• Həzrət Ayətullah əl-Uzma Vəhid Xorasaninin dəftərinin rəsmi saytı

    Məxfi şəkildə dəfn

    1 June 2005 ۲۳ ربيع الآخر ۱۴۲۶ 1 June 2005

    00:00:00

    بسم الله الرحمن الرحیم
    الحمد لله رب العالمین و صلی الله علی سیدنا محمد و آله الطاهرین سیما بقیة الله فی الارضین و اللعن علی اعدائهم الی یوم


    Məxfi şəkildə dəfn
    بسم الله الرحمن الرحیم
    الحمد لله رب العالمین و صلی الله علی سیدنا محمد و آله الطاهرین سیما بقیة الله فی الارضین و اللعن علی اعدائهم الی یوم

    بسم الله الرحمن الرحیم
    الحمد لله رب العالمین و صلی الله علی سیدنا محمد و آله الطاهرین سیما بقیة الله فی الارضین و اللعن علی اعدائهم الی یوم الدین
    Mühəddislərin şeyxi Səduq imam Sadiqdən (əleyhis-salam) bir rəvayət nəql etmişdir. Fiqh (dərk edilmə) cəhətindən hər bir rəvayətin xüsusiyyəti mühümdür. Bizim şiələrimizi, onların çox rəvayət nəql etmələrinə əsasən deyil, dərklərinə əsasən tanımaq olar.
    Bu hədisdə üç cümlə vardır. Qəribəsi budur ki, hər cümlədə imam (əleyhis-salam) “Allah” kəlməsini gətirmişdir. Hər üç cümlədə Allahın bütün cəlal, cəmal və kamal sifətlərini özündə cəm edən bu ad gəlmişdir. Bu da məsələnin əzəmətini bəyan edir.
    Birinci cümlə budur: رَحِمَ اللَّهُ شِيعَتَنَا “Allah rəhm etdi (etsin) şiələrimizə!” Bu cümlənin özündə geniş bir bəhs vardır. Əvvəla, imam (əleyhis-salam) intizarı çəkilən indiki zaman feli ilə yox, qəti olaraq gerçəkləşməyi göstərən keçmiş zaman feli ilə bəyan etmiş, özü də Allahdan (şiələr üçün) rəhmət istəmişdir!
    Əgər altıncı imam bu bəyanla Allahdan rəhmət istəsə, təbiidir ki, bu halda rəhmətin nə qədər mühüm olduğu məlum olur: “Allah rəhm etdi (etsin) şiələrimizə!”
    İkinci cümlə budur: شِيعَتُنَا وَ اللَّهِ هُمُ الْمُؤْمِنُونَ “Şiələrimiz... Allaha and olsun ki, mömin yalnız onlardır!” Bu cümlə insanı dəhşətə gətirir! “Bizim şiələrimiz... Allaha and olsun ki, mömin yalnız onlardır!” Quran ayələrində bəyan olunan möminlər bizim şiələrimizə həsr edilir.
    Bir kəs “Muminun” surəsinin hamısını nəzərə almayınca hədisin bu cümləsindəki “möminlər” kəlməsinin nəyə işarə olduğunu başa düşməz:
    قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ * الَّذينَ هُمْ في‏ صَلاتِهِمْ خاشِعُونَ
    “Şübhəsiz, möminlər nicat tapdılar. O kəslər ki, namazlarında xaşedirlər...”
    Üçüncü cümlədə çoxlu dəqiq incəliklər vardır. Birincisi, qəti gerçəkləşməyi göstərən “qəd –قد” ədatı, özü də “Allah” kəlməsinə and içilməsindən sonra gətirilmişdir. O cümlə budur: “Şübhəsiz, Allaha and olsun, hüzn və həsrətin uzun olduğuna görə bizim müsibətimizdə şərikdirlər.”
    Siz elm, bəhs və diqqət əhlisiniz, şərik olmaq mühüm bir bəhsdir, özü də şərikliyin qarşı tərəfi on dörd məsum (əleyhimus-salam)-dır.
    Nə barədə şərik olublar? Bizimlə iki şeydə şərikdirlər: biri hüznün uzun olmasında, digəri isə həsrətin uzun olmasında. Şiələrimiz bizimlə hüznün uzun olmasında şərikdirlər. Bu cümlədə çoxlu bəhs vardır.
    Biz məsələni o vaxt dərk edərik ki, nə olduğunu, nə baş verdiyini və necə bir haqqın tapdalanıb aradan getdiyini başa düşək. Məhz bu zaman imamın kəlamının sirri, yəni “şiələrimiz bizimlə hüznün uzun olmasında şərikdirlər” sözünün mənası aydın olar. Lakin mətləbin məğzini və cövhərini dərk etmək istər-istəməz bizim üçün müyəssər deyildir, çünki bu məsələ təsəvvürdən yüksəkdədir.
    Ölkədə üç əlamətdar günün qeyd edilməsinin zərurəti
    Bu ölkədə üç gün mütləq mərasim keçirilməlidir:
    Birincisi, Fatimeyi-Zəhranın (əleyha salam) şəhadət günü; Allahın hövl və qüvvəsi ilə müəyyən qədər bərqərar olunmuşdur, bu il gərək keçən ilkindən iki qat artıq təntənə və rövnəqlə keçirilsin.
    İkincisi, Əmirəl-möminin Əlinin (əleyhis-salam) şəhadət günü – mübarək Ramazan ayının 21-ci günü.
    Üçüncüsü, məzhəbin başı və başçısının şəhadət günü, o kəs ki, Malik ibni Ənəsin sözü ilə desək, “Cəfər ibni Muhəmməddən də üstün və fəzilətli bir şəxsi nə bir göz görmüş, nə bir qulaq eşitmiş, nə də bir kəsin qəlbindən keçmişdir.”
    Bu məsələlərdən qəflət olunmuşdur və biz gərək bu hüquqları dirçəldək.
    İnşallah, sizin hümmətinizlə bu üç gün dirçəldilməlidir. Siz elm və fəzilət əhlisiniz, ömrünüzün bir müddətini bu ali məktəbdə keçirmiş və yetişmişsiniz, bütün var-gücünüzü gərək bu üç günün dirçəldilməsinə sərf edəsiniz. Mühüm məsələ əzadarlıq dəstələrinin küçələrə çıxmasıdır. Əzadarlıq heyətlərinin çölə çıxmasının elə xüsusi təsirləri vardır ki, məclislərdə o təsir yoxdur.
    Allahdan başqa heç bir ümid və sığınacaq yeri yoxdur. Yalnız Allaha ümidlə, Onun hövl, qüvvə və köməyi; həzrət Vəliyyi-Əsr imam Zamanın (əleyhis-salam) mərhəmətli nəzərləri və lütfü sayəsində hərəkət etmək lazımdır. İnşallah, bütün səyinizi buna sərf edin ki, Aşura günündə heyətlər bütün şəhərlərdə küçələrə çıxdığı kimi, bu üç gün də inşallah, ikinci bir Aşura olsun.
    İndi Fatimənin (əleyha salam) şəhadət günləri qarşıdadır. Biz güman edirik ki, o həzrəti tanımışıq! Əlbəttə, bunların hamısı xam xəyallardır! Fatimeyi-Zəhra (əleyha salam) dərk olunası bir varlıq deyildir! Bizim təsəvvürümüzün fövqündə, əql qüvvəmizdən yüksəkdədir! Əgər bir kəsin dərki olsa, bunun nə demək olduğunu başa düşər!
    Fatimeyi-Zəhranın (əleyha salam) məhşər səhnəsinə gəlişi
    O həzrətin məhşər səhnəsinə gəlişi belədir: Yetmiş min mələk onun sağ tərəfində, yetmiş min mələk sol tərəfində olacaqdır, mindiyi kəcavənin cilovu Cəbrəili-Əminin əlindədir. Halbuki:
    عَلَّمَهُ شَديدُ الْقُوى‏ * ذُو مِرَّةٍ فَاسْتَوى‏ * وَ هُوَ بِالْأُفُقِ الْأَعْلى
    “Əzəmətli qüdrəti olan o (mələk- Cəbrəili-Əmin) ona (Peyğəmbərə) elm öyrətdi. O qüvvət sahibi, ən yüksək üfüqdə qərarlaşan zaman hazır dayandı.”
    Belə bir şəxs gərək Fatimənin mindiyi dəvənin cilovunu çiyninə almış olsun!
    Lakin o, gecə yarısı dəfn olundu. Elə şəkildə dəfn olundu ki, bizim nəzərimizcə yaxşı olar ki, sükut edək və onun üstündən keçək.
    Əmirəl-möminin Əlinin (əleyhis-salam) qəlbinin hüznü və kədəri
    Əmirəl-möminin Əlinin (əleyhis-salam) necə yüksək məqamlı bir şəxsiyyət olduğunu kim başa düşə bilər?! Halbuki o, bütün ilahi vəsilərin ağası, seyyididir! Elə bir kəsdir ki, övliyaların başçısıdır! Əvvəldən-axıra qədər bütün insanların imamıdır! Əlini qəbrin torpağından çəkən zaman Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qəbrinə üz tutub dedi:
    يَا رَسُولَ اللَّهِ... لَا يَبْرَحُ الْحُزْنُ مِنْ قَلْبِي
    “Ey Allahın Rəsulu... Sənin görüşünə gələnə qədər qəlbimdən qəm-qüssə və hüzn heç vaxt aradan getməz.”
    Müsibət bu idi! İndi elə olmalıdır ki, cümadəs-saniyə ayının üçü bu ölkənin başdan-başında “Ya Zəhra!” şivəni ucalsın.
    Əmirəl-möminin Əli (əleyhis-salam) Fatimeyi-Zəhranın (əleyha salam) başı üstündə
    Hər bir hikmət sahibini və fəqihi heyrətə salan, bütün bəyanların fövqündə olan şey budur: Fatimeyi-Zəhranın (əleyha salam) ömrünün son anlarında Əmirəl-möminin Əli (əleyhis-salam) o həzrətin başı üstündə idi. Onun ağladığını gördü.
    “Mövlud” və “Qədir” ziyarətlərini oxuyun ki, Əmirəl-möminin Əlinin (əleyhis-salam) kim olduğunu başa düşəsiniz. Məqamı bəşər təsəvvürünün fövqündə olan bir şəxs Zəhraya (əleyha salam) belə xitab edir: “Ey mənim seyyidəm! Nə olmuşdur ki, ağlayırsan?”
    Cavab verib dedi: “Mənim ölümümdən sonra sənə baş verəcək müsibətlərə ağlayıram.” Əli (əleyhis-salam) buyurdu: “Onların hamısı Allah yolunda azdır (asandır).” (Yəni sən mənə görə qüssələnmə.) Əli (əleyhis-salam) istəyirdi ki, o həzrət bu dünyadan ruhi asayişlə getsin.
    “Ey mənim seyyidəm” xitabı Əli (əleyhis-salam) kimi bir şəxsdən deyilən zaman bizim vəzifəmiz həddindən artıq ağırlaşır. İstər-istəməz bu böyük faciə, ən ağır müsibət (hər il gərək yeniləşsin) və gərək o gecənin dəfn mərasimi keçirilsin.
    Məxfi şəkildə dəfn
    Mühüm məsələ budur ki, cənazənin dəfn mərasimində yalnız yeddi nəfər iştirak edirdi. O yeddi nəfər necə şəxslər idilər?
    Təbir belədir:
    خُلِقَتِ الْأرْضُ لِسَبْعَةٍ بِهِمْ يُرْزَقُونَ وَ بِهِمْ يُمْطَرُونَ
    “Yer yeddi nəfərə görə xəlq edilmişdir, yalnız onların vücudları xatirinə məxluqlara ruzi verilir, rəhmət yağışı yalnız onların xatirinə nazil edilir.”
    Sonra həzrət yeddi nəfərin adını çəkdi: Əbuzər, Salman, Miqdad, Əmmar, Hüzeyfə, Əbdüllah ibni Məsud, bunlar da həzrətin özü ilə xətm olunur. Bu yeddi nəfər cənazəni götürdülər. Mühüm budur: bu cənazə harada və necə dəfn edildi?
    Rəvayətlərdə gələnlər budur: Həzrət cənazə namazını qılan kimi dedi:
    أَخْرَجْتَهَا مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ
    “Pərvərdigara! Bu Fatimədir ki, onu yerin zülmətlərindən çıxarıb nura doğru apardın.” Bu cümləni deyən kimi bir nur saçaraq 1x1 mil hüdudlarında yeri nura qərq etdi. Həzrət cənazəni təhvil verərək dedi:
    فَلَقَدِ اسْتُرْجِعَتِ الْوَدِيعَةُ وَ اُخِذَتِ الرَّهِينَةُ أمَّا حُزْنِي فَسَرْمَدٌ وَ أمَّا لَيْلِي فَمُسَهَّد
    “(Ya Rəsuləllah!) Mənə verdiyin əmanət geri qaytarıldı, girov götürüldü. Hüznüm həmişəlikdir, gecələrim (sübhə qədər) oyaqlıqdır.”
    Sonra dedi: “Ya Rəsuləllah! Nə baş verdiyini özün ondan soruş!” O şeyləri soruş ki, onun özü onları deyə bilməmişdi.
    Abbasın Əmirəl-möminin Əlidən (əleyhis-salam) istəyi
    Məsələ bu qədər mühümdür! Əbdül-Müttəlibin oğlu və Peyğəmbər (səlləllahu əleyhi və alih)-in əmisi Abbas bir nəfəri Əlinin (əleyhis-salam) yanına göndərib dedi: “Ya Əli! Səndən bir istəyim vardır.” Abbas ilə Əmirəl-möminin Əlinin (əleyhis-salam) arasında olan təbir çox qəribədir! Onda çoxlu məsələlər vardır.
    Sözünün xülasəsi bu idi: Camaat Peyğəmbər (səlləllahu əleyhi və alih)-in cənazə mərasiminə müvəffəq olmadılar, həzrət elə öz evində dəfn olundu. Mən səndən xahiş edirəm ki, icazə verəsiniz, mühacir və ənsara xəbər verim gəlsinlər və bu cənazə təntənəli surətdə dəfn edilsin.
    Bu, Abbasın istəyi idi. Məsələ elə şəkildədir ki, Abbasın özünün gəlmədiyi və başqa bir nəfəri o həzrətin yanına göndərdiyi başa düşülür.
    Həzrət Əli (əleyhis-salam) Abbasa təşəkkür etdi. Amma elə təbirlər vardır ki, bəyanın fövqündədir! Həzrət öz əmisinə buyurur:
    إِنَّ فَاطِمَةَ بِنْتَ رَسُولِ اللَّهِ(صلی الله علیه وآله) لَمْ تَزَلْ مَظْلُومَة
    “Həqiqətən, Rəsulullahın (səlləllahu əleyhi və alih) qızı Fatimə həmişə məzlum olmuşdur (haqqı tapdalanmış, zülmə məruz qalmışdır).” O elə zülmlərə məruz qaldı ki, demək mümkün deyildir! Bundan keç. Çünki o mənə vəsiyyət etmişdir ki, onun işlərini gizli saxlayam.
    “Heç kəsə bildirmə” deyə bu qədər təkid edir! Həqiqi şəxsiyyəti yalnız məhşər günü zahir olan belə bir yüksək məqamlı insan bu cür məxfi şəkildə dəfn olundu. Onun qəbrinin barəsində də, rəvayətdə deyilir ki, bu qəbir qiyamət gününə qədər məxfi qalacaqdır!
    Deməli, hamının vəzifəsi ağırdır. Bu günün dirçəldilməsi Fatimeyi-Zəhranın (əleyha salam) əzəmətinə münasib şəkildə yerinə yetirilməlidir. Bu məsələnin bir cəhəti.
    Bu ən böyük müsibəti, onun əzəmətinə mütənasib olaraq dirçəltmək lazımdır. Hər kəsin nə qədər imkanı və bacarığı varsa, əzadarlıq heyətlərini küçələrə çıxartmağa çalışsın. Bu heyətlərdə deyilən hər bir “Ya Zəhra!” sözü sizin də əməl dəftərinizdə yazılacaqdır. Ehtiyatlı olun ki, bu fürsətləri əldən verməyəsiniz.
    Sözün xülasəsi budur: Qəbrinizin ilk gecəsində Fatimeyi-Zəhra (əleyha salam) gələcəkdir! Can verdiyiniz zaman Fatimeyi-Zəhra (əleyha salam) gələcəkdir. Qiyamət günündə də işiniz Siddiqeyi-Kubra (əleyha salam) ilədir: O gün quş yaxşı dənləri (pis dənlərin içindən) seçib dənlədiyi kimi, o həzrət də öz şiələrini (bir-bir) seçib nicat verəcəkdir. Elə bir iş görün ki, (onun yanında) abır-heysiyyət əldə edəsiniz, adınız onun dəftərində qələmə alınsın:
    وَ أَنْذِرْهُمْ يَوْمَ الْحَسْرَةِ إِذْ قُضِيَ الْأَمْرُ
    “Onları həsrət günündən qorxut, o zaman ki, iş bitmiş olar.”

    Uğurlu

    OK
  • Ana səhifə
  • Xəbərlər
  • Media
  • Bəyanlar
  • Seçilmiş bəyanlar
  • Dəftərxananın mərasim proqramları
  • Dərslər
  • Quran təfsiri
  • Şəri hökmlər
  • Şəri məsələlər
  • Şəri suallar
  • İstiftalar
  • Doğru yollar
  • Hekayələr
  • Tövsiyələr
  • Əxlaq və etiqadat
  • Nəşrlər
  • Əsərlər
  • Ağanın şerləri
  • Həyatı
  • Bizimlə əlaqə
  • Ofislər
  • Bizimlə əlaqə