1-Cinsi yaxınlıq; bu şərtlə ki, kişinin aləti dəllək kəsən yerə qədər və ya ondan da artıq daxil olmuş olsun – istər qabaqdan, istərsə də arxadan. Bu halda hətta məni (sperma) xaric olmasa da, həm kişi, həm də qadın cünub olurlar.
2-Məninin xaric olması ilə – istər yuxuda, istərsə də oyaqlıqda; istər az olsun, istərsə də çox; istər şəhvətlə xaric olsun, istərsə də şəhvətsiz; istər ixtiyarla xaric olsun, istərsə də ixtiyarsız. Amma əgər qadından bir yaşlıq xaric olsa və məni, yoxsa başqa şey olduğunu bilməsə, bu halda bu yaşlıq cinsi ləzzətin yüksək həddində xaric olubsa, (şəhvət üzündən inzal), məni hökmündədir və cənabət qüslü ona vacib olur.