox-çox yüksəkdə
    O necə bir həqiqət idi? Biz o mə`qulun (əql ilə dərk olunanın) həddində yox, öz əqlimizin həddində danışırıq. Bizim dərkimizlə o müdrəkin (dərk olunanın) arasında çox fərq vardır. Dərkin həddi və səviyyəsi bundan artıq deyildir. Yəni biz sadəcə bunu başa düşürük və bundan artıq başa düşmürük: o, bir cisim idi, o cür normal hala salındı, sonra belə bir ruh o cismə və bədənə üfürüldü. Amma (bunu dərk edə bilmirik ki,) ruh necə bir ruh idi, hansı nəfsə, hansı bədənə və necə təəllüq tapmışdı (bağlanmışdı)? Bu bizim üçün dərk olunası deyildir.
    Vəhyin əbədi qalma səbəbi
    Bu əzəmət o zaman məlum olar ki, bu mətləbi başa düşək: Alla¬hın iradəsi buna əlaqə bağlamışdır ki, Adəm peyğəmbərdən tutmuş Xatəm Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə qədər bütün ilahi səfirlərə nazil olan vəhyin və vəhylə bağlı bütün təfsirlərin qalma səbəbi gərək Fatimeyi-Zəhra (ƏLEYHA SALAM)-ın vücudu olsun. Bunların əbədi qalma səbəbi məhz odur. Bunu nəzərə aldığımız zaman görürük ki, o həzrət elə yüksək bir məqam sahibidir ki, aləmdə onun tayı-bərabəri yoxdur!
    Bu məsələləri bəyan etməkdə məqsəd bir şeydir. O da bundan ibarətdir ki, bu məsələ qarşısında vəzifəmizin nə olduğunu bilək. Hər kəsin bir vəzifəsi vardır. Mənim-sizin vəzifəniz təkcə ağlayıb şivən etmək deyildir; başqa məsələ də vardır.
    Bir sirrin aşkar edilməsi
    İndi deyəcəyim bu hadisə barəsində hamı yekdil fikirdədirlər. Buxari “Xilqətin başlanğıcı” və “İstiyzan” kitablarında, habelə Buxaridən başqaları da öz kitablarında bu hadisəni nəql etmişlər. Sənəd baxımından da bütün mühəddislər və hədis nəql edənlər bu rəvayətin səhihliyində müttəfiq fikirdədirlər.
    Hadisənin əsli – xülasə şəkildə – belədir: Aişə deyir: Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-in bütün qadınları bir yerdə idi, Fatimə (ƏLEYHA SALAM) daxil oldu, mən baxanda gördüm ki, onun yol getməyi və yerişi eynilə Peyğəmbərin yol getməyi və yerişi kimidir, – bu onun təbiridir – gəlib atasının yanında oturdu. Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-in bütün zövcələri orda olduğu halda Peyğəmbər Fatimənin qulağına gizli şəkildə nə isə dedi, biz onun nə dediyini eşitmədik. Bu zaman Fatimə ucadan və şiddətlə ağladı. Sonra Peyğəmbər yenidən ona tərəf əyilib qulağına nə isə dedi, Fatimə güldü. Məclis qurtarandan sonra mən soruşdum: “Nə üçün bizim hamımızın arasında Peyğəmbər təkcə səninlə gizli şəkildə danışdı?” Fatimə buyurdu: “Mən atamın sir¬ri¬ni açmaram!” Bu hadisədən bir qədər keçdi. Peyğəmbər dünyadan ge-dən¬dən sonra Fatimədən soruşdum: “O hadisə nə idi: əvvəlcə şid¬dət¬lə ağlamağının, sonra isə gülməyinin səbəbi nə idi?” Fatimə bu¬yur¬du: “İndi deyərəm.” Məlum idi ki, nə üçün indi demək istəyir; çün¬ki ar¬tıq can vermək istəyirdi. Şəhadətinə bir neçə gündən artıq qal¬ma¬mış¬dı, bu vaxt o sirrin aşkar edilməsi vaxtı idi. Həzrət buyurdu: “Mən oturanda Peyğəmbər (səlləllahu əleyhi və alih) başını mənim qulağıma yaxınlaş¬dı¬rıb buyurdu: “Cəbrəil hər il bir dəfə gəlir və Quranı mənə təqdim edirdi. Bu il iki dəfə gəlmişdir.” Soruşdum ki, nə üçün iki dəfə gəldi? Buyurdu: “Çünki ömrümün axırıncı ilidir.” (Bunu başqalarına yox, yalnız övladına dedi.) Buna görə də ağladım. Sonra mənə buyurdu: “Allah qarşısında təqvalı ol və səbir et!”
    Bu sözün nə məna daşıdığını bilirsinizmi? Nə üçün o sözün dalınca “səbir et” deyə buyurdu? Peyğəmbər (səlləllahu əleyhi və alih)-in Fatimeyi-Zəhra (ƏLEYHA SALAM)-a “səbir et” deyə buyurmasında çoxlu mətləb vardır. Pey¬ğəm¬bər gördü ki, bu mətləb o qədər dərin təsir qoya bilər ki, qızının ona səbri çatmasın. Sonra bu kəlməni buyurdu, dedi: Bu ikisinin qarşısında səbirli ol: biri mənim ölümümdür ki, o atanın ölümü bu qız üçün asimanlardan və yerlərdən daha ağırdır. Digəri isə, mənim ölümüm¬dən sonra baş verəcək hadisələrdir ki, səbirli olmağını tələb edir. Sonra buyurdu: “Bu ikisinin müqabilində Cənnət əhlinin qadınlarının seyyidəsi olmağa razı olmazsanmı?!” Buxarinin kitabında “möminə qadınların seyyidəsi” ifadəsi də vardır. “Bu ümmətin qadınlarının seyyidəsi” ifadəsi də çoxlu mənbələrdə gəlmişdir. Bir çox mənbələrdə “Cənnət əhlinin qadınlarının seyyidəsi”, “bu ümmət qadınlarının seyyidəsi” kimi, bəzi rəvayətlərdə isə “möminə qadınların seyyidəsi” kimi gəlmişdir.
    İnsaniyyətin ən uca zirvəsində
    Xilqət aləmində insaniyyət cüt-cüt: kişi və qadından yaradıl¬mış¬dır. İnsaniyyətin o yüksək qülləsində, elə bir nöqtədə ki, ondan yüksək bir nöqtə yoxdur, orada bir nahiyədə Xatəm Peyğəmbər (səlləllahu əleyhi və alih)-in şəxsidir ki, “mütləq seyyidlik” məqamına çatmışdır. Digər tərəfdə isə, bütün nöqtələrdən ən yüksəkdə, ondan yüksək olmayan bir yerdə Fatimeyi-Zəhra (ƏLEYHA SALAM)-dır. Bu məqam elə bir məqamdır ki, üçüncü bir şəxs ora çatmamışdır. Yəni insaniyyətin bu qülləsinə artıq heç bir bəşər çata bilməmişdir. Kişilər silsiləsində insaniyyətin kamal zirvəsində bir nəfər vardır, o da Xatəm Peyğəmbərin (səlləllahu əleyhi və alih) özüdür. Qadınlar silsiləsində də bir nəfər vardır ki, o da Fatimeyi-Zəhra (ƏLEYHA SALAM)-ın özüdür. Özü də o cür tanınmaz insan və naməlum qalan varlığın məqamı!
    Sınaqdan çıxarılmış səbir
    Mətləb bunlardan çox-çox yüksəkdədir. Biz Fatimeyi-Zəhra (ƏLEYHA SALAM)-ın kim olduğunu o vaxt başa düşə bilərik ki, o həzrətin ziyarətnaməsini oxuyaq:
    يَا مُمْتَحَنَةُ امْتَحَنَکِ اللّٰه الَّذي خَلَقَکِ قَبْلَ اَنْ يَخْلُقَکِ فَوَجَدَکِ لِمَا امْتَحَنَکِ صَابِرَةً
    “(Salam olsun sənə,) ey imtahan olunmuş şəxs ki, Allah səni xəlq etdi və xəlq etməzdən qabaq səni imtahana çəkdi, imtahan etdiyi şeylərdə sənin sabit və səbirli olduğunu gördü.”
    Bu ziyarət harada oxunur? O yerdə ki... yeri məlum deyildir və naməlum qalmışdır.
    Allah onu nə ilə imtahan etdi ki, bu imtahanda onun səbirli olduğunu gördü? O səbir etmək, necə bir səbir edib dözmək idi və onun ardınca necə bir məqam var idi? Belə bir şəxsiyyət fani dünyadan getdi və gecə ikən dəfn olundu, bir kəs onun cənazəsinin dəfn mərasimində iştirak etmədi.
    Xatəm Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qızının qəbri naməlumdur
    Hər şeydən keçək. Bütün aləmdə bircə Xatəm (səlləllahu əleyhi və alih) vardır, o Xatəmdən də dünyada bircə əsər-əlamət (yadigar) qalmışdı. Dünya evində Xatəmdən qalan bu bir əsərin (yadigarın) qəbrindən bir kəs üçün heç bir əsər-əlamət qalmamışdır! Allaha and olsun! Bu elə müsibətdir ki, ümumiyyətlə, dərk və vəsf edilə bilməz!
    Bu müsibət qarşısında bizim vəzifəmiz
    Bu müsibət qarşısında bizim vəzifəmiz nədir? Vəzifə budur: Siz fəzilət və təfəkkür əhlisiniz, bəziləriniz 10-15 il xaric dərsində iştirak etmişsiniz, artıq yüksək təfəkkür həddinə çatmışsınız. Dərsdən əlavə gör¬məli olduğunuz yeganə mühüm iş budur ki, qələm əhli və nitq sahibləri, qələmlərini ələ alıb danışıq kürsülərinə çıxaraq dünyada misli görünməmiş bu cina¬yətin müqabilində çıxış edin; o məzlum xanımın müqabilində ki, əri kimi bir məzlum kişi, özü kimi bir məzlum qadın olmayıb, onun müqabilində olan bu sirrin üzərindən pərdəni qaldırın. Nə oldu ki, gecə dəfn edildi? Nə üçün belə edilməli idi? Məgər nə hadisə baş vermişdi ki?!
    Bu, elə bir hadisə deyildir ki, müsəlman bir şəxs onun yanından laqeydliklə keçə bilsin, əks halda onun islamında xələl olmalıdır. Peyğəmbərə iman gətirən hər kəs (bu cinayətə göz yumaraq) onun müqabilində qiyam etməyib və bu cinayətin pərdə arxasında qalmasına necə dözə bilər?! Bu elə bir cinayətdir ki, hamının arasında; istər avam camaat arasında, istərsə də savadlılar arasında söhbətin əsas mehvəri olmalıdır. Görəsən, nə olmuşdu ki, iş buraya çatmışdır?
    Pərvərdigara! Bizi bağışla ki, Fatimeyi-Zəhra (ƏLEYHA SALAM)-a edilən zülmün müqabilində şərik olmayaq!
    Pərvərdigara! Bizi bağışla ki, o nalələr, o göz yaşları və o fəğanlar qarşısında məsuliyyət daşımayaq:
    قَلَّ يَا رَسُولَ اللَّهِ عَنْ صَفِيَّتِکَ صَبْرِي وَ رَقَّ عَنْهَا تَجَلُّدِي ... وَ سَتُنَبِّئُکَ ابْنَتُکَ بِتَضَافُرِ [بِتَظافُرِ] أُمَّتِكَ عَلَى هَضْمِهَا
    “Ya Rəsuləllah! Sənin pak və seçilmiş qızın, Fatimənin ayrılığında səbrim tekəndi, taqətim üzüldü... Tezliklə qızın səni agah edəcəkdir ki, ümmətin ona zülm etməkdə necə əlbir oldular.”
    Müsibət budur və vəzifəmiz də bundan ibarətdir.

    Uğurlu

    OK
  • Ana səhifə
  • Xəbərlər
  • Media
  • Bəyanlar
  • Seçilmiş bəyanlar
  • Dəftərxananın mərasim proqramları
  • Dərslər
  • Quran təfsiri
  • Şəri hökmlər
  • Şəri məsələlər
  • Şəri suallar
  • İstiftalar
  • Doğru yollar
  • Hekayələr
  • Tövsiyələr
  • Əxlaq və etiqadat
  • Nəşrlər
  • Əsərlər
  • Ağanın şerləri
  • Həyatı
  • Bizimlə əlaqə
  • Ofislər
  • Bizimlə əlaqə