• Həzrət Ayətullah əl-Uzma Vəhid Xorasaninin dəftərinin rəsmi saytı

    Mübarək Ramazan ayı – samit Quranın nazil olması və natiq Quranın süud etməsi (Allah dərgahına yüksəlməsi)

    10 October 2004 ۲۶ شعبان المعظّم ۱۴۲۵ 10 October 2004

    00:00:00

    Mübarək Ramazan ayı – samit Quranın nazil olması və natiq Quranın süud etməsi (Allah dərgahına yüksəlməsi)


    Mübarək Ramazan ayı – samit Quranın nazil olması və natiq Quranın süud etməsi (Allah dərgahına yüksəlməsi)

    بِسمِ الله الرَحمنِ الرَحیم
    الحمد لله رب العالمین وصلی الله علی سیدنا محمد وآله الطاهرین سیما بقیة الله في الأرضین واللعن علی أعدائهم إلی یوم الدین

    Qırmızı iksir – dinin fiqhidir
    Məsələləri başa düşmək onları əzbərləməkdən tamamilə başqa şeydir. Mühüm məsələ budur: insanda elə bir qüdrət əmələ gəlsin ki, həqiqətlərin qabığını soyaraq onun məğzini çıxara bilsin. Bu məqam qırmızı iksirdir və fiqhin həqiqəti də budur: “لِيَتَفَقَّهُوا فِي الدِّينِ” - “ki, dində təfəqqüh etsinlər.”
    Dinin fiqhi ifadəsindən bəzi hallarda “rəvayətin dirayəti” kimi təbir edilir. Bəzən isə Əhli-beyt ◊-ın kəlamlarındakı incəliklərin dərk olunması kimi təbir edilir. Elm əldə etməyin son məqsədi bu həddə çatmaqdır.
    Təsbih sayılan nəfəslər, ibadət olan yuxular
    Peyğəmbəri-əkrəm —-in mübarək Ramazan ayı barəsində olan təbiri insanı heyrətə salır! Biz onun bir kəlməsinə işarə edirik: “أَنْفَاسُكُمْ فِيهِ تَسْبِيحٌ وَ نَوْمُكُمْ فِيهِ عِبَادَةٌ” - “Ondakı nəfəsləriniz təsbihdir, ondakı yuxularınız ibadətdir.”
    Bu kəlmələri hamınız oxuyursunuz; amma görəsən onlarda necə incə məsələlər vardır?
    Nəfəs çəkmək qeyri-ixtiyari bir məsələdir, ixtiyarsız olaraq gəlir və gedir. Yuxu da qeyri-ixtiyari bir şeydir, o gələndə insanın bütün qüvvələrini təsirdən salır.
    Bu ayda necə bir qüdrət vardır ki, qeyri-ixtiyari şeyləri ixtiyari məsələlərə çevirir?! İcbari şeyləri dəyişdirir, özü də insan əqlini heyrətə salan bir şəkildə?!
    Təsbih – Allah barəsindəki mərifətin ən yüksək həddidir
    İlahi mərifətin ən yüksək həddi təsbihdir:
    سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى * الَّذِي خَلَقَ فَسَوَّى
    “Ən yüksək məqamlı Rəbbinin adına təsbih de (Onu hər növ eyib və nöqsandan pak-pakizə bil), o Rəbb ki, xəlq etdi, sonra nizama saldı.” Məhz buna görə də təsbih demək rükuda və səcdədə müəyyən olunmuş vəzifədir.
    İndi görəsən, təsbihin özünün həqiqəti nədir? Əfsus ki, biz bu həqiqətlərə lazımi şəkildə üz gətirmədik, bu kəlmələrdə necə gövhərlərin olduğunu başa düşmədik!
    Yaxşı-yaxşı diqqət edin: “təsbihati ərbəə”də –سُبْحَانَ اللَّهِ وَ الْحَمْدُ لِلَّهِ وَ لاَ اِلـٰهَ اِلاَّ اللَّهُ وَ اللَّهُ اَكْبَرُ – (subhanəllah, vəl-həmdu lillah, və la ilahə illəllah, vəllahu əkbər) kəlmələrin ən tamı tövhid kəlməsi (la ilahə illəllah) olduğuna, paklıq və islamın tövhid kəlməsinə bağlı olduğuna baxmayaraq, heç fikirləşmisinizmi nə üçün onda təsbih kəlməsi (subhanəllah) əvvəldə gəlir?
    Hikmət qapıları “müsəbbəhat” surələrində
    Quranda müəyyən surələr “müsəbbəhat” surələri adlanır. Bu surələrin hamısı “təsbih”lə başlanır. Bu surələrdə necə həqiqətlər vardır?!
    سَبَّحَ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ
    “Asimanlarda və yerdə olanların hamısı Allaha təsbih dedi.”
    سَبَّحَ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ
    “Asimanlarda olanlar və yerdə olanlar Allaha təsbih dedi.”
    Həmçinin:
    يُسَبِّحُ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ
    “Asimanlarda olanlar və yerdə olanlar Allaha təsbih deyir.”
    Təbirlər də üç qisimdir: Bir qismi keçmiş zaman formasındadır, “Hədid” surəsində olduğu kimi; bir qismi indiki zaman formasındadır, “Cümə” surəsində olduğu kimi, bir qismi də əmr formasındadır:
    سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى
    “Ən yüksək məqamlı Rəbbinin adına təsbih de!”
    Heyətlər üç qisimdir: keçmiş zaman, indiki zaman və əmr forması. Bu maddə (hər üç felin kökü) bu üç heyətdə gəlmişdir və hər birində hikmət qapıları vardır.
    Mübarək Ramazan ayının iksiri ilə nəfəsin təsbihə çevrilməsi
    Mübarək Ramazan ayında iksir xasiyyəti əmələ gəlir. İksir nə deməkdir? İksir bir əməldir ki, onun məhsulu hər nəyə toxunsa, kimya olur (qızıla çevrilir). Bu nədir ki, zatı dəyişdirir?! Bir toxunmaqla cövhəri zat baxımından tamamilə dəyişdirir?!
    Bu, həmin qırmızı kibritdir ki, rəvayətlərdə ona işarə edilmişdir. İmam Sadiq ◊-ın şagirdlərindən biri onu bilirdi: Cabir ibni Həyyan. O, kimya elminə sahib olmuşdu və İmam ◊ ona iksir düzəltməyi öyrətmişdi. (1)
    Bu, iksirin xasiyyətidir: dəmirə dəyəndə onu qırmızı qızıla çevirir, halbuki dəmirin tərkibinin dəyişməsi üçün dəmir mədənində onun milyardlarla il qalması gərəkdir.
    Mübarək Ramazan ayının xassəsi budur: nəfəsləri təsbih edir; təsbih deyilmədiyi halda nəfəs təsbihə çevrilir!
    Nəfəsin təsbihi ilə Allah tərəfindən nəfəsin təsbihə çevrilməsi arasındakı fərq
    Təsbih iki qisimdir: bəzən adamın özü təsbih deyir, bəzən isə Allah insanın nəfəs almasını təsbihə çevirir. Bunu yaxşı-yaxşı dərk edin! İnsanın özü təsbih deyəndə, bu onun öz işi və onun özü ilə mütənasib olur. Amma Allah nəfəsi təsbihə çevirəndə, əql o təsbihin əzəmətini dərk etməkdə heyrətdən donub qalır: “أَنْفَاسُكُمْ فِيهِ تَسْبِيحٌ” “Bu ayda nəfəsləriniz təsbihdir.” Bu, birinci ünvandır.
    Təsbihə çevrilən nəfəsdə Allahı yad etmək
    Amma əgər bir kəs tövfiq tapsa və təsbihə çevrilən bu nəfəsi öz ixtiyarı ilə Allaha zikrdə sərf etsə, onda o zikr nə olacaqdır? O zikr sair zikrlərlə müqayisə olunası deyildir!
    Mühüm budur: Bir dəfə mənim nəfəsim “la ilahə illəllah” olur, bir dəfə də Allahın düzəltdiyi “subhanəllah” (çevrilib) “la ilahə illəllah” olur. Onun maddəsi “subhanəllah”dır, amma surəti “la ilahə illəllah”dır!
    Təsbihə çevrilən nəfəsin camaatın təbliğinə məşğul olması
    Bundan da mühüm məsələ budur ki, mübarək Ramazan ayında təsbihə çevrilən həmin nəfəs bir cahil şəxsə yol göstərilməsinə, bir qafilin qəflətdən oyadılmasına, yolunu azmış bir şəxsin hidayətinə sərf olunsun. Bu fərzdə artıq bütün yazanlar bu əməlin əcr və savabını yazmaqdan acizdir!
    Dini təbliğ etmək üçün bir şəhərə, bir kəndə gedənlər bu gün deyəcəyim şeylər barədə yaxşı-yaxşı fikirləşsinlər, sonra başa düşsünlər ki, hara gedirlər, nə edirlər və bu iş üçün necə hazırlaşmalıdırlar.
    Allah dərgahında heç bir məqam yolunu azmış bir adamı hidayət edən şəxsin məqamından üstün deyildir. Allah dərgahında heç bir mənsəb Allaha yad olan bir şəxsi Onunla tanış etməkdən üstün deyildir. Allah yanında heç bir əməl Əmirəl-möminin Əli ◊-ın imaməti yolundan azmış bir şəxsi Allahın ən böyük yolu olan bu yola qaytarmaqdan da üstün və şərafətli deyildir.
    Evin bir küncündə yatmış olan bir şəxsin təsbihə çevrilən nəfəsi (təbliğə gedib) bir abadlıqda bu işlərə məşğul olsa: namazını tərk edən bir şəxsi namaza qaytarsa, Allahdan qafil olan bir şəxsə Allahı xatırlatsa, onda hansı məqama malik olar?!
    Qiyamət günü həm yaxşı insanların, həm də pis insanların həsrəti
    Quranda bir ayə vardır ki, mərhum Təbərsi onun təfsirində insanı heyrətə salan bir cümlə demişdir. Ayənin özü dərk edənlər üçün kafidir:
    وَ اَنْذِرْهُمْ يَوْمَ الْحَسْرَةِ اِذْ قُضِيَ الْاَمْرُ
    “Onları həsrət günündən qorxut, o zaman ki, iş bitmiş olar.”
    Təbərsi bu ayənin təfsirində deyir: “O gündə hər yaxşı əməl sahibi də həsrətdədir, hər pis iş sahibi də həsrətdədir.” (2) Qəribəsi budur ki, həm yaxşı insanlar həsrətdədirlər, həm də pislər! Pis insan ona görə həsrətdədir ki, nə üçün yaxşı olmamış, yaxşı iş görməmişdir; yaxşı olanlar da hər məqamda olursa-olsunlar, həsrətdədir ki, bir dərəcə də olsa belə, yuxarı qalxa bilərdim, nə üçün qalxmadım? Digər bir nəfəri də hidayət edə bilərdim, nə üçün hidayət etmədim? Bu, ümumi vəzifədir.
    Amma xüsusi vəzifəyə gəldikdə isə, bəzi məsələlərdən qəflət olunmuşdur. Nə qədər ki, qəflət vardır, üzrlü səbəb hesab olunur. Amma əgər qəflət aradan getsə, artıq heç bir bəhanə qəbul olunmur.
    Bilirsinizmi ki, Ramazan ayı nə üçün belə olmuşdur? Bu təsirlər haradan əmələ gəlmişdir? Bu təsirlərin kökü budur:
    شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ
    “Ramazan ayı elə bir aydır ki, Quran onda nazil olmuşdur.”
    Sizlər bir ömür elm öyrənmişsiniz, avam deyilsiniz. Sizin bəziləriniz Qumun müqəddəs hövzəsində xaric dərslərinin qəti ustadlarısınız – ali təhsil dərslərini tədris edənlərdən əlavə. Sifət səbəbiyyətə işarədir, özü də Allahın kəlamında.
    Mübarək Ramazan ayında Quranın nazil olması (nüzulu) və göyə qalxması (süudu)
    Sair ayların arasından bu ayın seçilib məşhur olmasına səbəb iki şeydir. O ikisi budur ki, bu ayda bir Quran nazil olmuş, bir Quran isə Allah dərgahına yüksəlmişdir.
    O Quranın nazil olması və bu natiq Quranın Allah dərgahına yüksəlməsi Ramazan ayını qırmızı iksir etmiş, zatı dəyişdirmək xüsusiyyətini ona vermişdir.
    Ramazan ayının 21-ci günü qəbrin yanından (dəfn mərasimindən) qayıtdıqları zaman imam Həsən ibn Əli ◊ minbərə çıxdı. İmamın kəlməsi məna qalibində olan bir kəlmədir – nə az, nə də çoxdur. Mən təbirin xülasəsini deyirəm. Amma hər bir kəlməsi elə bir işıqdır ki, dünyaya ondan nurlar saçır.
    Əmirəl-möminin Əli ◊ əvvəldən-axıra bütün məxluqlardan irəlidir
    Quran o gecədə nazil olmuşdur. Elə bir gecə idi ki, İsa ◊ asimanlara həmin gecədə aparılmışdı. Bu gecədə elə bir şəxs dünyadan getdi ki, özündən əvvəldəkilər ondan qabağa keçə bilməmişlər, axırdakılar da ona çata bilməyəcəklər! Elə bir kəs getdi ki, hər vaxt cihad meydanına getsəydi, Cəbrəil onun sağ tərəfində, Mikail sol tərəfində hərəkət edərdi.
    Bu sözlərin mənası nədir? Bircə kəlməsində fikirləşin: “əvvəldəkilər” və “axırdakılar”. Əvvəldəkilərin həddi və dairəsi haradan başlanır? Adəmdən başlanır, Nuh, İbrahim, Musa, İsa ‹-a qədər davam edir. Məhz buna görə də İmam ◊ buyurur: Elə bir kəs dünyadan getdi ki, əvvəldəkilər bu meydanda ondan qabağa keçə bilmədilər. O bu meydana qədəm qoydu və hamıdan qabağa keçdi. Bu o həzrətin əvvəldəkilərlə olan vəziyyəti (müqayisəsi) idi.
    Amma axırdakılar ilə vəziyyəti (müqayisəsi) necədir? Axırdakılar kimdir? Qiyamət gününə qədər insaniyyət mədənindən nə qədər abid gövhəri əmələ gələcəkdir? Həzrət buyurdu: Elə bir kəs dünyadan getdi ki, axırdakılardan da bir kəs ona çata bilməz! İndi görəsən, bu necə bir şəxsiyyətdir?!
    Əhməd ibni Hənbəlin Əmirəl-möminin Əli ◊-ın fəzilətində nəql etdiyi bir hədis
    Hadisə mühüm olduğuna görə yaxşı olar ki, bir hədis deyim. Elə bir hədisdir ki, Misirin “Əl-əzhər”i istər-istəməz gərək onun müqabilində təslim olsun və vəzifəsinin nə olduğunu fikirləşsin!
    Əhməd ibni Hənbəl hənbəlilərin imamıdır. Şafei də şafeilərin imamıdır. Şafei, Əhməd ibni Hənbəlin barəsində belə deyir: “Mən Bağdaddan çıxdım və Bağdadda Əhməd ibni Hənbəldən də fəzilətli, elmli və fəqahətli bir şəxs görmədim.”
    İndi oxuyacağım hədis belə bir şəxsdən nəql olunmuşdur. Amma kaş, dərki və düşüncəsi olan bir sünnü bu hədisin nə qədər dərin mənalı olduğunu başa düşəydi!
    Əmirəl-möminin Əli ◊-ın gizli qalan
    məqamlarından biri
    Hədis belədir: Allahın Rəsulu — buyurdu: “Ya Əli! Əgər müsəlmanların sənin barəndə məsihilərin İsa ◊ barəsində deyəcəyi şeylərdən (səni ilahiləşdirəcəklərindən) qorxmasaydım, sənin fəzilətin barəsində elə bir şey deyərdim ki, yol getdiyin zaman sənin ayaqlarının altındakı torpağı təbərrük olaraq götürərdilər.” (3)
    Bir dəfə mərhum Əllamə Məclisi bu hədisi nəql edir, bir dəfə isə Əhməd ibni Hənbəl! Bu hədisi dərk edin!
    Bu hədisin mənası budur: Əgər sənin məqam və fəzilətinin üstündən pərdələr götürülsə, məsihilər İncilin nazil olmasından sonra üçlüyə etiqada düçar olaraq İsanı ilahiləşdirdikləri kimi, mən də sənin fəzilətini bəyan etsəm, müsəlmanlar da həmin bəlaya düçar olacaqlar.
    Bu hədis göstərir ki, Əmirəl-möminin Əli ◊-ın bəyan olunan fəzilətləri gizlədilən fəzilətləri müqabilində çox cüzidir. O həzrət necə şəxsiyyətdir?! Necə bir müqəddəs vücuddur?! Bu hədisi yaxşı-yaxşı dərk etdinizmi?! Peyğəmbər — nə demişdi ki, hələ deyilməmişlər də qalmışdı?
    Ulul-əzm peyğəmbərlər ‹ aləmin xülasəsi, Əmirəl-möminin Əli ◊ da peyğəmbərlərin xülasəsidir
    Həzrət Peyğəmbər —-in bəyan etdiyini Əhməd ibni Hənbəldən nəql edirəm ki, hər bir dinsiz üçün hüccət olsun.
    Əhməd ibni Hənbəl o kəsdir ki, Zəhəbi onun barəsində deyir: “Öz əsrində islamın Şeyxi (Şeyxul-islam) və müsəlmanların seyidi, ağası idi.” Şafeinin nəzərində bu qədər etibara malik olan belə bir şəxs Allahın Rəsulundan — belə nəql edir: “Hər kəs Adəmin elmini, Nuhun əzmini, İbrahimin helmini, Musa ibni İmranın huşyarlığını, İsa ibni Məryəmin zöhdünü görmək istəyirsə, Əli ibni Əbi Talib ◊-a baxsın.”
    Əgər deyilənlər budursa, onda deyilməyənlər nədir?!
    Bütün müsəlman alimlərinin yekdil fikrinə əsasən, vücud aləminin seyidləri və ağaları ulul-əzm peyğəmbərlərdir. Onların hər birinin bariz xüsusiyyəti nədir? Nuhun bariz xüsusiyyəti əzmdir; İbrahimin bariz xüsusiyyəti helmdir, Musanın bariz xüsusiyyəti huşyarlıqdır. İsanın bariz xüsusiyyəti zöhddür. Aləmin xülasəsi bu dörd nəfərdir və bu dörd nəfərin də xülasəsi Əli ibni Əbi Talib ◊-dır! Bu şiə təriqi ilə yox, sünnü təriqi ilə nəql olunan hədisdir.
    İlk məzlum
    Şeyx “Misbahul-mütəhəccid” kitabında o həzrətin ziyarətində bir cümlə nəql edir:
    السَّلَامُ عَلَيْكَ يَا أَمِيرَ الْمُؤْمِنِينَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ‏ أَنْتَ‏ أَوَّلُ‏ مَظْلُومٍ
    “Salam olsun sənə, ey Əmirəl-möminin! Allahın rəhmət və bərəkəti sənə olsun! Sən (zülmə məruz qalan) ilk məzlumsan.”
    Görəsən, bundan da yüksək bir məzlumiyyət təsəvvür oluna bilərmi?! Əhməd ibni Hənbəlin özü Peyğəmbər —-dən nəql edir ki, bütün peyğəmbərlərin və mürsəllərin xülasəsi Əli ibni Əbi Talib ◊-dır. Belə olan halda Peyğəmbərdən sonra vücud aləminin ilk şəxsiyyəti olan bu insan hansı təqsirə görə gərək o üç nəfərlə bir səviyyədə qərar tutsun və onların dördüncüsü olsun?!
    Əmirəl-möminin Əli ibni Əbi Talib ◊-ın haqqının tapdalanmasının tərəfdarları olan bu əfəllərin əgər qeyrəti varsa, bu tavanın altına gəlsinlər, dünya üçün aydın olsun ki, aləmin ikinci şəxsiyyəti bu bəşərdir (Əli ◊). Bəşəriyyət tarixində ən ağır cinayət bu məsələdir: vücud aləminin ilk şəxsiyyəti olan Peyğəmbər — ilə vücud aləminin ikinci şəxsiyyəti olan Əmirəl-möminin Əli ◊ arasında bu üç nəfər fasilə saldılar, Rəsulullahın — xilafət və canişinliyini Allahın təyin etdiyi yerdən çıxararaq başqa istiqamətə sürüklədilər.
    Əgər Misirdəki “Əl-əzhər”in hünəri varsa, cavab versin! Ya gərək Əhməd ibni Hənbəlin fatihəsini oxusunlar, ya da gərək etdikləri bu yanlış işdən qayıtsınlar! Əmirəl-möminin Əli ◊ budur!
    Bu, ulul-əzm (şəriət sahibi) olan dörd peyğəmbər. Amma beşinci şəxs qalmışdır ki, o da xatəm Peyğəmbərdir —. Ən yüksək dərəcədə hidayət kitabı olan Qurani-məcid buyurur: “وَأَنْفُسَنَا وَأَنْفُسَكُمْ” “Canlarımızı və canlarınızı...”
    Əmirəl-möminin Əli ◊ Peyğəmbər —-dən, Peyğəmbər — də Əmirəl-möminin Əli ◊-dandır
    Əhli-sünnətin nəzərində ən yüksək dərəcədə səhih sayılan hədis kitabında – “Səhihi Buxari”də deyilir: “Əli məndəndir, mən də Əlidənəm.”
    (Əli ◊-ın) Nuh ilə, İbrahim ilə, Musa ilə, İsa ilə ‹ münasibəti o cür, Xatəm Peyğəmbər — ilə münasibəti isə bu cür!
    Mübarək Ramazan ayında buyurdu: “Ya Əli! Hər kəs səni öldürsə, məni öldürmüşdür!” Yaxşı-yaxşı diqqət edin! “Ya Əli! Hər kəs səni öldürsə, məni öldürmüşdür!” nə deməkdir? Yəni bu ayın 21-ci günü əslində peyğəmbərlərin Xatəminin — qətlə yetirildiyi gündür! Bütün şiələrin vəzifəsi budur ki, o gündə Peyğəmbərə əzadarlıq keçirsinlər. Bu kəlmənin mənası təkcə şiələr üçün yox, həm də sünnülər üçün budur: o gün Peyğəmbərin — əza və matəm günüdür.
    Sonra həzrət dəlil gətirərək buyurur: “Ya Əli! Çünki sənin ruhun mənim ruhumdandır, sənin tinətin mənim tinətimdəndir.” Bir sözlə, sənin bədənin mənim bədənimdən, sənin canın mənim canımdandır. Sənin öldüyün gün elə mənim öldüyüm gündür.
    Bu il ayrı-ayrılıqda hər birinizin bütün səyi bu olmalıdır ki, (Ra-ma¬zan ayının) 21-ci günü Xatəmul-Ənbiya — və Əliyyi-Mürtəza ◊-ın şəhadətinə mütənasib olaraq məclis keçirəsiniz. Hey`ətlər küçə-xiya-banlarda yola düşsün, bəlkə zay olunmuş bu haqq bir qədər dirçəldilsin.
    Axırda bir daha hamınıza deyirəm: “وَ اَنْذِرْهُمْ يَوْمَ الْحَسْرَةِ اِذْ قُضِيَ الْاَمْرُ” - “Onları həsrət günündən qor¬xut, o zaman ki, iş bitmiş olar.” Bu elmlər təklikdə məsələni həll et¬mir; bu elmlər təklikdə qəbrin zülmət və vəhşətində bizim çətinlik¬ləri¬mizi həll edən deyildir; əksinə gərək vilayət yolunda əməli tədbirlər görəsiniz. Sizin can verən zaman və qəbrin birinci gecəsində Əmirəl-möminin Əli ◊-ınız vardır..

    Uğurlu

    OK
  • Ana səhifə
  • Xəbərlər
  • Media
  • Bəyanlar
  • Seçilmiş bəyanlar
  • Dəftərxananın mərasim proqramları
  • Dərslər
  • Quran təfsiri
  • Şəri hökmlər
  • Şəri məsələlər
  • Şəri suallar
  • İstiftalar
  • Doğru yollar
  • Hekayələr
  • Tövsiyələr
  • Əxlaq və etiqadat
  • Nəşrlər
  • Əsərlər
  • Ağanın şerləri
  • Həyatı
  • Bizimlə əlaqə
  • Ofislər
  • Bizimlə əlaqə