• Həzrət Ayətullah əl-Uzma Vəhid Xorasaninin dəftərinin rəsmi saytı

    Fatimeyi-Zəhra (ƏLEYHA SALAM) nübüvvəti-kubra ilə vilayəti-uzma arasında keçiddir

    27 October 1993 ۱۱ جمادى الأولى ۱۴۱۴ 27 October 1993

    00:00:00

    بسم الله الرحمن الرحیم
    الحمد لله رب العالمین و صلی الله علی سیدنا محمد و آله الطاهرین سیما بقیة الله فی الارضین و اللعن علی اعدائهم الی یوم


    Fatimeyi-Zəhra (ƏLEYHA SALAM) nübüvvəti-kubra ilə vilayəti-uzma arasında keçiddir
    بسم الله الرحمن الرحیم
    الحمد لله رب العالمین و صلی الله علی سیدنا محمد و آله الطاهرین سیما بقیة الله فی الارضین و اللعن علی اعدائهم الی یوم

    بسم الله الرحمن الرحیم
    الحمد لله رب العالمین و صلی الله علی سیدنا محمد و آله الطاهرین سیما بقیة الله فی الارضین و اللعن علی اعدائهم الی یوم الدین

    Naməlum qalan qədir-qiymət
    Siddiqeyi-Kubra və İnsiyyeyi-Həvra – Fatimeyi-Zəhranın (Allahın salam-salavatı onun özünə, atasına, ərinə və övladlarına olsun!) şəhadət günləri qarşıdadır. Bu məzlum xanımın qədir-qiyməti həm avam xalq kütlələrinə naməlum və tanınmaz qalmışdır, həm də xüsusi şəxslərə; onun qədir-qiyməti həm qeyri-müsəlman insanlara naməlum qalmışdır, həm də müsəlman xalqlara; onun qədir-qiyməti həm sünnülərə naməlum qalmışdır, həm də şiələrə. Gərək hər il onun adı bizə layiq olan şəkildə – bizdə olan tam qüsur və təqsirlə yanaşı – dirçəldilsin.
    Sünnü alimlərinin nəzərində müttəfiq olan bir hədis
    Mən bu gün sünnülərin təfsir və hədis imamlarından olan iki şəxsin kəlamının bir hissəsini xatırladıram. Bundan sonra elmi mübahisə aparılmağa səlahiyyətləri olan bu iki şəxsə xitab edərək danışacağam.
    Fəxr Razi özünün “Təfsir” kitabında (8-ci cild, səh. 80, ikinci məsələ) bütün səyini bu məsələyə həsr etmiş və iki rəvayət nəql etmişdir. Müfəssirlərin imamı Zəməxşəri də “Kəşşaf” kitabında (1-ci cild, səh. 433) eynilə bu mətləbi irəli çəkmişdir. Qazi Beyzavi isə həmin mətləbi tam ixtisarla qeyd etmişdir. Bunlar, təfsir imamlarından. Amma hədis imamlarına gəldikdə isə, nəqli elmlərin imamları sayılan Müslim, Tirmizi, İbni Münzər, Hakim Nişapuri, Cəlaləddin Süyuti eynilə həmin məsələni qeyd etmişlər. Təfsir və hədis imamları bu gün deyəcəyim məsələ barəsində yekdil fikirdədirlər.
    Sünnü alimlərinin nəqlinə əsasən “mübahilə” hadisəsi
    Onun xülasəsi budur: Peyğəmbər (səlləllahu əleyhi və alih) Nəcran məsihiləri ilə “mübahilə” üçün gələndə, əynində qara bir əba var idi. Vədələşmiş olduqları o gündə, yəni “Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir” ayəsinə əsasən, qəti və danılmaz dəlil-sübut gətirildikdən sonra növbə “mübahilə”yə çatdı.
    Bu məsələnin hamısı sizin üçün aydındır, lakin mühüm məsələ sünnülərin nəqli və bu sözün müqabilində verilməli olan cavabdır. O budur: Növbə “mübahilə”yə çatdı...
    “Mübahilə”nin həqiqəti nədir? Bu məsələnin özü məsihilərin baş yepiskopunun sözündən aydın olur. Deyilənlərin hamısı sünnülərin ən mötəbər təfsir və rəvayət mənbələrindəndir və şiə məzhəbi ilə heç bir əlaqəsi yoxdur. Həzrət əynində qara əba olan halda çıxdı. Çölə çıxması hansı vəziyyətdə idi?
    Peyğəmbər (səlləllahu əleyhi və alih) çıxdı, halbuki Hüseyn (əleyhis-salam)-ı qucağına almışdı. Seyyidüş-şühəda (əleyhis-salam) o dövrdə yol gedə bilən bir yaşda idi, lakin bu xüsusiyyətlə ki, həzrət Peyğəmbər “Hüseyni qucağına almışdı”, bu vəziyyətdə çölə çıxdı. Digər tərəfdən, “Həsənin əlindən tutmuşdu”. Nəql edilən xüsusiyyətlərə dəqiq fikir verin. Həzrətin özü qabaqda idi, Fatimeyi-Zəhra (ƏLEYHA SALAM) onun arxasınca, Əmirəl-möminin Əli (əleyhis-salam) da Fatimənin arxasınca. Həzrətin çölə çıxması bu formada idi.
    Fəxr Razi, Zəməxşəri, Qazi Beyzavi, Hakim Nişapuri və Cəlaləddin Süyuti bu hadisənin bütün incəliklərində və xüsusiyyətlərində nəzər versəydilər, daha yaxşı olardı. Bir rəvayətin dəyəri onu nəql etmək deyil, dərk etməkdir. Kitab və sünnət baxımından dinin əsası təfəqqühdür (dərindən dərk etməkdir). الْكَمَالُ كُلُّ الْكَمَالِ التَّفَقُّهُ فِي الدِّين “Kamal – bütün kamal dində təfəqqühdür.” Dində təfəqqühün həqiqəti bundan ibarətdir ki, bütün əməllərə, bütün sözlərə və bütün xüsusiyyətlərə diqqətlə nəzər yetirilsin, bundan sonra nəticə alınsın.
    Xatəm Peyğəmbər (səlləllahu əleyhi və alih) aləmin xülasəsi və vücudun gövhəridir
    Bu həmin Peyğəmbərdir ki, “Heç vaxt nəfsin istəkləri üzündən danışmır.” Bunun özü bir kəlmədir. Bir kəs ki, nəfsin istəkləri üzündən heç bir söz danışmır, nəfsin istəkləri üzündən heç bir iş görmür, bu həmin kəsdir ki, “Rəsulun sizə gətirdiyi hər bir işi əxz (və icra) edin, sizi çəkindirdiyi hər bir şeydən çəkinin.” Bu həmin kəsdir ki, onun sünnəti təkcə sözləri deyildir; əksinə onun sünnəti – sözü, bir işi təsdiqləməsi və əməlidir. Onun bütün əməl və hərəkətləri sünnətdir, bütün sükunətləri sünnətdir. Onun vəziyyətləri və əhvalının hamısı “sonra yaxınlaşdı, daha da yaxın oldu, onun məsafəsi iki kaman qədərində oldu” məqamı ilə əlaqədardır. Bu, aləmin xülasəsidir və bu, Xatəm Peyğəmbər (səlləllahu əleyhi və alih)-dir, bu, vücudun gövhəridir, imkan aləminin birinci şəxsiyyətidir. Belə bir şəxsin hər bir baxışı hikmətlə dolu olan bir dünyadır, hər əməli bütün ilahi maarifin mənşəyidir.
    Nübüvvəti-kübra və vilayəti-üzma arasında keçid
    Həzrətin özünün qabaqda, Əli (əleyhis-salam)-ın onun arxasında, Fatimənin də ortada olmasının mənası vardır. Bu əməlin mənası odur ki, Fatimə (ƏLEYHA SALAM) nübüvvəti-kübra ilə vilayəti-üzma arasında keçiddir. Bu əməlin mənası odur ki, Fatimeyi-Zəhra (ƏLEYHA SALAM) ən böyük vəhy məqamı, vəhyin təbliği məqamı və vəhyin təfsiri məqamı arasında qütb və mərkəz rolunu oynayır. Fatimeyi-Zəhra (ƏLEYHA SALAM)-ın qarşı tərəfi vəhyin təbliği, arxa tərəfi vəhyin təfsiridir. Bu, Fatimeyi-Zəhra (ƏLEYHA SALAM)-dır. Onun qədir-qiyməti bütün aləmdəkilərə naməlum qalmışdır. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) bu vəziyyətdə çölə çıxdı.
    Məsihi yepiskopunun sözü
    Məsihi yepiskoplarının başçısı və rəisi bütün Nəcran əhalisinə elan edib dedi: “Bizə doğru elə üzlər (simalar) gəlir ki, əgər onlar istəsələr, dağı yerindən qopararlar; belə üzlər istəsələr, bütün bu vadi odla dolub şölə çəkər. Əgər qarğış üçün ağızlarını açsalar və əllərini asimana qaldırsalar, yer üzündə məsihilərdən bir nəfər belə, sağ qalmaz.” Kaş, bu məsihi yepiskopunun düşüncəsi Fəxr Razinin nəqli ilə yanaşı olaydı! Müsibət budur ki, rəvayət Fəxr Razidəndir, lakin onu lazımınca dərk edən məsihilərin yepiskopudur! Bunun özü də ən böyük müsibətdir!
    O məsihi dedi: “Nəyin bahasına olursa-olsun, bunlar gərək əllərini duaya (qarğışa) qaldırmasınlar.” Peyğəmbər (səlləllahu əleyhi və alih) də (vədəgaha doğru) çıxandan sonra onlara (Əli, Fatimə, Həsən, Hüseyn) bir nəzər salıb buyurdu: “Mən dua (qarğış) etdiyim zaman siz amin deyin.” Bu kəlmədə dərindən diqqət yetirin: “Mən dua (qarğış) etdiyim zaman siz amin deyin.” Bu cümlənin mənası nədir?
    Ey Fəxr Razi! Ey Zəməxşəri! Ey Beyzavi! Bu cümlənin mənası budur ki, mənim əməlim vəhyi əks etdirir və vəhy də belədir:
    فَمَنْ حَاجَّكَ فيهِ مِنْ بَعْدِ ما جاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعالَوْا نَدْعُ أَبْناءَنا وَ أَبْناءَكُمْ وَ نِساءَنا وَ نِساءَكُمْ وَ أَنْفُسَنا وَ أَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ
    Sonra hamınız bir yerə yığışmalısınız ki, “mübahilə edək.”
    إذا دَعَوْتُ فَأمِّنُوا
    “Mən qarğış etdiyim zaman siz “amin!” deyin.”
    Fatimeyi-Zəhra (ƏLEYHA SALAM)-ın “amin” deməsi Peyğəmbər (səlləllahu əleyhi və alih)-in duasının təsir qoyma şərtidir
    Bu cümlənin mənası odur ki, Xatəm Peyğəmbər olduğum halda mənim duam (qarğışım) qəbul olunmağı tələb edir, amma bu tələbin gerçəkləşməsinin şərti Fatimeyi-Zəhra (ƏLEYHA SALAM)-ın nəfəsidir. Gərək onun “amin” deməsi mənim duama əlavə edilsin. Vəhy belədir. Sünnət belədir ki, Zəhra (ƏLEYHA SALAM)-ın duası şərtdir və şərti mövcud olmayan bir işin təsir etməsi qeyri-mümkündür. Ağla sığan deyildir ki, belə bir vaxtda qarğış, şərti mövcud olmadan təsir qoymuş olsun, hərçənd Nəcran məsihiləri ilə “mübahilə” vaxtı olsa belə. Əgər Peyğəmbərin əli göyə qalxsa, gərək onunla yanaşı digər dörd nəfərin də əli asimana doğru qalxsın. Əgər məsələ belədirsə, onda görəsən, Əli (əleyhis-salam) necə şəxsiyyətdir? Fatimə (ƏLEYHA SALAM) necə şəxsiyyətdir? Həsən ibni Əli (əleyhis-salam) necə şəxsiyyətdir? Hüseyn ibni Əli (əleyhis-salam) necə şəxsiyyətdir?
    Zəməxşərinin etirafı
    Biz (nəticəni) Zəməxşərinin özündən əxz edirik. Zəməxşəri bu hadisəni nəql edəndən sonra necə gözəl nəticə alır: O deyir: “Bu hadisədə “Kisa” səhabələrinin fəzilətinə dair bir dəlil vardır ki, heç bir başqa dəlil ondan güclü ola bilməz.” Bu kəlmə bu alimin qələmindən çıxmışdır. Bu sözün ardınca yazır: “Bu, (həm də) Peyğəmbərin nübüvvətinə dair bir dəlildir!”
    Qazi Beyzavinin etirafı
    Qazi Beyzavi özünün məşhur təfsirində bu hadisəni nəql etdik¬dən sonra yazır: “Bu hadisədə iki şeyə dəlil vardır: biri nübüv¬vətə, digəri isə “Kisa” səhabələrinin fəzilətinə.” Yaxşı-yaxşı fikir verdinizmi?
    “Mübahilə” ayəsində “nisaəna – qadınlarımızı” kəlməsinin “ənfusəna – öz canlarımızı” kəlməsindən qabağa keçirilməsinin sirri
    Zəməxşəri bu ayədə “nisaəna” kəlməsinin “ənfusəna” kəlməsin¬dən qabağa keçirilməsi barədə yazır: “Allah Quranda “əbnaəna” (öv¬lad¬larımızı) və “nisaəna” (qadınlarımızı) kəlmələrini “ənfusəna” (canlarımız) kəlməsindən qabağa salmışdır. Yəni Həsən, Hüseyn və Fatimeyi-Zəhra ‹ Peyğəmbərin canından irəlidirlər.” Bu Quran, bu da Peyğəmbərin əməli. Bu sözü Zəməxşəri deyir: “Bunları qabağa saldı, yəni mən sizə fəda olum (demək istəyirdi.)” Bunun özü də çox qəribə bir kəlmədir! Belə bir elm pəhləvanının qələmindən! Allaha and olsun ki, bütün dünya müsəlmanlarına höccət tamamdır (haqqı tapmaqda bəhanə yolları bağlanmışdır).
    Peyğəmbər (səlləllahu əleyhi və alih)-in Əhli-beyti
    Əgər məsələ belədirsə, ey Zəməxşəri, ey təfsir pəhləvanı! Ey Fəxr Razi, ey əql pəhləvanı! Birincisi təfsir pəhləvanı, ikincisi fəlsəfə pəhləvanıdır – o kitabların müəllifi, “Müfəssəl” kitabının müəllifi, Şeyx İbni Sinanın “İşarat” kitabının şərhçisi, “Məbahisu məşriqiyyə” kitabının müəllifi;
    Ey Fəxr Razi! Sən fikirləşmədinmi ki, bu bir neçə nəfər bu qədər dəyərə malikdirlər və sən bu məsələni tam təəssüblə irəli çəkdin, sonra hadisənin davamında bu rəvayəti yazdın ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) orada Əlini, Fatiməni, Həsən və Hüseyni ‹ əbanın altına yığaraq dedi: “Pərvərdigara! Bunlar mənim Əhli-beytimdir! (Sonra isə bu ayəni tilavət etdi:) “Allahın iradəsi bu olmuşdur ki, hər növ (zahiri və batini) aludəlikləri yalnız siz Əhli-beytdən uzaqlaşdırıb sizi pak-pakizə qərar versin.”
    Ey Fəxr Razi! Sən bu hadisəni yazdın, onun izahında da bu rəvayəti nəql etdin. Sonra özün imzalayıb dedin: “Bu elə bir rəvayətdir ki, səhihliyində təfsir və hədis alimlərinin müttəfiq fikirdə olduqları rəvayət kimidir.” Sən deyirsən ki, bütün təfsir və hədis alimləri bu rəvayətin səhihliyi barədə müttəfiq fikirdədirlər. Səndən bir sual soruşuram – sünnülərin arasında hər şəxs və hər alim mənim sual verdiyim şəxs olmağa layiq deyildir – amma sən, ey Fəxr Razi! Sən, ey Zəməxşəri! Bu sualın cavabında nə cavab verəcəksən? Hər alim Zəməxşərinin, Fəxr Razinin, Qazi Beyzavinin, Hakim Nişapurinin, Cəlaləddin Süyutinin səviyyəsində olsa, mənim sözüm onlaradır:
    İsmət əlləri
    Mən sizdən soruşuram: Sizin hamınız dediniz ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) bunları bir yerə topladı və dünyaya göstərdi ki, mənim səhabələrim arasında bu dörd nəfərdən başqa elə bir kəs yoxdur ki, Allah dərgahında əllərini qaldırıb dua etdiyi zaman hər bir şeyin qəbul olunacağı dərəcədə hörmətə malik olmuş olsun.
    Hamınız buna etiraf etdiniz. Deməli, göstərdiniz ki, göyə qalxan bu əllər ismət qəlbindən qaldırılır, ismət beynindən qaldırılır. Siz alimlər dediniz, yazdınız, amma başa düşmədiniz: “Pak-pakizə kəlam yalnız Ona doğru qalxır.” O pak-pakizə kəlmənin Əbu Bəkrin və Ömərin beynindən, bu ümmətin hər hansı birinin beynindən, hətta Əbu Zərin və Salmanın beynindən belə yüksəlməsi və “elə bir şey yoxdur ki, onun xəzinəsi Bizim yanımızda olmasın və Biz onu yalnız məlum miqdarda nazil edirik.” məqamına çatması mümkün deyildir. Yalnız gərək Fatimə (ƏLEYHA SALAM)-ın əli qalxsın, Əli (əleyhis-salam)-ın əli qalxsın, Həsən (əleyhis-salam)-ın əli qalxsın, Hüseyn (əleyhis-salam)-ın əli qalxsın. Bu dörd nəfər üçün beşinci bir adam varmı?!
    Əgər belədirsə, sual budur: xilafəti şuraya həvalə edən o şəxs Əbdür-Rəhman ibni Ovfu kimin tayı qərar verdi?!
    Məcburi beyət üçün Fatimeyi-Zəhra (ƏLEYHA SALAM)-ın evinin yandırılması
    Səndən soruşuram: İbni Quteybədən tutmuş hamı, habelə Fərid Vəcdi özünün “Dairətul-məarif” kitabında – Misirdə – yazırlar: “Filankəs Zəhra (ƏLEYHA SALAM)-ın evinin qapısına gəldi və dedi: “Ya, Əli beyət üçün evdən çıxmalıdır, ya da mən bu evi əhalisi ilə birlikdə yandıracağam!” Bu evin əhli kim idi? Ey Fəxr Razi! Ey Qazi Beyzavi! Ey Zəməxşəri! Ey Cəlaləddin Süyuti! Sən ki, dərrakəli adamsan, bəs nə üçün başa düşmədin?! Belə bir şəxs bu qapının ağzına gəlib dedi: “Ya, Əli beyət üçün evdən çıxmalıdır, ya da mən bu evi əhalisi ilə birlikdə yandıracağam!”
    “De: yetərli höccət yalnız Allaha məxsusdur.” Bir nəfər ona dedi: “Axı Fatimə də bu evdədir?!” Bu cümlənin çox mənası vardır, yəni bu evdə o kəs vardır ki, Peyğəmbər onun barəsində buyurmuşdur: “Ona əziyyət vermək mənə əziyyət verməkdir, mənə əziyyət vermək də Allaha əziyyət verməkdir.” O dedi: “Axı Fatimə də bu evdədir?!” İbni Quteybədən tutmuş Fərid Vəcdiyə qədər hamılıqla yazmışlar ki, o kişi dedi: “Evi yandırın, hətta Fatimə də o evdə olsa belə!”
    Əgər belədirsə, onda mənim bir sualım vardır. Yaxşı-yaxşı diqqət yetirin! Allaha and olsun, əgər bir kəs bu müsibət üçün qan ağlasa, yenə də azdır! Bu necə beyət idi ki, dedi: “Ya, Əli çölə çıxıb (beyət etməlidir), ya da evi, içində olanlarla birlikdə yandıracağam!”? Bu həmin beyət idi ki, bu qapının ağzına gəlib həmin sözləri deyən şəxs sonralar deyirdi: “Əbu Bəkrlə olan beyət süst və düşünülmədən olan bir beyət idi ki, olub keçdi. Həqiqətən, bu beyət – belə oldu, lakin Allah (islamı və müsəlmanları) onun şərindən saxladı!” And olsun ki, höccət bütün aləmdəkilərə tamamdır! “Səhih-Buxari”də yazır: Əlinin evinin qapısına gəlib evi Əli, Fatimə, Həsən və Hüseynlə ‹ birlikdə yandıracağını deyən şəxs deyirdi: “Əbu Bəkrlə edilən beyət fəltə – yanlış və bir sapma idi ki, Allah bu ümməti o sapmanın şərindən saxladı.”
    Ey insanlar! Əgər sənin öz etirafınla bu beyət yanlış idisə, ey sünnü alimi! Bu kəlməni deyən şəxs aqildir, yoxsa dəli? Əgər dəlidirsə, onda heç bir söz-söhbət yoxdur. Amma əgər aqildirsə, “ağıl sahiblərinin öz əleyhinə iqrar etməsi caizdir”, yəni bu kişinin öz etirafına əsasən bu beyət səhvdir və bu beyəti qoruyub saxlamaq üçün Fatimənin evini yandırmağa gəldi?!
    Aləmdə bu xanımdan da artıq zülmə məruz qalan məzlum bir kəs vardırmı? Allaha and olsun! Nə qədər fikirləşsək də, bundan ağır bir müsibət görə bilmirik!
    Qeyri-məhdud etibar
    Həzrət Fatimeyi-Zəhra (ƏLEYHA SALAM)-ın məqamı o zaman məlum olacaqdır ki, Pərvərdigarın höccətinin buyurduğu bu həqiqət zahir olsun: “O həzrət (qiyamət günü) başını qəbirdən qaldıranda, Allah yetmiş min mələyi onun pişvazına göndərər; yetmiş min mələk təkbir bayrağı ilə, yetmiş min mələk təsbih bayrağı ilə. Bunlar Fatimeyi-Zəhra (ƏLEYHA SALAM)-ın pişvazına gələrlər. O həzrət öz məqamında qərarlaşan zaman Cəbrəil gəlib deyəcəkdir: “Hacətini istə, əta olunacaqdır.” Əta olunacaq şeylərin həddi-hüdudu yoxdur, nə istəyirsən istə, heç bir məhdudiyyət yoxdur.
    İbrahim (əleyhis-salam) üçün belə bir etibar gəlməmişdir. Allah Özünün sonsuz xəzinəsindən Musa ibni İmran (əleyhis-salam) üçün belə bir etibar verməmişdir, İsa ibni Məryəm (ƏLEYHA SALAM) üçün verməmişdir. O gündə Allah Fatimeyi-Zəhra (ƏLEYHA SALAM) üçün qeyri-məhdud etibar açacaqdır. Onun Allahdan istədiyi nədir? Siz təfəkkür və diqqət əhlisiniz. Fikirləşin görün məsələ nə qədər dərindir! Fatimənin Allahdan istəyi nədir? Ey alimlər! Mühüm bu məsələdir; istənilən şey həmişə bəxşişdir. Bəxşiş əməldən başqadır. Əməl bəxşiş ilə fərqlidir. Amma Fatiməyə “hacətini istə” deyiləndə o, belə deyəcəkdir: “Pərvərdigara! Həsənlə Hüseyni mənə göstər!” Əməli istəyir; əməli istəyən zaman iş artıq sona çatır. Nə deməkdir? Yəni Pərvərdigara, onlara nə ediblərsə, həmin şəkildə mənə göstər. Həmin şəkildə ona göstərərlər: “Hüseynin boynunun damarlarından qan fışqırır.”
    Nübüvvəti-üzma və vilayəti-Kübra dairəsinin qütbü
    Məhz o zaman aydın olmalıdır ki, vücud aləminin bu xanımı kimdir? Bu, Fatimeyi-Zəhra (ƏLEYHA SALAM)-dır! Bu, insan hurisidir! Bu, Siddiqeyi-Kübradır (ən böyük doğru danışan qadındır)! Bu elə bir bəşərdir ki, nübüvvəti-üzma və vilayəti-kübra dairəsinin qütbüdür!
    Fatimeyi-Zəhra (ƏLEYHA SALAM)-ın məmləkətində onun qədir-qiyməti naməlum qalmışdır
    Allaha and olsun ki, Fatimeyi-Zəhra (ƏLEYHA SALAM)-ın qədir-qiyməti bütün aləmə, bütün bəşəriyyətə naməlum qalmışdır! Əgər sünnü mərkəzlərində Fatimənin qədri naməlum qalsa, çox da narahatedici hal deyildir. Lakin nə üçün Fatimeyi-Zəhra (ƏLEYHA SALAM)-ın ölkəsində belə olmalıdır?! Bura Zəhranın məmləkətidir, bura Zəhranın ölkəsidir! Fatimeyi-Zəhra (ƏLEYHA SALAM)-ın ölkəsində cəm yadigarı, əcəm novruzu üçün rəsmi tətil edilir, amma Fatimeyi-Zəhra (ƏLEYHA SALAM)-ın şəhadəti üçün bir gün olsun belə, rəsmi tətil keçirilmir. “Qədir-qiyməti naməlum olan, qədir-qiyməti naməlum olan!” Əgər Fatimə (ƏLEYHA SALAM)-ın qədir-qiyməti öz ölkəsində belə naməlumdursa, başqa yerlərdən nə təvəqqe etmək olar?!

    Uğurlu

    OK
  • Ana səhifə
  • Xəbərlər
  • Media
  • Bəyanlar
  • Seçilmiş bəyanlar
  • Dəftərxananın mərasim proqramları
  • Dərslər
  • Quran təfsiri
  • Şəri hökmlər
  • Şəri məsələlər
  • Şəri suallar
  • İstiftalar
  • Doğru yollar
  • Hekayələr
  • Tövsiyələr
  • Əxlaq və etiqadat
  • Nəşrlər
  • Əsərlər
  • Ağanın şerləri
  • Həyatı
  • Bizimlə əlaqə
  • Ofislər
  • Bizimlə əlaqə