• Həzrət Ayətullah əl-Uzma Vəhid Xorasaninin dəftərinin rəsmi saytı

    Peyğəmbər — və Əmirəl-möminin Əli ◊ vahid bir həqiqətdir

    5 December 2009 ۱۸ ذو الحجّة ۱۴۳۰ 5 December 2009

    00:00:00

    Peyğəmbər — və Əmirəl-möminin Əli ◊ vahid bir həqiqətdir


    Peyğəmbər — və Əmirəl-möminin Əli ◊ vahid bir həqiqətdir

    بِسمِ الله الرَحمنِ الرَحیم
    الحمد لله رب العالمین وصلی الله علی سیدنا محمد وآله الطاهرین سیما بقیة الله في الأرضین واللعن علی أعدائهم إلی یوم الدین

    Qədir hadisəsinin, onun əvvəl və axırının dərk edilməsi
    Sabah Əmirəl-möminin Əli ◊-ın vilayətə təyin edildiyi gündür. Qədirin həqiqətini, bu hadisənin (mahiyyətinin) nə olmasını, əvvəlini və axırını dərk etmək ən çətin məsələlərdəndir.
    Qədir barəsində çoxlu söhbət olunmuş, bəhs aparılmışdır. Lakin hələ də o ən böyük həqiqət və o əsas sirr layiqincə aşkar edilməmişdir. Səbəbi də mənaların müxtəlif olmasıdır; hər düşüncə və idrak qüvvəsi hər bir müdrəki (dərk ediləsi şeyi) dərk etmək həddində deyildir. Əmirəl-möminin Əli ◊-ın vilayətə təyin edildiyi gün – sabahdır.
    Qədir hadisəsinin təhlili dörd məsələyə bağlıdır
    Bu məsələnin həqiqətini dərk etmək iki “ما - ma” (o şey ki,) və iki “من - mən” (o kəs ki,) kəlməsinin dərkinə bağlıdır. Çünki o həzrətin təyin edilməsi iki tərəfli, izafət (mənsubiyyət) yönlü işlərdəndir. İki tərəfə bağlı olan şeylərin dərk olunması izafətin özünün və onun iki tərəfinin dərk olunmasına bağlıdır. Təyin edilmə izafət yönlü, iki şeyə bağlı olan məsələdir. Bu təyin edilmənin dərki o zaman müyəssər olur ki, bir fəqihin, hikmət sahibinin əqli – özü də hər hikmət sahibi, hər fəqih yox, əslində o kəslər ki, hikmətin və fəqahətin zatına varmışlar – gərək bu mənsəbi təhlil etsinlər.
    Bu təyin edilmədə bir neçə məsələ vardır: Təyin olunan kimdir? Məqam və mənsəb nədir? Təyin edilmə nədir? Təyin edən kimdir? Bu dörd məsələ təyin ilə əlaqədardır. Sonra bu təyin edilmənin başlanğıcına növbə çatır ki, çox müfəssəl bir hadisədir. Bundan sonra bu təyin edilmənin sonuna növbə çatır. Bu pak-pakizə ağacın özü nədir? Onun kökü nədir? Meyvəsi nədir? Məhz bu zaman Qədir hadisəsi başa düşülər. Bu dərin bəhsə hazırda müyəssər olan qədər varid oluruq.
    Məsələnin iki cəhəti vardır: Biri müyəssər olan həddədir, digəri isə məsələnin özünün dərk olunacağı səviyyədə deyil, bizim özümüzün idrakı həddindədir.
    Qədir-xum günündə təyin olunan şəxsiyyət
    İndi görmək lazımdır ki, əvvəla, təyin olunan şəxs kimdir? Bu, “mən” (o kəs) barəsindəki birinci sualdır. Bundan sonra görmək lazımdır ki, bu mənsəb və məqam nədir ki, təyin olunan şəxs o məqama seçilmişdir? Əmirəl-möminin Əli ◊ varlıq aləminin mütləq şəkildə hikmət sahibidir. Məhz buna görə onun haqqı da gərək hikmət əsasında olsun. Hikmət də yalnız kitab və sünnətdə həsr olunur. Çünki bu ikisi ismətə (günah və xətadan amanda olmağa) zəmanət verir. Bu ikisindən başqa hər nə olursa-olsun, onda xəta və sapmaya yol vardır. Müraciət yeri və sənəd yalnız hikmət və ismət olmalıdır. Təyin olunan şəxs gərək Allah tərəfindən və Allahın Rəsulunun — vasitəsi ilə tanınsın. Bu söhbət hansısa bir məzhəbə məxsus deyildir. Bu üç şeyə – əql, kitab, sünnətə iltizamlı olan hər kəs gərək fikirləşsin: “O kəslər ki, sözü eşidib ən yaxşısına tabe olarlar.” “Rəbbinin yoluna hikmət əsasında dəvət et.” Bu məqama təyin olunan şəxsi tanımaqda meyar qəti sünnətdir.
    “Ya Əli! Sən məndənsən, mən də səndənəm”
    Hazırda bəhsimizin başlanğıcı olan bu hədis elə bir hədisdir ki, əgər Buxari başını qəbirdən qaldırsa, onun qarşısında mütləq təslim olmalıdır; Müslim ibni Həccac Nişapuri və onun tabeçilərinin hamısı təslimdirlər. Sünnü və şiələrin təfsir alimlərindən heç kəsin bunun qarşısında söz deməyə qüdrəti yoxdur. Sünnülərin hədis pəhləvanları, o cümlədən, Buxari – özü də üç hissədə; Fəxr Razi kimilər, Hakim Nişapuri kimilər; habelə, şiələrdən Şeyx Mufid, Şeyx Tusi, Şeyx Səduq... hamılıqla bu hədisi nəql etmişlər. Bu dərəcədə yüksək səhihliyə və qüvvətə malik olan hədis başa düşülməlidir ki, sabahkı bir gündə bu məqama təyin edilən şəxsin kim olduğu məlum olsun. Bundan sonra dünyada yekun və son söz həyata keçəcəkdir. Sünnülərin dahi mühəddislərinin, böyük müfəssirlərinin, məşhur tarixçilərinin hamısı Allahın Rəsulunun — Əliyyi Murtəzaya ◊ haqqında buyurduğu -عَلِيٌّ مِنِّي وَ اَناَ مِنْ عَلِيٍّ - “Əli məndəndir, mən də Əlidənəm” hədisi barəsində yekdil fikirdədirlər. Bu, iki cümlədir, lakin bir dərya mənası vardır.
    “Mən”in həqiqəti və insanın inniyyəti (həqiqəti, zatı)
    “Mən” nədir? Əvvəlcə “mən”in, “sən”in kim olduğunu bilməliyik. “Mən” nə deməkdir? “Sən” nə deməkdir? Bundan sonra “mən”in necə bir “mən” olduğunu, “sən”in hansı “sən” olduğunu başa düşmək lazımdır. Əvvəla, “mən” bu əbanın içində yerləşən bədən deyiləm. Mən – baş, əl, ayaq deyildir. Bu mənim başımdır, amma “mən” deyildir. Bu mənim əlimdir, amma “mən” deyildir. Bu mənim gözümdür, amma “mən” deyildir. Bu mənim qəlbimdir, amma “mən” deyildir. Bu mənim beynimdir, amma “mən” deyildir. O “mən” nədir? O inniyyət (zat) nədir? “Sən” də eyni qayda ilə. Sənin burada oturan bu cismin “sən” deyildir; bu sənin bədənindir, amma “sən” deyildir. Muzaf (Azərbaycan dilində izafət və mənsubiyyətin ikinci tərəfi) muzafun-iləyh (Azərbaycan dilində izafət və mənsubiyyətin birinci tərəfi) ilə eyni deyildir. İnsan xilqətinin əsil mayası olan o həqiqət və inniyyət dəyişikliyə uğraya bilməz. Bu, bədəndir, bir gün kiçik olur, bir gün böyük; hissələrə ayrılır, biri digərindən sonra dəyişilir. Amma əvvəldən-axıra qədər əbədi qalan şey “mən”dir. Bu üzvlərin və orqanların hamısı ayrıla, parçalanıb gedə bilər. Lakin bu həmin “mən”dir ki, 30 il bundan qabaq da elə həmin “mən” idi. O zaman filan şeyləri deyən “mən” indi də müəyyən şeyləri deyən “mən”dir, sabah da bu bədən torpaqlar altında çürüyüb dağılanda heç vaxt dağılmayan şey “mən”dir.
    İnsanın inniyyətinin təkamül mərhələləri
    O “mən” həqiqətinin və “sən” həqiqətinin müxtəlif mərhələləri vardır. Hər kəsin inniyyəti o şeyə bağlıdır ki, ondan əmələ gəlmişdir. Əgər o maya və cövhər əqli, elmi və əxlaqi cəhətdən kamala çatsa, o “mən” də elm, əxlaqi-insani keyfiyyət və nəfsani gözəlliklərlə inkişaf edir. Onun inkişafı elm və helm ilədir, onun qidası hikmətdir. Ayrı-ayrı şəxslərdəki inniyyətin həqiqəti bu sifətlər əsasında bir-birindən fərqlənir.
    Nübüvvət mərhələsinə çatmaq
    İnsanın inniyyəti elmi kamallara çatsa; nəzəri cəhətdən kamilləşib əməl cəhətindən tamam həddinə çatsa və nəfsani aludəliklərdən saflaşdırılsa, məhz bu zaman vücudun qeyb aləmi ilə əlaqə yaratmağa ləyaqət tapır, əks halda, hamı mülk aləmində qalır. Bəşəriyyətin seçilmiş şəxsləri olan o insanlar qeyb ilə şühud, mülk ilə mələkut sərhədinə çatırlar. Buraya çatdıqları zaman nübüvvət yaranır.
    O “mən” elmi və əməli kamallarla təkmilləşəndən, rəzalətlərdən paklaşandan sonra vücud nuru ilə qovuşmaq ləyaqətinə nail olur, vəhy və nübüvvət məqamına yetişir.
    Risalət mərhələsi
    Bundan sonra o mərhələdən nə qədər yuxarı qalxmalı, inniyyəti nə qədər kamilləşməlidir ki, təhvil almaq məqamından təhvil vermək məqamına nail olsun, istifazə (ilahi feyzi qəbul etmək) həddindən ifazə (başqalarına çatdırmaq) məqamına çatsın. Bu həddə çatan zaman rəsul olur.
    Peyğəmbər – kitab sahibi
    Elmi və əməli kamallardan, nübüvvət və risalətdən sonra elə bir məqama çatmalıdır ki, (səmavi) kitabı təhvil ala bilsin. Məhz bu zaman “kitab sahibi” olur.
    Ulul-əzm peyğəmbərlər
    Bu mərhələdən sonra yenə də nə qədər tərəqqi etməlidir... Deyiləsi mümkün olmayan o məqamlara çatdıqdan sonra nəticəsi bu olur: Onun əzm və iradəsi elə bir həddə çatır ki, Allahdan başqa hər bir şeydən keçir. Məhz bu zaman ulul-əzm olur. Ulul-əzm olduqdan sonra artıq (bu məqamı vəsf və dərk etmək) barədə əql sahiblərinin əqli ləngiyir, hər bir bəyançının bəyanı süstləşir.
    Xatəmən-nəbiyyin — insani-küll və külli-insaniyyət
    Bu mərhələdən necə keçməlidir ki, aləmin bütün elmi və əməli kamallarının xülasəsi olsun? Bu mərhələyə çatdığı zaman mümkün olan təbir budur: İnsani-küll və insaniyyətin küllü (kamil insan və insaniyyətin kamalı, yekunu); əqli-küll və küllül-əql (kamil əql və əqlin kamalı, son həddi); elmi-küll və küllül-elm (kamil elm və elmin kamalı, yekun mərhələsi). Məhz bu mərhələyə çatan zaman Xatəm olur: “مَا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِنْ رِجَالِكُمْ وَلَكِنْ رَسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ” - “Muhəmməd sizin kişilərdən heç birinin atası olmadı; lakin o Allahın Rəsulu və peyğəmbərlərin xatəmi, sonuncusudur.” Artıq burada hər şey xətm olunur. Nə deməkdir? Yəni xilqət, besət... hamılıqla yekun (və Allah tərəfindən istənilən) səmərəsinə çatırlar. Vücudun yekun mərhələsi bir nöqtə olur, o da Xatəm Peyğəmbərdir —.
    Xatəm — imamların İmamı və peyğəmbərlərin Peyğəmbəridir
    Hidayət olunmuş imamların imamı, ənbiya və mürsəllərin nəbisi – Peyğəmbərdir, amma 124 min peyğəmbərin Peyğəmbəridir; İmamdır, amma əvvəldən-axıra qədər hamının imamıdır. (1) Bu, “Ya Əli! Sən məndənsən” rəvayətində gələn o “انا - ənə”nin (mənin) həqiqətidir. O həzrət buyurmadı ki, sən mənim bədənimdənsən; əslində “sən məndənsən” -deyə, buyurdu.
    Peyğəmbər — ilə Əmirəl-möminin Əli ◊ vahid həqiqət və inniyyətdir
    Ey Buxari! Sən bu hədisi üç yerdə yazdın, amma (görəsən) onun mənasını başa düşdünmü?! Ey Fəxr Razi! Sən bu qədər “Məşriqiyyə hikməti”ndə can qoymuşsan , amma bu hədisi yazdığın zaman “Ya Əli, sən məndənsən” hədisinin mənasının nə olduğunu başa düşdünmü?! Bu kəlmənin mənası nədir? Bu kəlmənin mənası bundan başqa bir şey ola bilərmi: Mənim və sənin inniyyətin (zatın) vahid bir həqiqətdir, sadəcə bədənimiz ikidir.
    Nəfs barəsində elmin son mərhələsinə çatan, “mən”in həqiqətini əl-ayaq, baş-bədən olmadan dərk edənlər başa düşürlər ki, hədisdə deyilən o “ənə – mən” nədir, habelə “sən məndənsən” nə deməkdir.
    Nəzəri və əməli hikmətin son nöqtəsi
    Bu sözün mənası budur: – bu iki kəlmədə yaxşı-yaxşı fikirləşin – Nəzəri cəhətdən bütün kamallar bir kəlmədə xülasələnir, o da elmdir və termində o, “nəzəri hikmət” kimi təbir edilir. Bütün əməli kamalların hamısı da əxlaqi kamalın son həddinə çatır. İndi görəsən, o elmi kamalın axır həddi nədir? “وَعَلَّمَكَ مَا لَمْ تَكُنْ تَعْلَمُ وَكَانَ فَضْلُ اللَّهِ عَلَيْكَ عَظِيمًا” – “(Allah) heç vaxt öyrənə bilmədiyin şeyləri sənə öyrətdi, Allahın sənə fəzl və mərhəməti böyük oldu.” Bu necə bir elmdir ki, ən yüksək əzəmət və məqam sahibi olan Allah Öz Peyğəmbərinə buyurur: “Sənin elmin əzəmətlidir.” Bu elm və bu əzəmət nə Musa ◊-ın elmidir, nə İbrahim ◊-ın elmidir. “(Allah) heç vaxt öyrənə bilmədiyin şeyləri sənə öyrətdi” Bu, Allahın aşkar bəyanıdır: “Allahın sənə fəzl və mərhəməti böyük oldu.” Bu, nəzəri hikmət cəhəti və onun əqli kamalı.
    Amma əməli hikmət cəhətindən isə... hansı məqama çatdı?
    “وَإِنَّكَ لَعَلى خُلُقٍ عَظِيمٍ” – “Həqiqətən, sən əzəmətli əxlaqdasan.” Bu da onun əməli hikməti baxımından. Bir halda ki, Əmirəl-möminin Əli ◊ həqiqət və inniyyətdə bu elm və nəzər, əxlaq və əməl ilə müttəhid olmuşdur, hədisin mənası belədir: “O elmi-küll və külli-elm; o əqli-küll və külli-əql; o əxlaqi-küll və külli-əxlaq (kamil əxlaq və bütün əxlaqi keyfiyyətlərin son həddi), o elmi səciyyələr və əməli fəzilətlər ki, Musa, İsa, İbrahim ‹ hamılıqla onun şüası altındadır, iki hissəyə bölünmüşdür: bir hissəsi Muhəmməd —, bir hissəsi isə Əli ◊. Hədisin mənası, bax budur!
    Bundan sonra növbə “mən səndənəm” sözünün təfsirinə çatır. Bunun şərhi olduqca müfəssəl və genişdir.
    Əmirəl-möminin Əli ◊-ın Peyğəmbər —-in fasiləsiz xilafətinin dəlilləri
    Dünyanın əgər hünəri varsa, cavab versin! Bu səhih hədisin aşkar bəyanı ola-ola bir kəs onu inkar etsə, sünnəti inkar etmişdir, Quranı inkar etmişdir. “مَا آَتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ” – “Rəsulun sizə gətirdiyi hər bir şeyi əxz (və icra) edin.” Bu, Allahın fərmanıdır, bu da qəti şəkildə o həzrətdən gəlib çatan sünnətdir. Əgər o həzrətin aşkar bəyanı “sən məndənsən, mən də səndənəm” kimidirsə, onunla Əli arasında yad bir şəxsi fasilə salmağın mənası nədir?! Əli ◊-ın fasiləsiz xilafətinin dəlili budur! Əgər “Əl-əzhər”in alimlərinin hünəri varsa, cavab versinlər! Məsələ oyun-oyuncaq deyildir! Təyin olunan budur! Təyin olunan şəxs elə bir gövhərdir ki, o gövhər (əvvəldə bir olmuş və sonradan) iki hissəyə bölünmüşdür: bir hissəsi Əhməd —-in qəlbinə gəlmiş, o biri hissəsi isə Heydər ◊-ın qalibinə düşmüşdür – “عَلِيٌّ مِنِّي وَ اَناَ مِنْ عَلِيٍّ” .
    Əmirəl-möminin Əli ◊-ın Peyğəmbər —-in fasiləsiz xilafətini inkar edənlərin üstünə qırmızı xətt!
    Buxari! Sən bunu yazdın, amma görəsən Peyğəmbər —-in nə buyurduğunu başa düşdünmü?! İnsanın özü ilə özünün arasında yad bir adamın fasilə salınması hansı məntiqlə uyğun gəlir?! Bu, əqldir, bu kitabdır, bu sünnətdir! Əgər Əmirəl-möminin Əli ◊ Peyğəmbər —-dəndirsə, əgər Xatəm Peyğəmbər — ondandırsa və onların arasında bu cür ittihad vardırsa, onda Peyğəmbər —-in yerinə başqa bir şəxsi oturtmaq və Peyğəmbər — ilə onun arasında üç (nəfərlə) fasilə salmaq, mərcuhun (üstünlüyü olmayanın) racehdən (üstün şəxsdən) irəli keçirilməsi, məfzulun (fəziləti az olanın) fazildən (fəzilətlidən) qabağa salınması deyildır? Əgər belədirsə, əql, kitab və sünnətin hökmü ilə rədd olunur. Deməli, Əli ◊-ın fasiləsiz xilafətini inkar edənlərin üstünə qırmızı xətt çəkilmişdir!

    Uğurlu

    OK
  • Ana səhifə
  • Xəbərlər
  • Media
  • Bəyanlar
  • Seçilmiş bəyanlar
  • Dəftərxananın mərasim proqramları
  • Dərslər
  • Quran təfsiri
  • Şəri hökmlər
  • Şəri məsələlər
  • Şəri suallar
  • İstiftalar
  • Doğru yollar
  • Hekayələr
  • Tövsiyələr
  • Əxlaq və etiqadat
  • Nəşrlər
  • Əsərlər
  • Ağanın şerləri
  • Həyatı
  • Bizimlə əlaqə
  • Ofislər
  • Bizimlə əlaqə