• Həzrət Ayətullah əl-Uzma Vəhid Xorasaninin dəftərinin rəsmi saytı

    Imam Əbu Əbdillah Cə`fər ibni Muhəmmədin şəhadəti hadisəsi qarşıdadır. Qarşıda olan bu günün, eləcə də bu günün sahibinin – hər ikisinin əzəmətinin dərk olunması həm o zaman, həm də o zamanda baş verən hadisənin əzəmətinin dərk olunması, bütün fikirlərin dərk üfüqündən yüksəkdədir.


    Imam Sadiq (ə)-ın tövsiyələri və o həzrətin şəhadət gününün ildönümü Məzhəbimizin rəisi
    Imam Əbu Əbdillah Cə`fər ibni Muhəmmədin şəhadəti hadisəsi qarşıdadır.
    Qarşıda olan bu günün, eləcə də bu günün sahibinin –
    hər ikisinin əzəmətinin dərk olunması həm o zaman, həm də
    o zamanda baş verən hadisənin əzəmətinin dərk olunması,
    bütün fikirlərin dərk üfüqündən yüksəkdədir.

    Bismillahir-Rəhmanir-Rəhim
    Məzhəbimizin rəisi
    Imam Əbu Əbdillah Cə`fər ibni Muhəmmədin şəhadəti hadisəsi qarşıdadır.
    Qarşıda olan bu günün, eləcə də bu günün sahibinin –
    hər ikisinin əzəmətinin dərk olunması həm o zaman, həm də
    o zamanda baş verən hadisənin əzəmətinin dərk olunması,
    bütün fikirlərin dərk üfüqündən yüksəkdədir.
    Nə bir kəs həqiqi mə`nada bu məzhəbi tanımışdır,
    nə də bu məzhəbin sahibini.
    O həzrətdən bir cümlə, bir kəlam
    Bəşəriyyətin bütün dərdlərinin dərmanıdır.
    Elə bircə hədis kifayətdir ki, bütün bəşəriyyəti
    dünyəvi təhlükələrdən və axirət təhlükələrindən xilas edib
    Mələi-ə`lanın (mələkut aləminin) ən yüksək dərəcələrinə catdırsın.
    Imam Cə`fər Sadiq o zaman tanınar ki,
    o həzrətin kəlamlarının dərinlikləri dərk olunsun.
    O həzrətdən bir hədisi bəyan edirik ki,
    Şeyxut-taifə (Şeyx Tusi) onu "Əmali"-də nəql etmişdir.
    Hədis belədir…
    "Amandır, vərədən, düz danışmaqdan,
    əmanəti (sahibinə) qaytarmaqdan, qarın və cinsiyyət üzvünün iffətli, pak saxlanmasından ayrılmayın!
    (bunlara əməl edin ki, Cənnətin) ən yüksək dərəcələrində bizimlə birgə olasınız."
    Bu cümlələr bu qədər qısa olmaqla eyni zamanda
    hər bir kəlməsinin bir kitab şərhi vardır.
    Bu hədisin başa düşülməsinin müqəddiməsi bu cəhətə diqqət yetirməkdir…
    Qur`ani-məciddə bu məsələyə cox əhəmiyyət verilmişdir ki,
    insan kecmişinə nəzər salsın, görsün ki, nə idi və (hal-hazırda) nə olmuşdur.
    Əgər bu məsələ başa düşülsə, onda bu bir necə kəlmənin əzəməti aydın olacaqdır.
    (Uşağın) ana bətnindəki dövrü bir müqəddimə idi ki,
    bu bədənin nütfəsi o qaranlıqlarda… qarnın, bətn və uşaqlıq pərdəsində
    mərhələ-mərhələ yaranışdan sonra təkmilləşsin
    və bu dünya həyatının sərmayəsi olan bütün qüvvələr və əzalar
    bu nütfəyə verilsin.
    Həmcinin dünya ilə axirətin müqayisəsi
    ana bətninin dünya həyatı ilə müqayisəsi kimidir.
    "İnsana dünyadan elə bir vaxt (dövr) gəlibdirmi ki,
    (o dövrdə) zikr olunası (xatırlanası) bir şey olmasın?!
    Həqiqətən Biz insanı qarışıq nütfədən xəlq etdi
    və onu imtahan edib
    onu eşidən və görən qərar verdik."
    "Insana dünyadan elə bir vaxt gəlməyibdirmi ki,...
    Ümumiyyətlə, Allahın kəlamında bəyan üslubu insanın ağlını heyrətə salır.
    Inkari sual surətində bəşərin təfəkkürünü (qəflətdən) ayıldır.
    Nəticə budur… Sizin hamınız (kecmişinizə) qayıdın (nəzər salın),
    hər insan görsün, həyatının dəftərinin kecmiş səhifələrini vərəqləsin,
    nəhayət birinci vərəqə catsın,
    Ondan qabaq nə olduğunu görsün…
    "o dövrdə zikr olunası şey olmamışdır!" və bu insandan hec bir əsər-əlamət yox idi.
    Burada oturan hər bir kəs
    öz kecmişinə qayıdıb görsün,
    yüz il öncə bu insanların hamısından bir əlamət,
    bir nişanə var idi? Bunlar harada idilər?!
    Qəlbləri bu yolla ayıltdıqdan sonra buyurur…
    "Həqiqətən Biz Insanı qarışıq nütfədən xəlq etdik
    və onu imtahan edib
    onu eşidən və görən qərar verdik."
    Bu ayənin hər bir cümləsinin də dərin bəhsləri vardır.
    Bir kəlməsi bu müddəanın şahididir…
    Biz insanı qarışıq nütfədən yaratdıq.
    Bu qarışıq nütfə nə idi?!
    Bu qarışıq nütfə nə idi?!
    Bir hissəsi kişidən, bir hissəsi də qadından. Bu ikisi bu xilqətin mənşəyi oldu
    və sonra həmin nütfə ana bətninin qaranlıqlarında
    və o sonsuz elm diqqəti sayəsində,
    qeyri-məhdud qüdrət və
    sonsuz hikmətdən bu surətə düşdü…
    görən, eşidən, qüdrətli, elmli,
    idrak ücün o əsəb damarları ilə, o qədər mürəkkəb dəsgahlarla dolu olan bir beyin,
    görmək ücün o qədər qatlardan ibarət olan göz,
    eşitmək ücün o qədər mürəkkəb dəsgaha malik olan qulaq,
    elə bədən üzvləri ki, onların hər biri min illər
    bəşərin düşünən mütəfəkkirləri tərəfindən tədqiq edilir,
    amma hələ bircə dərinin də sirlərindən baş aca bilməmişdir.
    O ki qala o sirlər ki, beyində, qəlbdədir.
    Ana bətni kimi qaranlıq, zülmətli bir yerdə bədən orqanizmini, qüvvələri belə qərar verdi.
    Həmin zülmətlərdə əgər o nütfə idraka, şüura malik olsaydı,
    şübhəsiz, bu məsələ onun ücün cox problem olardı ki…
    mənə qarşı rəva görülən bu rəftarların səbəbi nədir?!
    Axı burada mənim bu beyinə ehtiyacım yoxdur!
    Axı mənim ana bətninin bağlı pərdəsində bu gözə ehtiyacım yoxdur!
    Burada bir səs yoxdur ki, qulağa ehtiyacı olsun!
    Yemək yoxdur ki, həzm sisteminə ehtiyacım olsun!
    Hava yoxdur ki, ağciyər lazım olsun!
    Söz yoxdur ki, dilə ehtiyac olsun!
    Amma O, bunların hamısını mənə verdi,
    bu aləmə gəldikdən sonra aydın oldu ki,
    əgər bu göz orada hazırlanmasaydı, burada nələrdən məhrum olardı!
    Əgər bu qulaq orada verilməsəydi, burada hansı səsi eşidərdi?!
    Əgər bu dil ana bətnində bu ağızda qoyulmasaydı, burada necə danışardı?!
    Bizim dünyadakı vəziyyətimizin axirətlə müqayisəsi də eynilə belədir…
    ruhumuz da, beynimiz də, qarışıq nütfədən yaradılmışdır.
    Əql və şəhvət qüvvəsi - hər ikisi bizim ruhumuzun mayasında tərkib edilmişdir.
    Bu dünya ruhun bətnidir, necə ki,
    ana bətni bizim orqanizmimizin bətni idi.
    Dünya bizim ruhumuzun, canımızın bətnidir.
    Peyğəmbərlər, mürsəllər ruhun nütfəsinin qüvvə və əzalarının əbədi aləm həyatı ücün tərbiyəci qüvvələridir.
    Imamın bəyanını o kəs dərk edə bilər ki,
    bu həqiqəti dərk etmiş olsun.
    Dünyada bu nütfəyə - yə`ni insanın ruh nütfəsinə
    göstəriş verirlər ki, ağlı elm ilə pərvəriş ver, gücləndir,
    iradəni imanla gücləndir,
    əxlaqi rəzalətləri (özündən) uzaqlaşdır,
    gözəl əxlaqi səciyyələri cəlb elə,
    Necə ki, o uşaq ana bətnində heyrətdə qalmışdık əgər şüuru olsaydı və bilsəydi ki,
    bu göz, qulaq, dil nə ücündür,
    burada da heyrətdədir ki, görəsən
    beş vaxtda qılınan namaz nə ücündür?!
    Görəsən günaha aludə olmağın qarşısını almağın səbəbi nədir?!
    Görəsən düz danışmağa və
    əmanəti (sahibinə) qaytarmağa dair bu qədər tə`kid nə ücündür?!
    Nə qədər ki, dünyanın ana bətnindədir, (bunların səbəbindən) xəbəri yoxdur.
    Birinci təvəllüd bizim bədənimizin təvəllüdü ki,
    ana bətnindən bu dünyaya gəldi.
    Ikinci təvəllüd bizim ölümümüzdür ki,
    dünyanın ana bətnindən əbədi axirət aləminə nəql olunuruq.
    Orada mə`lum olacaqdır ki, bu (şər`i) göstərişlər nə ücün imiş.
    O kəs ki, burada namazı tərk etmişdir, ruhu bu bədənindən
    ayrılmaqla eyni zamanda kor və lal olur.
    Nə ücün? Sirri nədir?
    Səbəbi budur… Namazı tərk edən bir kimsə
    istər-istəməz onun ruhunun gözü kordur.
    Canının dili laldır.
    Nə ücün namaz aradan gedəndə, ruhun gözü kor olur?
    Nə ücün nəfsin dili lal olur?
    Sirri budur… bütün kainatın vücud aləminin bütün zərrələri -
    bu bədənin hüceyrələrindən kəhkəşanlara qədər
    hamılıqla Həyy (diri) Qəyyum Allahın elm, qüdrət və hikmətinə şahiddir.
    Bunların hamısı bütünlüklə
    tərkibləri, nizamları
    Rəbbul-ərbabın (Allahın) elm, qüdrət və hikmətini göstərir.
    O kəs ki, görmür, hətta bədənin gözü bu rəngləri görsə də,
    amma ruhunun gözü Allahın elm, qüdrət və hikmətinin ayə və nişanələrini görmür.
    Istər-istəməz nəticəsi bu olur ki,
    bu aləmdən gedən kimi,
    ruh bu bətndən cıxan kimi
    kor olduğunu dərk edir.
    O namaz Allaha zikrdir.
    Allaha zikr ruhun dilidir.
    Bu dünya həyatında (belə bir dili) olmayıbsa,
    bu aləmdən gedən kimi lal olur.
    Əgər bu məsələ düşünüldüsə… necə ki,
    ana bətni və bu xilqət bədən üzvlərinin xilqətində lazım idi,
    dünya anasının bətni də lazımdır. Qüvvələrin tərkib və tənzimi, insan ruhunun əzaları
    o əzaların tərkib və tənzimi də bədən ücün dünyada,
    bu əqaid, əxlaq və imanın tərtibi də insan ruhunun axirət dünyasındakı həyatı ücündür.
    O zaman (insan bunlardan) başa düşər ki,
    "Cə`fəri" məzhəbi nədir, bu məzhəbi rəisi kimdir!
    Onun barəsində iki cümlə kifayətdir… Bir cümlə Xatəm (s)-in özündən,
    bir cümlə də o həzrətin – bu günlərin sahibi olan övladından.
    Amma o həzrətin özü buyurur… "Məndən deyildir...
    Yaxşı diqqət yetirin! Xatəmun-Nəbiyyin kimdir?!
    O kəsdir ki, (Qur`anın buyurduğu kimi) "Biz səni, aləmlərə rəhmətdən başqa bir ünvanla göndərmədik!"
    Belə bir kimsə, belə bir şiddətlə burada bu kəlməni buyurur…
    "Namazı yüngül sayan (ona əhəmiyyətsiz yanaşan) kəs məndən deyildir."
    Ikinci cümlə insanı dəhşətə gətirir. O cümlə budur…
    "Kövsər hovuzunda mənim yanıma daxil olmazk yox, Allaha and olsun (daxil olmaz)!"
    And, özü də aləmin birinci şəxsi tərəfindən Allahın cəlal (adına) icilirk
    "Namazı yüngül sayan bir kəs :övsər hovuzunda mənim yanıma daxil olmaz!"
    Bu, o həzrətin kəlamıdır.
    Bu günlərin sahibinin bəyanı da budur…
    Əbu Bəsir deyir ki, altıncı imamın şəhadətindən sonra
    o hərəmin xanımı Ümmü Həmidəyə başsağlığı vermək ücün getdim.
    Altıncı imamın şəhadətinin başsağlığını verdikdə, buyurdu…
    Ey Əbu Bəsir! Əgər can verdiyi anlarda burada olsaydın,
    cox qəribə şeylər görərdin.
    Dünyadan getmək istədiyi zaman... Cə`fər ibni Muhəmmədin can verdiyi anlar...
    Məsələnin təsəvvürü bizim dərkimizdən cox-cox yüksəkdədir. Yə`ni o anlarda ki,
    124000 peyğəmbərin ruhları gəlib, onun ruhunu Mələi-ə`laya aparmaq istəyir,
    belə bir həyəcanlı zamanda göstəriş verdi və buyurdu ki,
    "Mənimlə hər hansı əlaqəsi, qohumluğu olanların hamısını bura cağırın. Hec kəs qalmasın."
    Onların hamısını cağırdıq. Hamı oraya yığıldıqdan və hec bir kəsin qalmadığı bir zaman
    bu cümləni buyurdu…
    "Bizim şəfaətimiz namazı yüngül sayan (ona əhəmiyyətsiz yanaşan) bir kəsə catmayacaqdır ."
    Əvvəldə dediyimiz kəlam xatəm Peyğəmbərin, bu isə məzhəbin rəisinin sözüdür.
    Bu qədər tövsiyənin əzəmətini kim dərk edir? Nə ücün?
    Bəşəriyyətin bütün intizarı, təvəqqesi nədir?
    Intizarı budur ki, (catmaq istədiyi) hər bir məqama, (catmaq istədiyi) hər kamala nail olsun.
    Yaxşı diqqət yetirin, bu kəlmələrin sirrini başa düşəsiniz.
    Hər bir insanın bütün intizarı budur. Insanın xasiyyəti budur ki,
    hec bir məqamdan, hec bir kamaldan doymur.
    Əgər dünyəvi işlər yoluna düşsə, tamahı dünyada hec bir nöqtədə dayanmır.
    İnsanın ruhu hər bir şeyi tapsa da,
    "yenə varmı?" - deyə soruşur.
    Əgər elm və hikmətə nail olsa,
    hər şeyi başa düşsə, yenə də ondan yüksəkdə olan mərhələni axtarır.
    Insan fitrətinin xasiyyəti budur.
    Bu fitrət ona görədir ki,
    insan kamali-mütləqə və mütləq kamala nail olsun.
    Oraya catmayınca hec vaxt aramlıq tapmır.
    Yalnız ora catandan sonra aramlaşır.
    Qur`anı oxuyun və başa düşün.
    "O kəslər ki, iman gətirərlər və qəlbləri Allahın zikri ilə aramlıq, xatircəmlik tapar...
    Agah olun ki, qəlblər yalnız Allahın zikri ilə qəlblər aramlıq tapar."
    Oraya catan zaman artıq aramlıq tapır. Nə ücün?
    }ünki Allaha catdıqda bu xilqətin əsas hədəfinə,
    mütləqül-kamala və kamali-mütləqə nail olur.
    Imam Hüseynin Allahla danışığını iki cümlədə xülasə edir…
    "Səni tapan nəyi itirib?!
    Səni itirən nəyi tapıb?!"
    Buna görə Peyğəmbər buyurur… "Namazı yüngül sayan (ona əhəmiyyətsiz yanaşan) kəs məndən deyildir."
    Altıncı Imamın da can verən anlardakı vəsiyyəti budur…
    "Bizim şəfaətimiz namazı yüngül sayan (ona əhəmiyyətsiz yanaşan) bir kəsə catmayacaqdır ."
    Bunun sirri budur ki, namaz bəşəriyyəti Allaha catdırır və (bununla da)
    xilqətin əsas hədəfi həyata kecir.
    Buna görə də Cə`fəri məzhəbi və altıncı imamın bəyanlarının dərinliyi o kəslər ücün aydın olur ki,
    xilqətin müxtəlif yönlərini, incəliklərini, vücudun sirlərinin hamısını başa düşsünlər,
    o zaman başa düşərlər ki, bu kəlmə nə deməkdir!
    Əvvəldə dörd kəlmə barəsində danışdıq.
    "Amandır, bunlardan ayrılmayın!" Həzrətin bu bəyanı "Sizə olsun!"
    "Əla" tə`birin özünün bəhsi vardır və indi (bəyan etməyə) vaxt yoxdur.
    "Sizə olsun vərə" ("Amandır, vərədən ayrılmayın!) Vərə nədir?
    Vərə budur ki, özünü
    Allahın haram buyurduqlarından qoruyub saxlayasan.
    Bu birinci kəlmə. Ikinci kəlmə isə…
    Bu yığıncaqdan elə bu bir hədisi əxz edin, sonra görün tə`siri nədir!
    Ikinci kəlmə isə düz danışmaq.
    Bu dildən yalan söz cıxmasın.
    Dil – sidq dili olsun. Bu da ikinci kəlmə.
    Ücüncü kəlmə… Əmanəti qaytarmaq…
    Gərək səndən əmanətə xəyanət baş verməsin.
    Dördüncü kəlmə… Qarın və cinsiyyət üzvünün iffətli, pak olması.
    Bu dörd kəlmə - bəşərin səadətinin dörd sütunudur.
    Amma o vərə, ruhu hər növ aludəliklərdən təmizləyir, saflaşdırır.
    Bu bədəni mikrobların müqabilində müqavimətli etmək lazım olduğu kimi,
    vərə də ruhu əbədi həyatın kökünü yandırıb xarab edən
    hər şey qarşısında tə`minat verir.
    Bu, imamın birinci kəlamıdır,
    Ikinci kəlamı budur ki, dilin yalan şeylərə aludə olmasın, bulaşmasın.
    Bu cümlə qovğa edir. Əgər dil düz olsa, qəlb də düz olar,
    Əgər dil dil əyri olsa, qəlb əyri olar.
    Düz danışmayan dil əyri qəlbdən xəbər verir.
    Sadiq qəlb sadiq dili tələb edir. Bu da ikinci kəlam.
    Ücüncü kəlmə - əllər xəyanətə aludə olmasın,
    əl, əmanətdar əl olsun.
    Qurban olum bu din rəhbərlərinin sözlərinə!
    Dördüncü imam buyurur ki,
    "Əgər atam Seyyidüş-şhədanın qatili
    atamın başını kəsdiyi qılıncı mənə əmanət versə,
    (yenə də) onun əmanətinə xəyanət etmərəm."
    Cə`fəri məzhəbi bax budur! Bu da ücüncü cümlə.
    Dördüncü cümlə isə qarnın pak saxlanmasıdır. Bu kəlmənin tə`siri nədir?
    Ruh ilə bədən bir-birinə bağlıdır.
    Ruh ilə bədən arasında dərin və qarşılıqlı tə`sir vardır ki,
    ruh həm (bədənə) tə`sir edir, həm də (ondan) tə`sirlənir.
    Bədən də həm ona tə`sir qoyur, həm də ondan tə`sirlənir.
    Bədən həm ruha tə`sir qoyur, həm də ondan tə`sirlənir.
    Digər tərəfdən də, ruh bədəndən tə`sirlənir, həm də ona tə`sir qoyur.
    Insanın yediyi haram tikə haram fikir yaradır.
    Buna görə də buyurur ki, dördüncüsü, qarının pak saxlanması.
    Axırıncı kəlmə isə cinsiyyət üzvünün iffəti, paklığıdır.
    Əgər bir kəs qarnın və cinsiyyət üzvünün şəhvətini zəncirləsə,
    o zaman əql ilahi nurlarla nuraniləşir,
    düzdanışan, sadiq dil, əmanətdan əl,
    qarın və cinsiyyət üzvünün pak saxlanması.
    və Allahın haram buyurduğu bütün əməllərdən uzaq olmağın nəticəsi nədir?
    Hər kəs bu dörd göstərişə əməl etsə,
    "Cənnətin ən yüksək dərəcələrində, ə`la-illiyyində bizimlə birlikdə olacaqdır."
    Bir hədisdir, onu dedim. Hamınız fikirləşin…
    Əgər bu ölkədə bu hədisə əməli olunsa,
    cəmiyyət necə (ideal) olar?!
    Yəni əgər bu camaatın hər bir üzvü altıncı Imamın bir cümləsinə əməl etsə,
    bir hədisi əsasında rəftar etsə, bu ölkədə necə qovğa olar?!
    Vərə, düz danışmaq, əmanəti (sahibinə) qaytarmaq,
    qarının və cinsiyyət üzvünün paklığı... Bu halda artıq ölkədə fəsad qalmaz,
    başdan-başa o ideal cəmiyyət ki, Əflatunun onun arzusu ilə öldü,
    o ideal cəmiyyəti Imam Cə`fər Sadiqin bir hədisi təşkil edir.
    Bu, dünya həyatıdır, amma axirət həyatında da…
    "Cənnətin ən yüksək dərəcələrində, ə`la-illiyyində bizimlə birlikdə olacaqdır."
    Hər kəs bu dörd göstərişə əməl etsə,
    Imam Cə`fər Sadiq ilə bir yerdə olacaq, özü də ə`la illiyyində.
    Şeyyidüş-şühəda ilə xuldu-bərin məqamında bir yerdə olacaqdır,
    Bu, hələ məzhəb rəisinin bir hədisidir. Onun bütün bəyanlarının hamısı nədir!
    Buna görə də Imam Sadiqin kim olması bilinmədi.
    Bəyanı mümkün deyildir ki, o kim idi, nə etdi, nə buyurdu...
    Iki kəlmə deyirəm, onun barəsində bir ömür fikirləşin…
    O, Allah ilə nə etdi, Onun bəndələri ilə nə etdi?!
    Əgər camaat (bunu) başa düşsələr, Imam Cə`fər ibni Muhəmmədin şəhadət günündə
    gərək bütün ölkə bir nəfər kimi şivən etsin,
    belə bir bəşərin matəmində, o həzrətin şəhadət günündə gərək bütün Iran ölkəsi təlatümə gəlsin!
    Bu bəşərin nümunəsi aləmin hansı bir yerində görünüb?
    Bir nəfər o həzrətin hüzuruna gəlib hacət dilədi,
    Imam ona 400 dirhəm pul verdi - 400 misqal gümüş pul.
    Onları alıb evdən cıxmaq istəyəndə həzrət buyurdu…
    Qayıt! O kişi qayıtdı. Dedi…
    Yəbnə Rəsulillah, hacətimi dedim, sən də əta elədin,
    yenidən niyə məni cağırdın? Buyurdu…
    "Ən yaxşı sədəqə odur ki, fəqiri ehtiyacsız (zəngin) etsin."
    Budur Imam Sadiq!
    "Ən yaxşı sədəqə odur ki, fəqiri ehtiyacsız (zəngin) etsin."
    Sən 400 dirhəmlə ehtiyacsız olmadın.
    Bu üzüyü al, qiyməti on min dirhəmdir,
    bundan sonra gərək həyatının axırına qədər ehtiyac üzündən kiminsə qapısına getməyəsən.
    Onun Allah bəndələri ilə olan davranışı bax budur.
    Allah ilə rəftarı necə? Allah ilə rəftarı belədir…
    Namaza başladı. Özü buyurur ki, o qədər "iyyakə nə`budu və iyyakə nəstəin" dedim ki,
    axırda bu ayənin özünü ayəni deyəndən eşitdim.
    Bu onun məxluq ilə, o da Xaliq ilə rəftarı.
    Belə bir kimsə məzhəbin rəisidir. Onun şəhadət günü elə bir gündür ki,
    belə bir insan aramlıq tapdı, özü də harada?
    Indi bax, gör "Bəqi"də, o viranə olunmuş qəbirdə necə bir xəzinə uyuşur?!
    O kəs ki Allah və Onun məxluqu ilə belə rəftar edir,
    bu bəşər vücud aləminin hakimi, fərman verənidir.
    Ibni Şəhraşub və siqətul-islam Kuleyni, Cəmil ibni Durracdan belə nəql edir…
    Mən o həzrətin hüzurunda idim, bir qadın gəldi və dedi…
    Ey Peyğəmbərin övladı, oğlum dünyadan gedib, nə edim?
    Sonra o qadına belə göstəriş verdi…
    Get 2 rəkət namaz qıl, sonra bu duanı oxu və bu kəlmələri de…
    Pərvərdigara, Sən ki bu oğlanı mənə bağışlamışdın, yenidən mənə bağışla.
    Həmin cümləni o qadına buyurdu. Qadın getdi, bir azdan şad halda qayıtdı.
    Dedi… Ey Peyğəmbərin övladı, getdim 2 rəkət namaz qıldım, sonra dedim ki,
    ey o Kəs ki, (uşağı) mənə bağışlamışdın, onu yenidən bağışla.
    Əlimi onun bədəninə vurdum, uşaq dirildi.
    Bunun mə`nası nədir?! O iş ki, Isa ibni Məryəm əncam verirdi.
    "Isa Allahın ruhu, Onun tərəfindən olan bir kəlmədir, adı da Məsih Isa ibni Məryəm" …
    O iş ki, Isa əncam verirdi, Imam Cə`fər Sadiqin
    nəfəsi dəyən bir qadın da Isanın işini görür.
    Buna görə nə bu məzhəb, nə də onun rəisi tanınmışdır.
    Elə bir iksirdir ki, nəinki özük (cünki) özü bu şeylərdən cox-cox yüksəkdədir.
    O əgər istəsə, bir kəlmə ilə bütün aləmi alt-üst edə (bilə)r.
    Onun hüzuruna gələn qadına dəyən nəfəsi, eynilə bir iksirə bənzəyir ki, bir filizə dəyəndə,
    bir filizə dəyəndə, nəinki onu qızıla cevirir, (üstəlik) o filizi iksirə cevirir.
    Onun nəfəsi bu qadına dəydi, qadın gedib ölünü diriltdi.
    Sonra Imam buyurdu ki, bu məsələni hec kimə demə.
    InşaAllah bütün camaat, əl-ələ versinlər,
    Aşura günü kücələrə cıxan hec bir hey`ət qalmasın, hamılıqla
    altıncı Imamın şəhadət günü kücələrə cıxsınlar,
    Ta ki, bütün dünyaya mə`lum olsun ki, bu ölkə kimin bayrağı altındadır.
    O elə bir kəsdir ki, Peyğəmbər onun adını tə`yin etmiş və buyurmuşdu…
    "O ki, dünyaya gəldi, Sadiqdir."
    Imam Zeynul-abidin buyurur… "Onun səma əhlinin nəzərində adı Sadiqdir."
    Sadiq kəlməsinin müfəssəl şərhi vardır ki, bu mətləb bizim dərk və təfəkkürümüzün fövqündədir.
    Pərvərdigara, Öz vəlin (dostun) Höccət ibnil-Həsən ücün – Sənin salam-salavatın ona və onun ata-babalarına olsun! – bu anda və bütün anlarda qəyyum (himayəci), hifz edən, rəhbər, köməkci, yol göstərən və "göz" (nəzarətci) ol, tainki onu Yer üzündə (hamının) ona rəğbət üzündən itaət etdiyi halda məskunlaşdırasan, və onu yer üzündə uzun müddət (ne`mətlərdən) bəhrələndirəsən.

    Uğurlu

    OK
  • Ana səhifə
  • Xəbərlər
  • Media
  • Bəyanlar
  • Seçilmiş bəyanlar
  • Dəftərxananın mərasim proqramları
  • Dərslər
  • Quran təfsiri
  • Şəri hökmlər
  • Şəri məsələlər
  • Şəri suallar
  • İstiftalar
  • Doğru yollar
  • Hekayələr
  • Tövsiyələr
  • Əxlaq və etiqadat
  • Nəşrlər
  • Əsərlər
  • Ağanın şerləri
  • Həyatı
  • Bizimlə əlaqə
  • Ofislər
  • Bizimlə əlaqə