• Həzrət Ayətullah əl-Uzma Vəhid Xorasaninin dəftərinin rəsmi saytı

    Peyğəmbərlərin (əleyhimus-salam) Fatimeyi-Zəhranın (əleyha salam) ziyarətinə gəlməsi

    31 May 2005 ۲۲ ربيع الآخر ۱۴۲۶ 31 May 2005

    00:00:00

    بسم الله الرحمن الرحیم
    الحمد لله رب العالمین و صلی الله علی سیدنا محمد و آله الطاهرین سیما بقیة الله فی الارضین و اللعن علی اعدائهم الی یوم


    Peyğəmbərlərin (əleyhimus-salam) Fatimeyi-Zəhranın (əleyha salam) ziyarətinə gəlməsi
    بسم الله الرحمن الرحیم
    الحمد لله رب العالمین و صلی الله علی سیدنا محمد و آله الطاهرین سیما بقیة الله فی الارضین و اللعن علی اعدائهم الی یوم

    بسم الله الرحمن الرحیم
    الحمد لله رب العالمین و صلی الله علی سیدنا محمد و آله الطاهرین سیما بقیة الله فی الارضین و اللعن علی اعدائهم الی یوم الدین
    Fatimeyi-Zəhra (əleyha salam) dərk və idrakdan yüksəkdədir
    Fatimeyi-Zəhra (əleyha salam) elə bir kəsdir ki, istisnasız olaraq heç bir əqlin və heç bir fikrin onu dərk etməsi mümkün deyildir. İmam (əleyhis-salam) buyurur: “Fatimə yalnız buna görə Fatimə adlandırılıb ki, məxluqlar onun barəsində mərifətdən kəsilmiş və aciz olmuşlar.”
    (Fatimə kəlməsinin kökü olan) “fətm” sözünün mənası kəsmək və qırmaq deməkdir. “Xəlq” (məxluq) kəlməsi də ən ümumi məfhum daşıyan ünvanlardandır və hamıya: alimə-cahilə, həkimə-səfehə, insana, cinə və mələklərə aid edilir. Hər bir şeyə “xəlq” ünvanı aid edilə bilirsə, Fatimə (əleyha salam) barəsində mərifətdən aciz edilmiş və kəsilmişdir.
    Bütün peyğəmbərlərin (əleyhimus-salam) onun ziyarətinə gəlməsi
    Fatimə (əleyha salam) necə bir müqəddəs vücud idi, nə etdi, özü ilə Allah arasında nə iş gördü?! Bunları Allahdan başqa heç kəs bilmir, yalnız onun təsirləri aşkar olur. Təsiri də budur:
    وَ إِذَا [فَإِذَا] اسْتَقَرَّ أَوْلِيَاءُ اللَّهِ فِي الْجَنَّةِ زَارَکِ آدَمُ وَ مَنْ دُونَهُ مِنَ النَّبِيِّينَ
    “(Ya Fatimə!) Allahın övliyaları cənnətdə qərarlaşan zaman Adəmdən başlamış bütün peyğəmbərlər sənin ziyarətinə gələcəklər.”
    Yəni Allahın övliyaları cənnətdə yerləşən zaman Adəm, Nuh, İbrahim, Musa, İsa (əleyhimus-salam) və həzrət Xatəm (səlləllahu əleyhi və alih) hamılıqla onun ziyarətinə gələcəklər. Budur Fatimeyi-Zəhra (əleyha salam)!
    Cumadəs-sani ayının üçündə bütün xalq kütlələrinin vəzifəsi
    Sizin hamınızın vəzifəsi budur ki, cumadəs-sani ayının üçündə küçə əzadarlıqları üçün lazım olan bütün müqəddimələri hazırlayasınız. Yəni heyətlər cumadəs-sani ayının üçündə Aşura günündə olduğu kimi, gərək çölə çıxsınlar. Bəlkə qiyamət günü “gecə yarısı o dəfn olunmaq müqabilində bu gün mümkün qədər iş gördük” - deyə bilək.
    Əmirəl-möminin Əlinin (əleyhis-salam) sonsuz qüssəsi və kədəri
    Əgər bir kəsin ağlı olsa, Əlinin (əleyhis-salam) elə bu bircə cümləsi kifayətdir. Əmirəl-möminin Əli (əleyhis-salam) elə bir kəsdir ki, dünya və axirət onu dizə çökdürə bilmədi, amma (Fatiməni dəfn edən zaman) dedi:
    أَمَّا حُزْنِي فَسَرْمَدٌ وَ أَمَّا لَيْلِي فَمُسَهَّد
    “Ey Allahın Rəsulu! Fatimədən sonra mənim vəziyyətim belədir: – hüznüm, kədərim əbədidir, gecələrim sübhə qədər oyaq qalmaqdır.” Onun kəlamında şişirtməyə yer yoxdur. Deməli, bu hadisədən sonra bir gecə olsun belə, yatmamışdır.
    Səbəbi nədir? Səbəbini demək mümkün deyildir!
    سَتُنَبِّئُکَ ابْنَتُکَ بِتَظَافُرِ [بَتَضَافُرِ] أمَّتِکَ عَلَى هَضْمِهَا!
    “Qızın tezliklə ümmətinin ona zülm etməkdə necə əlbir olduğunu sənə xəbər verəcəkdir.”
    Buna görə də hamınızın vəzifəsi budur ki, bütün var-qüvvənizi və gücünüzü bu işə sərf edəsiniz. Heyətlər çölə çıxsın. Peyğəmbər (səlləllahu əleyhi və alih)-in haqqı mümkün qədər əda olunsun, heç olmazsa, Süleyman (əleyhis-salam)-ın yanında çəyirtkənin budu qədər olsa belə.

    Uğurlu

    OK
  • Ana səhifə
  • Xəbərlər
  • Media
  • Bəyanlar
  • Seçilmiş bəyanlar
  • Dəftərxananın mərasim proqramları
  • Dərslər
  • Quran təfsiri
  • Şəri hökmlər
  • Şəri məsələlər
  • Şəri suallar
  • İstiftalar
  • Doğru yollar
  • Hekayələr
  • Tövsiyələr
  • Əxlaq və etiqadat
  • Nəşrlər
  • Əsərlər
  • Ağanın şerləri
  • Həyatı
  • Bizimlə əlaqə
  • Ofislər
  • Bizimlə əlaqə