• Həzrət Ayətullah əl-Uzma Vəhid Xorasaninin dəftərinin rəsmi saytı

    Allahı tanımaq – Seyyidüş-şühəda (əleyhissalam)-ı tanımağa bağlıdır
    Ərbəin qarşıdadır, çoxlarınız da təbliğ səfərinə gedirsiniz. Bu elə bir səfərdir


    Hüseyn (əleyhissalam) mənsub olan rəmz və əlamətlər
    Allahı tanımaq – Seyyidüş-şühəda (əleyhissalam)-ı tanımağa bağlıdır
    Ərbəin qarşıdadır, çoxlarınız da təbliğ səfərinə gedirsiniz. Bu elə bir səfərdir

    Allahı tanımaq – Seyyidüş-şühəda (əleyhissalam)-ı tanımağa bağlıdır
    Ərbəin qarşıdadır, çoxlarınız da təbliğ səfərinə gedirsiniz. Bu elə bir səfərdir ki, gərək camaata yol göstərib inzar etmək tövfiqinə – bu, dində təfəqqühün nəticəsidir – nail olan şəxslərin hamısının hümməti və səyləri ilk növbədə Allah barədə mərifət kəsb etmək olsun.
    Allah barədə mərifət də məhz “Səbilullah – Allahın yolu”, “Siratullah” – “Allahın düzgün yolu”, “Babullah” – “Allahın qapısı” tanındıqdan sonra müyəssər olur. Çünki Quranın aşkar buyurduğuna əsasən “evə qapıdan girmək” lazımdır:
    وَأْتُوا الْبُيُوتَ مِنْ أَبْوَابِهَا
    “Evlərinizə qapısından daxil olun!” (1)
    Buna görə də İmam barədə mərifətin iki cəhəti vardır: Birincisi mövzu cəhətidir, onun özü “Mən bihil-vücud” – o kəs ki, vücud məhz onun səbəbi ilədir və “Mən bihin-niəm” – o kəs ki, nemətlər məhz onun səbəbi ilə verilir. “Kulu ma fil-kovni bihi” – kainatda nə vardırsa, məhz onun vücudu səbəbi ilədir.
    Vasitə olmaq cəhəti budur: o, Allahı tanımaq vasitəsidir, yalnız onun barəsində mərifət əldə etməklə “Mən minhul-vucud”u – Allahı tanımaq olar. (2)
    Vəsf edilə bilməkdən çox-çox yüksəkdə olan o müqəddəs Zat barəsində mərifət yalnız onun vasitəsi ilə mümkündür.
    İmam (əleyhissalam)-ın haqqı barədə mərifət – nuraniyyətə mərifət yoludur
    İmamların (əleyhmuissalam) ziyarətlərində varid olan və mühüm əhəmiyyət daşıyan şey bu cümlədir: “Arifən bi həqqih – Haqqına arif olan halda.” (3) Bu kəlmələrdə dərindən diqqət yetirmək lazımdır: “Arifən bi həqqih”
    Bu cümlədən iki məsələ əldə olunur: biri ən böyük imamət və ən əzəmətli vilayət məqamının malik olduğu ümumi bir haqq, digəri isə xüsusi haqdır: “Arifən bi həqqih”
    Hər bir İmamın bir haqqı vardır və o haqqı tanımaq ona mərifətin ən mühüm və ayrılmaz hissəsidir. Mərifət də hikmət əsasında olmalıdır. Çünki mərifət hikmətdən başqa şeylə müyəssər ola bilməz.
    Hikmət – həqiqəti ya “limm”, ya da “inn” bürhanı ilə tanımaqdır.
    Bu iki yol hikmətin cövhəridir. Mərifətin əsası gərək höccət olsun. Höccət də “elm” və “elmi”dən (elmə istinad edən şeydən) ibarətdir.
    Əgər İmamın haqqına mərifət bu əsasda qoyulsa, yalnız bu mərifət vəsf edilə bilməyən nuraniyyət məqamına mərifət ilə nəticələnir.
    Bu günlər Seyyidüş-şühəda (əleyhissalam)-ın Ərbəininə təsadüf edir. O həzrət barəsində mərifətlə əlaqədar “limm” və “inn” bürhanı o qədər əzəmətlidir ki, xüsusi ilahi övliyalardan başqa bir kəsin onu dərk etməyə səlahiyyəti yoxdur.
    Həzrət Zeynəbi-Kübra (əleyha salam)-ın müsibətinin böyüklüyü barədə bir hadisə
    Mirza Şirazi (r) ən böyük alimlərdən biridir. Axund Xorasaninin və Mirza Naininin onu (Mirza Şirazini) təzimlə yad etməsindən onun əzəməti məlum olur. Bu böyük mühəqqiq Samirra hövzəsinin banisidir. O mədrəsənin məhsulu ikinci Mirzadır, son dövrün böyük fəqihləri də o məktəbin yetirməsidir. Onun məclisində böyük şəxsiyyətlərdən biri minbərə gedirdi, o məclisin növhə oxuyanı da hazırda şiə aləminin əzəmətli elm hövzəsi olan Qum elmiyyə hövzəsinin banisi Mühəqqiq Hairi idi. O böyük alim o dövrdə Mirza Şirazinin hüzurunda müsibət hövhəsi oxuyurdu. Məclis belə bir yüksək səviyyədə olan bir məclis idi.
    O böyük alim Mirzanın hüzurunda minbərə çıxanda bir cümlə dedi. Bu cümləni hər kəs eşidir, lakin onun barəsində mərifət mühümdür ki, o cümlənin həqiqi mənası başa düşülsün.
    O cənab məqtəl oxumağa başlayanda dediyi birinci cümlə bu idi: “Zeynəb, ibni Ziyadın məclisinə daxil oldu.” Bu cümləni deyəndə Mirza fəryad edərək dedi: “Artıq bəsdir, dayan!” Mirza bundan sonra sübhdən günortaya qədər başına və sinəsinə vurub ağladı, özü də belə bir məclisdə!
    Budur mərifət! Bu, o alimin bu həqiqəti necə dərk etdiyini göstərir. Haradadır belə mərifət?! Zeynəbi-Kübra (əleyha salam)-ın necə böyük şəxsiyyətli insan olduğunu kim başa düşdü?! (4) O tanıyır. Dedi: “Belə bir kəs belə bir adamın yanına daxil oldu, onun belini sındırdı!” Təkcə biz yox, əvvəldəkilərdən-axırdakılara qədər hamı burada itib-batır!
    Onun özü kimdir? İşi nə idi? Burada iki məsələ vardır: Biri işi görən, biri isə iş; biri təsir qoyan, digəri isə təsir; biri səbəb, digəri nəticə. İş ilə iş görənin, təsir edənlə təsirinin arasında uyğunluq və tənasüb qanununa əsasən burada iki bəhs vardır: Biri budur ki, Hüseyn ibni Əli (əleyhissalam) necə böyük şəxsiyyətdir? Bu bəhs bəşərin taqətindən xaricdədir! İkinci bəhs budur ki, Hüseyn ibni Əli (əleyhissalam)-ın işi nə idi?
    Tövhid, nübüvvət və vəsilik – hamısı Seyyidüş-şühəda (əleyhissalam)-ın qanına borcludur
    Ruzigar çox günləri görüb: Nuh Nəciyyullah (əleyhissalam)-ın günlərini görüb, İbrahim Xəlilullah (əleyhissalam)-ın günlərini görüb, Musa Kəlimullah (əleyhissalam)-ın günlərini görüb, İsəbni Məryəm Kəlimətullah (əleyhissalam)-ın günlərini görüb, vücud aləminin gövhərinin və xilqətin xülasəsinin, yəni varlıq aləminin qəlbi həzrət Xatəmən-Nəbiyyin (səlləllahu əleyhi və alih)-ın günlərini görüb.
    Bu ruzigar birincisi Adəm (əleyhissalam), axırıncısı isə Xatəm (səlləllahu əleyhi və alih) olmaqla124 min peyğəmbərin dövranını görüb, 124 min vəsini görüb ki, o vəsilərin birincisi Hibətullah, axırıncısı Əmirəl-möminin Əli (əleyhissalam)-dır.
    Bu ruzigar bu dövranların hamısını görüb, əvvəldən-axıra qədər bütün şəhidlərin, siddiqlərin dövranını görüb. İnsan əqlini heyrətə salan budur ki, Allahın höccəti və danışan dili , yəni o kəs ki, “Heç vaxt həvayi-nəfs üzündən danışmır” belə buyurur: “Hüseyn (əleyhissalam)-ın günü kimi (müsibətli) bir gün yoxdur.”
    Məlum olur ki, 124 min peyğəmbərin günləri bu günün müqabilində əhəmiyyətsiz oldu: “Heç bir gün Hüseyn (əleyhissalam)-ın (müsibətli) günü kimi ağır ola bilməz!”
    Siz ki, buradasınız, sizin bəziləriniz fiqh və üsulun xaric dərsinin ustadlarısınız, bəziləriniz fəqahətin yüksək səviyyəsində ustadsınız. Siz gərək bunu başa düşəsiniz və başqalarına da başa salasınız. Həzrət “Heç bir gün Hüseyn (əleyhissalam)-ın (müsibətli) günü kimi ağır ola bilməz” - deyə buyuranda bütün dövranları və onlarda baş verən bütün hadisələri görüb sonra “Heç bir gün Hüseyn (əleyhissalam)-ın (müsibətli) günü kimi ağır ola bilməz” buyurur.
    Bu necə bir iş idi?! O həzrət nə etdi?!
    Bir kəlmədə xülasə olunur: Tovhid, məad, peyğəmbərlərin nübüvvəti, vəsilərin canişinliyi, bütün səmavi kitablar – hamısı Seyyidüş-şühəda (əleyhissalam)-ın qanına borcludur! Bu qan belə bir təsir qoydu!
    İmam Sadiq (əleyhissalam) Seyyidüş-şühəda (əleyhissalam)-ın əzadarları və zairləri üçün dua edir...
    Bu gün bir hədisi bəyan etmək lazımdır, onun şərhi adamın taqətini alsa da belə; lakin elmi səlahiyyəti olanlar gərək onda diqqət yetirsinlər.
    Hər şeyin əsası hikmət əsasındadır və mərifətin kökü gərək “qəti höccət” olsun. Bu rəvayət üç yolla nəql olunmuşdur: Siqətul-islam Kuleyni iki yolla, Şeyxul-mühəddisin Səduq isə bir yolla nəql etmişdir. Rəvayəti hazırda Şeyxin nəql etdiyi yolla oxuyuram – sənəd və mətnində diqqət etmək şərti ilə. Məclisimiz ümumi, avamyönlü məclis olmadığından gərək siz kamil mərifətlə silahlanasınız, camaatı da mənən dəyişdirərsiniz.
    Şeyxul-mühəddisin Səduq, atasından... Atası kimdir? Əli ibni Musa ibni Babəveyhdir ki, o, Şeyxin, Əllamənin və Nəcaşinin tərəfindən tövsiq edilmişdir. O da Səd ibni Əbdüllahdan. Səd ibni Əbdüllah kimdir? O, Şeyxut-taifənin, İbni Şəhr Aşubun və Əllamənin tərəfindən tövsiq edilmişdir. O da Yəqub ibni Yəziddən. O kimdir? O da Şeyxut-taifənin və rical elmində hamının etimad etdiyi bir nömrəli rical pəhləvanı Nəcaşi tərəfindən tövsiq edilmişdir. O da İbni Əbu Ümeyrdən; o, icma səhabələrindəndir ki, “ondan nəql olunan hədislərin səhihliyində bütün alimlər müttəfiq fikirdədirlər. O da Müaviyət ibni Vəhəbdən ki, o, Nəcaşi və Əllamə tərəfindən tövsiq edilmişdir.
    Sənədi belə bir sənəddir! Bu sənəd barədə elmi səlahiyyəti olanlar bilirlər ki, mərhum Şeyx Ənsari kimi alimlər can, qan, namus, mal-dövlət kimi ən dəqiq bəhslərdə – bütün “birinci müqəddimə”lərdə ehtiyatı əsas tutduqları (dərhal fətva vermədikləri) halda – bu sənəd əsasında qəti fətva verirlər.
    Mətni nədir? Müaviyət ibni Əbi Vəhəb deyir ki, İmam Əbu Əbdillah Cəfər ibni Muhəmməd (əleyhissalam)-ın yanına getdim, gördüm ki, səcdəyə düşübdür. Bu səcdədə elə cümlələr vardır ki, insan əqlini heyrətə salır! “Ey o kəs ki, kəraməti bizə məxsus etdi!”
    Yaxşı diqqət edin: haradan başlanır? Allah ilə danışır. Məsələ bu qədər mühümdür!
    يَا مَنْ‏ خَصَّنَا بِالْكَرَامَةِ وَ وَعَدَنَا الشَّفَاعَةَ وَ حَمَّلَنَا الرِّسَالَةَ وَ جَعَلَنَا وَرَثَةَ الْأَنْبِيَاءِ وَ خَتَمَ بِنَا الْأُمَمَ السَّالِفَةَ وَ خَصَّنَا بِالْوَصِيَّةِ وَ أَعْطَانَا عِلْمَ مَا مَضَى وَ عِلْمَ مَا بَقِي وَ جَعَلَ‏ أَفْئِدَةً مِنَ النَّاسِ تَهْوِي‏ إِلَيْنَا
    “Ey o Kəs ki, kəraməti bizə məxsus etdi, şəfaəti bizə vədə verdi, risaləti bizdə qoydu, bizi peyğəmbərlərin vərəsəsi qərar verdi, keçmiş ümmətləri bizimlə sona çatdırdı, vəsiyyəti (imaməti) bizə məxsus etdi, keçmişdəkilərin və gələcəkdəkilərin elmini bizə əta etdi, camaatdan bəzilərinin qəlbini bizə mehriban etdi.”
    Allah ilə raz-niyazda səkkiz məsələni demişdir ki, hər bir məsələ barədə çoxlu bəhslər vardır, lakin hazırda onları izah etməyə macal yoxdur.
    Bu kəlmələrdən sonra deyir:
    اغْفِرْ لِي وَ لِإِخْوَانِي وَ زُوَّارِ قَبْرِ أَبِي عَبْدِ اللَّهِ الْحُسَيْنِ بْنِ عَلِي
    “Məni, (dini) qardaşlarımı, Əbi Əbdillah Hüseyn ibni Əli (əleyhissalam)-ın qəbrinin zairlərini bağışla!”
    Bundan sonra artıq bir kəs üçün dua etmədi. Dediyim “inn” dəlili budur. Nə xəbər vardır?! Necə bir qovğadır ki, onun qəbrinin zairləri belə bir məqama çatmışdır?!
    Bundan sonra Allah dərgahında müəyyən sözlər dedi.
    Altıncı İmamın Rəbbul-ərbab ilə söhbət etdiyi yerdə hər bir əql öz dərk qüvvəsini əldən verir! Heyrətli məsələ o həzrətin dediyi bu cümlələrdir:
    وَ ارْحَمْ تِلْكَ الْعُيُونَ الَّتِي جَرَتْ دُمُوعُهَا رَحْمَةً لَنَا
    “Tərəhhüm üzündən bizə yaş axıdan gözlərə rəhm et!”
    O həzrətin dediyi “rəhm et” cümləsinin nə olduğunu bilirsinizmi? Onun Ərhəmər-Rahimin Allahdan istədiyi rəhmət Quranda buyurulan bu rəhmətdir:
    وَ رَحْمَتُ رَبِّكَ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ
    “Sənin Rəbbinin rəhməti onların topladıqları şeylərdən daha yaxşıdır.”
    O rəhməti Ərhəmər-Rahimin Allahdan diləyən bir şəxs belə bir rəhməti kimin üçün istəyir? Ümumiyyətlə, mən bəyan etməkdən acizəm!
    “Rəhmətən ləna – Bizə tərəhhüm üzündən yaş axıdan gözlərə!” cümləsində çox sözlər vardır. Yəni qabırğaları sınan o xanıma, siqt olunmuş Möhsünə, (səcdədə) yarılan başa, oxlanan boğaza məhəbbət üzündən yaş axıdan gözlərə rəhm et!
    Rəhm et o qəlblərə... Amma hansı qəlblərə?
    O qəlblərə ki, bizim müsibətimiz üçün od tutub yanarlar. Müsibət budur! Bu kimin kəlamıdır?!
    Hüseyniyyə şüarlarını qorumaq
    Fikirləşin: “Bizim müsibətimiz üçün od tutub yanarlar...” Görəsən nə olub?! Nə hadisə baş verib?! Bu əzadarlıqların (o müsibət müqabilində) mühüm bir şey olduğunu güman etməyin! Dünya da od tutub yansa, yenə azdır! Bilirsinizmi nə olub?!
    Vay olsun o kəslərin halına ki, bu şüarlara irad tuturlar!(6) Ayıq olun! Ey İran əhalisi! Bilin: Hüseyniyyə şüarlarını süstləşdirən ən kiçik kəlmə belə Xatəmən-Nəbiyyin (səlləllahu əleyhi və alih)-ın belini bükür! Bu əzadarlıqlar, bu sinə vurmaqlar, bu zəncir vurmaqlar gərək ən yüksək səviyyədə qorunub saxlansın! Bu məsələ oyun-oyuncaq deyildir! Bu kimin kəlamıdır: “(İlahi) Bizim üçün edilən son dərəcə kədərli ah-nalələrə rəhm et!” Bu bisavadlar qələt edib deyirlər ki, astadan ağlayın! (Bu hədisi buyuran) altıncı İmam, məzhəbimizin rəisidir. Hədis belə bir hədisdir.
    Fəqih kimə deyilir? İndi fəqih tapılmır! Fəqih Nainidir! Fəqih Burucerdidir! Fəqih Hairidir!
    Fəqih bunlardır ki, deyirlər: “Sinə vurun, zəncir vurun, qan da çıxsa, çıxıbdır!” Budur fəqih! Fəqahət budur!
    “Astadan ağla”?! Bu qələtlər nədir?!
    Səyhə! Səyhə nə deməkdir? Səyhə şivəndən ibarətdir.
    Sərxə nədir? Şiddətli səyhəyə (şivənə) “sərxə” deyilir. (7)
    Altıncı İmam buyurur: “Pərvərdigara! Bizim matəmimizdə camaatdan çıxan şivən səslərinə rəhm et:
    اللَّهُمَّ إِنِّي أَسْتَوْدِعُكَ
    “Pərvərdigara! Mən sənə əmanət tapşırıram...”
    Mühəqqiq Naini kimi belə bir böyük alim deyir: “Seyyidüş-şühəda (əleyhissalam) üçün sinə vurmaq, zəncir vurmaq – hətta qan çıxsa da belə, caizdir.”
    Burada caizlik dedikdə “mübah” mənasına olan caizlik deyildir. Siz fiqh əhlisiniz, baxın görün bu fətva kimin fətvasıdır?!
    Fətvanı verəndən sonra məzhəbin böyük şəxsiyyətləri, dinin böyük alimləri, o cümlədən “Müstəmsək” kitabının müəllifi Seyid Möhsün Həkim bu fətvanın altında yazır: “Bizim şeyximizin fətvası o qədər mötəbərdir ki, mənim kimi insanların imzasına ehtiyacı yoxdur.”
    Fəqih Şahrudi kimi bir şəxs (bu fətva barəsində) yazır: “Bu, haqdır və təhqiqin son dərəcəsindədir.”
    Bütün böyük alimlərin, habelə burada uyuşan və fəqahət sütunları olan digər alimlərin (nəzəri budur)! Bu Hairidir və bu da onun fətvasıdır!
    O da Burucerdidir ki, ondan soruşurlar: “Bizim şəhərimizdə bu zərihlərdən düzəldir, Aşura günü onun üstünə pərdə salır və ələm əvəzi çölə çıxarırlar. Bunun hökmü nədir?” O alim cavabında buyurur: “Hər şəhərdə əzadarlıq hansı qaydada keçirilirsə, gərək elə həmin qaydada da keçirilsin.”
    Məzhəbin fəqihləri bunlardır!
    O da həmin kəsdir ki, bədənə vurulan zərərlərlə əlaqədar bəhslərin hamısını diqqətlə araşdırmış, bütün hədisləri sənəd və dəlalət baxımından yoxlamış, bütün ilkin və ikinci dərəcəli ünvanları tədqiq etmiş, “la zərər” bəhslərinin hamısını arxada qoyduqdan sonra demişdir: “Bu yolda bu qədər zərər vurmağın heç bir eybi yoxdur.”
    Camaat gərək Aşura günü gözlərini fəqət Kərbəlaya diksinlər. Hara? O yerə ki, Mirza Şirazi kimi elm pəhləvanı, ikinci Mirza kimi bir şəxs – o kəs ki, yüzlərlə Bəlaği kimilər onun ən kiçik şagirdi olmağı ilə iftixar edirlər –Aşura günü başı açıq, ayaqyalın Tüveyric məhəlləsinin əzadarlıq dəstəsinə qoşularaq sinə vururdu. Budur fəqih! Budur ümmətin sənədi! Aşura günü gözləriniz ora dikilsin.
    Fatimiyyə günlərində qulağınız kimi dinləməlidir? O kəsi dinləsin ki, mərhum Ayətullah Milani, mərhum Ayətullah Xoi kimi şəxslər iftixar edirlər ki, onun elm süfrəsindən qidalanırlar! Onun sözlərinə qulaq asın. O nə deyir?
    (Əli (əleyhissalam) Fatimeyi-Zəhra (əleyha salam)-ın cənazəsini dəfn edərkən Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə xitabən dediyi sözləri mərhum İsfahani belə nəzmə çəkmişdir:)
    وَ لَسْتُ أَدْرِي خَبَرَ الْمِسْمَارِ سَلْ‏ صَدْرَهَا خَزِينَةَ الْأَسرَارِ

    “Mən bilmirəm mismarın xəbərlərini
    Onun sirlər xəzinəsi olan sinəsindən soruş!”
    Ölkədə gərək həm Aşura günü, həm də Cumadəs-sani ayının üçündə bütün heyətlər, sinə vuran dəstələr, zəncir vuran dəstələr – hamılıqla küçələrə çıxsın, o kəs üçün zəncir vursunlar ki, vücud aləminin alicənab şəxsiyyəti, imkan aləminin qütbü Əli ibni Əbi Talib (əleyhissalam) onun qəbrinin üstünə gələndə belə dedi:
    نَفْسِي عَلَى زَفَرَاتِهَا مَحْبُوسَةٌ يَا لَيْتَهَا خَرَجَتْ مَعَ الزَّفراتَ


    “Nəfsim (ruhum) ona çəkdiyim hıçqırıqlarla həbs olunub,
    Kaş nəfsim də (ruhum da) bu hıçqırıqlarla birlikdə çıxaydı!

    Uğurlu

    OK
  • Ana səhifə
  • Xəbərlər
  • Media
  • Bəyanlar
  • Seçilmiş bəyanlar
  • Dəftərxananın mərasim proqramları
  • Dərslər
  • Quran təfsiri
  • Şəri hökmlər
  • Şəri məsələlər
  • Şəri suallar
  • İstiftalar
  • Doğru yollar
  • Hekayələr
  • Tövsiyələr
  • Əxlaq və etiqadat
  • Nəşrlər
  • Əsərlər
  • Ağanın şerləri
  • Həyatı
  • Bizimlə əlaqə
  • Ofislər
  • Bizimlə əlaqə